İnstitutun strukturu

İnstitut Gənclər və İdman Nazirliyi ilə sıx əlaqədə işləyir, eləcə də Azərbaycan həkim – idman dispanserləri üçün elmi – metodik rəhbərliyi həyata keçirməklə, onların baş müəssisədir.

Qarşıya qoyulmuş məqsədlərlə müvafiq olaraq Milli İdman Tibb və Reabilitasiya İnstitutu müalicə, profilaktik, elmi və tədris strukturlarından ibarətdir. Onların qarşılıqlı əlaqəsi daha yaxşı koordinasiyaya səbəb olur və horizontal müəssisədaxili əlaqələri aktivləşdirir. Rəhbərlik institut direktoru və onun müalicə elm və idman işi üzrə müavinləri tərəfindən həyata keçirilir.

İnstituta aşağıdakı bölmələr daxildir:

Science_ManageDeptBu şöbə institutun elmi mövzusunun yerinə yetirilməsi, elmi-metodik sənədlərin işlənib hazırlanması, mütəxəssislərin hazırlanması ilə məşğuldur. Şöbə öz fəaliyyətini aşağıdakı yollarla həyata keçirir:
  • digər bölmələr və mütəxəssislərlə birgə, institutun yüksək nailiyyətlər idmanının tibbi təminatı üzrə fəaliyyətinin təhlilinin aparılması, xəstələrin və əlillərin reabilitasiyası məqsədi ilə, kineziterapiya, fizioterapiya və müalicəvi bədən tərbiyəsi vasitələri və metodlarından istifadə;
  • tibbi yoxlamanın bütövlüyü və vaxtlı-vaxtında keçirilməsinə nəzarətin təşkili və həyata keçirilməsi, təhkim edilmiş kontingentlərin müalicəsi və bərpası, idman növləri üzrə məşqlərə və yarışlara tibbi göstərişlər üzrə buraxılmanın əsaslandırılması;
  • idman təbabəti, fizioterapiya və bərpaedici müalicə üzrə rezidentlərin hazırlanması və ixtisaslarının artırılması üzrə aparılan işin əlaqələndirilməsi;
  • idmançılar haqqında kompüter məlumat bazasının yaradılması və onların reabilitasiyasına dair fərdi proqramların reallaşdırılması;
  • mütəxəssislərin fəaliyyət profili üzrə konfransların, müşavirələrin, seminarların keçirilməsinin təşkili;
  • kineziterapiya, fizioterapiya və müalicəvi bədən tərbiyəsinə dair müasir vasitələr və metodların tətbiqi ilə, idmançıların, habelə xəstələrin və əlillərin müayinəsi, müalicəsi və reabilitasiyasının müasir metodikalarının tətbiqinə nəzarətin təmin edilməsi;
  • tibbi, o cümlədən, elmi-metodik ədəbiyyat kitabxanasının, həmçinin, fəaliyyət istiqaməti üzrə qanunverici və normativ hüquqi bazanın formalaşdırılması və aktuallaşdırılması və onların maraqlı mütəxəssislər tərəfindən öyrənilməsi imkanının təmin edilməsi;
  • digər tibbi, idman, təhsil, ictimai və digər əlaqədar təşkilatlarda fəaliyyət profili üzrə qarşılıqlı təsir.
Reception03 Əlaqələndirmə qrupu həm institutun özündə, həm də digər tibb müəssisələrində idmançılara və pasiyentlərə bütün növ tibbi yardımın göstərilməsini təşkil edir. Qrupun məsələlərinə aşağıdakılar daxildir:
  • konsultasiya, müalicə və diaqnostika bölmələrinin əlaqələndirilməsi;
  • Bakı şəhərinin tibb müəssisələri ilə operativ əlaqələr;
  • pasiyentlərin müxtəlif profilli həkimlərin qəbuluna yazılması və onların arasında paylaşdırılması;
  • pasiyentlərin gündüz stasionarına yerləşdirməsi;
  • institutda fövqaladə hallar zamanı tədbirlərdə iştirak;
  • konsultasiya yardımının təşkili.
