İdmançıların müayinəsi

İdmançının fərdi tibbi müayinəsi, onların fiziki inkişafı, sağlamlıq vəziyyətinin qiymətləndirilməsi, idmançının orqanizminin funksional vəziyyəti və onun iş qabiliyyətinin göstəriciləri haqqında informasiya əldə etmək məqsədi ilə aparılır, bunun üçün idmançının müayinəsinə dair fərdi proqram tərtib olunur. Həmin proqrama aşağıdakılar daxildir:

  • morfometrik müayinənin aparılması;
  • ümumi kliniki müayinənin aparılması;
  • laboratoriya-instrumental müayinənin aparılması;
  • fiziki inkişaf səviyyəsinin qiymətləndirilməsi;
  • psixofizioloji və psixoemosional statusun qiymətləndirilməsi;
  • yüksək fiziki yüklənmələrin orqanların və orqanizm sistemlərinin funksiyasına təsirinin qiymətləndirilməsi;
  • idman məşğələləri zamanı patologiyanın (həmçinin həyat üçün təhlükənin) yaranmasının risk amilləri qismində sərhəd vəziyyətlərin müəyyən edilməsi;
  • idman məşğələlərinə əks göstəriş olan xəstəliklərin (o cümlədən, remissiya mərhələsində olan xroniki xəstəliklərin) və patologiyaların müəyyən edilməsi;
  • müntəzəm yüksək fiziki yüklənmələr zamanı sağlamlıq vəziyyətinin proqnozlaşdırılması;
  • müəyyən edilmiş sağlamlıq vəziyyəti və aşkar edilmiş funksional dəyişiklikləri nəzərə alaraq, seçilmiş idman növü ilə məşğul olmağın məqsədəuyğunluğunun təyini;
  • sağlamlıq vəziyyətində aşkar edilmiş dəyişiklikləri nəzərə alaraq, illik məşq siklində məşq prosesinin planlaşdırması və korreksiyası üzrə tibbi tövsiyələr.

Fərdi müayinə nəticələrinə görə idmançının idman məşqlərinə buraxılması və yarışlarda iştirak  etməsi məqsədi ilə, idmançının orqanizminə yüklənmənin uyğunluğu, irəli sürülən yüklənmələrin idmançının orqanizminin funksional imkanlarına uyğunluğu, yüklənmələrin tətbiq edilməsi rejiminin düzgünlüyü qiymətləndirilir.

İdmançıların fərdi tibbi müayinəsi onların çoxillik hazırlığının bütün mərhələlərində – idman ixtisaslaşması mərhələsindən başlayaraq, idman ustalığının təkmilləşdirilməsi mərhələsində və yüksək idman ustalığı mərhələsinə qədər aparılır.

 

AZ RU EN Mobile : +994502634075/77 E-mail : info@itrdi.az +994 (12) 404 83 10/11 FAQ