mitri.az

Nəfəs alınan havanın qaz tərkibinin dəyişikliklərinə orqanizmin fərdi uyğunlaşması tibbin və biologiyanın ən qədim və eyni zamanda ən əhəmiyyətli problemlərindən birini təşkil edir. Orqanizmin qeyri-spesifik müqavimətinin hipoksik stimullaşdırılmasının istifadəsi əsasında kəsişmə uyğunlaşması konsepsiyası dayanır ki, bu halda bir ekstremal amilə sabitliyin yaranması, müxtəlif təsirlərin tam kompleksinə qarşı orqanizmin sabitliyini yüksəldir. Bizim orqanizmimiz ətraf mühitdə az tərkibi oksigen olan həyat haqqında genetik yaddaşa malikdir və, zəruri olduqda, hipoksiyaya nisbətən asan uyğunlaşır. Doğuluşdan sonra qoruyucu mexanizmlər tədricən itirilir, çünki bizim atmosferdə, ana bətnində olan inkişaf şəraiti ilə müqayisədə, oksigen xeyli çoxdur və uşaən onun üçün mübarizə aparmağa artıq ehtiyacı yoxdur. Normobarik intervallı hipoksik məşq dörd tərkib hissədən ibarətdir:

  • normobarik” – bildirir ki, məşq 730 – 760 mm civə sütunu normal atmosfer təzyiqi zamanı keçirilir;
  • hipoksik/strong>” – məşq seansı zamanı pasiyent tərkibində az həcmdə oksigen olan hava ilə nəfəs alır (həkimin təyinatından asılı olaraq, 16-9 %);
  • intervallı” bildirir ki, hipoksik qaz qarışığı fasiləsiz deyil, intervallarla alınır, bu zaman pasiyent, tərkibində 20,9% oksigen olan adi hava ilə nəfəs alır (yəni hipoksik təsirlər, vaxt üzrə ciddi şəkildə məhdudlaşdırılmış, təxminən, təsirin öz müddətinə bərabər olan müddətli normoksik intervallar var);
  • məşq” orqanizmin hipoksiyaya kompensasiyasını həyata keçirən fizioloji, biokimyəvi sistemlər, xarici tənəffüs orqanları, qan dövranı, qan formalaşması, oksigenin toxumalarda və mitoxondriyalarda nəqli və utilizasiyasının biokimyəvi mexanizmləri kimi orqanizmin kompensator mexanizmlərinin məşq etdiyi prosesi bildirir.

Fasiləli normobarik hipoksiterapiya metodu, mühitin müxtəlif amillərinin insan tərəfindən daha yaxşı keçirilməsini təmin edən, dağlarda və barokameralarda inkişaf edən hipoksiya ilə müqayisədə, daha effektiv və fiziolojidir, texniki və iqtisadi cəhətdən əlçatandır. Bundan başqa, rejimlərin (rejimlər haqqında istinad) fərdi seçiminin və hipoksik təsirin ciddi şəkildə dozalanması imkanı normobarik hipoksiyanın mühüm üstünlüyüdür. Fasiləli normobarik hipoksiya yeni texnologiyalar sırasına aid edilmişdir, əksər hallarda müasir farmakologiya vasitələrindən geri qalmır və dərman preparatlarının əksəriyyətinə məxsus olan əlavə xüsusiyyətləri yoxdur. Metod, yüksək rütubət, aşağı atmosfer təzyiqi, temperaturun mövsümi tərəddüdləri, intensiv günəş radiasiyası və s. kimi dağ iqliminin əlverişsiz amillərini tamamilə istisna edir.

Comments Are Closed!!!
AZ RU EN Mobile : +994502634075/77 E-mail : info@itrdi.az +994 (12) 404 83 10/11 FAQ