Hərəkət texnikasının optik təhlili xəstələrin yaralanmalardan, əməliyyatlardan və nevroloji xəstəliklərdən sonra, həm də idmançıların nəzərdən keçirilməsi və korreksiyası zamanı xəstələrin bərpası hallarında aparılır. Analizin əhəmiyyətli rolu həm sağlamlıq pozuntularının və həm də müalicənin nəzarətində aşkar olunur.

Qaçış təhlili (“Run analysis”)

mitri.az
Bizim institutumuzda optik sistemi vasitəsilə qaçış texnikası analiz edilir. Həmin sistem istənilən hərəkəti yüksək dəqiqliklə əhatə etməyə qadirdir. Biz qaçışa qarşı kompleks yanaşmanın tərəfdarıyıq, buna görə analiz zamanı bütün orqanizmin fəaliyyəti nəzərdən keçirilir. Biomexaniki analizdən sonra vizual model qrafik hesabata çevrilir, həmin hesabatda çanağn fırlanması, diz bucağı, ayağın bükülməsi və yerlə əlaqə kimi ideal qaçış texnikası üçün bir sıra əsas parametrləri tapmaq olar. Hesabata həmçinin müəyyən əzələlərin və qamətin möhkəmlənirilməsi üçün tədris proqramı daxildir, bu da qaçış texnikasını yaxşılaşdrmağa kömək edəcək.
Motion Capture texnologiyası tədqiqatlar reabilitasiya, fiziki tərbiyyə və təcrübədə idman əlavələrinin geniş spektri üçün idealdır. Fiziki məhdudiyyətlər və hərəkətlərin optimallaşması idmançılar, məşqçilər, tədqiqatçılar və həkimlər üçün böyük maraq doğurur. Hərəkətlərin əhatə olunması bizə travmatizm mexanizmləri və onlarn qarşısının alınması haqqında daha çox məlumat əldə etməyə imkan verir. O, həmçinin müxtəlif idman növlərində daha yaxşı nəticələrin əldə olunması üçün idmançının texnikasının yaxşılaşdırılması üçün istifadə oluna bilər. Hərəkətlərin real zaman rejimində optik əhatəsinin yüksək keyfiyyətini və onların 3D-model və animasiya proqramlarında gələcək rəqəmsal emalını təmin edən dəqiq və etibarlı texnologiya. Biomexanika, kliniki və eksperimental təbabət, biologiyada olduqca effektivdir. İstifadəçinin vəzifələri ilə müvafiq dəqiq konfiqurasiya olunan Qualisys AB (İsveç) şirkətinin istehsalı olan sistem yüksək sürətli xüsusi kameralar komplekti, kameraların stasionar və mobil yerləşdirmə vasitələri, markerlər və kalibrləmə sistemi, eləcə də güclü xüsusi proqram təminatından ibarətdir. Sistemin unikal elastikliyi və portativliyi avadanlığı asanlıqla quraşdırmağa və onu istənilən idman obyektlərinə nəql etdirməyə imkan verir. Tam obyektiv, kəmiyyət məlumatları oynaq bucaqları, təcil, məqamlar, güvvə, deformasiyalar, bədənin vəziyyəti, balan və digər parametrlər hesablanaraq əldə oluna bilər.
PROTOKOLUN TƏSVİRİ:
Pasiyentin dərisində iki tərəfi yapışqan lent vasitəsilə müəyyən anatomik reper nöqtələrində və müvafiq protokollara uyğun olaraq bərkidilir. İnfraqırmızı telekameralar cvasitəsilə markerlərin məkanda hərəkəti yazılır: Nəticədə bədənin hər bir seqmtntinin hərəkətinin üçölçülü rekonstruksiyası yazılır. Əldə olunan məlumatlar sonradan xüsusi proqram təminatı ilə emal olunur və hesabat tərtib edilir. Hesabat ixtisaslı mütəxəssislər tərəfindən hərtərəfli analiz olunur, onun əsasında tibbi rəy tərtib edilir, diaqnoz qoyulur və adekvat həkim və pedaqoji tövsiyyələr verilir.

Tullanmaların təhlili (Jump analysis)

mitri.az
Tullanma texnikasıоptik Qualisys sistemi ilə analiz olunur. Bir neçə tullanma növe nəzərdən keçirilir: qaçaraq, yana, arxaya, yerində, hündürlükdən və s. Dayaqdan itələmə zamanı yaranan gücün vektorları analiz olunur, tullanmada iştirak edən əzələlərin güc xarakteristikalarını qiymətləndirmək imkanı var. Hərəkətlərin əhatə olunmasının yüksək dəqiqliyi idmançının ağırlıq mərkəzinin qaldırılma hündürlüyünü və itələmə nöqtəsində fiziki hübndürlüyü müəyyən etməyə imkn verir. Analiz zamanı bütün orqanizmin fəaliyyəti nəzərdən keçirilir və vizual model qrafik hesabata çevrilir, həmin hesabatda çanağn fırlanması, yuxarı ətrafların iştirakı, diz bucağı, ayağın bükülməsi və yerlə əlaqə kimi ideal qaçış texnikası üçün bir sıra əsas parametrləri tapmaq olar, bu da tullanma texniksını yaxşılaşdırmağa və yerə enməni təhlükəsiz etməyə imkan verəcək. İstifadəçinin vəzifələri ilə müvafiq dəqiq konfiqurasiya olunan Qualisys AB (İsveç) şirkətinin istehsalı olan sistem yüksək sürətli xüsusi kameralar komplekti, kameraların stasionar və mobil yerləşdirmə vasitələri, markerlər və kalibrləmə sistemi, eləcə də güclü xüsusi proqram təminatından ibarətdir. Sistemin unikal elastikliyi və portativliyi avadanlığı asanlıqla quraşdırmağa və onu istənilən idman obyektlərinə nəql etdirməyə imkan verir. Tam obyektiv, kəmiyyət məlumatları oynaq bucaqları, təcil, məqamlar, güvvə, deformasiyalar, bədənin vəziyyəti, balan və digər parametrlər hesablanaraq əldə oluna bilər.
PROTOKOLUN TƏSVİRİ:
Pasiyentin dərisində iki tərəfi yapışqan lent vasitəsilə müəyyən anatomik reper nöqtələrində və müvafiq protokollara uyğun olaraq bərkidilir. İnfraqırmızı telekameralar cvasitəsilə markerlərin məkanda hərəkəti yazılır: Nəticədə bədənin hər bir seqmtntinin hərəkətinin üçölçülü rekonstruksiyası yazılır. Əldə olunan məlumatlar sonradan xüsusi proqram təminatı ilə emal olunur və hesabat tərtib edilir. Hesabat ixtisaslı mütəxəssislər tərəfindən hərtərəfli analiz olunur, onun əsasında tibbi rəy tərtib edilir, diaqnoz qoyulur və adekvat həkim və pedaqoji tövsiyyələr verilir.

