Maqnit-rezonans tomoqrafiya

Maqnit – rezonans tomoqrafiya (MRT) – mürəkkəb, lakin təhlükəsiz və effektiv diaqnostika metodudur, ionlaşdırıcı şüalanma ilə bağlı deyil. Bu metod zamanı baş və onurğa beyni, onurğa sütunu, kiçik çanaq, böyrəklər, böyrəküstü vəzilər, diz oynaqları, yumşaq toxumaların müayinəsi zaman müxtəlif patoloji proseslər müəyyən olunur. Biz GE firmasının aparatında işləyirik və bütün yumşaq toxuma və oynaq nahiyyələri, MSS, kiçik orqanlar, mammoqrafiya müayinələri üçün tələb olunan bütümn maqnit çarxları dəstinə sahibik. Bizim radioloji şöbəmiz aparıcı beynəlxalq radioloqlar tərəfindən auditdən keçib və 2015-ci ildə Bakıda Birinci Avropa oyunlarının keçirilməsiz zaman müayinə üçün yeganə baza seçilib.

MRT mərkəzi sinir sisteminin onkoloji patologiyasına şübhə zamanı seçim metodudur, baş beyin infarktlarının, eləcə də onurğa sütunun travmaları zaman; fəqərəarası disk və oynaqlarda degenerativ dəyişikliklərin olması zaman; onurğa beynin xəstəlikləri və zədələnmələri zaman erkən diaqnostikası üçün əvəzolunmaz metoddur; sümük-əzələ aparatı və oynaqların patologiyasının qeyri – invaziv diaqnostikası üçün əvəzolunmz və seçim metodudur; hipofizin mikroadenomasına şübhənin diaqnostikası zaman əvəzolunmaz metoddur. Müayinə xəstəliyi erkən mərhələdə müəyyən etməyə və vaxtında müalicəyə başlamağa imkan verir.

mitri.az Bu metod vasitəsilə həm qan şəbəkəsinin vəziyyətinə, həm də qanın damarlarda hərəkətinə nəzarət etmək olar. Bu zaman kontrast maddənin istifadəsi metodun informasiya dərəcəsini artırır. Maqnit - rezonans angioqrafiya damar sisteminin struktur və funksional dəyişikliklərinin aktual müasir diaqnostika metodudur. Metodika nevroloji, damar və neyrocərrahiyyə praktikasında tətbiq olunur. Damar patologiyasının müəyyən olunması üçün üçplçülü kontrast maqnot - rezonans angioqrafiya olduqca informativdir. Maqnit - rezonans tomoqrafiyasının xüsusi rejimi kontrast istifadə etmədən baş beyin damarları strukturlarını dəqiq görməyə, damarlarn quruluş anomaliyası və yerləşmə anatomiyasını müəyyən etməyə, mənfəz enini, stenoz dərəcısini (damar mənfəzinin daralması) təyin etməyə imkan verir. Metodun qanın hərəkət sürətinə qarş yüksək həssaslığ sayəsində sürətli və yavaş qan axınını ayırd etməyə imkan verir. Baş beyin damarlarının MRT angioqrafiyası anevrizmalar, mikroinsultlar, işemik və hemorragik insultlar, patoloji damar şaxələri, baş beyin sinuslarının trombozu, baş beyin şişlərini müəyyən edir. Yuxu və onurğa damarlarının MRT angioqrafiyasını beyon qan dövranının çatışmazlığı səbəblərinin axtarış zaman aktiv aparılır. Belə ki, baş ağrıları, baş gicəllənmə, görmə pozulmaları, yaddaşın zəifləməsi və digər nevroloji simptomların səbəbi yuxu və ya onurğa arteriyalarının daralması ola bilər (vertebro - bazilyar çatışmazlıq). Müayinə damarların zədələnmə səviyyəsini və daralma dərəcəsini müəyyən etməyə və müalicə taktikasını (konservativ və ya operativ) təyin etməyə imkan verir. Boyunun dərin venalarının maqnit - rezonans müayinəsi diaqnozu çətinliklə qoyulan dırin venaların trombozunu müəyyən etməyə imkan verir. Boyunun dərin venalarının MR venoqrafiyası quruluş xüsusiyyətləri və inkişaf anvə inkişaf anomaliyaları, arteriovenoz şuntlar, qan axınının xarakterini müəyyən etməyə imkan verir.
  • Anadangəlmə ürək və iri damarların qüsurları zamanı;
  • Anevrizmlər zamanı;
  • Vaskulitlər zamanı;
  • Damarların stenozu, o cümlədən ürək stenozu zamanı;
  • İnsultlar zamanı;
  • Ateroskleroz zamanı.
