İdmançılar üçün informasiya


İnstitut idman federasiyaları, klublar və yığma komandalar üzrə  ən yüksək dərəcəli idmançılarının dispanserizasiyasını aparır. Dispanserizasiyanın keçirilmə vaxtı idmançının məşq və yarış qrafiki ilə uyğunlaşdırılır. Bundan başqa, idmançıların  dərin tibbi müayinəsi  (DTM) yerinə yetirilir, bura böyük  həcmdə müayinə daxildir və bu, müayinə idmançının hazırkı an üçün vəziyyəti və onun bu və ya digər idamn növündə idman nailiyyətləri sahəsində potensial imkanları haqqında daha əsaslı nəticələr çıxarmağa imkan verir. Həmçinin, bizim idmançı kontingentimiz üçün, məşqlərə təhlükəsiz buraxılma məqsədi ilə müalicədən (travmadan, xəstəlikdən) sonra baxış və  yarışlara buraxılma məqsədi ilə, onların keçirilməsindən əvvəl  baxış  həyata keçiririk. Müayinədə idman həkimi, terapevt, otorinolarinqoloq, oftalmoloq, dermatoloq, kardioloq, nevroloq, stomatoloq və, zəruri hallarda, digər  mütəxəssislər iştirak edirlər. İdmançıların skrininq laborator və kardiorespirator müayinəsi aparılır.

İnstitutda həmçinin, xəstəliklər və travmalar zamanı idmançılara diaqnostika və reabilitasiya yardımı göstərilir. İnstitutun klinikası idman travmasının müasir və uğurlu müalicəsi üçün bütün zəruri avadanlıqla təchiz olunub. Bizim diaqnostika və  bərpa müalicəsi imkanlarımızla Siz daha ətraflı “İdmançılara” bölməsində tanış ola bilərsiniz.

404-83-10/11/12 seriya telefon nömrələrinə zəng edərək, Sizi maraqlandıran istənilən informasiya əldə etmək üçün resepşenə müraciət edə bilərsiniz. Biz Sizin istənilən suallarınızı cavablandırmağa və Sizi bizim mütəxəssislərin qəbuluna yazmağa şad olarıq.

AZ RU EN Mobile : +994502634075/77 E-mail : info@itrdi.az +994 (12) 404 83 10/11 FAQ