İdmançıların hazırlığının müşayiəti

Məşqçi-pedaqoqun və həkimin birgə səyləri atletlərin idman ustalığına uğurla yiyələnməsinə və yüksək nəticələrin əldə olunmasına yönəldilməlidir. Çoxillik hazırlığın böyük fiziki yüklənmələr və əhəmiyyətli sinir gərginliklərlə bağlı olduğuna görə  idmançının sağlamlıq vəziyyətinə məşqçi-pedaqoqun və həkimin daimi nəzarəti tələb olunur. Onların informasiya əldə etmək vasitələri müxtəlifdir və məşqçi və həkim tərəfindən əldə edilmiş məlumatların tutuşdurulması  idmançının sağlamlıq vəziyyəti, məşq prosesinin gedişatının düzgünlüyü və ya müəyyən dəyişikliklərin daxil edilmə zərurəti haqqında daha ətraflı və obyektiv təsəvvür verir.

Müşayiətin məqsədi – idmançıların beynəlxalq yarışlara hazırlıq prosesinin tibbi-bioloji və elmi-metodik təminatının effektivliyinin artırılması hesabına təhlükəsizlik və sağlamlığın qorunması üzrə ən yüksək nailiyyətlər idmanı sahəsində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən tələblərin keçirilməsi üçün zəruri şəraitin yaradılmasından ibarətdir. Bununla əlaqədar olaraq aşağıdakı müşayiət məsələləri qoyulur:

  • Ən əhəmiyyətli startlara hazırlığın bütün dövrü ərzində idmançıların sağlamlıq vəziyyəti və orqanizminin funksional sistemlərinin cari tibbi-bioloji nəzarətinin təmin olunması;
  • İdman nəticələrinin dopinqsiz yüksəlməsinin müasir texniki vasitə və metodikalarının tətbiqi;
  • Müasir texniki vasitə və metodikaların tətbiq, bərpa tədbirlərinin fərdi planlarının seçilməsi və keçirilməsinin hesabına, fiziki yüklənmələr və travmalardan sonra idmançıların bərpa effektivliyinin artırılması.

Biz,  birgə həkim-məşqçi işində məşqçiyə optimallaşdırılmış və bununla birlikdə daha təhlükəsiz və daha az travmatik şəkildə məşq prosesinin aparılması üzrə əlavə məlumat və tibbi tövsiyələri ver bilən və məşq dövrlərindən və yarışlardan sonra daha sürətli və effektiv bərpa üzrə, travmalardan və operativ müdaxilələrdən sonra reabilitasiyanın düzgün və obyektiv keçirməsi üzrə bir sıra metodikalara sahibik.

AZ RU EN Mobile : +994502634075/77 E-mail : info@itrdi.az +994 (12) 404 83 10/11 FAQ