Mütəxəssislər və müayinələr

Biz çox sayda tibbi və qeyri-tibbi profilli mütəxəssisləri cəlb etmişik. Bu, tibbin dar ixtisaslı həkimləri, pedaqoqlardır: psixoloqlar, loqopedlər, nitq defektoloqları, autizmin müalicəsi üzrə  mütəxəssislərdir. Bu müalicəvi bədən tərbiyəsi, hidrokineziterapiya, müalicəvi fitnes üzrə məşqçilər və təlimatçılardır. Onlar hamısı birlikdə bizim çoxistiqamətli  komandamızı təşkil edir.

Bərpa terapiyasının başlanğıcına qədər pasiyentin müayinəsi, keçirilən reabilitasiya tədbirlərinə nəzarət və  kliniki, morfoloji, funksional və laborator testlər kimi müqayisəli mərhələli testlər  bütün müalicə prosesinin ayrılmaz hissəsidir. Bizdə düzgün diaqnoz qoymağa və düzgün müalicə aparmağa kömək edən ən geniş çeşidli diaqnostika texnologiyaları mövcuddur.

Reabilitasiyada biz beynəlxalq kliniki protokollardan istifadə edirik, Qərb və Amerika standartlarına uyğun mütəxəssislər hazırlayırıq. Əməliyyat sonrası bərpa prosesinin davamı üçün aparıcı xarici klinikalarının bizimlə əməkdaşlıq etməsi, bərpa müalicəsi sahəsində fəaliyyət göstərən məşhur xarici mərkəzlərin  bizim müayinələrimizin nəticələrinə etibar etmələrinin səbəbi də bundan ibarətdir.

AZ RU EN Mobile : +994502634075/77 E-mail : info@itrdi.az +994 (12) 404 83 10/11 FAQ