Sığorta şirkətləri, idman federasiyaları və idman klublarının nümayəndələri və korporativ müştərilərlə daimi əlaqə - əlaqələndirmə qrupunun fəaliyyətinin mühüm istiqamətidir. Qrup, ingilis, rus və azərbaycan dillərində danışan çoxdilli işçi heyətlə komplektləşdirilib.
trainingsŞöbə aktiv idmançıların travma və xəstəliklərdən sonra idmana tezliklə qayıtması məqsədi ilə, habelə, mərkəzi sinir sisteminin, dayaq-hərəkət aparatı fəaliyyətinin pozulmaları, ürək-damar sisteminin patologiyası olan pasiyentlərin tibbi-sosial reabilitasiyası və onların həyat tərzinin aktivləşdirilməsi məqsədi ilə, onların bərpaedici müalicəsi ilə məşğul olur. Şöbədə fizioterapiya, mexanoterapiya və kineziterapiya, müalicəvi bədən tərbiyəsi və manual təsirlər kimi qeyri-dərman müalicə vasitələri geniş tətbiq olunur.
Şöbənin məsələlərinə aşağıdakılar daxildir:
1) pasiyentin kliniki vəziyyətinin qiymətləndirilməsi (diaqnostikası);
  • reabilitasiya tədbirlərinin keçirilməsinin risk amilləri;
  • reabilitasiya tədbirlərinin aparılmasını məhdudlaşdıran amillər;
  • morfoloji parametrlər;
  • orqanizmin funksional ehtiyatları;
  • ali psixi funksiyaların və emosional sahənin vəziyyəti;
  • məişət və peşə bacarıqlarının pozuntuları;
  • aktivliyin və şəxsi və ictimai həyatın pasiyent üçün əhəmiyyətli hadisələrdə iştirakın məhdudiyyəti;
  • reabilitasiya prosesinin nəticələrinə təsir edən ətraf mühit amillərinin qiymətləndirilməsi (diaqnostikası);
2) reabilitasiya tədbirlərinin aparılmasına dair məqsədlərin formalaşdırılması, reabilitasiya proqramının formalaşdırılması, dərman və qeyri-dərman terapiyanın (fizioterapiya, kineziterapiya, müalicəvi bədən tərbiyəsi, masaj, müalicəvi və profilaktik qidalanma, manual terapiya, psixoterapiya, refleks terapiyası texnologiyaları və təbii müalicəvi amillərin tətbiqi ilə metodların), eləcə də, ətraf mühiti pasiyentin funksional imkanlarına və (və ya) pasiyentin funksional imkanlarının ətraf mühitə uyğunlaşmasını həyata keçirən vasitələrin, o cümlədən, hərəkət, protezləmə və ortezlənmə vasitələrindən istifadə etməklə, kompleksli tətbiqi;
3) reabilitasiya tədbirlərinin effektivliyinin qiymətləndirilməsi və proqnoz.
c-13-2-_stationar Gündüz yerləşdirmə stasionarı bizim institutumuzun kliniki şöbəsinin struktur bölməsidir və standartlara və xəstələrin protokollarının aparılmasına uyğun olaraq, müasir tibbi texnologiyaların tətbiqi ilə, 24 saat boyunca tibbi müşahidə tələb etməyən xəstələrə profilaktik, diaqnostik, müalicəvi və reabilitasiya tədbirlərinin aparılması üçün nəzərdə tutulmuşdur. “Gündüz stasionarı” və “Gündüz yerləşdirmə stasionarı” anlayışların fərqi ondan ibarətdir ki, “gündüz stasionarı” termini, həmin struktur bölmənin ambulator-poliklinik müəssisədə yerləşməsinə, “gündüz yerləşmə stasionarı” termini isə - texniki cəhətdən daha yüksək səviyyədə təchiz olunmuş hospital müəssisəində yerləşməsini göstərir. Aralarında intervala riayət olunmasını tələb edən böyük həcmdə diaqnostik müayinələrin və müxtəlif prosedurların olduğu, intensiv reabilitasiya prosesi mərhələsində pasiyentin palatada stasionar yerləşməsi, prosedur arası fasilələrdə vaxt keçirməyə, növbə gözləyərkən vaxt itirmədən istirahət etməyə imkan verir. Stasionar pasiyentlərə nəzarət etmək üçün tibb bacısı ayrılır. Tibb bacısı xəstənin qidalanmasına görə cavabdehdir, zəruri qulluğu həyata keçirir, tədqiqatların və prosedurların keçirilməsini tənzimləyir. Bizim nəqliyyat xidmətimiz, pasiyenti evindən vaxtlı-vaxtında götürülməsini və əvvəlcədən razılaşdırılan vaxtda onu geri çatdırılmasını həyata keçirir. Nəqliyyat vasitələrimiz həm yataq pasiyentləri ilə, həm də araba ilə daşınan pasiyentlərlə işləmə üçün bütün zəruri avadanlıqla təchiz olunub. Stasionarda yerləşmə müddəti qohumların xəstənin yanında qalmağını tələb etmir və qohumlar bu müddəti, bir qayda olaraq, daim xəstə insanın yanında olduqları səbəbdən yerinə yetirə bilmədikləri işlərin yerinə yetirilməsinə həsr edirlər. Siz, 404-83-10/11/12 telefon nömrələrinə zəng edərək, Sizi maraqlandıran istənilən informasiya əldə etmək üçün resepşenə müraciət edə bilərsiniz. Biz, Sizin istənilən suallarınızı cavablandırmağa və Sizi bizim mütəxəssislərin qəbuluna yazdırmağa şad olarıq.
