Həkimlər və mütəxəssislər

İnstitut ölkədə və onun hüdudları xaricində ən yaxşı tibb, pedaqogika və yanaşı sahələrin dar ixtisaslarının  mütəxəssisləri ilə əməkdaşlıq edir. Bizim bütün komandamız bərpa prosesinin mülayim və müvəffəqiyyətli hərəkətini təmin edir. Fənlərarası kömək və problem yönümlü yanaşma – bərpa müalicəsində bizim müvəffəqiyyətimizin əsasıdır. Kollegiallıq və bütün mütəxəssislər  dəvət olunmaqla, hər kliniki hadisə üzrə problemlərin ümumi müzakirəsinin imkanı bizim pasiyentlərimizə mükəmməl müalicə almaq, bizə isə – ölkədə reabilitologiya sahəsində lider olmaq imkanı verir.

Biz hər şeydən əvvəl yerli kadrlara yönəlirik və səhiyyənin bəzi istiqamətlərində boşluqları doldurub, yeni, müasir düşüncəli mütəxəssislər yetişdirməyə çalışırıq. Bizim həm gündəlik çalışan, həm də qeydiyyatla  qəbul edən həkimlərimiz var.

Hər kliniki hadisəyə kollegiallıq və problem yönümlü yanaşma hər bir xəstə üzrə  fərdi bərpa proqramı və hər bir pasiyentin müalicəsinin unikallığı şəkilini  yaradır.

