Dövri müayinələr

Milli İdman Tibb və Reabilitasiya İnstitutu beynəlxalq yarışlarda iştirak edən idmançıların, yığma komandaların üzvlərinin və onların ən yaxın ehtiyatlarının  tibbi müşahidəsini həyata keçirən baş müəssisədir. Tibbi müşahidə  aşağıdakı sxem üzrə  həyata keçirilir:

Baza monitorinqi (idmançıların ildə 2 dispanserizasiyası). Tədqiqatın məqsədi – həyat üçün təhlükəli və iş qabiliyyəti üçün əhəmiyyətli amillərin skrininqi, iş qabiliyyətini məhdudlaşdıran amillərin aşkar edilməsidir;

Mərhələli monitorinq (ildə 6-7 dəfə). Tədqiqatın məqsədi – bərpa proseslərinə nəzarət, həddindən artıq məşq etmənin qarşısının alınması, bərpa və həddindən artıq məşq etmə prosesini xarakterizə edən prinsipial mühüm göstəricilərə dinamik nəzarətdir;

Cari monitorinq (mikrodövriyyə ərzində 1-2 dəfə). Tədqiqatın məqsədi –  təcili bərpa proseslərinə nəzarət, aşırı gərginliyin profilaktikası, mikrodövriyyədə faktiki məşq prosesinin yönləndirilməsinə nəzarətdir.

Bundan əlavə, biz, məşqlərə təhlükəsiz buraxılma  məqsədi ilə, müalicədən (travmadan, xəstəlikdən, müdaxilədən) sonra baxış, yarışlara buraxılma məqsədi ilə, onların keçirilməsindən əvvəl baxış həyata keçiririk. Müayinədə idman həkimi, terapevt, otorinolarinqoloq, oftalmoloq, dermatoloq, kardioloq, nevroloq, stomatoloq və, lazım gəldikdə, digər  mütəxəssislər iştirak edirlər.

 