ConsultantKonsultasiya və dispanser şöbəsi idmançıların dövri, mərhələli və cari müayinələrinin keçirilməsi ilə məşğul olur, idmançılar və institutun pasiyentləri üçün mütəxəssis həkimlərin konsultasiyalarını həyata keçirir. Burada həmçinin, konkret kliniki hallar üzrə dəvət olunmuş tibbin dar ixtisas üzrə həkimlərin qəbulu təşkil olunur. Aşağıda əsas mütəxəssislərin siyahısı təqdim olunub:
  • ortoped-travmatoloq;
  • kardioloq;
  • stomatoloq;
  • endokrinoloq;
  • otorinolarinqoloq;
  • oftalmoloq;
  • ginekoloq;
  • diyetoloq;
  • dermatoveneroloq;
  • nevropatoloq.
mitri.az Morfoloji diaqnostika laboratoriyası aşağıdakı istiqamətlər və kabinetlərlə təqdim olunur: maqnit rezonans tomoqrafiyası, rəqəmsal rentgenoskopiya və rentgenoqrafiya, ultrasəs skanlaşma, pəncə təzyiqinin təhlili sistemi, podoskop, içliklərin hazırlanması üçün pəncə izlərinin skanlaşması, densitoqrafiya. Laboratoriya müasir avadanlıqla təchiz olunub və burada qabaqcıl diaqnostika texnologiyalarına yiyələnmiş yüksək ixtisaslı mütəxəssislər çalışır. Morfologiyaya dair informasiyanın kompleks şəklində öyrənilməsi, onun təhlili üçün əlavə imkanlar təqdim edir və müalicə və diaqnostika metodikalarının daha optimal seçilməsi üçün şərait yaradır.
StressTests2 Laboratoriya pasiyentlərin funksional imkanlarının tədqiqatı üçün nəzərdə tutulub, burada müxtəlif dərəcəli intensiv fiziki yükləmələrin təsiri altında idmançıların qan dövranı sistemində yaranan müsbət və mənfi dəyişikliklər öyrənilir və həddindən artıq fiziki yükləmələrin nəticəsi olan patoloji dəyişikliklərin diaqnostikası, müalicəsi və profilaktikası məsələləri həll edilir. Erqospirometriya - ürək-damar və tənəffüs sistemlərinin fəaliyyəti, hüceyrə və ətraf mühit arasında baş verən qaz mübadiləsini yoxlamağa, hər bir idmançı üçün fərdi şəkildə fiziki yüklənmənin təsiri, dözümlülüyü və optimal səviyyəsini qiymətləndirməyə imkan verən qeyri - invaziv diaqnostika metodudur. Həmin diaqnostika metodunun keçirilmə müddəti kifayət qədər qısadır, idmançı üçün narahatlıq yaratmır və əvvəlcədən hazırlıq tələb etmir. EKQ ilə birləşdirilmiş erqospirometriyanın üstünlükləri – eyni zamanda qan qazlarına nəzarət və xarici tənəffüsün təhlili ilə bir testin aparılması zamanı ürək və ağciyər funksiyalarının qiymətləndirilməsindən ibarətdir. Bu zaman, həmin kompleks testin informativliyi, təcrid edilmiş stress-testdən əhəmiyyətli dərəcədə yüksəkdir, və ölçülərin nəticələrini real vaxtda əldə etməyə imkan verir. Stress - testlər laboratoriyasında PW2 müayinə, müxtəlif əzələ qruplarının iştirakı ilə spiroerqometrik testlər aparılır, xarici tənəffüs analizi metodları ilə aerob və anaerob limitlərinin əhəmiyyəti müəyyən olunur, xüsusi iqlim rejimlərində spiroerqometrik testlər həyata keçirilir. Laboratoriyanın diaqnostika imkanları:
  • EKQ;
  • Exo KQ;
  • Yükləmə (veloerqometr) ilə Exo KQ;
  • EKQ və AT-in sutkalıq monitorinqi;
  • Tredmil və veloerqometrdə kardio stress-test;
  • Fiziki hazırlıq və dözümlülük səviyyəsinin müəyyən edilməsi ilə erqospirometriya (xarici tənəffüs funksiyalarının monitorinqi).