mitri.az Reabilitologiya – tibb, pedaqogika və psixologiya kimi üç sahə əsasında yaranmış sintetik elmdir. Zərər çəkmiş insana peşəkar yardım göstərmək üçün, reabilitoloq insanın psixoloji, sosial və fiziki sahəsinə təsir göstərə biləcək metodikalara malik olmalıdır. Reabilitoloq - kineziterapiya, fizioterapiya, nevrologiya biliklərinə malik olan həm həkim, həm də psixoloqdur. Reabilitoloqun köməyinə ağır fiziki və psixoloji travmalar yaşamış əlillər və insanlar ehtiyac duyurlar. Reabilitoloq, psixoterapevtik metodikalardan və tapşırıqlar sistemlərindən istifadə edərək, pasiyenti ətraf mühit reallığının qavranılmasına və insanlarla qarşılıqlı təsirə adaptasiya etdirir. Reabilitoloq pasiyentin bərpasının fərdi proqramını tərtib edir və bu prosesi idarə edir. Reabilitoloqun qarşısında insanı dolğun həyata qaytarmaq və ya belə həyata əlil insanın nüfuz etməsi üçün şərait yaratmaq kimi bir məsələ durur. Əlillik vəziyyəti şəxsiyyətin həyatının ekstremal vəziyyətidir, çünki zəruri ehtiyacların təmin etmək baxımından tam və ya qismən qabiliyyətsizliklə müşayiət olunur, insanın sərbəstliyini və imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Əlillərin yaşayışının ekstremallığı və reabilitoloq fəaliyyətinin spesifikası mütəxəssisə və onun peşəkar keyfiyyətlərinə qarşı xüsusi tələblər irəli sürür. Reabilitoloq peşəsi məhz bu insanlara kömək etmək ehtiyacından yarandı.
Nə qədər qəribə səslənsə də, lakin reabilitoloq bu anlayışın adi mənasında xəstəliklərin müalicəsi ilə məşğul olmur: bunu, ondan əvvəlki həkimlər – cərrahiyyə, kardiologiya, ortopediya, travmatologiya, nevrologiya və s. sahələrdə mütəxəssislər həyata keçirir. Bir qayda olaraq, reabilitoloqun qəbuluna pasiyent artıq hər hansı bir travmanın nəticələri ilə, müəyyən xəstəlik üzrə keçirilmiş cərrahiyyə və ya konservativ müalicədən sonra gəlir. Məhz bu, reabilitoloqun hansı xəstəlikləri müalicə etməsini müəyyən edir. Lakin məhz həkim-reabilitoloq insana tamamilə sağalmağa kömək edir. Çünki istənilən bərpa kursunun əsas məqsədi – pasiyenti müəyyən imkanların məcburi məhdudiyyətindən qurtarmaq və itirilmiş funksiyaları maksimal tam şəkildə bərpa etməkdir. Keçirilmiş xəstəliyin, əməliyyatın və ya travmanın xarakterindən asılı olaraq, reabilitasiya dəqiq ifadə edilmiş istiqamətə - ortopediya, nevrologiya və neyrocərrahiyyə və ya kardiologiya istiqamətinə malik olacaq. Ortopedik reabilitasiya həm fiziki travmalardan sonra, həmçinin sümük-əzələ sisteminin və dayaq-hərəkət aparatın müxtəlif patologiyaları zamanı operativ müdaxilədən sonra həyata keçirilir. Nevroloji və neyrocərrahi reabilitasiya baş və ya onurğa beyinin travmasından sonra, baş və onurğa beyinin cərrahi müalicəsindən sonra, həmçinin periferik sinir sistemi xəstəlikləri ilə bağlı keçirilmiş müalicədən sonra aparılır. Əksər hallarda kompleks nevroloji reabilitasiyaya insult, parez və ya iflic keçirmiş insanlar ehtiyac duyur. İnfarktdan sonra fəsadların müalicəsilə kardioloji reabilitasiya məşğul olur, bu bərpa ilə həmçinin reabilitoloq da məşğul olur.
Ciddi yataq rejiminə riayət etməklə uzunsürən müalicə və ya məcburi uzanıq vəziyyətdə uzun müddət qalma əzələlərin hissəvi atrofiyasına gətirib çıxarır. Bu, reabilitoloqa müraciət etmək lazım gəldiyi haldır. Çünki sağalma mərhələsində düzgün seçilən fərdi reabilitasiya kursu əzələ tonusunu bərpa etməyə və toxumalar, orqanlar və orqanizm sistemlərində mübadilə proseslərini sürətləndirməyə kömək edəcək. Həkim-reabilitoloq həmçinin sınıqlar və dartılmalar zamanı oynaqlarda hərəkətləri tam həcmdə bərpa etməyə, dayaq-hərəkət aparatın travmalarından sonra ağrı və şişləri aradan qaldırmağa, keçirdilmiş insultdan, parezdən və ya iflicdən sonra vəziyyəti yaxşılaşdırmağa və fiziki aktivlik səviyyəsini qaldırmağa kömək edəcək. Bundan başqa, fiziki hərəkətlər, masaj, fizioprosedurlar baş və kürək ağrısından tez-tez şikayət edən insanlar üçün faydalıdır. Yuxarıda göstərilən simptomlardan dərmansız azad olmağın yollarını sizə göstərəcək reabilitoloqa müraciət edin. Məsələn, o, dayaq-hərəkət aparatı möhkəmləndirməyə və fəqərəarası disklərin yırtığından azad olmağa, həmçinin bir çox nevroloji və sümük-əzələ xəstəliklərinin remissiyasını uzatmağa imkan verən kineziterapiya kursuna göndərəcək.
Müayinənin standart sxemi aşağıdakı kimidir:
  • anamnezin toplanması (yəni, xəstəlik tarixi), əvvəlki tibbi sənədlərə baxış;
  • palpasiya, pasiyentin, onun hərəkətlərinin və yerişinin vizual müayinəsi;
  • konkret maraqlandıran profil üzrə patologiyaların aşkarlanmasına yönəlmiş hərəkət və hissiyat sahələrinin müayinəsi haqqında manipulyasiyalar.
  • Şikayətlərdən və müayinənin nəticələrindən asılı olaraq, reabilitoloq əlavə müayinələr təyin edə bilər: rentgenoqrafiya, kompüter tomoqrafiyası (KT), maqnit rezonans tomoqrafiyası (MRT), elektromioqram (əzələlərin elektrik aktivliyinin təyin edilməsi), densitometriya, ümumi patologiya fonunuŞ yanaşı gedən xəstəlikləri xarakterizə edən laboratoriya analizləri, həmçinin, yoluxucu və iltihabi proseslərin mövcudluğuna dair müayinələr.
mitri.az Kardioloq ürək və iri damarların xəstəliklərinin, həmçinin hipertoniyanın diaqnostika, profilaktika və müalicə problemləri ilə məşğul olur. Bu, yalnız məhz ürək xəstəliklərini deyil, həm də orqanizmin əsas arteriyası olan aorta və onun iri şaxələri, ağciyər damarları xəstəliklərindən ibarət geniş bir sahədir. Kardiologiya, digər xroniki xəstəliklərdən, məsələn şəkərli diabet, qalxanabənzər vəzinin xəstəlikləri, ağciyərin və bronxların xroniki xəstəlikləri (bronxial astma, xroniki obstruktiv bronxit), ateroskleroz, piy mübadiləsinin pozulmalarından irəli gələn ürək-damar sistemi problemləri ilə məşğul olur. İnstitutda qeyri-invaziv kardioloji xidmətlərin tam spektri həyata keçirilir, həmçinin, xarici tənəffüsün göstəricilərinin paralel istifadəsi ilə, fiziki yüklənmə ilə kardiopulmonal test, exokardioqrafiya, stress-exokardioqrafiya, doppler-exokardioqrafiya, xolter monitorinqi və AT-ə sutka boyunca müşahidə kimi müasir texnologiyalar tətbiq edilir, bundan başqa, miokard iflici, invaziv və ya kardio-cərrahi müdaxilə keçirmiş pasiyentlər üçün fərdi kardioreabilitasiya proqramı işlənib hazırlanır. Proqramların məzmunu ilə Siz, bizim saytımızda yerləşən “Kardioreabilitasiya” bölməsində tanış ola bilərsiniz.
  • istənilən mənşəlli hipertoniya;
  • bütün təzahürlərində (gərginlik stenokardiyası, miokard infarktı, ürək ritminin tez və ya əksinə, yavaş nəbzlə təzahür edən pozuntuları) ürəyin işemik xəstəliyi;
  • ürəyin iltihabi xəstəlikləri (və ya ürək divarının və ürək qapaqlarının ayrı-ayrı strukturlarının iltihabi xəstəlikləri: miokarditlər, endokarditlər, perikarditlər və onların birgə müşahidə olunması);
  • vegetativ dammar (neyrosirkulyator) distoniyası;
  • qapaqların prolapsları;
  • anadangəlmə və ya qazanılmış ürək, aorta, iri arteriyaların qüsurları;
  • yağ mübadilənin pozuntuları (qanda xolesterinin yüksək səviyyəsi, piylənmə);
  • anadangəlmə və qazanılmış aritmiyanın müxtəlif növləri, o cümlədən səyrici aritmiya, əlavə keçirmə yolları olduğu zaman aritmiyalar, o cümlədən Volf-Parkinson-Uayt sindromu zamanı və s. aritmiyalar;
  • xroniki ürək çatışmazlığı və onun bütün təzahürləri.
  • Standart və xüsusi ayırmalarda EKQ;
  • Exo-KQ (ürəyin ultrasəs müayinəsi);
  • aorta və iri damarların ultrasəs skan edilməsi;
  • EKQ və AT-in sutkalıq monitorinqi;
  • laborator diaqnostika;
  • gecə apnoesi və bununla bağlı aritmiyalar aşkar edilməsi məqsədi ilə yuxuda EKQ və tənəffüsün monitorinqi;
  • tredmil;
  • veloerqometriya;
  • kardiopulmonal test.
Ürək nahiyəsində ağrılar, arterial təzyiqin dəyişilməsi, ürək ritminin pozulması, kollapslar və ürəkgetmələr, aşağı ətraflarda şişlərin olması və təngnəfəsliyə dair istənilən növ problemlərin yaranması kardioloqa müraciət etməyi tələb edir. Kardioloqun qəbulu müayinə, mövcud olan tibbi sənədlərin öyrənilməsi, o cümlədən, pasiyentin vəziyyətinə uyğun diaqnostik prosedurların təyin olunmasından ibarətdir. Müalicə, dərman və ya fizioterapevtik terapiyanın (kompleks şəkildə mümkündür) tətbiqini nəzərdə tuta bilər.
  • müqayisə məqsədi ilə əvvəlki EKQ nəticələri;
  • resepşen vasitəsilə qeyd edilmiş müayinə kartı;;
  • əvvəlki laborator müayinənin məlumatları;
  • əvvəlki funksional müayinələrin məlumatları (exokardioqram, EKQ və AT-in daha əvvəl keçirilən monitorinqinin məlumatları).
mitri.az   Həkim - podiatr – pəncə, aşağı ətraflar, çanaq və onurğa sütununun xəstəliklərinin aşkar edilməsi, müalicəsi və qarşısının alınması sahəsində, həmçinin pəncənin və bədənin qarşılıqlı əlaqələri sahəsində mütəxəssisdir. Bizim vücudumuz – bütün bəndləri qarşılıqlı əlaqədə olduğu ilə birləşdirilmiş, təkamüllə təkmilləşdirilmiş bir konstruksiyadır. Podiatriya – bizim ölkəmiz üçün yeni tibb istiqamətidir, lakin ingilis dilli ölkələrdə bu fənn artıq uzun müddətdir ki, araşdırılır və inkişaf edir. O, müxtəlif tibbi fənnlərin birləşməsində formalaşmışıb və kliniki biomexanika, ortopediya, nevrologiya, osteopatiya, idman təbabəti, tətbiqi kineziologiya, posturologiya, terapiya və insanın dayaq-hərəkət sisteminin cərrahiyyəsinin son nailiyyətlərinə söykənir. Təcrübə göstərir ki, əksər hallarda skelet-əzələ sisteminin müntəzəm ağrı sindromları xüsusi manual üsullarla, hərəkətlərlə və qabaqcıl ortopedik içliklərlə pəncələrin funksiyasının savadlı şəkildə aparılmış korreksiyasından sonra tamamilə yox olur. Podiatr istənilən yaşda insanlara kömək edir, lakin, çevikliyin və müstəqilliyin saxlanılması üçün, ona ahıl yaşlarında baş çəkmək xüsusilə əhəmiyyətlidir. Pəncə oynaqları xırdadır və çox mürəkkəb quruluşa malikdir, buna görə artrit və ya travma səbəbindən onların funksiyasında baş vermiş dəyişikliklər nəzərə çarpmır. Həkimin ixtisaslaşması və təcrübəsi də bir o qədər böyük əhəmiyyət kəsb edir. Podiatrı həmçinin ayaqların iş mexanikası maraqlandırır. Yeriş, oynaqların konfiqurasiyası və əzələlərin gücü kimi amillər, yalnız pəncələrə deyil, həm də dizlərə, çanaq və belə təsir edir. Məsələn, əgər iki pəncədən biri daha çox yastılanmışdırsa, o zaman bütovlükdə bədənin tarazlığı pozulur, bu da çanaq-bud ağrılarına gətirib çıxarır, əyilməyən böyük ayaq barmağı isə onurğaya “vura” bilər.
  • köndələn-uzununa düzdabanlıq (pəncənin I və II barmaqlarının valqus deformasiyasının mövcudluğu/profilaktikası, “sümüklər”in əmələ gəlməsi, pəncənin yastılanması). Ayaqların X və O-vari əyriliyi. Əyriayaqlıq;
  • plantar fassiit. Yerimə zamanı (və / və ya dinclikdə) pəncədə ağrılar. Morton nevrinoması;
  • pəncənin həddindən artıq gərginliyi və pəncənin üzərinə təzyiq, döyənəklər və quru qabarlar. Çox vaxt kosmetik salonlarda, qoruyucu qat kimi qabarı çıxardaraq, bununla nəticəsiz məşğul olurlar, lakin onların əmələ gəlmə səbəbi aradan qaldırılmır;
  • oynaqlarda ağrılar (artritlər, artrozlar) və aşağı ətrafların deformasiyası (pəncə, baldırla pəncəni birləşdirən, diz və çanaq-bud oynaqları);
  • topuq sahəsində tez-tez dartılmalar, baldırla pəncəni birləşdirən oynağın tz-tez rast gəlinən burxulması;
  • Axill vətərinin tendovaginiti;
  • oynaqların, vətərlərin, bağların, əzələlərin və oynaq çantalarının əməliyyat sonrası və travma sonrası dəyişiklikləri (deformasiyalar, ağrılar, qısalmalar, hərəkətin məhdudiyyəti, kontrakturalar);
  • ayaqların uzunluğunda fərq, həmçinin bununla bağlı patologiyalar - disk yırtıqları, çanağın əyriliyi/əyilməsi, yerişin və qamətin pozulması, skoliotik deformasiya;
  • aşağı ətrafların damar xəstəliyinin profilaktikası;
  • hamiləlik dövründə - onurğa, aşağı ətrafların oynaqları, pəncələr tərəfindən dayaq-hərəkət pozuntuların residivlərinin profilaktikası və ya yol verilməməsi;
  • aşağı ətrafların periferik sinirlərinin iflicləri və parezləri (sallanan pəncənin sabitləşməsi);
  • kürək və aşağı ətraflar əzələlərinin tez yorulması;
  • hündür “daban” ayaqqabılardan həddindən artıq istifadə, yerimə və / və ya qaçış, uzun müddətli dayanma hallarında peşəkar yüklənmələrin profilaktikası;
  • ortezlər yüksək nailiyyətlər idmanında, pəncənin təkan verici funksiyalarının yaxşılaşması sayəsində, həm sürət, həm də tullanma göstəricilərini artırmağa, həmçinin travmaların yaranması riskini azaltmağa imkan verir.
Bu texnologiyalar əvvəlcə idman məşqləri zamanı erqonomiklik, dinamik tarazlıq və minimal gərginliyin təmin edilməsiı üçün hazırlanmışdır.
Fərdi ortopedik içliklər 2-3 gün ərzində hazırlanır. Sonra pasiyent onların ayaqlarına geyinib qəbuldan çıxıb gedir. 2-3 həftə sonra onların ilkin, 2 ay sonra isə - təkrar korreksiyası aparılır. Qəlibə tökülmüş ortopedik içliklər pəncənin və təxmin edilən ayaqqabının quruluşunun bütün xüsusiyyətlərini nəzərə alır: köndələn və uzununa tağları, ön və arxa bölmələrin valqus/varus quraşdırılmasını, önayaqdarağı-aqdarağı və ayaqdarağı-falanqalı (metatarso-falangial) sümüklərin quruluşu, həmçinin daban sümüyü, aşıq sümüyü və qayığabənzər sümüklərin oynaqlarının quruluşunun xüsusiyyətləri. Bundan başqa, pəncənin qazanılmış və anadangəlmə deformasiyası nəzərə alınır ki, bu da statikada (sükunət halında) və dinamikada pəncənin düzgün vəziyyətini təmin edir. Ortezlər (fərdi ortopedik içliklər) demisezon, qış və yay ayaqqabılarına uyğundur. Yay ayaqqabıları üçün arxalığın olması şərtdir. Ortezlərin orta istifadəsi müddəti: idmançılar üçün - 1,5 - 2 il, aktiv həyat tərzi üçün - 3 ildir. İçliklərin materialı tamamilə zərərsizdir, kimyəvi cəhətdən neytraldır, allergik və zəhərli təsirə malik deyil. Çoxqat korreksiyaya qarşı davamlıdır, yəni müalicə prosesində pəncənin dəyişilməsi halında yeni bir şey əldə etməyə ehtiyac olmayacaq. İçliklər istənilən yuyucu vasitə ilə gigiyenik göstərişlərə görə çoxqat yuyulmalara davamlıdır.
ergotherapist Erqoterapiya (Occupational Therapy) – məqsədyönlü, insan üçün məna kəsb edən fəallıq (fəaliyyət) onun funksional imkanlarının (hərəkət, emosional, koqnitiv, psixi) yaxşılaşdırmağa kömək etməsi haqqında elmi cəhətdən sübuta yetirilmiş faktlara əsaslanan bir ixtisasdır. Onun məqsədi – insanda hansı pozuntularının olmasından, həyat fəaliyyətinin məhdudiyyəti və ya cəmiyyətin həyatında iştirak etməkdə məhdudiyyətin olmasından asılı olmayaraq, onun müstəqil həyata (özünəxidmətə, məhsuldar fəaliyyətə, istirahətə) qabiliyyətinin maksimal mümkün bərpasıdır. Erqoterapiyanın fərqləndirici xüsusiyyəti – onun fənlərarası yanaşmasıdır. “Məşğulluq” termini, erqoterapiya kontekstində, hər bir insanın həyatında rast gəlinən və ona məna verən fəaliyyətin müxtəlif növlərini xarakterizə edir. Fəallıq, gündəlik həyatda fəallığa, işdə və məhsuldar fəaliyyətdə fəallığa, oyunda, istirahətdə və əyləncələrdə fəallığa bölünür. Erqoterapevt-– işi, insanın itirilmiş və saxlanılmış funksiyalarla ətraf mühitə maksimal adaptasiyasına yönəldilmiş mütəxəssisdir. İtirilmiş funksiyalar insanı onun vərdiş etdiyi həyatında məhdudlaşdırır və ev şəraitində özünəxidmətə, sərbəst hərəkətə uyğunlaşmağa, əməkdə iştiraka etməyə təlimə ehtiyac yüksəkdir. Erqoterapevt hərəkətlərin necə edilməsi, protezlərdən (ortezlərdən) necə istifadə edilməsi, qohumların necə düzgün qulluq etməsi barədə danışır və bunları öyrətməyə çalışır. Erqoterapevtlər, praktiki olaraq, tibbin bütün sahələrində müxtəlif yaş qruplu pasiyentlərlə işləyirlər. Onlar, fiziki, koqnitiv, emosional və ya psixi pozuntuları olan, inkişafda geri qalmalar və ya yaş dəyişiklikləri olan insanlara kömək edir. Beləliklə, xəstəlikdən və ya travmadan sonra pasiyentin tamamilə və ya qismən itirilmiş həyat rollarını maksimum dərəcədə bütöv saxlamaq və ya bərpa etmək, həmçinin onu cəmiyyətdə vərdiş edilmiş fəaliyyət və həyat növlərinə qaytarmaq üçün, bərpa prosesinin mütləq iştirakçısı erqoterapevt olmalıdır.
  • şəxsi gigiyena üzrə tədbirlər (saçlara qulluq, yuyunma, tualetdən istifadə);
  • geyinmə;
  • qida qəbulu;
  • sağlamlığın qorunub saxlanılması üçün zəruri qaydalara riayət etmə;
  • ictimayətləşdirmə;
  • funksional kommunikasiya və çeviklik;
  • cəmiyyətdə mobil olmaq imkanı;
  • cinsi tələbatların təmin olunması.
  • ev işlərinin yerinə yetirilməsi (geyimə qulluq, mənzilin təmizliyi, yeməyin hazırlanması, təmizliyin saxlanılması və mənzildə təhlükəsiz yaşayış);
  • başqa insanlara qayğı;
  • yeni şeyləri öyrənmək imkanı;
  • fəaliyyətin müayinəsi növləri (ixsisasın seçimi, iş axtarışı, işin icra edilməsi, pensiyaya çıxmağın planlaşdırılması, bir şeydə könüllü iştirak).
  • oyun, istirahət, əyləncə seçimi imkanı;
  • istirahət və oyun zamanı zəruri hərəkətləri yerinə yetirmək imkanı..
  • inkişaf pozuntusu olan insanların tələbatları haqqında təsəvvürləri dəyişdirmək;
  • belə insanları həyat dəyərlərini, maraqlarını diqqətə alaraq, onları bütöv kontekstdə qəbul etməyi öyrənmək;
  • gündəlik həyatda fəaliyyətin imkanına ətraf mühitin amillərinin təsirini nəzərə almaq (ev və küçə mühitinin funksional imkanlarına uyğunluğu – liftlərin, pandusların, xüsusi qurğuların və s. mövcudluğu).
Mövcud olan pozuntuları aşkar etmək, insanın, gündəlik həyatda (fəallıqda) lazım olan funksional imkanlarını bərpa etmək və ya inkişaf etdirməkdir. İmkanları məhdudlaşdırılmış insana, itirilmiş funksiyaların (inkişafının) bərpası, xüsusi qurğulardan istifadə, həmçinin ətraf mühitin uyğunlaşması yolu ilə gündəlik həyatda maksimum dərəcədə müstəqil olmağa kömək etmək. İmkanları məhdudlaşdırılmış insanın həyat fəaliyyətinin müxtəlif sahələrində “məşğulluğu” və, nəticədə, onun yaşayış keyfiyyətinin yaxşılaşdırılması vasitəsi ilə onun inkişafı və özünə inamı üçün optimal şərait yaratmaqdır.
Pasiyentə, onun həyat keyfiyyətin yaxşılaşdırılmasına yönəldilmiş yüksək ixtisaslı yardım göstərilməlidir. Erqoterapiyanın ən əhəmiyyətli resursları – Pasiyentin özü (və ya, əgər Pasiyent uşaqdırsa, onun valideynləri). O, erqoterapevt ilə birgə, müdaxilənin uzunmüddətli və qısamüddətli məsələlərini qarşıya qoyur. Onların ümumi məsələsi – Pasiyentin öz potensialını aşkar və istifadə etməyə kömək etmək və onun qarşıya qoyulmuş məqsədə nail olmaq arzusudur. Erqoterapevt, fiziki terapevt, xüsusi pedaqoq, sosial pedaqoqun daxil olduğu fənlərarası komandanın üzvüdür. Yalnız fənlərarası komandanın və Pasiyentin (uşağın valideynlərinin) birgə işində biz pozitiv nəticələrə nail ola bilərik. Pasiyentə ətraf mühit (fiziki və sosial) kontekstində baxılmalıdır, onların qarşılıqlı təsiri nəzərə alınmalı və onların aktiv və daimi qarşılıqlı təsiri şərti əsas götürülməlidir. Erqoterapevt və Pasiyent münasibətləri açıq, qarşılıqlı etibar hissinə əsaslanan bir münasibətlər kimi səciyyələnməlidir.
mitri.az Stomatoloji kabinetin işi, müasir texnologiyaların tətbiqi, hər bir pasiyentə fərdi yanaşma, yüksək sinif avadanlığı ilə səciyyələnir. Sterilləşdirmə tam avtomatlaşdırılmış texniki dövrə malikdir. Terapevtik stomatologiya aktiv profilaktika və ağız boşluğunun gigiyenasına treninqlə təqdim edilib. Dişlərin (evdə və kabinetdə) ağardılmasının mülayim metodları. Dişlərin diş ərpindən və diş çöküntülərindən “Air Flow” diş aparatı ilə, ultrasəs skeller ilə üçmərhələli təmizlənməsi tətbiq olunur. Dişlərin plomblanılması müasir kompozit materialları ilə icra edilir. Diş ətinin “Vector” aparatı ilə müalicəsi. Ortopedik stomatologiya təcrübəsində dişlərin protezlənməsi üçün aşağıdakılar istifadə olunur: metal-keramika, metalsız keramika, qismən və tamamilə çıxarılan protezlər, implantlar üzərində protezləmə. Cərrahi stomatologiya, süd dişlərinin müalicəsi, gingivoplastika, perikoronaritin müalicəsi daxil olmaqla, müxtəlif mürəkkəblik dərəcəli retension (çənədə batmış diş) və yarı-retension dişlərin çəkilməsinə şamil olunur.
Mitri.az

Profilaktik stomatologiya müasir stomatologiyanın ən əhəmiyyətli hissəsidir və müxtəlif diş xəstəliklərinin inkişafına səbəb ola biləcək və ya təbii dişlərin vaxtından əvvəl itiriıməsinə gətirib çıxara biləcək bütün səbəblərin aradan qaldırması üçün nəzərdə tutulmuşdur. Ağız boşluğuna müntəzəm, düzgün qulluq hər bir yetkin insanın təkcə mədəniyyətinin göstəricisi deyil, həmçinin də kariyes və ağız boşluğunun digər xəstəliklərinin inkişafınının qarşısını alan profilaktikanın əsas ölçüsü hesab edilir. Bizim institutumuzun profilaktik stomatologiyasında məhz ağız boşluğunun gigiyenasına xüsusi yer ayrılmışdır.