Müayinənin növündən asılı olaraq, prosedur 15 dəqiqədən 60 dəqiqəyə qədər davam edə bilər. Prosedur bitməsindən 30-60 dəqiqə sonra sizə şəkillər, disk və həkimin rəyləri təqdim ediləcək. Bizim radioloqumuz, müayinəsinızın nəticələrinə dair Sizə məsləhətlər verə bilər. O, həmçinin Sizə, müalicənin təyin edilməsi üçün damar üzrə mütəxəssis və ya neyrocərrah tövsiyə edə bilər.
mitri.az Baş beyin MRT və ya başın maqnit - rezonans tomoqrafiyası kəllədaxili orqanların diaqnostikasının aparılmasının, mövcud patologiyaların müəyyən olunmasının və onların müayinənin ən informativ metoduna aiddir. Müayinə kəllə sümüklərini görməyə imkan verir və başın yumşaq toxumalarını daha ətrafl görmək, zədə və beyin silkələnməsi, insultların nəticələrini, eləcə də yeni törəmələri aşkar etmək olar. Həmçinin naməlum etiologiyalı miqrenəbənzər vəziyyətlər, huşun pozulması, hematomalar, yeni törəmələr, koordinasiyanın pozulması zaman təyin olunur. Baş beyinin MRT zaman aşağıdakılar müayinə olunur:
  • boyunun əsas damarları;
  • beyini qidalandıran qan damarları;
  • beyin toxumaları;
  • göz orbitləri;
  • başın yumşaq toxumaları;
  • beyinin daha dərində yerləşən hissələri (beyincik, epifiz, hipofiz, uzunsov və aralıq bölmələri);
  • beyinin damar sisteminin aterosklerozu;
  • kəllə-beyin travmalarının və onlardan sonra nəticələrin mövcudluğu;
  • kəskin beyinin infarktı, insult;
  • yoluxucu iltihabi proseslər;
  • xoşxassəli və bədxassəli şişlər;
  • anevrizmlər;
  • yalnız baş beyinin deyil, həmçinin də hipofiz və türk yəhərinin anomaliyalarının mövcudluğu;
  • damarların malformasiyası;
  • ensefalomielit və vaskulit;
  • dalğın skleroz;
  • kəllədaxili təzyiqin göstəricilərində sapmalar.
Başın MRT-sı göstərdiyi hər şeyi sadalamaq qeyri-mümkündür, diaqnostikanın bu metoduna tibdə çox tələbat var.
mitri.az Onurğa sütununun maqnit-rezonans tomoqrafiyası - onurğa sütunu və ətraf toxumaların, o cümlədən onurğa beynin ən informativ, dəqiq və etibarlı müayinə növüdür, çünki bu metod instrumental müdaxilə tələb etmir, hər - hansı bir şüalanma növü yoxdur, maqnit sahəsi ən effektiv, perspektiv və təhlükəsiz hesab olunur. MRT-müayinə vasitəsilə kəsiklər seriyasını əldə edərək, həkim onurğa sütununun 3 qarşılıqlı perpendikulyar proyeksiyada şöbələrin təsvirini qiymətləndirir. Onurğa sütununun maqnit-rezonans tomoqrafiyası (MRT) zamanı fəqərə cisimləri, fəqərələrarası disklər, oynaqlar, baş beyin, eləcə də onurğa beyni kanalından çıxan sinir kökləri tədqiq olunur. Maqnit-rezonans tomoqrafiya (MRT) metodu nevroloji, onkoloji və neyrocərrahiyyə praktikasında müxtəlif xəstəliklərin diaqnostikası, patoloji prosesin mərhələsi və dərəcəsini müəyyən etmək, qoyulmuş diaqnoz zamanı müalicənin seçilməsi, cərrahi müalicə haqqında məsələnin həlli, onun effektivliyinin nəzarəti və ya fəsadların müəyyən olunması üçün, eləcə də orqanizmdə dəyişikliklərin (yeni törəmələr, degenerativ proseslər və s.) profilaktikası və erkən müəyyən olunması üçün geniş istifadə olunur. Ehtimal olunan diaqnozdan asılı olaraqpasiyentə həm bütün onurğa sütununun, həm də onun şöbələrinin MRT müayinəsi təyin oluna bilər: onurğa sütununun boyun hissəsinin MRT (boyun MRT); onurğa sütununun döş hissəsinin MRT; onurğa sütununun bel - oma hissəsinin MRT (bel MRT); onurğa sütununun büzdüm zonasınn MRT (büzdüm MRT). Belə ki, boyun hissəsinin müayinəsi zaman baş beyinin qan təchizatına təsir edən damar və fəqərələrin patologiyasını müəyyən etmək olar. Bel hissəsinin müayyinəsi zaman fəqərəarası yırtıqlar, sümük və qığırdaq tikanları, eləcə də sinirlərin əzilməsini aşkar etmək mümkündür. Konkret pasiyentin onurğa sütununun anatomk quruluşu spesifikasının vizual müəyyən edilməsi və onurğa sütunu toxumalarının patoloji dəyişikliklərinin müəyyən olunması; cərrahi əməliyyata hazırlıq (məsələn, spondilyoz və ya sinir köklərinin dekompressiysı tələb olunduğu zaman); oynaqlar və fəqərələrarası disklərin degenerativ dəyişikliklərin mövcudluğuna qiymətləndirilməsi; sinir uclarının iltihab və kompressiy ocaqlarının müəyyən edilməsi; ağrı mənbəyi ola biləcək onurğa sütununun travma və sınıqlarının müəyyən edilməsi; onurğa sütununa “toxunan” və ya onda yaranan infeksion proseslər və ya şişlərin müəyyən edilməsi.