Yerişin təhlili (Gate analysis)

mitri.az
Hərəkətlərin rəqəmli optik təhlili, qamətdə və hərəkətlərdə dəyişiklikləri obyektiv, dəqiq və qeyri-invaziv şəkildə aşkarlamağa kömək edir. Məqsəd, məkanda hərəkət etmək qabiliyyətinin, anomaliyaların və korreksiya və ya köməkçi qurğulara olan tələbatın qiymətləndirilməsindən ibarətdir. Hərəkətin təhlili, kinematik, dinamik və elektromioqrafik parametrlərin toplanmasından ibarətdir. Xidmət, nevroloji xəstəliklərdən (hemiplegiya, uşaq beyin iflici, Parkinson xəstəliyi, onurğa beyininin zədələri) və oropedik xəstəliklərdən (artritlər, travmaların nəticələri, cərrahi əməliyyatlar, aşağı ətrafları amputasiya edilmiş pasiyentlər və protezli əlillər) əziyyət çəkən pasiyentlər üçün nəzərdə tutulub. Xüsusilə, hərəkətin təhlili, aşağıdakılara imkan verir:

  • xəstəlik nəticəsində funksional məhdudiyyəti və əmək fəaliyyətinin itirilməsini, tətbiq edilən kompensasiyanı, bu kimi dəyişiklikdən irəli gələn patogen mexanizmləri və insanın böyüməsi/qocalması ilə bu dəyişikliyin inkişafını müəyyən etmək;
  • həmin proqramdan öncə, proqram zamanı və onun sonunda pasiyentin kliniki vəziyyətini obyektiv və ölçülə bilən göstəricilərlə müəyyən edə biləcəyi adekvat fərdi bərpa proqramının işlənib hazırlanmasına zəmin yaradan müalicənin planlaşdırılmasında iştirak etmək;
  • idmanda, motorikanın, idman hərəkətlərinin yerinə yetirilməsi əsasında duran qabaqlayıcı idarəetmə mexanizmlərinin öyrənilməsi vasitəsilə, idman nəticələrinin yaxşılaşdırılması və travmaların qarşısının alınması məqsədi ilə, atletik hərəkətin miqdari təhlilini əldə etmək;
  • travma almış idmançılar üçün, bərpa proqramını optimallaşdırmaq və idman fəaliyyətinə qayıdışa qədər funksional bərpanı təmin etmək;
  • idman avadanlığının və cihazlarının, ortezlərin və protezlərin erqonomikasını qiymətləndirmək.

Yerişin tam təhlili, müalicədən öncə həkimə daha uyğun terapiyanı seçməyə kömək edə bilər: ortopediya əməliyyatları, botulinum toksini inyeksiyası, ortezlərin və ya protezlərin tətbiqi, intratekal terapiya və s. Müalicədən öncə və müalicədən sonra məlumatların müqayisəli təhlili vasitəsi ilə, düzəliş edən terapiyanın, yaxşılaşmanın nəticələrini qiymətləndirmək mümkündür.
Protokolun təsviri
Pasiyentin dərisinin üzərində, müəyyən anatomik reper nöqtələrdə, müvafiq protokollara əsasən, ikitərəfli yapışqan lent vasitəsi ilə kürəşəkilli əks etdirən markerlər bərkidilir. İnfra-qırmızı telekameraların köməyi ilə markerlərin məkanda hərəkəti qeyd edilir: nəticədə, vücudun hər hissəsinin hərəkətinin üçölçülü rekonstruksiyası qeyd edilir. Əldə edilmiş məlumatlar sonradan xüsusi proqram təminatı ilə işlənilir və hesabat tərtib edilir. Hesabat, ixtisaslaşdırılmış mütəxəssislər tərəfindən ciddi şəkildə təhlil edilir və bu hesabatın əsasında tibbi rəy hazırlanır, diaqnoz qoyulur və adekvat terapevtik tövsiyələr verilir. Seansın müddəti, təhlil olunan hərəkətin növündən və təhlilin protokolu tərəfindən tələb olunan passiv markerlərin sayından asılıdır. Məsələn, yerişin kinematikası 60 dəqiqəyə qədər davam edə bilər.

Comments Are Closed!!!
AZ RU EN Mobile : +994502634075/77 E-mail : info@itrdi.az +994 (12) 404 83 10/11 FAQ