Ağız boşluğunun peşəkar gigiyenasına daxildir:

  • Ultrasəs skelerindən istifadə etməklə, dişəti üstü çöküntülərin aradan qaldırılması;
  • Müasir aparatlarla (Air Flow) dişlərin cilalanması;
  • Travmalar və ya ağız boşluğunun qeyri-kafi gigiyenası nəticəsində yarana bilən gingivitin müalicəsi.
  • “Vector” aparatı vasitəsi ilə diş əti üstü və diş əti altı çöküntülərin aradan qaldırılması.

“Vector” aparatı diş ərpini qansız və ağrısız aradan qaldıraraq, dişlərin ətrafındakı yumşaq toxumaları zədələmədən, dişəti altı daşlarla və bakteriyalarla keyfiyyətcə yeni səviyyədə mübarizə aparmağa imkan verir. “Vector” aparatı ilə müalicə proseduru zamanı, ultrasəs enerjisinin köməyi ilə parodontal ciblərdən diş çöküntüləri və qranulyasiyalar kənarlaşdırılır. Tərkibində mikrozərrəciklər olan xüsusi suspenziyadan istifadə sayəsində isə, diş-damaq ciblərdən endotoksinlər və çöküntülər kənarlaşdırılır, diş səthi cilalanır və bu da sürətli sağalmaya şərait yaradır.

“Vector” aparatının köməyi ilə, ağız boşluğunun çətin sahələrində müalicə aparmaq, dəqiq və effektiv şəkildə cibləri işləmək, həmçinin diş implantlarının dərində yerləşdirilmiş bərkitmələri ilə işləmək mümkündür. Stomatologiyada “Vector” aparatı hətta həddindən artıq həssas dişlərə və diş ətinə sahib olan pasiyentlərin müalicəsi zamanı tətbiq edilir. Bu aparat, parodontitə tamamilə qalib gəlməyə kömək edir, cərrahi müdaxiləsindən qaçınmağa imkan verir.

Peşəkar gigiyenik prosedurlar nəticəsində sizin dişləriniz mükəmməl ağ, gözəl və, ən vacibi, sağlam olacaq.

Mitri.az

Ortopedik stomatologiya – tibb elminin, dayaq-hərəkət aparatın xəstəliklərini araşdıran və diaqnostika, müalicə və profilaktika metodlarını işləyib hazırlayan geniş sahəsidir. Ortopedik stomatologiya metodları aşağıdakı hallarda istifadə olunur: üst və alt çənədə bir, bir neçə və bütün dişlərin yoxluğu. Kosmetik qüsurlar (ölçünün, rəngin və formanın uyğunsuzluğu) halında. Gicgah-çənə oynağının artritləri, artrozları. Bu gün ortopedik stomatologiya bir və ya bir neçə dişin itirilməsindən sonra çeynəmə aparatının funksiyalarını yeniləyərək ən yeni materiallar və texnologiyalardan istifadə sayəsində sürətlə inkişaf edir. Bu gün diş protezlərinin müxtəlif növləri öz sağlamlığının qayğısına qalan insanlar arasında çox məşhurdur. Diş protezləri çıxarılan və çıxarılmayan protezlərə bölünür. Protezləmə metal keramikadan, metalsız keramikadan, həmçinin, sirkonium oksidindən istifadə etməklə yerinə yetirilə bilər.

Metalsız keramikanın qabaqcıl texnologiyaları daha da tələb edilən olur, çünki protezləmənin bu növü, əsasən, estetikaya yönəlib. Konstruksiyalar, tərkibində metal olmayan yüksək davamlı keramikadan hazırlanır. Bu konstruksiyalar gözəl estetik görünüşə malikdir, bundan başqa, keramikanın rəngi dəyişmir, ona allergiyalar olmur. Metalsız keramikadan ortopedik stomatologiya bir çox variantda konstruksiyaları təklif edir: qapaqlar, vinirlər, taxmalar.

Diş protezlərinin növləri üzrə qısa informasiya:

Vinir dişlərin ön səthində bərkidilən incə keramik təbəqədir (laminat). Vinirlər dişə təbii və sağlam görünüş verir.Metal-keramik qapaq metaldan və ya metal ərintilərindən ibarətdir (titan, qızıl, platin, palladium, xrom-nikel, qızıl-platin və digər ərintilər). İstifadə edilmiş metallardan və onların ərintilərindən asılı olaraq, qızıl üzərində, kobalt-xrom ərintilər üzərində metal keramika və digər variantlar qeyd edilir. Sonradan karkas, stomatoloji tələbatlar üçün xüsusi olaraq hazırlanmış xüsusi keramik kütlə ilə örtülür. Üzlük bir neçə qat əl ilə vurulur. Ayrıca qatın çəkilməsindən sonra konstruksiya, temperaturu 950 dərəcəyə qədər olan xüsusi sobada bişirilir. Belə hazırlanma texnologiyası ilə metalın və keramikanın möhkəm kimyəvi birləşməsinə nail olunur. Keramika ilə örtülmüş metaldan karkası siz şəkildə görə bilərsiniz – bu, artıq quraşdırmaq üçün yararlı bir protezdir.

Metal qapaq həmçinin metaldan və ya metal ərintilərindən ibarətdir (titan, qızıl, platin, palladium, xrom-nikel, qızıl-platin və digər ərintilər). Hal-hazırda nadir hallarda tətbiq edilir.

Güdül taxması nə deməkdir və nə üçün lazımdır?

ВQapağın altına quraşdırılan taxma, güdül taxması adlanır. Belə taxmaların köməyi ilə kökünə qədər məhv olmuş, üzərinə qapaq qoyulması planlaşdırılan diş (və ya çox incə divarları olan diş) bərpa olunur. Daha sonra, süni qapaq, xüsusi sement vasitəsi ilə belə taxmanı bərkidir. Güdül taxmasında kök və qapaq hissələri mövcuddur. Taxmanın kök hissəsini ştift təşkil edir (bu hissə kök kanalında bərkidilir). Taxmanın qapaq hissəsi, artıq, qapağa uyğun olaraq yonulmuş dişin güdülünün formasına malikdir. Buna görə qapağa uyğun olan taxma, “güdül” taxması adlandırılır.

Hansı çıxarılan protezlər istifadə olunur?

Çıxarılan protezlər - pasiyent özü çıxara və taxa bildiyi protezlərdir. Onlar, çoxlu sayda dişlərin olmaması halında hazırlanır, yəni, çıxarılmayan protezləri düzltmək mümkün olmadığı zaman hazırlanır. Çıxarılan protezlər (çıxarılmayanlardan fərqli olaraq) ilk növbədə diş ətinə söykənir, lakin öz dişlərinin saxlanılması halında – yüklənmənin bir hissəsi qalan dişlərin üzərinə də paylaşdırıla bilər.

Tam çıxarılan diş protezləri – dişlərin tamamilə olmaması halında çənədə quraşdırılan protezlərdir. Onlar, yalnız çənələrin alveolyar çıxıntılarına (daha dəqiq – diş ətinə), üst çənədə isə - həmçinin damağa söykənir. Tam çıxarılan protezlərin (xüsusilə, alt çənədə) bərkidilməsi, məhz dişlərin yoxluğu səbəbindən ürəkaçan deyil, həmin dişlərə protezi bir qaydada, məsələn, klammerlər vasitəsi ilə bərkitmək mümkün olardı. Tam çıxarılan protez, ənənəvi olaraq, plastmassadan və ya neylondan istehsal edilə bilər.

Qismən çıxarılan protezləmə оbildirir ki, pasiyentin çənəsində bir və ya bir neçə diş qalıb və həmin dişlər saxlanacaq və protezləmə üçün istifadə ediləcək. Yəni qismən çıxarılan protez, bir qayda olaraq, yalnız damağa deyil, həm də saxlanmış dişlərə söykənir. Belə protezlər, həm plastmassadan və neylondan, həm də metal karkasdan (belə protez “bügel” protezi adlanır) istifadə edilməklə yerinə yetirilə bilər.

Bügel diş protezləri “bügel” alman sözündən qaynaqlanır, bu da tərcümədə “qövs” deməkdir. Neylon və plastik protezlərdən fərqli olaraq, protezlərin bu növü öz əsasında metal karkasa malikdir. Belə karkasın sayəsində, pasiyentin ağzında plastik bazisin ölçüsünü əhəmiyyətli dərəcədə azaltmaq mümkün oldu, yəni protez daşıma, diksiya, həmçinin qida qəbulu üçün daha rahat oldu.

Mitri.az

Müasir uşaq stomatologiyasının imkanları uşaqlarda profilaktika və dişlərin müalicəsi haqqında prinsipial yeni təsəvvür formalaşdırır. Artıq valideynlərdə stomatoloqun qəbulunu xoşagəlməz səfər məqamı kimi təxirə salmaq üçün səbəb yoxdur. Dişlərin çıxmasından sonra onlara müntəzəm və sistematik qulluq etmək əhəmiyyətlidir. Kariyesin profilaktikasını mümkün qədər tez başlamaq lazımdır. Kariyesin profilaktikasının ənənəvi metodları olan dişlərin təmizlənməsi, düzgün qidalanma və s. əlavə, hal-hazırda digər, daha effektiv metodikalar tətbiq edilir. Belə prosedurlardan biri - dişlərin dərinliklərinin (fissuraların) malalanmasından ibarətdir. Bu metod inkişaf etmiş ölkələrdə kifayət qədər geniş istifadə olunur və kariyesin yaranması riskini əhəmiyyətli dərəcədə azaltmağa imkan verir. Diş ərpi, kariyes, pulpit, yanlış dişləm – əgər profilaktika vaxtında həyata keçirilərsə, o zaman uşaqlarda bütün bu diş xəstəliklərinin qarşısını almaq olar. Söhbət yalnız ağız boşluğunun gündəlik gigiyenasından getmir. Uşaqlarda ağız boşluğu xəstəliklərinin yayılması heç də böyüklərdə olduğundan az deyil. Şirniyyata meyillik və dişlərin bacarıqsız təmizlənməsi, diş həkimləri qarşısında uşağın qorxusu və erkən profilaktika, müayinənin əhəmiyyəti haqqında valideynlərin məlumatsızlığı – bütün bunlar ağız boşluğunda patoloji proseslərə gətirib çlxarır. Kariyes və süd dişlərinin məhv olması, pulpit, infeksiyanın kök kanallarına yayılması, daimi dişlərin xəstəliyi, diş sırasının pozulması – vaxtlı-vaxtında müalicə tələb edən əsas uşaq diş xəstəlikləridir.

Uşaqlarda tez-tez yaranan digər bir problem – dişləm pozuntusudur. Arzu və səbir olduğu halda, yanlış dişləmi düzəltmək asandır. Bu məqsədlə xüsusi çıxarılan və çıxarılmayan sistemlər (lövhəciklər və breketlər) tətbiq edilir.

Uşaqlarda dişlərin yanlış dişləmi təkcə diş sırasının estetikasına və uşaq simasının cazibədarlığına deyil, həm də bütovlükdə sağlamlığa neqativ təsir göstərir. Yumulu ağızda dişlərin vəziyyətinin düzəldilməsi, çeynəmə funksiyalarının pozuntusu, əzələ-üz ağrısı sindromu, diş daşının yaranması və diş-damaq ciblərinin yaranması, dişlərin zədələnməsi – qırılma, silinmə, kariyesin yayılması, həmçinin psixoloji baryerlər və komplekslər kimi bir sıra problemlərdən yan keçməyə imkan verir.

Cərrahi stomatologiya – stomatologiya təcrübəsinin, məqsədi diş sırasının gözəlliyini və bütövlüyünü bərpa etmək, itirilmiş funksiyanı bərpa etməkdən ibarət olan əhəmiyyətli bir sahəsidir. Bu predmetin əsas istiqaməti cərrahi xəstəliklərinin, daha dəqiq isə, dişlərin, ağız boşluğu orqanlarının, üz və boyunun zədələnməsinin öyrənilməsidir. Son illər ərzində stomatoloji cərrahiyyə yeni müasir materialları, infeksiyalardan qorunmanın yeni cərrahi üsullarını tətbiq etməyə başlamışdır, əməliyyat sonrası ağırlaşmaların yaranması riskini minimallaşdırır. İstənilən stomatoloji əməliyyat, hal-hazırda yalnız, hətta ilk ağrısızlaşdıran iynəni ağrısız edən son nəsil ağrıskəsici preparatların tətbiqi ilə yerinə yetirilir.

