İntervallı hipoksiya

İntervallı hipoksiya

Eldar Mammadov No Comments

mitri.az

Nəfəs alınan havanın qaz tərkibinin dəyişikliklərinə orqanizmin fərdi uyğunlaşması tibbin və biologiyanın ən qədim və eyni zamanda ən əhəmiyyətli problemlərindən birini təşkil edir. Orqanizmin qeyri-spesifik müqavimətinin hipoksik stimullaşdırılmasının istifadəsi əsasında kəsişmə uyğunlaşması konsepsiyası dayanır ki, bu halda bir ekstremal amilə sabitliyin yaranması, müxtəlif təsirlərin tam kompleksinə qarşı orqanizmin sabitliyini yüksəldir. Bizim orqanizmimiz ətraf mühitdə az tərkibi oksigen olan həyat haqqında genetik yaddaşa malikdir və, zəruri olduqda, hipoksiyaya nisbətən asan uyğunlaşır. Doğuluşdan sonra qoruyucu mexanizmlər tədricən itirilir, çünki bizim atmosferdə, ana bətnində olan inkişaf şəraiti ilə müqayisədə, oksigen xeyli çoxdur və uşaən onun üçün mübarizə aparmağa artıq ehtiyacı yoxdur. Normobarik intervallı hipoksik məşq dörd tərkib hissədən ibarətdir:

  • normobarik” – bildirir ki, məşq 730 – 760 mm civə sütunu normal atmosfer təzyiqi zamanı keçirilir;
  • hipoksik/strong>” – məşq seansı zamanı pasiyent tərkibində az həcmdə oksigen olan hava ilə nəfəs alır (həkimin təyinatından asılı olaraq, 16-9 %);
  • intervallı” bildirir ki, hipoksik qaz qarışığı fasiləsiz deyil, intervallarla alınır, bu zaman pasiyent, tərkibində 20,9% oksigen olan adi hava ilə nəfəs alır (yəni hipoksik təsirlər, vaxt üzrə ciddi şəkildə məhdudlaşdırılmış, təxminən, təsirin öz müddətinə bərabər olan müddətli normoksik intervallar var);
  • məşq” orqanizmin hipoksiyaya kompensasiyasını həyata keçirən fizioloji, biokimyəvi sistemlər, xarici tənəffüs orqanları, qan dövranı, qan formalaşması, oksigenin toxumalarda və mitoxondriyalarda nəqli və utilizasiyasının biokimyəvi mexanizmləri kimi orqanizmin kompensator mexanizmlərinin məşq etdiyi prosesi bildirir.

Fasiləli normobarik hipoksiterapiya metodu, mühitin müxtəlif amillərinin insan tərəfindən daha yaxşı keçirilməsini təmin edən, dağlarda və barokameralarda inkişaf edən hipoksiya ilə müqayisədə, daha effektiv və fiziolojidir, texniki və iqtisadi cəhətdən əlçatandır. Bundan başqa, rejimlərin (rejimlər haqqında istinad) fərdi seçiminin və hipoksik təsirin ciddi şəkildə dozalanması imkanı normobarik hipoksiyanın mühüm üstünlüyüdür. Fasiləli normobarik hipoksiya yeni texnologiyalar sırasına aid edilmişdir, əksər hallarda müasir farmakologiya vasitələrindən geri qalmır və dərman preparatlarının əksəriyyətinə məxsus olan əlavə xüsusiyyətləri yoxdur. Metod, yüksək rütubət, aşağı atmosfer təzyiqi, temperaturun mövsümi tərəddüdləri, intensiv günəş radiasiyası və s. kimi dağ iqliminin əlverişsiz amillərini tamamilə istisna edir.