  • İdmançıların skrininq kardiorespirator müayinəsi.
mitri.az Laboratoriyanın əsas təyinatı, əzələlərin güc xarakteristikalarının, bəzi hallarda onların porsiyalarının və əzələ qruplarının, dözümlülüyünün, yığılma sürətinin, bağ aparatının və oynaqlarda hərəkətin həcminin tədqiqatından ibarətdir. İzokinetik test - əzələni aktiv vəziyyətə qaytarmaq üçün spesifik meyarlar müəyyən etməyə imkan verən əzələ fəaliyyətinin obyektiv qiymətidir. Texnologiya - müqavilənin imzalanmasından əvvəl legionerlərdə əzələ sisteminin tədqiqatı zamanı, məşq prosesinin mərhələlərində idmançılarda əzələ sisteminin ilkin vəziyyətinin müəyyən edilməsi zamanı, alınmış travmalardan sonra və fiziki reabilitasiyanın keçirilməsi zamanı seçim metodudur. Laboratoriya, bioloji əks əlaqəsi olan robotlaşdırılmış biomexaniki diaqnostika və korreksiya trenajor kompleksi ilə təqdim olunub. Diaqnostika komandanın həkimi və məşqçi ilə birlikdə, nəticələr əsasında idmançının hərəkət məşqi və ya reabilitasiyası üzrə fərdi proqram işləyib hazırlamağa imkan verir. Praktiki əhəmiyyəti:
  • idmançının dayaq-hərəkət və neyro-əzələ aparatlarının vəziyyətinin yüksək dəqiq diaqnostikası və obyektiv funksional qiymətləndirilməsi imkanı;
  • elektromioqrafiya məlumatları, yerinə yetirilən hərəkət həcmi, idmançının qeydə alınan səyləri əsasında idmançının hərəkətinin optimal sürət xarakteristikalarının müəyyən edilməsi;
  • sağlam idmançılarda əzələ-güc pozuntularının müəyyən edilməsi zaman fərdi məşq kompleksinin işlənib hazırlanması və travmadan sonra ilk günlərdən başlayaraq reabilitasiya;
  • • real vaxtda hərəkətin cari vəziyyətinin və parametrlərinin müəyyən edilməsi və yükləmənin və güclənmə əmsalının vaxtında korreksiyası, bu da hərəkətlərin sürətinin yüksəlməsi, erkən funksional reabilitasiya zamanı minimal güc ilə işləmə və hətta idmançının amplitudası və imkanlarının məhdudiyyəti nəzərə alınmaqla düz hərəkətin yerinə yetirilməsi üçün unikal imkan yaradır.
Reabilitasiyanın bütün mərhələlərində əzələ qruplarının bərpası zamanı izokinetik avadanlığın əhəmiyyəti mühüm və əvəzolunmazdır. Texnologiyanın xüsusiyyəti onun hazırkı an üçün əzələ sisteminin bərpa olunma dərəcəsinin vəziyyətinin obyektiv olaraq müəyyən edilməsi imkanı, problemi gələcəkdə proqnozlaşdırmaq imkanı və kompleksli bərpa müalicədə iştirakdan ibarətdir.