Cərrahi stomatologiyaya daxildir:

  • İttihabi proseslərin müalicəsi;
  • Dişlərin qorunması üzrə əməliyyatlar;
  • Dişlərin çəkilməsi;
  • İmplantasiya;
  • Plastik əməliyyatlar.

Diş ətində kosmetik manipulyasiyalar hər il cərrahi stomatologiyada daha da tələb edilən olur. Xüsusilə gingivoplastika, frenuloplastika, dişəti resessiyalarının aradan qaldırılması, vestibuloplastika kimi prosedurlar tez-tez həyata keçirilir.

Mitri.az

Qar kimi ağ dişlər, insanların əksəriyyətində uğurlu və gözəl həyatla assosiasiya edilir!

İnsanın, öz təbəssümündən şübhələnmə səbəbi olmadıqda, o, insanlarla asanlıqla ünsiyyətə qoşulur, onları valeh edir və öz hədəflərinə nail olur! Baxmayaraq ki, bizim hər birimiz istəyir ki, dişləri anadangəlmə gözqamaşdırıcı dərəcədə ağ olsun, buna, çox nadir hallarda rast gəlinir. Buna görə də, təbəssümlərin bəyazlığına səbəb olan dişlərin ağardılması üzrə prosedurların məşhurluğu günbəgün artır. Dişlərin üzərində sarı ərpin yaranmasına təsir edən səbəblər:
  • ağız boşluğunun qeyri-kafi gigiyenası;
  • maddələr mübadiləsinin pozulması;
  • siqaret çəkmə;
  • tərkibində rəngləyici maddələr olan məhsullarla həddindən artıq qidalanma;
  • genetik irsilik;
  • şəkərin həddinən artıq istifadəsi;
  • antibiotiklərlə müalicə;
  • yaş dəyişiklikləri.

Раз в пол года, даже если соблюдать все правила ухода за полостью рта, необходимо производить профессиональную чистку зубов. Но это лишь поверхностные процедуры, которые практически не изменяют цвета зубов. А для изменения цвета зубов требуется отбеливание – это есть химическое воздействие на эмаль зуба. Есть профессиональное отбеливание – офисное, то есть в кресле стоматолога, и домашнее. Домашний этап отбеливания более щадящий и длится в течении 5-10 ночей. Затем достаточно раз в полгода на одну ночь проводить поддерживающую процедуру. Обычно эффект достаточно стойкий, не требует частого повтора.

Hətta əgər ağız boşluğuna qulluğun bütün qaydalarına riayət edilirsə belə, hər yarım ildən bir dişlərin peşəkar təmizlənməsi yerinə yetirilməlidir. Lakin bu, yalnız səthi prosedurlardır və onlar, dişlərin rənglərini, praktiki olaraq, dəyişdirmir. Dişlərin rənginin dəyişilməsi üçün isə ağardılma, yəni, dişin minasına kimyəvi təsir tələb olunur. Ofisdə, yəni, stomatoloji kürsüdə peşəkar ağardılma və ev şəraitində ağardılma mövcuddur. Ev şəraitində ağardılma mərhələsi daha mülayimdir və 5-10 gecə ərzində davam edir. Sonra, hər yarım ildən bir, bir gecəlik dəstəkləyici prosedur keçirmək kifayətdir. Adətən effekt, kifayət qədər qalıcı olur və tez-tez təkrarlanma tələb etmir.

Peşəkar təmizləmə qismində biz, “Air Flow” aparatı və ultrasəs skeller vasitəsi ilə dişlərin diş ərpindən və diş çöküntülərindən üç mərhələdən ibarət təmizlənməsini tətbiq edirik. Bizim stomatoloqlarımız, dişlərin ağardılması üzrə müxtəlif prosedurlardan istifadə edərək,Sizə, dişlərin ağlığının dəstəklənməsi üzrə işin bir hissəsini ev şəraitinə keçirtməyə kömək edəcəklər, ki bunun sayəsində, bu xidmət geniş insan dairəsi üçün əlçatan olur. Əgər ilk müayinə zamanı stomatoloq ağız boşluğunun hər hansı xəstəliklərini aşkar edərsə, dişlərin ağardılmasından əvvəl mütləq müalicə keçmək lazım olacaq. Pasiyentdə plomblar quraşdırılmış halda, stomatoloqlar onları artıq ağardılmadan sonra dəyişdirməyi məsləhət görürlər, çünki plomba materialının rəngi dəyişmir. Dişlərə tətbiq edilən hər cür taxmalar, məsələn, vinirlər haqqında da bunu demək olar.

