İnstitutun məqsədləri haqqında

Bizim institutumuzun fəaliyyətinin əsas məqsədi – Azərbaycan Respublikasının yığma komandaları idmançılarının və onların ən yaxın ehtiyatlarının fiziki inkişafı, onların orqanizmlərinin funksional vəziyyəti haqqında dolğun və hərtərəfli informasiyanın əldə edilməsi; keçirilmiş travma və xəstəliklərdən, intensiv yüklənmələrdən sonra onların hazırlığı və reabilitasiyası, idmanda yüksək nailiyyətlərin fərdi göstəricilərinin yaxşılaşdırılması, habelə ölkə idmanının inkişafına dəstək göstərməkdən ibarətdir. Bundan əlavə, səhiyyə müəssisələrinin fəaliyyətinin və tibb elminin fiziki  bərpa metodlarının tətbiqi ilə, idmançılara konsultasiya və diaqnostika, müalicəvi-profilaktik və bərpaedici köməyin göstərilməsi məsələləri üzrə idman təşkilatları, cəmiyyətləri, federasiyaları və komandaları ilə əlaqələndirilməsində institutun iştirakının əhəmiyyəti  az deyil.

İnstitut idmanda travmatizmin və xəstələnmənin profilaktikasının, atletlərdə müxtəlif xəstəliklər və travmalar zamanı bərpa müalicəsi, habelə idmanla məşğul olan şəxslərdə sağlamlıq vəziyyətinə tibbi nəzarətin müasir metodikalarının işlənib hazırlanması və  təcrübədə tətbiq edilməsi üzrə elmi-metodik işin aparılmasına böyük əhəmiyyət verir.

Bizim mütəxəssislərin gücü ilə, həyat keyfiyyətinin yüksəldilməsi və idman nəticələrinin yaxşılaşdırılması üçün idmançılara və pasiyentlərə tibbi yardım göstərilir. Biz şəhər, ölkə, regionda idmanda tibbi yardımın göstərilməsi və reabilitasiya barəsində  liderliyi qoruyub saxlamağa çalışırıq. Kursu fasiləsiz inkişaf istiqamətində götürərək,  idman təbabəti üzrə milli peşəkar kadrlar, reabilitoloqlar və onlarla sıx bağlı sahələr formalaşır.

İnstitutun direktoru

Azərbaycan Respublikasının əməkdar həkimi

Sabir Adnayev

AZ RU EN Mobile : +994502634075/77 E-mail : info@itrdi.az +994 (12) 404 83 10/11 FAQ