  • kürəkdə ağrı sindromalrı - ağrı ayaqlara yayıldığı zaman;
  • onurğa beyni və ya onurğa sütununun şişləri;
  • onurğa beyinin özü və ya qabıqlarının metastazlarla zədələnməsi;
  • istənilən mənşəlli miyelopatiyalar, o cümlədən iltihablar;
  • demiyelinləşdirən xəstəliklər;
  • degenerativ xarakterli xəstəliklər (məsələn, osteoxondroz);
  • anadangəlmə pozulma və anomaliyaların olması;
  • iltihab proseslərinin inkişafı (spondilit, dissit);
  • onurğa sütununun müxtəlif ağırlq dərəcəsi olan travmaları;
  • onurğa sütunu və onurğa beynində cərrahi əməliyyatların nəticələri.
  • spondilyoz, onurğanın boyun bölməsinin osteoxondrozu;
  • onurğanın boyun bölməsinin fəqərələrarası disklərinin protruziyaları və yırtıqlar ı;
  • onurğanın boyun bölməsində müxtəlif şişlərin metastazları;
  • onurğa kanalının stenozu;
  • onurğanın boyun bölməsinin travmaları (sınıq, çıxıq, fəqərələrin cisimlərinin yerdəyişməsi);
  • qısa boyun sindromu (Klipel-Feyl sindromu);
  • Travmalar və onurğa sınıqları halında, həmçinin rentgenoqramda dəyişikliklərin yoxluğunda;
  • Osteoxondroz olduqda;
  • Fəqərələrarası disklərdə yırtıqlar və protruziyaların olmasına şübhə yarandıqda;
  • Onurğanın inkişafın və ya quruluşunun anadangəlmə və qazanılmış qüsurları halında;
  • Onurğanın döş bölməsinin şişləri olduqda;
  • Dalğın skleroz, kəskin dalğın ensefalomiyelit halında.
Onurğanın bel-sağrı bölməsinin MRT-sı nevroloji və neyrocərrahlıq təcrübəsində diaqnostikanın ən tələb edilmiş metodudur. Müayinənin bu növü, fəqərələrin, fəqərələrarası disklərin cisminin, onurğa beynin konusunun və “at quyruğu” elementlərinin və s. çəkilişlərini (və ya başqa cür adlandırıldığı kimi, kəsikləri) almaq imkan verir. Onurğanın bel-sağrı bölməsinin maqnit-rezonans tomoqrafiyası sizə aşağıdakı xəstəliklər və patoloji dəyişikliklər olduğu halda təyin edilə bilər:
  • osteoxondroz, onurğanın bel-sağrı bölməsinin deformasiya edən spondilyozu;
  • onurğanın bel bölməsinin fəqərələrarası disklərinin protruziyaları və yırtıqları;
  • onurğanın bel bölməsinin metastazları;
  • onurğa kanalının stenozu;
  • onurğanın bel bölməsinin travmaları (sınıqlar, çıxıqlar və ya onurğanın qeyri-sabitliyi);
  • onurğanın bel bölməsinin inkişafının anomaliyaları;
  • keçid fəqərələrinin mövcudluğu (sakralizasiya, fəqərələrin cisimlərinin lyumbalizasiyası).
  • Büzdümün MRT-sının tətbiqinə göstərişlər:
  • naməlum mənşəli ağrı sindromu,
  • sümük strukturlarının travmatik zədələri.