mitri.az İnsanlara keçirdilmiş xəstəliklərdən, travmalardan sonra, əlillərə - şəxsi reaksiyaların dəyişilməsi üzrə psixoloji köməyin göstərilməsinin ən effektiv və mümkün üsullarından biri, psixoloji diaqnoz və konsultasiya verməklə yanaşı, psixoloji korreksiya və psixoterapiya Psixoloji korreksiya - şəxsiyyətin özünün daxili ehtiyatlarının hesabına müəyyən tələblərə uyğun olaraq insanın psixoloji xarakteristikalarının yaxşılaşmasına yönəldilmiş tədbirlər kompleksidir. Vücud-yönümlü korreksiya, əlilin, onun tərəfindən psixoloji müdafiə formalaşdırılması və xəstəlik barəsində onun yönəlişlərinin yenidən qurulması üçün müəyyən psixoloji və fizioloji funksional təşkilatının sistemini təşkil edir. Korreksiya işinin metodları, hər hansı bir normaya və ya əlilin fərdi imkanlarına yönəldilmiş ola bilər. Bu zaman, korreksiyaya münasibətlərin emosional, rasional və ya sosial-psixoloji sahəsi məruz qalır. Psixokorreksiya işi, qrup və ya fərdi təsirin müxtəlif formalarında reallaşdırıla bilər: tapşırıqlar, məşqlər, oyunlar, sosial-psixoloji təlim. Psixoterapiya ağrılı simptomların aradan qaldırması və öz xəstəliyinə münasibətin dəyişilməsi məqsədi ilə, əlil psixikasına, ondan isə bütün orqanizmə psixi vasitələrlə kompleks müalicə təsiri kimi təyin edilir. Əlillik vəziyyətində psixoterapevtik təsirinin ən adekvat üsulu - aydınlaşdıran, sakitləşdirən, yayındıran və aktivləşdirən xarakterli rasional psixoterapiyadır. Bu halda əlilin şəxsiyyətinin fərdi xüsusiyyətlərini, xəstəliyin xarakterini və ümumi vəziyyətin ağırlığını nəzərə alaraq vasitəli təlqinə yol verilir. Psixoterapiyanın əsas məqsədləri - müalicənin və bərpanın müvəffəqiyyətində əlilin öz rolunun olmasının izahı, həyəcan miqyasının korreksiyası, insanların müalicəyə aktivləşdirilməsi, mənfi reaksiyaların yatırılmasından ibarətdir. Psixoterapiyanın əsas məsələlərindən biri, qarşılıqlı razılıq sisteminin və onun vasitəsi ilə, xəstəliyə, müalicə prosesinə mane olan qeyri-adekvat münasibətin aradan qaldırılması üçün şəraitin yaradılmasıdır.
Bərpa prosesini bir neçə mərhələyə bölmək olar: bərpa (müalicə) mərhələsi. Bərpanın təşkilinin müvəffəqiyyətli olması üçün, əlilin ətrafında, onun ailəsində və yaxınlarının əhatəsində müvafiq psixoterapevtik abu-hava yaradılmalıdır. Sosial işçi, əlilə yardım göstərərək, eyni zamanda qohumlara da psixi cəhətdən təsir etməlidir. Həmçinin əlilin psixoloji əhval-ruhiyyəsini daim dəqiqləşdirmək lazımdır, bunun üçün qohumlar və tanışlarla daim söhbət etmək, bu müşahidələrdən bacarıqla istifadə edilməlidir. Sırf reabilitasiya mərhələsi. Reabilitasiya prosesinin psixoloji hissəsi, mənfi reaksiyaların aradan qaldırılması və psixoloji səfərbərlikdən başlanır. Psixoreabilitasiya işində, şəxsiyyətin itirilmiş peşə və sosial-adaptiv keyfiyyətlərinin kompensasiyasına yönəldilmiş işə xüsusi diqqət yetirilir. Bu halda əlillərin, işin psixoloji metodlarına münasibətini nəzərə almaq lazımdır. Bir halda psixoterapiya üsullarına və metodlarına əlilin müsbət münasibəti müşahidə olunur, digər halda – psixoloqa və onun işinə passiv-tamaşaçı münasibəti qeyd edilir, üçüncü halda isə – qeyri-sabit, dəyişkən münasibət, hətta psixoterapevtin tələblərinə və arzularına mənfi reaksiya qeyd edilə bilər. Readaptasiya mərhələsi. Readaptasiya xəstəyə, onun, xəstəlikdən qabaq olduğu səviyyəyə qədər həyat şəraitinə tam uyğunlaşmasını təmin edən bərpa prosesini nəzərdə tutur.
psixoloji dəstək - xəstəlik və ya travma keçirtmiş pasiyentin, həmçinin əlilin pozitiv dəyişikliklərinin və davranış və fəaliyyət nəticələrinin təşviq edilməsinə yönəldilmiş plan və ya epizodik tədbirlər kompleksidir; psixoloji müşayiət, mütəxəssisin iştirakı və ya dəstəyi ilə şəxsiyyətin psixi fəallığının təzahür etdiyi alternativ tədbirlər kompleksini təşkil edir; psixoloji təlqin etmə - normaya uyğun olaraq davranışın və fəaliyyətin tamamilə müəyyən edilmiş qaydasına alternativsiz göstəriş; sosial-psixoloji qabaqlama - şəxsiyyətin sosial qarşılıqlı təsirinin əlverişli şəraitinin yaradılmasına yönəldilmiş təşkilati və qrup tədbirləri kompleksidir; psixoloji yüklənmə - emosional və rasional sahədə psixoloji cəhətdən mürəkkəb vəziyyətlərin həlli üçün onların öhdəsindən gəlmək bacarığının formalaşması üsuludur.
Psixoloji müdafiə – patogen vəziyyətlə qarşılaşma zamanı insanın şüuru tərəfindən işə salınan uyğunlaşma mexanizmidir. Əlilin psixoloji müdafiəsi faydalı ola və xəstəliklə qarşı durmaya imkan yarada bilər, lakin, xəstəliyə imkan verməklə və müalicə-profilaktik fəaliyyətə mane olmaqla zərərli də ola bilər. Psixoloji müdafiənin mahiyyəti, həm dərk edilən, həm də dərk edilməyən psixoloji yönəlişlərin yenidən qurmasından, dəyərlərin subyektiv iyerarxiyasının dəyişilməsindən, yəni irəliləyişlərdən ibarətdir ki, bunlar, psixoloji cəhədən travmalı olanı əhəmiyyətdən məhrum edir və bununla da onu zərərsizləşdirirlər. Sosial iş sənəti bir çox məqamda, mütəxəssis əlillə qarşılıqlı təsir prosesində psixoloji müdafiə mexanizmlərinin təsirini aradan qaldırmağı və onunla güvənli münasibətlər formalaşdırmağı bacarıb bacarmadığı ilə müəyyən edilir. Buna görə əlillərlə və xəstələrlə sosial işçinin qarşılıqlı təsirinin prosessual hissəsi, aşağıdakı psixoloji hallarının uçotunu nəzərdə tutur:
  • əlillə ünsiyyət prosesində biz, onun hisslərinin ən kiçik çalarlarını duymağa, səmimiyyət, mülayimlik və mehribanlıq göstərməyə, pərişan insanı diqqətlə dinləməyə və xeyirxahlıq və maraq göstərməyə çalışırıq;
  • daim empatiya yaratmağa çalışırıq, xəstənin duyğularına bahəm olmaq və ruhsarsıdıcı amillərin və vəziyyətlərin dərk edilməsinə tədricən irəliləyərək, birgə yaşanan hallara dair öz aktual hiss və əhval-ruhiyyələrimizi gizlətməməyə çalışırıq;
  • ünsiyyəti elə bir surətdə təşkil etməyə çalışırıq ki, əlillə təkbətək qarşılıqlı təsir təmin edilsin, onun sinir fəaliyyətinin (gücü, çevikliyi və müvazinəti) xüsusiyyətlərini tam qiymətləndirilsin.
mitri.az Biz, yaşdan asılı olmayaraq, nitqin korreksiyası üzrə uşaqlarla və böyüklərlə işləyirik. Böyüklər üçün loqoped - insanların əksəriyyəti üçün bu kifayət qədər ekzotik söz birləşməsidir. Lakin böyüklər, loqopedlərə göründüyü kimi elə də nadr hallarda müraciət etmirlər. Bu köməyə, hər şeydən əvvəl, insult, travma və beyinin digər zədələri və xəstəlikləri zamanı nitqin itirilməsi halında ehtiyac olur. İnsanda bu hallarda afaziya və ya dizartriya yarana bilər. Loqoped bu halda nevroloq, psixoloq, fizioterapevtlə bir komandada işləyir. Mütəxəssislər komandası yalnız pozulmuş nitqi deyil, həm də digər ali psixi funksiyaları bərpa edir: yaddaşı, diqqəti, oxumanı və yazmanı. Kəkələmə - həmçinin loqopedin səlahiyyət dairiəsinə daxildir. Səsin, kəkələmə ilə bağlı olmayan hər cür pozuntuları – böyüklərin loqopedə müraciət etmək üçün səbəbdir. Son zamanlar cavan insanların öz imiclərinə və, demək ki, nitqlərinə qarşı yüksək tələblər irəli sürülməyə başlamışdır. Pozulmuş səs tələffüzü, pis diksiya bəzən bizim xidməti irəliləyişimizə imkan vermir. Gənc analar böyüyən körpəyə pis danışıq nümunəsi verməmək üçün, tez-tez böyüklər üçün loqopedə müraciət edirlər. Hər bir pasiyentlə fərdi iş sxemi qurulur. Böyüklərdə loqonevroz və nitqin digər qüsurlarının müalicəsi zamanı əsas istiqamətlər aşağıdakılardır:
  • dil əzələlərinin möhkəmləndirilməsi üzrə məşğələlər;
  • səslərin düzgün tələffüzü üzərində iş;
  • düzgün tənəffüsün məşqi;
  • diksiyanın qoyulması üçün tapşırıqlar.
Bundan başqa, yazma - həmçinin nitqdir, lakin yazılı nitq. Yazma çətinlikləri, yuxarı sinif şagirdlərində və yetkin insanlarda, əksər hallarda məhz defektoloji xarakterli problemlərdən irəli gəlir və disqrafiya adlanır. Çox vaxt loqopedin müşayiəti olmadan, tək müəllim və ya repetitor bu problemin öhdəsindən gələ bilmir.
Əksər hallarda böyüklərdəloqonevroza, daha sadə dildə isə - kəkələməyə rast gəlinir. Cürbəcür təzahür edilir: nitqdə təlaşlı pauzalar yarana bilər, sözlərin uzadılması (böyüklərdə loqonevrozun tonik növü), hecalar və ya ayrı-ayrı səslər təkrarlana bilər (böyüklərdə klonik loqonevroz). Kəkələmədə üç əsas səbəb qeyd edilir: danışıq aparatının anadangəlmə patologiyası, genetik amil və nevroloji pozuntu. Uşaqda güclü stress, qorxu, travma nitqin pozulmasına gətirib çıxara bilər, buna görə və güclü qıcıqlanma və ya həyəcan zamanı kəkələmə ağırlaşır. Uşaqlarda kəkələməni sağaltmaq böyüklərdə olduğundan daha asandır. Lakin bəzən valideynlər vəziyyətin ciddiliyini dərk etmirlər və mütəxəssislərə müraciət etmirlər. Zamanla isə kəkələyən insanda müəyyən tələffüz stereotipi yaranır. Yetkin yaşda kəkələmənin müalicəsi zamanı ikiqat səy göstərmək lazım gəlir.
Rotasizm kimi nitq pozuntusuna yetkin insanlarda tez-tez rast gəlinir. Tez-tez bu qüsurun sahibləri fransız tərzində tələffüz edilən “r” səsini qeyri-adi bir xüsusiyyət hesab edirlər və düşünmürlər ki, ətrafındakılar onların danışığını çətin başa düşür. Nitq qüsurları söylənilənlərin mahiyyətindən yayındırır. Böyüklərdə “r” və “l” səslərini düzgün tələffüz etməmənin səbəbləri: dil əzələlərinin iflici, dilin qısa yüyəni, səslərin qavranılmasının pozuntuları, irsi amildir. Yetkin insan rotasizmdən necə qurtula bilər? Bu, çətin məsələdir. Əgər böyük insanda rotasizm fizioloji problemlərlən irəli gəlirsə, o zaman, onları təcrübəli həkim (cərrah, stomatoloq, nevroloq) düzəltməlidir. Əgər belə qüsurun səbəbi çoxillik vərdişdirsə, bu vərdişin aradan qaldırılmasına böyüklər üçün loqopediya məşğələləri kömək edəcək. Böyüklərdə rotasizmin aradan qaldırılması üçün, dil əzələlərini möhkəmləndirmək lazımdır, bunun üçün isə müəyyən tapşırıqlar hazırlanıb.
Böyüklərdə fısıltılılıq kimi tələffüz qüsuruna həmçinin tez-tez rast gəlinir. Bu terminlə bəzi səsləri qeyri-səlis tələffüz etmək, onları fitlə tələffüz etmək xüsusiyyəti ifadə edilir. Böyüklərdə fısıltılılığın aradan qaldırılması yollarını başa düşməzdən əvvəl, səbəbi müəyyən etmək lazımdır. Nitqin bu pozuntusu yanlış dişləmə, danışıq aparatının xüsusi quruluşu səbəbindən, həmçinin güclü stresdən, psixoloji travmadan sonra yarana bilər. Öz fısıltılılığına böyüklər həmçinin fərqli-fərqli yanaşa bilərlər. Bu qüsur çox vaxt insanı danışıq zamanı öz-özünə nəzarətə təhrik edir və nəticədə daimi gərginlik nevrozların yaranmasını təhrik edir. Böyüklərdə fısıltılılıq emosional sakitlik və nitqin sərbəstliyi üçün lazımdır.
Böyüklər üçün loqopedlə məşğələlər həmçinin, dizartriya, dislaliya, afaziya kimi digər problemlərin həlli zamanı da tələb olunur. Bu, həyatı əhəmiyyətli dərəcədə korlayan və mütləq müalicə tələb edən ciddi nitq pozuntularıdır.
mitri.az Nevrologiya –əsas prinsipləri sinir sistemi xəstəliklərinin inkişafına imkan yaradan səbəblərin və mexanizmlərin öyrənilməsi sahəsində cəmlənmiş və bu patologiyanın müalicə metodikalarının işlənib hazırlamasına yönəlmiş tibb bölməsidir. Nevroloq (o, həmçinin nevropatoloqudr) mərkəzi və periferiya sinir sisteminin xəstəliklərinin diaqnostikası, profilaktikası və müalicəsi ilə məşğul olur. Sinir sisteminin xəstəlikləri çox müxtəlifdir. Onların əsasında aşağıdakı xəstəliklər dayanır:
  • sinir hüceyrələri - neyronların işində və onların arasındakı əlaqələrdə pozuntular;
  • baş və onurğa beyində və sinirlərin liflərində əmələ gələn yoluxucu və qeyri-yoluxucu xarakterli müxtəlif iltihablar.
Nevroloqun ilkin konsultasiyasının keçirilməsindən sonra, o, xəstənin vəziyyətinin tam təsvirinin müəyyən edilməsi üçün əlavə olaraq hansı tədqiqatların lazım olacağını həll edir. Belə ki, mioqrafiya təyin oluna, MRT, sinir sistemi üçün aktual olan funksiyaların hərtərəfli analizi və s. yazıa bilər. Nevroloq tərəfindən müayinə və analizlərə əsasən pasiyent üçün uyğun müalicə təyin edilir.
