İdmançıların reabilitasiyası

 

Bizim idmançıların məşq dövründən və idman yarışlarından sonra və yarış prosesində bərpası üçün xeyli sayda operativ elmi-əsaslandırılmış texnologiyalarımız var. Bu məqsədlə vakuum terapiyası, hiperbarik oksigen terapiyası, kriosauna və buz vannaları tətbiq edilir.

Travmadan sonrakı bərpa –

Dayaq-hərəkət  aparatın travmalarına dair uğurla yerinə yetirilən əməliyyat, düzgün həyata keçirilmiş repozisiya, qoyulmuş gips – bunlar, mahiyyət etibarilə, müəlicənin ancaq başlanğıcıdır və onun  nəticəsinin uğurlu olmasının 50%-dən çoxu düzgün şəkildə işlənib hazırlanmış travma sonrası reabilitasiya proqramından asılıdır. Çünki uzun müddətli məcburi hərəkətsizlik və fiziki yükənmələrin yoxluğu, bir qayda olaraq, təsirsiz keçmir və müəyyən problemlərin yaranması təhlükəsini yaradır. Bu fonda damar və digər patoloji dəyişikliklər əzələlərin atrofiyası, yumşaq toxumaların trofikasının pozulması, oynaqların hərəkətinin məhdudlaşdırılması və s. pozulmalara gətirib çıxara bilər. Hipodinamiya travma nəticəsində yaranan hematomanın sovrulmasını ləngidir və ümumiyyətlə, travma sonrası bərpanın sürətinə mənfi təsir göstərir.

Travmalardan sonra bərpanə sınıqların konsolidasiyası, immobilizasiyanın bitməsi və ya tikişlərin sökülməsini gözləmədən, mümkün qədər erkən  başlamaq tövsiyə olunur. İdeal variantda, ən yaxşı nəticəni əldə etmək üçün reabilitasiyaya əməliyyatdan və ya travmadan sonra ikinci və ya üçüncü gün başlamaq lazımdır, lakin bu, yalnız müalicə həkiminin icazəsi və tibbi heyətin nəzarəti altında olmalıdır.

Keçirilmiş xəstəlikdən və ya icra edilmiş əməliyyatdan sonra əksər hallarda pasiyentlər  travma və / və ya sınıqlardan sonra reabilitasiya kimi vacib bir mərhələ barədə bilməlidirlər. Travmalardan sonra müalicənin müvəffəqiyyəti  yalnız aparılan əməliyyatın keyfiyyətindən deyil, həm də travma sonrası savadlı şəkildə keçirilmiş reabilitasiyadan asılıdır. Bitişmiş sınıq, yerinə salınmış çıxıq hər zaman sağalma demək deyil.

Travmadan sonrakı reabilitasiyanın əsas, daha yayılmış və artıq özünü sübut etmiş metodlarından  müalicəvi bədən tərbiyəsi, mexanoterapiya, kinezoterapiya, manual terapiya, massaj, fizioterapevtik prosedurlar, əmək terapiyası, psixoterapiyanı qeyd etmək olar. Bizim institutumuz bu texnologiyaları aktiv fəaliyyət göstərən idmançılarla iş təcrübəsinə malik bacarıqlı mütəxəsisslərin vasitəsilə tətbiq edir.

 

AZ RU EN Mobile : +994502634075/77 E-mail : info@itrdi.az +994 (12) 404 83 10/11 FAQ