Travmadan sonrakı reabilitasiya

Travmadan sonrakı reabilitasiya (travmalardan sonra bərpa) – müxtəlif metodikaların istifadəsini nəzərdə tutan əziyyətli və məsuliyyətli bir prosesdir. Həmin metodikaların seçimi və tətbiq müddəti yalnız fərdi şəkildə və təcrübəli mütəxəssis tərəfindən təyin olunur. Reabilitasiya zamanı, maksimum funksional imkanlar əldə etmək  cəhdində heç bir halda zərər vurmamaq və, sözün həqiqi mənasında, mükəmməl idmançını ayaq üstə qoymaq üçün bir sıra parametrlər nəzərə alınmalıdır.

Peşəkar idmançının travması halında, onun bərpasının əsas məsələsi – idmançının yarışlara mümkün qədər tez və sağlamlıq üçün risk olmadan qayıtmasıdır. Zədələnmiş toxumaların sağalmasını sürətləndirməyin qeyri-mümkün olmasına baxmayaraq, düzgün reabilitasiya planı tərtib etmək və bununla da sağalmanın qarşısını alan maneələri ləğv etmək olar. Mütəxəssislər müalicəvi bədən tərbiyəsi, manual terapiya, masaj, fizioterapevtik prosedurlar, psixoterapiya kimi ən  effektiv bərpa metodlarından istifadə edirlər.

 

 

AZ RU EN Mobile : +994502634075/77 E-mail : info@itrdi.az +994 (12) 404 83 10/11 FAQ