Nevroloqun müalicə etdiyi xəstəliklər, çox vaxt iflic, həmçinin, həssaslığın (temperatur, ağrı və s.) itirilməsi, psixikanın pozulması və qıcolmalarla kompleks şəklində cərəyan edir. Nevrologiya sahəsində mütəxəssislərin bilavasitə səlahiyyətinə aşağıdakı hallar aiddir:
  • üz, baş ağrı (Bell iflici, miqren, tremor, tiklər və s.);
  • kürək ağrıları (radikulit, yırtıqlar , osteoxondroz və s.);
  • onurğa/ baş beyinin şiş törəmələri;
  • bədənin müxtəlif sahələrinin keyləşməsi;
  • yuxu və yaddaş pozuntuları;
  • qulaqlarda səs-küy;
  • eşitmə, görmə və iybilmə duyğusunun zəifləməsi;
  • qıcolmalar, epileptik ürəkkeçmələr (şüur pozuntusu, şüur itkisi və s.);
  • ona məxsus olan nəticələrlə birgə insult;
  • kürəyin, başın travmaları, həmçinin onların nəticələri;
  • nevritlər; nevralgiyalar; neyropatiyalar;
  • ensefalopatiyalar;
  • Alsgeymer xəstəliyi, Parkinson xəstəliyi və s.
  • baş və onurğa beyini üçün aktual olan qan dövranının müxtəlif növ pozuntuları.
Bu tipli bir çox xəstəlikləri davranış və psixi vəziyyətlərin dəyişiklikləri ilə kompleks şəkildə təzahür olunur, bu da, müvafiq olaraq, psixiatrlarla əməkdaşlığın olmasını tələb edir. Nevroloq necə müalicə eməsinə gəlincə isə, burada hər şey xəstəliyin xüsusiyyətlərdən və spesifikasından asılıdır. Belə ki, bəzi xəstəliklər üçün konservativ terapiyanın tətbiqi kifayət edir, digər xəstəliklər üçün isə cərrahi müdaxilə labüddür. Tələb edilən müalicə taktikası yalnız fərdi olaraq seçilir.
Dərman metodlar,SS-in (sinir sistemi) müxtəlif xəstəlikləri halında tətbiq edilən bütün dərman vasitələrini ehtiva edir. Dərmansız metodlara pəhrizlər, fito-terapiya, qeyri-ənənəvi tibb metodları, iynəbatırma aiddir. Həmçinin müalicəvi masaj, refleksoterapiya, manual terapiya geniş istifadə olunur. Fiziki metodlara nevroloji xəstəliklərin profilaktikası və müalicəsi üçün müxtəlif hərəkətlər kompleksləri daxildir. Bura həmçinin, lazer terapiyası, maqnit terapiyası, diadinamoterapiya, miostimulyasiya, elektroforez kimi fizioterapiya prosedurları daxildir. Cərrahi metod , qalan vasitələr kifayət qədər təsir göstərmədiyi və xəstəlik irəliləməyə davam etdiyi halda istifadə olunur. Həkim neyrocərrahlar, baş və onurğa beyində, sinir liflərində müxtəlif əməliyyatları keçirirlər.
  • miqrenlər, güclü və tez-tez baş ağrılar;
  • tez-tez oyanmalar, yuxusuzluq və s. şəklində yuxu pozuntuları;
  • ətrafların sancısı, keyləşməsi; qulaqlarda səs-küyün eşidilməsi;
  • hərəkətlərin koordinasiyasının pozuntuları; yaddaşın zəifləməsi; kürək ağrısı;
  • şüur itkisi, ürəkgetmələr, başgicəllənmələr.
  • mərkəzi və ya periferiya sinir sisteminin patologiyasının aktuallığı halında anamnez (yəni xəstəlik tarixləri) toplanması;
  • palpasiya, pasiyentin vizual müayinəsi;
  • konkret maraqlandıran profil üzrə patologiyaların aşkarlanmasına yönəldilmiş hərəkət və hissiyat sahələrinin müayinəsina dair manipulyasiyalar.
Şikayətlərdən və müayinənin nəticələrindən asılı olaraq, nevroloq əlavə müayinələr təyin edə bilər.
mitri.az Manual terapiyanı, dayaq-hərəkət aparatın normal funksiyasının bərpası, bununla da ağrıların aradan qaldırılması, həmçinin, qamətin korreksiyası məqsədi ilə həkim əlləri ilə onurğa və ətrafların oynaqlarına, bağlara, fassiyalara lokal dozalara bölünmüş təsir kimi xarakterizə etmək olar. Manual terapiya (daha dəqiq desək, manual tibb), manual diaqnostika və məhz, manual terapiya olmaqla iki əsas bölümdən ibarətdir. Manual terapiya nevrologiya, neyrofiziologiya və ortopediyanın nailiyyətlərini birləşdirmişdir. Onurğa, ətrafların oynaqlarının funksiyalarının sürətli bərpası, əzələ spazmlarının aradan qaldırılması və qamətin yaxşılaşdırılmasından ibarət olan öz praktiki nəticələrinin sayəsində, o, bir çox tibbi ixsisaslar üçün cəlbedici olmuşdur. Manual terapiya (manual terapevt) həkimi - ilk növbədə, diplomlu ortoped və ya həkim-nevropatoloq və yalnız bundan sonra – əllərlə müalicə üzrə mütəxəssisdir. Əgər xəstənin əzələləri damarları sıxırsa və ya hər hansı sinir sıxılmasını müşahidə olunursa, bu halda manual terapevt xəstəyə kömək edir. Bundan başqa, onurğa əyilməsi halında və hətta onurğa disklərinin yırtığı olduğu halda manual terapevtə müraciət etmək olar. Onun əsas məsələsi, onurğanın, sümüklərin, bütün əzələlərin, həmçinin bağların biomexanikasının qaydaya salınması hesab edilir. Hərçənd manual terapiyanın tək metodikaları ilə onurğa yırtığından qurtulmaq qeyri-mümkündür, yaxşı mütəxəssis, onurğanın nasazlıq yarandığı yerinin gərginliyini əhəmiyyətli dərəcədə azalda bilər.
  • Beldə qəflətən yaranmış kəskin ağrı (bel sancısı) - lümbaqo;
  • Beldə xroniki və ya yarımkəskin ağrı (əyilmək çətin olur, dikəlmək isə daha da çətin olur) - lümbalgiya;
  • Beldə ağrı və ya diskomfortla yanaşı ayaqda küt ağrılar — lümboişialgiya;
  • Beldə (kürəklərin sahəsi) ağrılar;
  • Həm onurğanın özündə, həm də iri oynaqlarda hərəkətliliyin məhdudiyyəti;
  • Normal kardioqram olmaqla ürəyin proyeksiyasında ağrılar;
  • Boyunda ağrılar, tez-tez ələ və ya başa irradiasiya ilə;
  • Dirsəkdə ağrılar (hətta çayniki də tutmaq çətin olduğu halda);
  • Çiyin oynağında ağrılar (əl ağrı ilə qalxır və axıra kimi qalxmır);
  • Tez-tez baş ağrıları, başgicəllənmələr, qulaqlarda səs-küy;
  • Diqqətin konsentrasiyasının pozulması, yaddaşın zəifləməsi;
  • Əl və ya ayaq barmaqlarının keyləşməsi;
  • Büzdümdə ağrılar - koksiqodiniya (stuldan qalxanda ağrı güclənir);
  • Dizdə (daha çox yan səthlər) sızıldayan ağrılar;
  • Çanaq-bud oynağı və ya yan sahəsində ağrılar.
Niyə manual terapiya onurğa yırtığı (fəqərəarası qrıja), fəqərəarası diskin protruziyası halında ən sürətli və davamlı effekt verir? Onurğanın manual terapiyası nə qədər çox lazımdır? Fəqərəarası disklərin protruziyalarının və yırtıqlar ının əsas səbəbi onurğanın yanlış işindən irəli gəlir, həm hərəkətlər zamanı, həm də qamətin saxlanıması halında, ki bu zaman fəqərələrarası disklərə yüklənmə qeyri-bərabər paylanır. Daimi yüklənməyə məruz qalan fəqərələrarası disklər, gec-tez davam gətirmir və dağılmağa başlayır. Əvvəlcə fəqərələrarası diskin fibroz halqasında kiçik çatlar, sonra protruziyalar, sonra isə yırtıqlar əmələ gəlir. Bunun baş verməməsi üçün, onurğa düzgün işləməlidir. Onurğanın manual terapiyası, osteoxondrozun, yırtıqlar ın və fəqərələrarası disklərin həm profilaktikası, həm də müalicəsi üçün ən effektiv vasitədir, çünki onların yaranma səbəblərini - onurğanın işində pozuntuları aradan qaldırır. Yalnız onurğa sütununun funksiyası normallaşdığı halda, problemli zonada normal qan təchizatı və vena axını bərpa olunur. Həblər, inyeksiyalar, məlhəmlər, fizioterapiya sinir liflərini və damarları sıxılmadan azad edə və onurğanı düzgün işləməyə məcbur edə bilməz. Bununla əlaqədar olaraq suallara cavablar tamamilə aydın olur: “Manual terapiya nə üçün edilməlidir? Manual terapevt nəyi müalicə edir? Nəyə görə onurğanın yırtığı, fəqərələrarası diskin protruziyası halında manual terapiya ən effektivdir?” Müalicə kursuna orta hesabla manual terapiyanın beşdən ona qədər seansı nəzərdə tutulur. Onların keçirməsinin tövsiyə olunan tezliyi yarım ildə bir dəfədir, lakin müxtəlif fərdi variantlar da ola bilər. Müalicə kursu bitirdikdən sonra manual terapiya həkimi adətən, əldə edilmiş nəticənin möhkəmləndirilməsi və saxlanılması üçün müalicə gimnastika üzrə bir neçə tapşırıq verir və ya fizioterapevtə yönəldir.
AA023148 Qastroenterologiya – həzm sisteminin xəstəliklərini araşdıran tibb sahəsidir. Qastroenterologiya təcrübəsi, qida borusu xəstəliklərin mədə, nazik bağırsaq, yoğun bağırsaq, qaraciyər, öd kisəsi və mədəaltı vəzi xəstəliklərinin diaqnostikası və müalicəsi üzərində cəmləşir . Tibbin bir çox digər bölmələri kimi, qastroenterologiya bir neçə bölmədən ibarətdir: hepatologiya, proktologiya, koloproktologiya, enterologiya, qastrologiya və ezofaqologiya. Qastroenteroloji xəstəlikərin birinci və obyektiv diaqnostikasi metodu, xarici müayinə, palpasiya, barmaqlarla yüngülcə döymə və dinləmədən ibarət olan qarın müayinəsi hesab edilir. Belə müayinə zamanı həkim-qastroenteroloq çökəkliyə, köpməyə və pasiyentin qarınının simmetriyasına diqqət yetirməlidir. Palpasiya şiş, qarın orqanlarının ölçülərini (qaraciyərlər, öd kisəsi və s.) yoxlamağa, həmçinin ağrının lokallaşdırmasını aşkar etməyə imkan verir. Auskultasiya bağırsaqların peristaltikasını müəyyən etməyə və səs-küyü aşkar etməyə kömək edir. Barmaqlarla yüngücə döymənin köməyi ilə isə peritonun boşluğunda qaz və mayenin mövcudluğu təyin edilir. Diaqnostik məqsədlərlə həmçinin həzm yolunun müayinəsinın instrumental metodları tətbiq edilir. Müayinənin bu metodları zamanı lifli optika mütləq surətdə istifadə olunur. Qastroenterologiyada diaqnostika üçün kontrast rentgenologiya müayinələri (yoğun və nazik bağırsaqlarda, mədədə və oniki barmaq bağırsaqda xəstəliklərin diaqnozu qoyulur) və müayinənin (pankreatit, daşların və ya şişlərin mövcudluğuna dair diaqnoz qoyulur) ultrasəs metodu istifadə edir. Həmçinin qastroenterologiya da diaqnostika üçün funksional sınaqlar və testlər müvəffəqiyyətlə istifadə olunur. Həmçinin, nəcis, sidik, qan, öd və mədənin möhtəviyyatının analizləri mütləq şəkildə keçirilir.
  • Udma zamanı çətinlik
  • Çəkinin izahedilməz itkisi;
  • Qarında ağrı;
  • Qusma;
  • Qastrit;
  • Qəbzlik;
  • Ağızda acı tam;
  • Qida qəbulundan sonra xoşagəlməz tama malik olan gəyirmənin yaranması;
  • Ağızdan daimi qoxu gəlməsi;
  • Daimi əsasda (qida qəbulundan sonra) qıcqırmanın yaranması;
  • Lokallaşdırması bağırsaqlar, qabırğaaltı və ya mədə olan ağrılar;
  • Mədədə, qida qəbuluna qədər, yəni ac qarına yaranan və yeməkdən sonra yox olan və ürək bulanması ilə müşahidə olunan ağırlıq;
  • Şəkərli diabet;
  • Daimi əsasda qarın işləməsinin pozulması;
  • Nəcisin rənginin dəyişilməsi, qusma;
  • Dəridə yoluxucu mənşəyə malik olmayan səpmələrin yaranması, bundan başqa, əmələ gələn ekzemalar, dermanın qabığı soyulması, saç və dırnaqların vəziyyətinin səbəbsiz pisləşməsi narahatlıq üçün səbəb olmalıdır;
  • Babasil;
  • İshal və qusma;
  • Qarın boşluğunun rentgenologiya müayinəsinın məlumatları;
  • Mədə - qida borusu reflüksü;
  • Qida borusu dəliyinin yırtığı;
  • Gücləndirilmiş peristaltikanın sindromu;
  • Hepatit;
  • Qaraciyər xəstəlikləri;
  • Malabsorbsiya;
  • Bağırsaqların əməliyyat sonrası müayinəsi;
  • Rektal qanaxma;
  • Selikli kolit;
  • Mədə xorası;
  • Xora koliti;
  • Bağırsaq xərçəngi;
  • Bağırsaqlarda poliplər;
  • Kron xəstəliyi;
  • Divertikülöz;
  • Toksoplazmoz;
  • Hepatitlərin bütün növləri;
  • Dispankreatizm;
  • İstənilən mənşə və formalı qastrit;
  • Mədə xorası;
  • Yoluxucu mononukleoz;
  • MBT-ın (mədə bağırsaq traktı) xroniki xəstəlikləri;
  • Öd daşı xəstəliyi.
  • Qaraciyər;
  • Qida borusu və mədə;
  • Bağırsaqlar – yoğun və nazik bağırsaq, həmçinin, on iki barmaq bağırsaq;
  • Mədəaltı vəzi;
  • Öd kisəsi və onun yolları.