GameReady® krioterapiya

Eldar Mammadov No Comments

mitri.az

ACCEL® texnologiyası ilə GameReady® sistemi, keçirdilmiş travmalardan və əməliyyatlardan sonra yeni bərpa standartını müəyyən edərək, tibbi mütəxəssislərə, pasiyentin orqanizminin təbii bərpa proseslərini sürətləndirmək imkanını verir. Dayandırma, soyuq və kompressiya artıq uzun müddətdir ki, terapiyada yalnız kəskin deyil, həm də xroniki zədələr zamanı, həmçinin ortopedik müdaxilələrdən sonra erkən bərpada istifadə olunur. Kompressiya üçün ənənəvi soyuq paketlər və statik qurğular, xüsusilə çöl şəraitində və çiyin, döş qəfəsi, dizlər və s. kimi nahiyələrdə istifadədə narahatdır. GameReady® mobil lokal krioterapiya sistemi bu problemi həll etdi. NASA-nın kosmik texnologiyaları əsasında alimlər və doktorlar tərəfindən işlənib hazırlanmış, GameReady® lokal krioterapiya cihazı, bədənin müxtəlif hissələrində rahat təsbit edilmiş bandaj-taxmaların köməyi ilə eyni zamanda tənzimləyici krioterapiyanı (temperatur tənzimlənir) və pulsasiya edən kompressiyanı həyata keçirir. Tədqiqatlar göstərir ki, soyuq terapiyası ağrı hisslərini, spazmaları və yumşaq toxumaların şişlərini aşağı azaldır, toxumaların zədələnmə ehtimalını endirir. Dayandırma, reparativ proseslərin inisiasiyası üçün lazımi şərait yaradır. İmpulslu sıxma zədələnmiş sahədən artıq mayeni çıxardır ki, bu da əmələ gəlmiş şişi azaltmağa, mümkün şişin və qan axınının sonrakı pozuntusunun isə qarşısını almağa kömək edir. Birləşdirildikdə, bu proseslər müalicənin yeni səviyyəsini təşkil edir. GameReady® sisteminin anatomik bandajları, skafandrların istehsalı zamanı NASA-da tətbiq edilən texnologiyadan istifadəsi ilə yerinə yetirilmişdir, bu, bədənin hansı sahəsinin zədələnməsindən asılı olmayaraq, dəqiq və rahat geyinmə təmin etməyə imkan verir. Bandajlar, baldır-pəncə, diz, çiyin və dirsək oynaqları, bel, oma/qasıq, bilək daxil olmaqla, praktiki olaraq, bədənin bütün hissələri üçün hazırlanmışdır. Cərrahi müdaxiləsindən və ya diz oynağının tam bərpasından sonra bərpa dövrünün keçməsi üçün passiv hərəkətlər mexanizmləri ilə birgə tətbiq edilən xüsusi olaraq oynaq-diz bandajı hazırlanmışdır.

Vakuum terapiyası

Eldar Mammadov No Comments

mitri.az

İntervallı vakuum terapiyası – ayaq damarlarının xəstəliklərinə qarşı mübarizədə NASA-ın innovasiya, qabaqcıl texnologiyalarına əsaslanan bir yenilikdir. İntervallı vakuum terapiyası aparatı – aşağı ətraflarda qan axınının idarə etməsinin effektiv alətidir. İntervallı vakuum terapiyasının tətbiq edilmə sahələri aşağıdakılardır:

  • Flebologiya, damar cərrahiyyəsi;
  • Damar patologiyası;
  • Endokrinologiya, diabetologiya;
  • Dermatologiya, estetik kosmetologiya;
  • Endokrinologiya, diabetologiya;
  • Reabilitasiya, idman təbabəti;
  • Ortopediya;
  • Ginekologiya, urologiya;
  • Fizioterapiya;
  • Angiologiya.

Cihazın təsiri aşağı ətraflara və abdominal sahəyə mənfi və normal təzyiqin növbəli təsirinə əsaslandırılmışdır. Bu, nasosun təsirinə və ya bədənin aşağı yarısı üçün “əlavə ürəyə” bənzəyir. Mənfi təzyiq mərhələsi zamanı, kapilyarların genişlənilməsi və işləyən kapilyarların miqdarının artması baş verir. Toxumalarda perfuziya artır və, nəticə kimi, txoumaların oksigenlə və qida maddələrlə təchizatı artır. Hətta kifayət etməyən perfuziyalı və ya işemiyalı toxumalar öz həyat fəaliyyətini aktivləşdirir və bərpa olunur. Normal atmosfer təzyiqi mərhələsi zamanı, vena və limfatik qan, vena və limfatik sistemin kapilyarları üzrə daha aktiv irəliləyir, bu da limfodrenajı gücləndirir, metabolizm məhsullarının daha yaxşı kənarlaşdırılmasına imkan yaradır (maddələr mübadiləsinin aktivləşməsi).

AlterG tredmili

Eldar Mammadov No Comments

mitri.az

Bərpa üçün antiqravitasiya qaçış yolu, yerişin və qaçışın düzgün patterni və biomexanikasına riayət etməklə, dəqiq, təhlükəsiz və rahat boşaltma terapiyası üçün, vücudun qalıq çəkisinin tənzimlənməsi üçün hava balışı texnologiyasından istifadə edir. Qaçış yolu, oynaqlara və onurğaya təsir edən kompressiya yükünün azaldılması baxımından, ənənəvi məşq qarşısında əlavə üstünlük təmin edir ki, bu da onu bərpanın erkən mərhələlərində tətbiq etməyə imkan verir. Bu texnologiyadan istifadə, adi məşqlərlə müqayisədə, ürək-damar sisteminin işinin effektliliyini yüksəltməyə imkan verir. AlterG® Anti-Qravitasiya Treadmill®-i bərpa prosesini sürətləndirir və pasiyentlərə, sonrakı zədələnmə riskinin eyni zamanda azalması ilə daha az ağrı hiss edərək bərpa olmağa imkan verir. Antiqravitasiya qaçış yolu aşağıdakılar üçün istifadə olunur:

  • Çevikliyin bərpası, gücün və fiziki formanın inkişafı və hərəkət diapazonunun artırılması.
  • Aşağı ətrafda (çanaq-bud, diz, baldır-pəncə oynağı və ya pəncə) travmadan və ya əməliyyatdan sonra fizioterapiyalar;
  • Oynağın tam əvəzetməsindən sonra bərpa.
  • Nevroloji xəstələrdə yerişin normallaşması.
  • Çəkinin azalması proqramları.
  • Əməliyyat sonrası travmatizminin profilaktikası.

Mobilizasion masa

Eldar Mammadov No Comments

Mobilizasion masa dərin massaj, mobilizasiya, manipulyasiya üçün nəzərdə tutulmuşdur və fizioterapevtlər, manualistlər, osteopatlar və idman massajı mütəxəssisləri tərəfindən tətbiq edilir. O manipulyasiyanın icra edilməsini asanlaşdırmaqla həkimin işinə kömək edir. Hərəkətliliyin (mobilliyin) bərpası traksiya, fleksiya, lateral fleksiya və rotasiya istifadə olunmaqla 3D hərəkətlə həyata keçirilə bilər. Masa əsas terapevtik və anatomik vəziyyətləri almağa imkan verir və yuxarı, aşağı əyilməklə ağırlıq qüvvəsi terapiyası üçün istifadəni mümkün edir.
Bu vəziyyətdə həmçinin aşağı hissənin 3 səthdə fırladılması həyata keçirilə bilər. Aşağı hissə demək olar ki, döşəməyə qədər əyilərək xəstənin masaya rahat qalxmasını təmin edir. Baş hissə ekstensiya/fleksiya, lateral fleksiya, traksiya və öz vəziyyətinin hündürlüyünün (yuxarı-aşağı) tənzimlənməsinə imkan verir. Baş hissə kimi aşağı hissə də mükəmməl yumşaq lateral fleksiyanı həyata keçirməyə imkan verir.
Bundan başqa masa ən ciddi bel problemləri olan xəstələri belə vertikal vəziyyətdən birbaşa olaraq masaya yerləşdirməyə imkan verən unikal əyilmə funksiyasına malikdir. 3-səthli hərəkəti həyata keçirmək imkanı döş nahiyyəsində mobilizasiyanı həqiqətən unikal edir. Həkimə xəstəni qaldırmaq və ya onun daha yumşaq və ağrısız şəkildə yerini dəyişmək lazım gəlmir. Bunun nəticəsində prosedurlar arasındakı fasilələlər azalır və müalicə daha sürətli olur.

Manuthera

Xəstələr üçün qabaqcıl üstünlükləri:

  • Hündürlük tənziminin inanılmaz geniş diapazonu;
  • Qravitasion terapiya üçün əyilmə bucağının elektrik tənzimi; həmçinin prosedurun əvvəlində xəstəni maksimal rahat yerləşdirməyə imkan verir;
  • Tənzimlənən ayaqlı dəstək;
  • Artan hərəkətlilik (mobillik) üçün kilidli təkərlər;
  • Ikiqat artikulyasiyalı 3D funksional hərəkəti olan vertikal və lateral yerdəyişməsi vasitəsilə döş və boyun nahiyyəsinin təhlükəsiz mobilizasiyasını təmin edən baş hissəsi;
  • 3D rotasiya ilə drop funksiyalı iki bölməli orta hissə. Mobilizasiya və manipulyasiya üçün unikal funksiya;
  • Ekstensiya/fleksiya, lateral və 3D rotasiyalı hərəkətləri olan ayaq hissə;
  • Ayaq dəstəklərinin multiyerləşdirilməsi; yuxarı mövqe, beli üstdə uzanmış xəstənin ayaqlarının yerləşdirilməsi mövqeyi, xəstənin masada yerləşdirilməsində istifadə imkanı;
  • İdarəsinin asanlığı, masa funksiyalarının etibarlı və erqonomik idarəetmə qolları;
  • Bud nahiyyəsində müxtəlif manipulyasiyalar həyata keçirməyə imkan verən “drop+ traksiya” funksiyası.
  • Hündürlüyün mülayim tənzimi ilə olan əl dayaqları. Masanın yan dayaqları kimi də istifadə oluna bilər;
  • Ön və arxa tamamlayıcı dayaqlar daha çox dayanıqlılıq verir və ən çətin prosedurları həyata keçirməyə imkan verir.

AZ RU EN Mobile : +994502634075/77 E-mail : info@itrdi.az +994 (12) 404 83 10/11 FAQ