İdmançıların dispanser müayinəsinin keçirilməsi aşağıdakı məqsədlərlə həyata keçirilir:
  • sağlamlıq vəziyyəti, fiziki inkişaf və məşqetmə dərəcəsinin müəyyən edilməsi;
  • idmançının orqanizminə müsbət təsir etmək üçün ən rasional sanitar-gigiyenik şəraitinin müəyyən edilməsi;
  • idmançılarda patoloji və patologiyadan əvvəl vəziyyətlərin qarşısını almaq üçün idmançılara aparılan həkim müşahidəsi və fiziki məşqlərin yeni vəsait və metodlarının elmi əsaslandırılması.
Dispanser müayinəsinə aşağıdakılar daxildir:
  • həkim mütəxəssislərin (idman həkimi, terapevt, kardioloq, nevropatoloq, psixoloq, dermatoloq, endokrinoloq, oftalmoloq, otolarinqoloq və lazım gəldikdə, digər mütəxəssislərin) müayinələri;
  • biometriya və antropometriya;
  • döş qəfəsinin və ya, həkimlərin mülahizəsinə görə, digər nahiyələrin rentgen müayinəsi;
  • EKQ;
  • kardiorespirator test.
Cortex İdmançıların dərin tibbi müayinəsi (DTM) fiziki inkişaf, sağlamlıq vəziyyəti, idmançının orqanizminin funksional statusu və onun fiziki iş qabiliyyətinin göstəriciləri haqqında hərtərəfli informasiyanın əldə edilməsi üçün aparılır. 1. DTM-nin keçirilməsi əsas proqram, əlavə tədqiqatlar və mütəxəssislərin göstərişlər üzrə konsultasiyalarından ibarətdir. 2. DTM proqramı idman növlərinin beş qrupuna şamil edilir: dövri; sürət - güc; təkbətək idman döyüşləri; idman oyunları; mürəkkəb-koordinasiya idman növləri. 3. Müayinə metodlarının seçilməsi və komplektasiyası idmançıların orqanizminin fərdi xüsusiyyətləri, xəstəliklərin və bir sıra digər risk amillərinin mövcudluğu, idman növlərinin xüsusiyyətləri, hazırlıq mərhələləri, müayinə prosesində ayrı-ayrı mütəxəssislər tərəfindən verilən əlavə göstərişlərlə təyin edilir. DTM nəticələri üzrə yüklənmənin adekvatlığı, yüklənmələrin tətbiqi rejiminin düzgünlüyü qiymətləndirilir. Bundan başqa, idmançıların DTM məsələlərinə aşağıdakılar daxildir:
  • idmanla məşğul olmağa mane olan və ya idman iş qabiliyyətini məhdudlaşdıran xəstəliklərin və patoloji vəziyyətlərin mövcudluğunun müəyyən edilməsi;
  • məşq prosesi və idman bacarığının istiqamətindən asılı olaraq, hazırlıq dövrü prosesində idmançının fiziki inkişafının və onun dəyişikliklərinin diaqnostikası;
  • hazırlıq mərhələsini nəzərə alaraq, patoloji vəziyyətlərin yaranmasının risk amillərinin və idmançının orqanizminin ehtiyat imkanlarının səviyyəsinin müəyyən edilməsi;
  • əsas fiziki keyfiyyətlərin: sürət, dözümlülük, güc, məşq prosesinin cari mərhələsində koordinasiya inkişafının proqnozu;
  • aşkar edilmiş dəyişikliklərdən asılı olaraq, idmançının sağlamlıq səviyyəsinin saxlanılması və məşq prosesinin korreksiyası üzrə tövsiyələr;
  • sağlamlığın aşkar edilmiş xüsusiyyətləri, funksional vəziyyəti, orqanizmin yüklənmələrə uyğunlaşması göstəriciləri ilə əsaslandırılmış fərdi bərpa və bərpa tədbirlərinin təyin edilməsi.
DTM-nin aparılması əsas proqramdan ibarətdir: 1. İdman təbabəti üzrə həkimin konsultasiyası: həyat anamnezinin toplanması; idman anamnezinin toplanması; antropometrik müayinələr; xarici müayinə; funksional sınaqların keçirilməsi; fiziki inkişafın qiymətləndirilməsi; sağlamlıq vəziyyətinin qiymətləndirilməsi; məşq prosesinin korreksiyası üzrə tibbi tövsiyələr; məşq prosesinə və yarışlara buraxılış; hər bir idmançı üçün və bütovlükdə yığma komanda üçün unifikasiya edilmiş fərdi nəticə ilə əldə edilmiş informasiyanın təhlili. 2. Həkim-mütəxəssislərin konsultasiyaları: kardioloq, terapevt, cərrah, pediatr (yaş üzrə), ortoped-travmatoloq, nevroloq, stomatoloq, otolarinqoloq, oftalmoloq, ginekoloq, dermatoveneroloq, tibbi psixoloq, uroloq, endokrinoloq (göstərişlər üzrə). Laızm gəldikdə, digər dar ixsisas həkimləri cəlb edilir. 3. Funksional-diaqnostik tədqiqatlar:
