İdmançılarla fərdi iş

İdman nəticələrinin əldə edilməsi üçün sıx  həkim-məşqçi işi spesifik tədqiqamüayinələrtlar, içlikləri korreksiya edən məşqlər, yuxu, qidalanma, bioloji aktiv əlavələr və dərman müşayiəti üzrə tövsiyələr, həmçinin məşq prosesinin korreksiyasından ibarətdir. O, aşağıdakı hallarda tələb olunur:

  • Xüsusi metodikaların tətbiqi ilə idmançılarda sağlamlığın və vəziyyətlərin pozulmalarının fərdi korreksiyası;
  • Müqavilənin bağlanmasından əvvəl sağlamlıq və vəziyyət üzrə tövsiyələrlə birlikdə idmançının ətraflı müayinəsi;
  • Travmalardan sonra idmançıların tam bərpası və ən yaxşı fiziki formanın əldə edilməsi üçün fərdi proqramın hazırlanması;
  • İxtisaslı idmançılarda şəxsi göstəricilərin və şəxsi maksimumun qiymətləndirilməsi;
  • İdmançılar və məşqçilər üçün məşq, dietologiya və psixoloji tövsiyələrin işlənib hazırlaması.

Biz məşqçi ilə birgə əks əlaqə və effektiv obyektiv nəzarət mexanizmi ilə məşq prosesinin modelini hazırlamağa və idmançının nəzərdə tutulmuş hazırlıq qrafikinə əsasən, məşqçi ilə birlikdə vaxtında müayinələr keçirməyə və onların əsasında məşq prosesinin korreksiyası üzrə tövsiyələri məşqçiyə təqdim etməyə hazırıq.

AZ RU EN Mobile : +994502634075/77 E-mail : info@itrdi.az +994 (12) 404 83 10/11 FAQ