Biomehanics Hərəkət biomexanikası laboratoriyası aşağıdakı texnologiyaların məlumatları ilə manipulyasiya edir: güc və tullanma platformasının göstəriciləri; təmassız mioqrafiya; hərəkətin bütün parametrlərinin ölçülməsi və onun analizi üçün optik-elektron sistem. İdmançının koordinasiya imkanlarının qiymətləndirilməsi üçün çoxfunksional güc platforması: hərəkətlərin simmetrikliyi; yükləmənin gücü; tullanmada güc və enmənin simmetrikliyi; koordinasiya reaksiyası; hərəkətlərin planlaşdırılması; tarazlıq. Bu metodikanın sayəsində aşağıdakı hərəkətləri yerinə yetirmək mümkündür;
  • gizli travmaları və ya hərəkətlərin diskoordinasiyasını aşkar etmək və fərdi bərpa alqoritmini işləyib hazırlamaq;
  • reabilitasiya dövründə idmançılar üçün bioloji əks əlaqə imkanı ilə bərpa proqramını təyin etmək, bu da yüksək nəticələrin əldə edilməsi üçün yüksək motivasiyaya gətirib çıxarır;
  • məşq rejiminin aparılmasına dair məşqçiyə və idmançıya tövsiyələr vermək;
  • 50/50 “qızıl standart” balansının əldə edilməsi üçün koordinasiya və tarazlıq məşqinin fərdi proqramlarını işləyib hazırlamaq.
Tullanma üçün platforma, bir yerdə, çəki ilə, düz ayaqlarla, “sko-camp”, müxtəlif vəziyyətlərdən tullanmaların analizi üçün nəzərdə tutulub. Bu platformanın köməyi ilə tullanmanın keyfiyyətinin aşağıdakı göstəricilər üzrə kompleks qiymətləndirilməsini aparmaq mümkündür:
  • hansı ayağın təkan ayağı olması;
  • ağırlıq mərkəzi necə yerini dəyişir;
  • itələmə anı nə qədər davam edir; havada ləngimə nə qədər davam edir;
  • yerə enmənin nə qədər bərabər şəkildə baş verir;
  • tullanmanın gücü.
Elektromioqrafiya və hərəkətlərin videoanalizi sistemi ilə inteqrasiya həkimlərə fərdi məşq və reabilitasiya proqramlarını yaratmağa imkan verir. Platformanın praktiki əhəmiyyəti:
  • aşağı ətrafların istifadə olunduğu idman növləri üçün idmançıların seçilməsi;
  • optimal məşq və reabilitasiya prosesi proqramının işlənib hazırlanması;
  • paraolimpiyaçılar üçün tullanmaların və protezin işinin qiymətləndirilməsi.
Optik-elektron sistem insan pozalarının bütün parametrlərinin, onurğa sütununun kompleksli diaqnostikası və frontal və sagittal müstəvilərdə başdan pəncələrə qədər tam qiymətləndirmə üçün zəruri olan ölçülərinin olduqca yüksək dəqiqliyini və səhihliyini təmin edir. Protokollar daha çox təhlil olunan hərəkətlərin tez qiymətləndirməsini təmin edir, bu da:
  • onurğa sütunu və ayaq xəstəliklərinin klinikadan əvvəlki mərhələdə kompleksli diaqnostikasını aparmağa;
  • ətraflı diaqnostik protokol əsasında məşq və reabilitasiya prosesinin fərdi sxemini seçməyə;
  • paraolimpiyaçılarda kompensasiya edən qurğuların funksionallığını qiymətləndirməyə;
  • məşq və reabilitasiya prosesinin effektivliyinin qiymətləndirilməsini dinamikada aparmağa imkan verir.