  • döş qəfəsinin flüoroqrafiyası - ildə 1 dəfə;
  • dayaq-hərəkət aparatın müxtəlif hissələrinin rentgenoqrafiyası (göstərişlər üzrə);
  • standart ayırmalarda dinc vəziyyətdə EKQ müayinəsi;
  • xarici tənəffüsün həcm və sürət parametrlərinin müayinəsi ilə kompüter spiroqrafiyası (o cümlədən funksional sınaqlar və diaqnostik farmakoloji testlərin istifadəsi ilə);
  • Daxili orqanların (qaraciyər, öd yolları, böyrəklər, mədəaltı vəzi, dalaq, prostat vəzi, kiçik çanaq orqanları və süd vəziləri, qalxanvari vəzin) ultrasəs müayinəsi;
  • dinc vəziyyətdə ürəyin ultrasəs müayinəsi (exokardioqrafiya, dopler kardioqrafiya), yüklənmədən sonra – göstərişlər üzrə;
  • oynaqların ultrasəs müayinəsi – göstərişlər üzrə;
  • reoensefaloqrafiya, reovazoqrafiya, reogepatoqrafiya - göstərişlər üzrə;
  • göstərişlər üzrə elektroensefaloqrafiya;
  • əzələ-sinir aparatının kompleksi müayinə metodları – maqnit stimulyasiyası ilə elektroneyromiorefleksoqrafiya (göstərişlər üzrə);
  • qaz analizinin keçirilməsi ilə fiziki yüklənməyə fiziki iş qabiliyyətinin və tolerantlığın yoxlanılması: veloerqometrik test, sub-maksimal (PWC 170) və ya maksimal (işdən imtinaya qədər) yüklənmələrlə tredbanda qaçış ;
  • məşq prosesi və növlər üzrə idman mənsubiyyəti istiqaməti üzrə xüsusi yükləmə testləri - hazırlıq mərhələləri, idman növlərinin spesifikası ilə təyin edilir.
4. Ayrı-ayrı idman növlərinin idmançıları üçün əlavə müayinə metodları:
  • audiometriya - atıcılıq, biatlon, müasir beşnövçülük, boks, suya tullanma, su polosu, tramplindən xizəklə tullanma, fristayl, bobsley, xizək idmanı;
  • vestibulometriya - fiqurlu konkisürmə, gimnastika növləri, batut, tramplindən və xizəklərdə suya tullanma, fristayl, bobsley, xizək idmanı, yelkənli qayıq idmanı;
  • görmə sahələrinin müayinəsi - oyun idman növləri, stend atıcılığı, qılıncoynatma və s.;
  • göz dibinin müayinəsi və gözdaxili təzyiqin ölçülməsi - boks, taekvando, ağır atletika, suya tullanma və xizəklərlə tramplindən tullanma, ağır çəkili idmançılar, həmçinin fərdi sağlamlıq göstəriciləri ilə bağlı;
  • koordinasiya testinin keçirilməsi – aşağı və yuxarı ətrafların çoxistiqamətli hərəkətləri zaman, həmin idman növü üçün orta fərdi güc parametrlərini dəstəkləmək bacarığının qiymətləndirilməsi;
  • yüklənmə erqospirometrik testin keçirilməsi: bilavasitə üsulla süd turşusu trendinin müəyyən edilməsi (ekspres qiymətləndirilmə metodu və oksigenin və CO2 istifadəsinin əyriləri üzrə laktat limitinin qiymətləndirilməsi istisna olmaqla) - dövri idman növlərinin idmançıları üçün.
5. Hər bir idmançı üçün DTM çərçivəsində yerinə yetirilən laborator müayinələrin həcmi:
  • sidiyin ümumi analizi; yaxmaların mikroskopiyası, trombositlərin və retikulositlərin hesablanması və EÇS (eritrositlərin çökmə sürəti) müəyyən edilməsi ilə avtomatik analizatorda qanın kliniki analizi;
  • İmmun sisteminin vəziyyəti (limfositlərin sub-populyasiyası: CD3+ (CD4+, CD8+), CD16+, CD19+, IgM, IgA, IgG, IgE, Faqositoz); hipofizin funksional aktivliyi (STH (Somatotrop hormon), TTH (Tireotrop hormon), Kortizol, Testosteron);
  • qalxanvari vəzin vəziyyəti (sərbəst tiroksin, ANTİ-TPO (tiroid peroksidazaya qarşı anticisimlər), Qlükoza, Cross Laps); ionlaşdırılmış kalsium; Maqnezium; Fosfor; Qələvi fosfataza;
  • Dəmir; ALT; AST; Bilirubin ümumi/sərbəst; Sidik cövhəri; Kreatinin; Ümumi zülal; Albumin; Mioqlobin; Serotonin; Histamin; Laktat; Sidik turşusu; Lipaza; QQT (qamma - qlutamil-transferaza); MB-KFK (ürək kreatinfosfokinaza) aktivlik; MB-KFK (ürək kreatinfosfokinaza) kəmiyyət analizi; Turş fosfataza; LDG (laktatdehidrogenaza); Xolesterin; HDL xolesterininin fraksiyası; LDL xolesterininin fraksiyası; ÇAS (çox aşağı sıxlıqlı) xolesterininin fraksiyası; üçqliseridlər; KFK;
