Mobilizasion masa dərin massaj, mobilizasiya, manipulyasiya üçün nəzərdə tutulmuşdur və fizioterapevtlər, manualistlər, osteopatlar və idman massajı mütəxəssisləri tərəfindən tətbiq edilir. O manipulyasiyanın icra edilməsini asanlaşdırmaqla həkimin işinə kömək edir. Hərəkətliliyin (mobilliyin) bərpası traksiya, fleksiya, lateral fleksiya və rotasiya istifadə olunmaqla 3D hərəkətlə həyata keçirilə bilər. Masa əsas terapevtik və anatomik vəziyyətləri almağa imkan verir və yuxarı, aşağı əyilməklə ağırlıq qüvvəsi terapiyası üçün istifadəni mümkün edir.
Bu vəziyyətdə həmçinin aşağı hissənin 3 səthdə fırladılması həyata keçirilə bilər. Aşağı hissə demək olar ki, döşəməyə qədər əyilərək xəstənin masaya rahat qalxmasını təmin edir. Baş hissə ekstensiya/fleksiya, lateral fleksiya, traksiya və öz vəziyyətinin hündürlüyünün (yuxarı-aşağı) tənzimlənməsinə imkan verir. Baş hissə kimi aşağı hissə də mükəmməl yumşaq lateral fleksiyanı həyata keçirməyə imkan verir.
Bundan başqa masa ən ciddi bel problemləri olan xəstələri belə vertikal vəziyyətdən birbaşa olaraq masaya yerləşdirməyə imkan verən unikal əyilmə funksiyasına malikdir. 3-səthli hərəkəti həyata keçirmək imkanı döş nahiyyəsində mobilizasiyanı həqiqətən unikal edir. Həkimə xəstəni qaldırmaq və ya onun daha yumşaq və ağrısız şəkildə yerini dəyişmək lazım gəlmir. Bunun nəticəsində prosedurlar arasındakı fasilələlər azalır və müalicə daha sürətli olur.

Manuthera

Xəstələr üçün qabaqcıl üstünlükləri:

  • Hündürlük tənziminin inanılmaz geniş diapazonu;
  • Qravitasion terapiya üçün əyilmə bucağının elektrik tənzimi; həmçinin prosedurun əvvəlində xəstəni maksimal rahat yerləşdirməyə imkan verir;
  • Tənzimlənən ayaqlı dəstək;
  • Artan hərəkətlilik (mobillik) üçün kilidli təkərlər;
  • Ikiqat artikulyasiyalı 3D funksional hərəkəti olan vertikal və lateral yerdəyişməsi vasitəsilə döş və boyun nahiyyəsinin təhlükəsiz mobilizasiyasını təmin edən baş hissəsi;
  • 3D rotasiya ilə drop funksiyalı iki bölməli orta hissə. Mobilizasiya və manipulyasiya üçün unikal funksiya;
  • Ekstensiya/fleksiya, lateral və 3D rotasiyalı hərəkətləri olan ayaq hissə;
  • Ayaq dəstəklərinin multiyerləşdirilməsi; yuxarı mövqe, beli üstdə uzanmış xəstənin ayaqlarının yerləşdirilməsi mövqeyi, xəstənin masada yerləşdirilməsində istifadə imkanı;
  • İdarəsinin asanlığı, masa funksiyalarının etibarlı və erqonomik idarəetmə qolları;
  • Bud nahiyyəsində müxtəlif manipulyasiyalar həyata keçirməyə imkan verən “drop+ traksiya” funksiyası.
  • Hündürlüyün mülayim tənzimi ilə olan əl dayaqları. Masanın yan dayaqları kimi də istifadə oluna bilər;
  • Ön və arxa tamamlayıcı dayaqlar daha çox dayanıqlılıq verir və ən çətin prosedurları həyata keçirməyə imkan verir.

Comments Are Closed!!!
AZ RU EN Mobile : +994502634075/77 E-mail : info@itrdi.az +994 (12) 404 83 10/11 FAQ