mitri.az Diyetologiya - müalicəvi qidalanma haqqında elmdir. Bu elm, həm hər hansı bir pozuntular halında, həm də profilaktik məqsədlərlə pəhrizin işlənib hazırlanması və tövsiyələri ilə məşğul olur. Sizin cinsiniz, yaşınız və boyunuza müvafiq olaraq tövsiyə olunanlara əks olaraq, vücudunuzun sümük, əzələ və piy toxumalarının ümumi və regional faiz nisbətinin müəyyən edilməsi üçün, vücud tərkibinin təhlilinin (bio-impedansometrdə, 3D-bioskanerdə və densitometrdə) keçirilməsindən sonra müalicədən qabaq, insitutda diyetoloqun konsultasiya keçirilir. Müayinənin nəticələrinə görə terapiya proqramı tərtib edilir. İnstitutda, aktiv kineziterapiya - sualtı və antiqravitasiya tredmili; masaj, vibroterapiya, pressoterapiya, elektromiostimulyasiya, vakuum-diyircəkli, radio dalğalı və işıq terapiyası kimi fizio-müalicə və bərpa metodları tətbiq edilir. Pəhrizin təyin edilməsi zamanı, diyetoloq həzm maddələrində və enerjidə pasiyentin fərdi fizioloji tələbatlarına əsaslanır. Mütəxəssislər həmçinin funksional, patomorfoloji, mübadilə, həmçinin ferment pozuntularını və bu və ya digər patoloji proseslə əlaqədar onun orqanizmində baş vermiş digər pozuntuları nəzərə alırlar. Məqsədin qarşıya düzgün qoyulması çox əhəmiyyətlidir, ilk növbədə o əldə edilə bilən və sağlamlıq üçün zərərsiz olmalıdır (məqsəd elə olmalıdır ki, siz neqativ təcrübə almayasınız və həyatda əminsizliyə qapılmayasınız). Dəqiq istifadə edildikdə, bu metodikalar çox effektivdir və ilk prosedurlardan sonra nəticə verir.
  • insan tələbatlarını zəruri maddələrlə təmin edir;
  • terapevtik vasitələrin effektivliyi artırır;
  • müalicəvi təsiri göstərir;
  • sağalma prosesi sürətləndirir;
  • profilaktik təsir göstərir;
  • patologiyaların yaranmasının, həmçinin kəskin xəstəliklərin xroniki xəstəliklərə keçməsinin qarşısını alır;
  • maddələr mübadiləsini normallaşdırırlar;
  • orqanizmi sağaldır
  • güc və enerji verir;
  • ümumi sağlamlıq vəziyyətinə müsbət təsir göstərir.
İlkin müayinə həkimlərə Sizin ümumi vəziyyətinizi, fiziki gücünüzü, məhdudiyyətləri və bərpa proqramının seçiminə təsir edən bədən tərkibini qiymətləndirməyə imkan verir. Bütün alınmış məlumatlar əsasında həkimlər, təhlükəsiz və məhz Sizin üçün effektiv olan fərdi bərpa proqramını tərtib edirlər.
Bizim keçirdiyimiz bərpa, bizim trenajorlarımızda məşqlər, yerimə (terrenkur), velosiped sürmə, üzgüçülük və fiziki fəallığın digər növlərinin köməyi ilə Sizin ümumi əhvalınızın yaxşılaşmasına yönəldilmişdir. Əgər əvvəl Siz heç vaxt fiziki məşqlər etməmişsinizsə, narahat olmayın. Mütəxəssis-reabilitoloqlar komandası Sizin üçün təhlükəsiz və rahat məşqlər kompleksini seçəcək. Bütovlükdə, belə tapşırıqlar həftədə üç – beş dəfəyə qədər keçirilməlidir. Sizə tapşırıqların düzgün texnikası, əsas kompleksdən əvvəl əzələlərin qızıdırılması və dartılması üsulu öyrədiləcək.
Bizim bərpa proqramımızın vacib məqamlarından biri də pəhrizdir. Məhz düzgün qidalanma artıq çəkini azaltmağa kömək edir. Sizə düzgün qidalanmağı və artıq piydən, tez-tez və çox yemək vərdişindən yayınaraq, Sizin üçün uyğun olan yeməyi seçməyi öyrədəcəklər. Sizə ağrının və yorğunluğun öhdəsindən gəlməyin yollarını öyrədəcəklər.
Bədən çəkisinin azalması – Sizi normal həyatdan müəyyən bir müddətə yayındıran ciddi bir problemdir. Bu, sizi depressiyaya, narahatlığa gətirib çıxara bilər. Siz işləyə, adi işlərinizlə məşğul ola bilmirsiniz. Buna görə də psixoloji dəstək çox əhəmiyyətlidir. Əgər Siz depressiyadan əziyyət çəkirsinizsə, o zaman həmin bərpa mərhələsinin ciddiliyini nəzərə almaq lazımdır, əks təqdirdə, xəstəlikdən sonra bərpa çox çətin keçəcək. Depressiya ilə mübarizə, həm dərman terapiyadan, həm də psixoterapiyadan ibarət ola bilər. Hərçənd, siz uğura inanmadığınız halda bərpa proqramını başlamaq çətin olacaq, lakin gələcəkdə vəziyyət əhəmiyyətli dərəcədə yaxşılaşacaq və bərpa Sizə güc və enerji verəcək.
Bərpa kursundan sonra sağlam həyat tərzini sürməyə davam etmək lazım olacaq, bu, həm pəhrizə, həm də zərərli vərdişlərə, həmçinin tapşırıqlara aiddir. O vaxta qədər Siz artıq bütün bunları biləcəksiniz.
mitri.az   Həkim-endokrinoloq endokrin sisteminin xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikası ilə məşğul olur. Endokrinoloqun etdiyi, orqanizmin birbaşa hormonal tənzimləməsinə və bu funksiyanın istənilən pozuntularına aiddir. Bura orqanizmin endokrin sisteminin işinin müayinəsi, onun patologiyalarının diaqnostikası və müalicəsi, bu patologiyalardan irəli gəlmiş pozuntuların aradan qaldırılması aiddir. Bu o deməkdir ki, endokrinoloq yalnız xəstəlikləri deyil, həmçinin və onların nəticələrini müalicə edir: hormonal balansın korreksiyasını keçirir, normal maddələr mübadiləsini bərpa edir, cinsiyyət disfunksiyasını aradan qaldırır və s. Endokrinoloqun ilkin konsultasiyasının keçirilməsindən sonra, o, xəstə vəziyyətinin tam təsvirinin müəyyən edilməsi üçün hansı əlavə müayinələrin lazım olduğunu həll edır. Belə ki, ultrasəs müayinəsinə, MRT, hormonal profil və s. təyinat yazıla bilər. Artıq endokrinoloq tərəfindən müayinəyə, tədqiqatlara və analizlərə əsasən müvafiq müalicə təyin edilir. Müalicənin taktikası və planı xəstəlikdən asılıdır və fərdi qaydada seçilir. Müalicə prosedurları müntəzəm ziyarət və ya nəzarət tələb edə bilər.
  • tez-tez yorulma, konkret səbəbsiz yorğunluq hissi;
  • ayaqların, əllərin titrəməsi;
  • menstruasiya dövrünün pozulması, uzun müddətli və ya həddindən artıq menstruasiyalar;
  • ürək döyüntüsünün tezləşməsi; soyuq və ya istiliyin keçirdilməsində çətinlik, həddən artıq tərlilik;
  • səbəb olmadan çəkidə əhəmiyyətli dəyişikliklər;
  • iştahsızlıq problemi, ağızda quruluq;
  • əhval-ruhiyyənin pozulması, ruh düşkünlüyü, diqqətin konsentrasiyası ilə bağlı problemlərin yaranması;
  • tez-tez qəbzlik, yuxu pozğunluğu, ürək bulanması;
  • dırnaqların, saçın vəziyyətinin pisləşməsi;
  • yüksək arterial təzyiq;
  • mənşəyi aydınlaşdırılmamış sonsuzluq.
  • qalxanabənzər vəz;
  • hipotalamus;
  • əzgilşəkilli cism;
  • mədəaltı vəz;
  • hipofiz;
  • böyrəküstü vəzilər.
  • şəkərli diabet –insulinin hormonunun çatışmazlığından irəli gələn xəstəliklər qrupu;
  • kalsiumun metabolizminin pozğunluqları – qanın zərdabında kalsiumun yüksək və ya aşağı tərkibi;
  • endemik zob – yod çatışmazlığına görə qalxanabənzər vəzinin böyüməsi;
  • avtoimmun tireoidit – qalxanabənzər vəzinin avtoimmun təbiətli iltihabı;
  • şəkərsiz diabet – hipotalamusun və ya hipofizin funksiyasının, yüksək susuzluqla müşayiət olunan pozğunluqları;
  • akromeqaliya – boy atma hormonunun artıq səviyyəsi;
  • İtsenko-Kuşinq xəstəliyi – böyrəküstü vəzilərin qabığının funksiyalarının pozulmasına gətirib çıxaran neyroendokrin xəstəlikdir;
  • endokrin sistemin, osteoporoz, piylənmə, cinsiyyət funksiyasının pozğunluqları, əzələ zəifliyi, ruhi-əsəb pozğunluqları kimi patologiyalarından irəli gələn pozğunluqlar.
Endokrinoloqun qəbulu Sizdən aşağıdakı minimal şərtləri tələb edə bilər. Özünüzlə bütün mövcud olan tibbi sənədləri götürün. Unutmayın! Laboratoriya analizləri və ultrasəs müayinəsinin bəziləri yalnız günün müəyyən vaxtında və dövrün müəyyən günündə verilməlidir.
  • pasiyentin sorğusu, əvvəlki tibbi sənədlərin öyrənilməsi;
  • müayinə, palpasiya;
  • Şikayətlərdən və müayinənin nəticələrindən asılı olaraq, endokrinoloq əlavə tədqiqatlar təyin edə bilər.
mitri.az Ginekoloq - qadın cinsiyyət orqanlarının xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikası, hamiləlik və doğuş patologiyaları ilə məşğul olan, qadın reproduktiv sağlamlığı sahəsində mütəxəssis həkimdir. Ginekoloqun ilkin konsultasiyasının keçirilməsindən sonra, o, xəstənin vəziyyətinin tam təsvirinin müəyyən edilməsi üçün hansı əlavə tədqiqatların lazım olduğunu həll edir. Belə ki, ultrasəs müayinəsi, MRT, mikroflora üzrə yaxma, PAP-yaxma, iltihaba və infeksiyaya dair müayinəs, həmçinin hormonal profil və s. üçün təyinat yazıla bilər. Artıq ginekoloq tərəfindən müayinəyə, tədqiqatlara və analizlərə əsasən qadın-pasiyent üçün müvafiq müalicə təyin edilir. Müalicənin taktikası və planı xəstəlikdən asılıdır və fərdi qaydada seçilir. Müalicə prosedurları müntəzəm ziyarətlər və ya xəstəxanaya yerləşdirməni tələb edə bilər.
  • cinsiyyət yollarının patoloji ifrazatı;
  • qarının aşağı hissəsində ağrı, həmçinin cinsi əlaqə zamanı;
  • menstruasiya dövrünün pozulmnası, ağrılı aybaşılar, aybaşıların yoxluğu;
  • sonsuzluq, düşüklər, vaxtından əvvəl doğuş;
  • cinsiyyət yollarından qan axma;
  • yüksək arterial təzyiq, hamiləlik zamanı ödemlər.
Ginekoloqun qəbulu xüsusi hazırlığı tələb edə bilər. Aybaşı dövründə həkimə müraciət etmək tövsiyə edilmir, çünki qanaxma ginekoloji müayinəni və diaqnostikanı çətinləşdirir. Hərçənd, təcili vəziyyətdə həkim, tsiklin istənilən günündə pasiyenti qəbul edəcək. Həkimə müraciət etməzdən əvvəl yumalar və başqa prosedurlar keçirmək lazım deyil, çünki bu, tədqiqatların nəticələrini təhrif edə və diaqnostikanı çətinləşdirə bilər; Müayinə günündə, patologiyanın təsvirini silməmək üçün xarici cinsiyyət orqanlarının ilkin gigiyenası məsələləri ginekoloqla qabaqcadan müzakirə edin. Ginekoloqun müayinəsi necə keçir?
  • pasiyentin sorğusu, əvvəlki tibbi sənədlərin öyrənilməsi;
  • palpasiya, vaginal müayinəs;
  • Şikayətlərdən və müayinənin nəticələrindən asılı olaraq, ginekoloq əlavə tədqiqatlar təyin edə bilər.
mitri.az Otolarinqoloq (LOR) – qulaq, boğaz və burun xəstəliklərinin müalicəsi və profilaktikası ilə məşğul olan həkimdir. LOR eyni zamanda üç orqanın xəstəliklərini müalicə edir, çünki bu orqanlar fizioloji cəhətdən sıx bağlıdır. Məhz bu səbəbə görə, bu orqanların xəstəlikləri, xüsusilə yoluxucu xəstəliklər, əksər hallarda kompleks müalicə tələb edirlər. LOR həkimin müalicə etdiyinə, yəni çətinləşmiş burun tənəffüsü, iy duyğusu, eşitmə qabiliyyətinin pozğunluqları, bütün LOR orqanlarının pozğunluqlarına aiddir. Bundan başqa, otolarinqoloq müalicə etdiyinə, zahirən LOR-orqanları ilə bağlı olmayan (məsələn, daxili qulaqda lokallaşmış Menyer xəstəliyi halında inkişaf edən başgicəllənmə tutmaları) simptomlar aiddir. Bizim institutumuzda həkim-otolarinqoloqun kabineti, lor-orqanlarının dəqiq diaqnostikası və effektiv müalicəsi üçün ən geniş çeşidli xidmətlət təqdim edir: otitlər, sinusitlər, tonzillitlər, poliplər və selikli qişada digər yenitörəmələr. Lor-orqanların ətraflı müayinəsini keçirməyə imkan verən innovativ endoskopik avadanlıq, həmçinin ultrasəs, rentgen və laboratoriya tədqiqatları xəstəliyin dəqiq səbəbini təyin etməyə imkan verir. İnstitutun mütəxəssisləri xoşagəlməz simptomları qısa bir zamanda aradan qaldıracaqlar və lor-xəstəliklərin xroniki forması olan pasiyentlər üçün kompleks terapiya seçəcəklər. Biz, yalnız uzun müddətli iş stajı olan, pasiyentlərimiz tərəfindən tələb olunan həkimləri dəvət edirik.
  • qulaq;
  • boğaz;
  • burun;
  • Haymor cibləri;
  • badamcıqlar;
  • bronxlar;
  • alın cibi;
  • üst çənə cibi.
  • rinit (zökəm) – burunun selikli qişasını iltihabı;
  • haymorit - yuxarı çənə cibinin (haymor cibinin) selikli qişasının iltihabı;
  • kəskin tonzillit (angina) – udlaq halqasının limfoid törəmələrinin iltihabı (əksər hallarda damaq badamcıqları iltihablanır);
  • faringit – udlağın selikli qişasının və limfoid toxumasının iltihabıdır;
  • otit – qulaqda iltihab prosesi;
  • burun boşluğunun polipləri – burun boşluğunda xoş xassəli törəmələr;
  • kükürd tıxacları – xarici qulaq keçəcəyində çoxlu miqdarda kükürd yığımı;
  • burunun, qulağın, udlağın travmalarının müalicəsini keçirir, həmçinin LOR-orqanlardan yad predmetləri çıxarır (adətən balaca uşaqlar orada tez-tez kənar əşyaları salırlar);
  • profilaktik və planlı müayinələri, həmçinin LOR-orqanları xəstəliklərinin, xüsusilə, yuxarı tənəffüs yollarının yoluxucu xəstəliklərinin profilaktikasını həyata keçirir;
Otolarinoloq ilkin qəbulunda:
  • Anamnez (xəstəlik tarixçəsini) toplayır, pasiyentdən mümkün şikayətlər barəsində öyrənir.
  • LOR-orqanların müayinəsini və palpasiyasını keçirir.