Hərəkətin videoanalizinin çoxistiqamətli qrupu  biomexanik təhlilin, vahid təhlil sisteminə sinxronlaşdırılmış üç moduldan ibarət metodikasını yerinə yetirir: hərəkətin videotəhlili; xüsusi olaraq işlənib hazırlanmış güc platformaları; elektromioqrafiya. Hər idman növü üçün hərəkətin təhlili protokolları
  • hərəkətin istənilən növlərini və texnikalarını üç müstəvidə qiymətləndirməyi və bu məlumatlara əsaslanaraq, gənc atletlərlə məşqlər keçirməyi və texnikanın əsas məqamlarını işləməyə;
  • hərəkətin istənilən anında sürəti (bucaq və ya xətti sürət), güc xarakteristikalarını, əzələlərin işini qiymətləndirməyə və aparıcı peşəkar idmançıların göstəricilərini öyrənməyə;
  • gizli travmanı müəyyən etməyə və reabilitasiya tədbirlərinin effektivliyini qiymətləndirməyə;
  • hərəkətlərin göstəricilərinə əsasən idmançının optimal təchizatını (ayaqqabı, geyim) seçməyə; paraolimpiyaçılar üçün – kompensasiya edən qurğuların (protezlər və ortezlər) işinin rahatlığını qiymətləndirməyə imkan verir.
mobilesupport “Səyyar mobil qrup”un məqsədi, müayinələrin bilavasitə məşqlər və toplanışlar yeri üzrə aparılmasından ibarətdir. Mobil qrup xüsusi ixtisaslaşdırılmış avtomobilə və geniş çeşiddə daşınabilən avadanlığa malikdir: bilateral güc platformaları, yeriş, qaçış və tullanmaların təhlili sistemi, “düşərgə” biokimyəvi laboratoriyası, xarici tənəffüs, nəbzin tezliyi və EKQ-ın məsafəli monitorinqi, stabilometrik test. Müəyinələrin nəticələri həm idmançılar üzrə fərdi rəylər verməyə, həm də komanda işi üzrə hesabat verməyə imkan yaradır. Yerində aparılan skrininq, ayrı-ayrı idmançılarda problemlərin aşkarlanmasına və onları artıq institutda ətraflı müayinə etməyə imkan verir. Siz, 404-83-10/11/12 telefon nömrələrinə zəng edərək, Sizi maraqlandıran istənilən informasiya əldə etmək üçün bizə müraciət edə bilərsiniz. Biz, Sizin istənilən suallarınıza cavab verməyə və mümkün əməkdaşlıq məsələlərini müzakirə etməyə şad olarıq.
SlimDown Qrup düzgün qida, BAƏ (bioloji aktiv əlavələr) seçimi barəsində məşq prosesini müşaiyət modelinin formalaşmasında fəal iştirak edir. İşin mühüm hissəsi - institutda pasiyentlərə arıqlama proqramının keçirilməsinin formalaşdırılması və nəzarətidir. Piy tərkibi, əzələ və sümük komponentinin ölçülməsi üçün bədən çəkisinin analizi (body composition),
  • >məşq və yarış prosesinin müxtəlif dövrlərində idmançıların qidalanmasını seçməyə və ona düzəliş etməyə;
  • müvafiq fiziki yüklənməni seçməyə imkan verir.
Densitometrik cihazlar sümük-oynaq sisteminin vəziyyətini təhlil etməyə imkan verir və bu da, öz növbəsində,
  • sınıqların konsolidasiyasını izləməyə;
  • sümük-bərpa terapiyasının effektivliyini qiymətləndirməyə imkan verir.
Bədən biometriyasının təhlili, pasiyentin qamətini dəqiqliklə qiymətləndirməyə və,
  • məşq prosesinin aparılmasına və əzələ kütləsinin artırılmasına nəzarət etməyə;
  • idmançı üçün fərdi geyim və ayaqqabı seçməyə;
  • pasiyentlər üçün fərdi korreksiya edən ayaqqabı seçməyə;
  • içliklərin və ortezlərin seçilməsinə;
  • paraolimpiyaçılar üçün protezlərin sifarişi üçün onun metrik və həcmi parametrlərini müəyyən etməyə imkan yaradır.