  • İİV-na qarşı anticismlər ½; IgA Xlamidiya traxomatisə qarşı anticismlər; IgG Xlamidiya traxomatisə qarşı anticismlər; Anti-HCV təsdiqləyici testlə və anti-HCV üzrə müsbət nəticə olduqda, növbəti əlavə testlərlə: HCV RNT, HCV genotip; sifilis törədicisinə qarşı anticismlər (toplam anticismlər); HbsAg – təsdiqedici testlə və Hbs dair müsbət nəticə zamanı aşağıdakı əlavə testlərlə olan antigendir: Hbe, anti-Hbe, anti-HBs, anti-Hbcor-IgM, HBV DNT; xlamidiya traxomatis DNT (bioloji material – uretradan / servikal kanaldan epitelial qaşıntı); qonoreya törədicisnin DNT (bioloji material – uretradan / servikal kanaldan epitelial qaşıntı); trixomoniaz virusunun DNT (bioloji material – uretradan / servikal kanaldan epitelial qaşıntı);
  • Qan qrupu, rezus faktor və rezus faktora qarşı anticismlər.
DTM keçirilməsin, mütəxəssislərin əlavə müayinələri və konsultasiyaları daxildir: Göstərişlər olduğu zaman DTM əsas proqramından əlavə, müalicə-reabilitasiya tədbirləri üzrə diaqnozun dəqiqləşdirilməsi və müvafiq tövsiyələrin təyin edilməsi üçün DTM çərçivəsində əlavə instrumental, laborator müayinələr və mütəxəssislərin konsultasiyaları keçirilir, o cümlədən:
  • maqnit-rezonans tomoqrafiyası;
  • kompüter tomoqrafiyası;
  • qastroduadenoskopiya;
  • ətrafların əzələlərinin gücünün qiymətləndirilməsi, oynaqların gizli xəstəliyinin aşkar edilməsi, izokinetik rejimdə yoxlama və əzələlərin yığılma sürəti dəqiqədə 30° və 60° təşkil etməklə, istənilən ətraf üçün, ayrı-ayrı qrup əzələlərin yığılmasının bucaq sürətinin müəyyən edilməsi;
  • 3D qiymətləndirmə sistemi zamanı üç proyeksiyada onurğa sütununun müxtəlif şöbələrinin icbari yoxlamasından ibarət onurğa sütununun hərəkətliliyi və əzələlərinin gücünün müəyyən edilməsi;
  • “mitoxondrial indeks”in müəyyən edilməsi üçün limfositlərin mitoxondrial fermentlərinin fəallığının sito-kimyəvi analizi;
  • psixiatr, endokrinoloq və s. daxil olmaqla mütəxəssislərin konsultasiyaları;
  • mütəxəssislərin digər zəruri müayinə və konsultasiyaları.
Əlavə DTM laboratoriya proqramı:
  • əsas DTM laborator proqramına əlavə olaraq, həkimlər tərəfindən göstərişlər üzrə təyin edilən əlavə DTM laborator müayinələrin siyahısından bir və ya bir neçə müayinə: hipofiz-qonad sistemin funksional vəziyyətinin göstəriciləri;
  • hipofiz-tireoid sisteminin funksional vəziyyətinin göstəriciləri; mədəaltı vəzin funksional vəziyyətinin göstəriciləri (diabetin qiymətləndirilməsi);
  • sümük toxuması metabolizminin göstəriciləri;
  • hipofiz-böyrəküstü sistemin funksional vəziyyətinin göstəriciləri;
  • katexolaminlər, sələfləri və törəmələri;
  • boy artımı amilləri; prenatal diaqnostika;
  • onkomarkerlər;
  • immun statusunun genişləndirilmiş müayinəsi;
  • allergiyaya dair yoxlama; fərdi allergenlər;
  • mədə xorası xəstəliyi;
  • qanın ətraflı biokimyəvi müayinəsi; lipid spektri; lipid mübadiləsinin ayrı-ayrı göstəriciləri; elektrolitlər və minerallar; dəmir mübadiləsi,
  • hemopoez; qırmızı qanın formulu; leykositar formul; retikulositlər;
  • hemostaz;
  • sidiyin biokimyəvi müayinəsi; sidik daşı xəstəliyi; sidiyin kliniki müayinəsi;
  • androgen status;
  • qurd invaziyaları; yoluxucu xəstəliklər; immun-flüoressent metodlar (yaxmalar); immun-ferment və seroloji metodlar; DNT-müayinələri (PZR (polimeraz zəncirvari reaksiya)-diaqnostika); bakterioloji metodlar.
AZ RU EN Mobile : +994502634075/77 E-mail : info@itrdi.az +994 (12) 404 83 10/11 FAQ