  • Şikayətlərdən və müayinəsinin nəticələrindən asılı olaraq, LOR-həkim əlavə analizlər təyin edə bilər: ultrasəs müayinə; endoskopiya; audiometriya; rentgen müayinəsi; maqnit-rezonans müayinəsi.
mitri.az Oftalmoloq - göz xəstəliklərinin və görmə orqanlarının əlavə aparatının diaqnostikası, müalicəsi və profilaktikası üzərində ixtisaslaşdırılan həkimdir. Oftalmoloqun konsultasiyası və qəbulu aşağıdakı hallarda tələb olunur: görmə qabiliyyətində problemlərin yaranması, gözlərin sulanması, gözdə quruluq, ağrı və ya qaşınma, hamiləlik, şəkərli diabet, qalxanabənzər vəzinin və ya qan xəstəliyi hallarında. Bizim institutumuz, görmə sistemin patologiyaları ilə bağlı istənilən problemin həlli üçün yüksək ixtisaslı oftalmoloji kömək təqdim edir: yaş dəyişiklikləri, gözlərin virus və yoluxucu xəstəlikləri, travmalar, görmə orqanlarının autoimun və atrofik xəstəliklərinin müalicəsi. İnstitutun mütəxəssisləri müraciət günündə bütün lazımi diaqnostik prosedurları keçirəcəklər və son nəsil effektiv preparatlarından istifadə ilə müalicə təyin edəcəklər. Zəruri hallarda onlar Sizin üçün eynək və ya kontakt linzalar seçə bilərlər.
Çoxları görmə qabiliyyətinin pozuntuları xüsusi diskomfort yaşatmırsa, göz həkiminə ziyarəti gecikdirir. İnstitutun mütəxəssisləri xatırladırlar: siz nə qədər tez oftalmoloqa müraciət edərsəniz, bir o qədər daha sürətli və daha az tibbi müdaxilə ilə müsbət nəticəyə nail olacaqsınız. Aşağıdakı simptomlardan hər hansı biri yarandıqda, oftalmoloqun qəbula yazılmaq lazımdır:
  • gözlərdə quruluq, gözlərin tez yorulması;
  • görmə dəqiqliyinin azalması, görüş dairəsinin məhdudlaşması;
  • gözün selikli qişasının, göz qapaqlarının şişkinliyi və qızartısı;
  • gözdə yad cismin olması hissi, yanma, qaşınma, sancı;
  • gözlərin yaşarması, şəffaf, irinli, köpüklü ifrazat;
  • gözdə, alın, gicgah nayihəsində ağrılar;
  • gözlərdə əlvan dairələr, ikilənmə, “milçəklər”, “qığılcımlar” və s.;
  • rəngləri ayırmaq qabiliyyətinin zəifləməsi, işıqdanqorxma;
  • travma, gözlərin yanması.
  • istənilən yetkinlik dərəcəsi olan katarakta (göz büllurunun bulanması),
  • qlaukoma (gözdaxili təzyiqin artması),
  • çəpgözlük,
  • torlu qişanın və görmə sinirinin xəstəlikləri,
  • görmə qabiliyyətinin pozğunluqları (uzağı görmə zəifliyi, yaxını görmə zəifliyi, astiqmatizm),
  • gözlərin iltihabi xəstəlikləri (konyunktivitlər, keratitlər, blefaritlər və başqaları),
  • gözlərin virus və yoluxucu xəstəlikləri (herpes, sitomeqalovirus, toksoplazmoz, xlamidioz),
  • gözlərin avtoimmun xəstəlikləri (iridosiklitlər, xorioretinitlər və s.).
İlkin qəbulda oftalmoloq:
  • Anamnez (xəstəlik tarixçəsini) toplayır, pasiyentdən mümkün şikayətlər barədə öyrənir.
  • Görmə orqanlarının müayinəsi keçirir.
  • Şikayətlərdən və müayinənin nəticələrindən asılı olaraq, həkim-oftalmoloq əlavə müayinələr təyin edə bilər.
Çəpgözlük (geterotropiya və ya stabizm) – bir və ya eyni zamanda iki gözün mərkəzi oxdan sapmasında təzahür edilən göz xəstəliyidir. Başqa sözlə, çəpgözlük zamanı, qüzehi qişalar və gözlərin göz bəbəkləri fərqli-fərqli tərəflərə “baxır” və baxış müəyyən predmet üzərində fokuslana bilmir. Çox zaman çəpgözlük anadangəlmə olur və gözü hərəkət etdirən əzələlərin anomaliyasından irəli gəlir. Çəpgözlüyün simptomları uşaq yaşlarında müəyyən etmək asandır. Adətən onlar, uşağın gözlərinin hərəkətlərinin uyğunsuzluğunda, hərəkətin koordinasiyasının və görmə qavramasının pozulmasında təzahür olunur. Erkən yaşda çəpgözlük daha sadə korreksiya edilir. Ancaq yetkin yaşda əmələ gəlmiş qazanılmış çəpgözlük halları qedy edilir. Bir qayda olaraq, belə pasiyentlərdə gözlərin tez yorulması, görmə qabiliyyətinin birtərəfli pisləşməsi, başgicəllənmə və baş ağrılar müşahidə olunurlar. qazanılmış çəpgözlük aşağıdakı səbəblərdən irəli gələ bilər:
  • uzağı görmə zəifliyi, astiqmatizm, yüksək ağırlıq dərəcəli miopiya;
  • başın travmaları və ya beyinin yoluxucu xəstəlikləri;
  • streslər (qorxu);
  • iltihablar və göz əzələlərində digər patoloji dəyişikliklər;
  • uşaq yaşında həddindən artıq görmə yüklənmələri.
Çəpgözlük yalnız estetik problem deyil. Zamanla, sağlam göz görmə funksiyasını tamamilə öz üzərinə götürür. Beləliklə, çəp gözdə görmə funksiyası tədricən zəifləyir – xəstə göz getdikcə daha da pis görməyə başlayır və nəticədə binokl görmə pozulur.
Dermatologist1200Dermatologiya (dermatopatologiya) fizioloji funksiyaların və quruluşun, həmçinin dəri, saç, dırnaqlar, piy və tər vəziləri üçün aktual olan xəstəliklərin öyrənilməsi sahəsində cəmləşmişdir. Dermatologiya endokrinologiya, venerologiya, onkologiya, allerqologiya və bir sıra digər tibbi predmetlərə sıx bağlıdır. Bu və ya digər vaxt müddətinə, amma bizim hamınız dəri ilə bağlı problemli vəziyyətlərlə rastlaşırıq. Dəri və ya epiteli, insan bədəninin mövcud orqanlarından ən irisidir, həm də ona, bütün orqanizm üçün ən əhəmiyyətli olan funksiya, məhz tənəffüs və qoruyucu funksiyalar məxsusdur. Dəri özünə ətraf mühitlə göstərilən əhəmiyyətli təsiri qəbul edir, bu halda o, infeksiyaların bu və ya digər növlərinin, həmçinin, onkoloji törəmələrin onun üzərində təzahür etməsi təhlükəsinə məruz qalır. Temperatur və digər miqyaslı təsirlər də həmçinin dərinin üzərində izlər qoyur. Üstəlik, dəri qocalmaya meyillidir, həmçinin, orqanizm üçün aktual olan müxtəlif nasazlıqlardan müəyyən əziyyət çəkir. Bunu nəzərə alaraq, dərinin funksiyalarının pozulmasına imkan yaradan, demək olar ki, istənilən mümkün amil dermatoloq tərəfindən hər hansı xəstəliyin diaqnoz qoyulması zamanı əhəmiyyətli olur.
  • dəri xəstəlikləri, göbələkşəkilli xəstəliklərin (epidermofitiya, trixofitiya, mikrosporiya və s.) təsirindən irəli gəlmiş dırnaq xəstəlikləri;
  • yoluxucu növlü dəri xəstəlikləri(impetiqo);
  • virus növlü dəri xəstəlikləri (müxtəlif növləri ilə dəmrov, papillomalar, herpes);
  • ekzemalar, neyrodermitlər, allergik mənşəli dermatitlər;
  • örə; parazit növlü dəri xəstəlikləri;
  • vəzilərin (piy, tər vəzilərinin) somatik və iltihabi xəstəlikləri – seboreyalar və s.;
  • daxili orqanların xəstəliklərinin fonunda meydana çıxan dəri xəstəlikləri və səpmələr hiv-infeksiyanın təsirləri, həmçinin zəhərli və dərman maddələri;
  • psoriaz;
  • angvil səpgisi; yeniyetmə yaşında problemli dəri və s.
Çoxları, güman edərək ki, dəridə, dırnaqlarda, saçlarla baş verən dəyişikliklər xüsusi diskomfort yaratmır həkimə ziyarəti gecikdirirlər. İnstitutun mütəxəssisləri xatırladırlar: siz nə qədər tez dermatoloqa müraciət etsəniz, o qədər daha sürətli müsbət nəticəyə nail olarsınız. Dermatoloqa baş çəkməyi tələb edən səbəblər kimi aşağıdakı halları qeyd etmək olar:
  • solğun və ya parlaq ifadə edilmiş dəri səpgiləri;
  • dərinin şişməsi, uzun müddətli qaşınması;
  • irinli törəmələr, çibanlar;
  • çoxlu sayda ziyillərin, xalların əmələ gəlməsi, ölçülərinin sürətlə dəyişilməsi;
  • dərinin müəyyən sahələrinin soyulması və qızartısı;
  • ayaqların barmaqlarının göbələkşəkilli iltihabları;
  • dərinin iltihablı və ya yaş sahələri;
  • güclü sızanaqlılıq, angvillər (sızanaqlar).
Qeyd etmək lazımdır ki, bütovlükdə dəri üçün aktual ola bilən mövcud patoloji vəziyyətləri bir dəfəyə sadalamaq çətindir, ona görə dəridə istənilən törəmələrin yaranması diqqət və müvafiq tədbirlərin görülməsini tələb edir. Əgər pasiyent üçün aktual olan patologiyanın səbəbi orqanizminin xarici deyil, daxili nasazlıqlarından ibarətdirsə, təcrübəli dermatoloq yalnız problemə uyğun olan müalicəni təyin deyil, həmçinin də onu tələb edilən mütəxəssisə yönəldəcək.
Bilavasitə dəriyə aid olan problemlərin istənilən növünün yaranması dermatoloqa müraciət etməyi tələb edir. Dermatoloqun qəbulu vizual müayinədən, həmçinin dərinin vəziyyətinə uyğun olan diaqnostik prosedurların təyin edilməsindən ibarətdir. Müalicə, dərman terapiya və ya fizioterapiya (kompleks şəkildə ola bilər) tətbiqini nəzərdə tuta bilər, bəzi hallarda cərrahi müdaxilə tələb olunur. Qeyd etmək lazımdır ki, xəstəliklərdən bəziləri yoluxucu ola bilər, buna görə də onlara qarşı səhlənkarlıq etmək olmaz. Daha sonra, dermatoloq,
  • Anamnez (xəstəlik tarixçəsini) toplayır, pasiyentdən mümkün şikayətlər barədə öyrənir.
  • Dərinin və onun əlavələrinin müayinəsi keçirir.
  • Şikayətlərdən və müayinənin nəticələrindən asılı olaraq, dermatoloq əlavə tədqiqatlar təyin edə bilər.
mitri.az Fizioterapevt - xəstəliklərin müalicəsi üçün müxtəlif fiziki amillər olan soyuq, istilik, maqnit sahələri, ultrasəs, ultrabənövşəyi şüanın və s. şəfaverici xüsusiyyətlərini tətbiq edən mütəxəssis-reabilitoloq, bundan başqa, eyni zamanda masajist, müalicə gimnastikası üzrə mütəxəssisdir. Yəni, bu – fiziki amillərdən və müəyyən fiziki tapşırıqlardan istifadə edərək, hərəkət nasazlıqlara gətirib çıxaran xəstəliyin öhdəsindən gəlməyə orqanizmə kömək etməyi bilən insasndır. Fizioterapevt patofiziologiya və insanın fiziologiyası sahəsində kifayət qədər biliklərlə malik olur. O, müvafiq tibbi sənədləri aparır və burada pasiyentlərin sağlamlıq vəziyyətinin məşğələlərdən öncə, məşğələ zamanı və sonra təsvir edir. Müalicənin strateji planını həkim-reabilitoloq təyin edir, fizioterapevt isə, hər bir xəstə üçün fiziki amillərlə təsir metodikasını və lazımi hərəkət kompleksini seçir və onları keçirir. Əzələlərin, bağlarin, oynaqların xarakteri üzrə fizioterapevt, həmçinin qanın hərəkətləri, limfalar və hətta energetika axınlarının istiqamətləri, daxili orqanların və insanın psixoemosional sahəsinin vəziyyətini kinezioloq qiymətləndirir.
Çoxları həkimə ziyarəti ləngidirlər, güman edirlər ki, inkişaf edən xəstəlik yalnız narahatlıq yaradır. İnstitutun mütəxəssisləri xatırladırlar: siz nə qədər tez həkimə müraciət edərsiniz, o qədər daha sürətli müsbət nəticəyə nail olarsınız. Siz terapevtin qəbula yazıla bilərsiniz, o isə Sizi lazımi mütəxəssisə yönəldəcək və ya Siz, sizi maraqlandıran istənilən informasiyanın alınması üçün, zəng edə bilərsiniz. Biz istənilən Sizin suallarınıza cavab verməyə və Sizi bizim mütəxəssislərimizin qəbuluna yazmağa şad olacağıq.
Həkim-mütəxəssisin qəbulu ilkin informasiyanın toplanmasından, vizual müayinədən, perkussiyalardan, palpasiyadan, həmçinin diaqnostik tədqiqatlar vəziyyətinə uyğun olan təyinatdan ibarətdir. Bütün məlumatların analizindən sonra Sizə müalicə təyin ediləcək, ki bu da dərman terapiya və ya fizioterapiya (kompleks şəkildə də ola bilər) tətbiqini, bəzi hallarda isə cərrahi müdaxiləni nəzərdə tuta bilər. Müalicə prosesində Siz təqvim ayı ərzində nəzarət və ya mərhələ qəbuluna yazıla bilərsiniz. Həkim-mütəxəssisin müayinəsinin nəticələrindən asılı olaraq, əlavə müayinə təyin edilə bilər.
Kardioloq, Ginekoloq, Pulmanoloq, Otolarinqoloq (Lor), Oftalmoloq (Göz həkimi), Travmatoloq, Cərrah, Vertebronevroloq (onurğa üzrə mütəxəssis), Manual terapevt, Proktoloq, Androloq, Uroloq, Psixoterapevt, Psixiatr, Onkoloq, Nevropatoloq, Fleboloq (damarlar üzrə mütəxəssis), Qastroenteroloq, Allerqoloq, Endokrinoloq, Dermatoloq, Veneroloq, Ftziatr (vərəm üzrə mütəxəssis), İmmunoloq. Həmçinin psixiatr, psixoloq, psixoterapevt, loqoped, autizm üzrə mütəxəssis, biomexanik, fizioterapevt, masajist.
Əvvəlki müayinələrin nəticələrini, şəkilləri, tomoqrammaları və ya tədqiq edilən sahələrin ultrasəs tədqiqatların ı, laboratoriya analizlərini, xəstəxanaya yerləşdirmələrdən sonra çıxarışlar, həkimlərin təyinatları özünüzlə götürün. Bu dəqiq diaqnozun qoyulmasını sürətləndirəcək, müayinəyə əlavə xərclərdən yan keçməyə imkan verəcək və müvəffəqiyyətli müalicənin təyinatına imkan yaradacaq.
 

AZ RU EN Mobile : +994502634075/77 E-mail : info@itrdi.az +994 (12) 404 83 10/11 FAQ