Pscyhocorrection Psixoloji test kabineti həm idmançılarla, həm də reabilitasiya keçən pasiyentlərlə işləyir. İdman üçün: Kabinet, liderliyə və riskə meyilliyin, komandada işləmək imkanının müəyyən edilməsi üçün testlərdən istifadə edir, bu da komanda oyunçularının komplektləşdirilməsi və kapitanın seçilməsində məşqçiyə əhəmiyyətli dərəcədə kömək edə bilər. İdmanın hər növü üzrə işlənib hazırlanmış və uyğunlaşdırılmış proqramlar, idmançının əsas problemini aşkar etmək; idmanın komanda oyun növləri üçün xüsusilə aktual olan koqnitiv funksiyaları (diqqət, yaddaş, cəmləşmə, motorika, periferik görmə qabiliyyəti) diaqnostika etmək; bioloji əks əlaqə əsasında pozuntuların aşkarlanması zamanı, mövcud olan pozuntuların korreksiyasının fərdi proqramını yaratmaq və dinamikada bu və ya digər parametri müşahidə etmək; müəyyən psixoloji testlərin keçirilməsindən sonra, oyunun istənilən məqamında idmançının davranışını proqnozlaşdırmaq imkanı verir. Kabinetin praktiki əhəmiyyəti:
  • idman növünə uyğun olaraq, idman-psixoloji xarakteristikaların müəyyən edilməsi;
  • idmanın komanda növlərində rolların paylaşdırılmasına dair məşqçiyə tövsiyələrin verilməsi;
  • gizli bacarıqların aşkarlanması və onların inkişaf etdirilməsi;
  • diaqnostika və korreksiyanın oyun formasında keçirilməsi imkanı.
Pasiyentlər üçün: Kabinet depressiya hallarını, koqnitiv funksiyaları (diqqət, yaddaş, cəmləşmə, motorika), motivasiyanın enməsini diaqnostika edir. Psixokorreksiya kabineti psixiatr və psixoloqun səyləri sayəsində daxili münaqişənin həllini əldə etməyə və psixoloji cəhətdən travmatik amilin aradan qaldırılmasına nail olmağa; xüsusi psixoloji məşq proqramının keçirilməsinə və stressə dayanıqlığı və motivasiyanı yaxşılaşdırmağa imkan yaradır.
Labcontrol Laboratoriya idmançılar və reabilitasiya keçən pasiyentlər üçün bioloji mayelərin göstəricilərinin ümumi kliniki, biokimyəvi və immunoloji nəzarətini həyata keçirir. İdmançının ilkin vəziyyətinin tədqiqatı zamanı reabilitasiya prosesinə nəzarət və idmançıların orqanizmlərinin yüklənmələrə reaksiyasının kompleksli öyrənilməsi və ya reabilitasiya tədbirlərinin keyfiyyətinə nəzarət üçün prosedur kabinetində, idmançıların funksional müayinəsinin müxtəlif mərhələlərində qan nümunələrinin götürülməsi həyata keçirilir, bu da həkimə,
  • elektrolit və metabolik mübadilələrin vəziyyətini;
  • laktat limiti;
  • immun və endokrin (hipofiz, qalxanvari vəz) sistemlərin vəziyyətini qiymətləndirməyə imkan verir.
İdmançının vəziyyətinin monitorinqini aparmaq üçün müntəzəm olaraq aşağıdakı laborator müayinələrin keçirilməsi tələb olunur: Baza monitorinqinin tərkibi:qanın ümumi analizi; sidiyin ümumi analizi; ALT, AST, ümumi bilirubin; kreatinfosfokinaza; sidik cövhəri, kreatinin, sidik turşusu, ümumi xolesterin, qlükoza; testosteron, kortizol, tireotrop hormon; zərdab dəmiri, TIBC (zərdabın ümumi dəmir bağlayıcı qabilliyəti), ferritin; D-dimer; C-reaktiv zülal; Kross-Laps rezorbsiyası markeri; ümumi zülal və zülal fraksiyaları; immun statusu; elektrolitlər (Mg, K, Ca, Na, Р); Mərhələli monitorinq tərkibi: qanın ümumi analizi; sidiyin ümumi analizi; ALT, AST, ümumi bilirubin; kreatinfosfokinaza; sidik cövhəri; testosteron, kortizol; zərdab dəmiri, TIBC (zərdabın ümumi dəmir bağlayıcı qabilliyəti), ferritin; Kross-Laps rezorbsiyası markeri; elektrolitlər (Mg, K, Ca, Na, Р); qlükoza; Cari monitorinq tərkibi:kreatinfosfokinaza; sidik cövhəri; hemoqlobin; ALT, AST; elektrolitlər (Mg, K, Ca, Na, Р).
AZ RU EN Mobile : +994502634075/77 E-mail : info@itrdi.az +994 (12) 404 83 10/11 FAQ