Yüklənmələrdən sonra bərpa

İnstitutumuz məşq dövrü mərhələləri prosesində, məşqlərdən və idman yarışlarından sonra, cəhdlərlə yarış günləri arasında idmançıların bərpası üçün xeyli sayda operativ elmi-əsaslandırılmış texnologiyalara malikdir. Bu məqsədlə aşağıdakı bir sıra operativ elmi-əsaslandırılmış texnologiyalar tətbiq edilir:

  • intervallı vakuum terapisyası
  • hiperbarik oksigen terapiyası;
  • kriosauna;
  • kinezioteypinq;
  • və buz vannaları.

Bundan əlavə, yuxunun, gündəlik rejimin, fiziki aktivliyin  qaydaya salınması üzrə həkimlərin tövsiyələri, eləcə də xüsusi seçilmiş müalicəvi qida, bioloji aktiv əlavələrin (BAƏ) və istifadəyə icazəli olan  tibbi preparatların bərpaedici təsiri tətbiq edilir.

Kompleks təsir idmançının qısa bir zamanda bərpa olunmasına və yeni məşq dövrününə yaxşı hazırlığına şərait yaradır.

AZ RU EN Mobile : +994502634075/77 E-mail : info@itrdi.az +994 (12) 404 83 10/11 FAQ