  • Sakrum-qalça sümüyü birləşmələrinin müayinəsinın keçirilməsinə göstərişlər:
  • travmatik dəyişikliklər,
  • bu sahədə iltihabi dəyişikliklər (Bexterev xəstəliyi və s. üçün səciyyəvi olan dəyişikliklər),
  • şişlər.
mitri.az Qarın boşluğu və peritonarxası boşluğun maqnit - rezonans tomoqrafiyası - bütün toxuma və orqanların vəziyyətinin qiymətləndirilməsinin təhlükəsiz və effektiv metodiksıdır. Bundan başqa, bu, aşağıdakı hallarda dəqiq diaqnostikanın yeganə mümkün metodudur: USM, rentgenoloji və digər müayinələrin ziddiyyətli nəticələri; patoloji prosesin ətrflı müayinəsi, yerləşməsinin dərirləşdirilməsi zərurəti; onkologiyaya ən kiçik şübhə olduğu zaman. Belə ki, məzh kontrastla MRT digər müayinələr zamanı görülməyən və ya anatomik xüsusiyyətlərə aid edilən ən kiçik şişləri müəyyən etməyə imkan verir, bu da müayinənin az travmatik, lakin əməliyyat metodlarından (laparoskopiya, laparosentez və s.) çəkinməyə imkan verir. Qarın boşluğunun MRT müayinəsi əməliyyat müdaxiləsinin taktikasının seçilməsi və müalicə nəticələrinin qiymətləndirilməsi üçün, o cümlədən onkoloji xəstəliklər zamanı əvəzolunmazdır. Metod mədəaltı vəzin kistlərini müəyyən etməyə, öd yollarının vəziyyətini tədqiq etməyə imkan verir. Yolları tıxayan istənilən formalaşmalar müəyyən edilir.
  • qeyri - infeksion və mexaniki sarılıq zamanı;
  • dalaq və qara ciyərin inkişaf anomaliyaları, böyüməsi zaman;
  • qarın boşluğu orqanlarının cırılması, zədələnməsi zaman;
  • qara ciyərin distrofiyası zaman;
  • öd kisəsi və ya öd yollarında daş zamanı;
  • qarın boşluğunda mayenin toplanması zaman (assit);
  • qarın boşluğunda iltihabi proseslərin olması zaman (onların ocaqlarının müəyyən edilməsi məqsədilə);
  • istənilən formada pankreatit zamanı;
  • qarın zonasında damar sisteminin işində pozulmlar zamanı (işemiya, anevrizmalar, trombozlar);
  • qara ciyərin yeni törəməsi, abses, kist ehtimalı zaman, fibroz, sirroz zamanı;
  • qara ciyərdə ocaqlı törəmələrin əmələ gəlməsi zaman: kistlər, adenomalar, lipomalar,hiperplaziyalar, birincili və metastatik xərçəng (mənşəyinin təyin olunması ilə);
  • müalicə gedişinə nəzarət qismində.
  • Yeni törəmənin əmələ gəlməsinə dair şübhə olduqda;
  • Böyrəklərin yanında yerləşən orqanların və toxumaların xəstəlikləri zaman;
  • Sidik sistemi orqanlarının formalaşmasında və ya inkişafının pozulmasının ehtimalı zaman;
  • Ekskretor uroqrafiyanın keçirilməsinin qeyri-mümkünlüyü zaman.
Hazırlıq üçün 2 - 3 gün ərzində təzə meyvə, tərəvəz, paxlakimilər, çocdar unu, qazlı içkilər və süd məhsullarından imtina etmək kifayətdir; güclü qəbzlik və meteorizm zamanı bu simptomları aradan qaldıran preparatlar qəbul etmək lazımdır (işlədici, aktivləşdirilmiş kömür və s.).
Müayinədən bir sutka əvvəl rasiondan bərk sellüloza və artıq qaz yaradan məhsulları (kələm, meyvə, qazlı işkilər, qara çörək, süd məhsulları və s.) istisna etmək lazımdır.
Müayinə günü çay, qəhvədən imtina etmək, dekortiv kosmetikadan istifadə etməmək lazımdır (tərkibində metal hissəciklər ola bilər). Qidanı müayinədən ən gec 6 - 8 saat əvvəl, mayeni - 4 saat əvvəl qəbul etmək lazımdır, prosedurdan yarım saat əvvəl spazmolitik qəbul etmək lazımdır. Prosedurdan əvvəl tualetə getmək və digər qıcıqlandırıcı amilləri istisna etmək lazımdır.
Cihaz geniş boru şəklindədir, pasiyenti onun daxilinə üfüqi vəziyyətdə yerləşdirirlər. pasiyent tam hərəkətsiz qalmalıdır, əks halda təsvir kifayət qədər dəqiq olmayacaq. Borunun içi qarnlıq deyil və kifayət qədər ventilyasiya var. Aparat güclü səs çıxarır, buna görə də müayinə olunan şəxsə səsin qarşısını alan qulaq tıxaclarından istifadə etmək təklif olunur.
Bəzi hallarda müayinənin aparıldığı otaqda pasiyentin qohumu və ya onu müşayiət edən şəxsin də olmasına icazə verirlər (əgər əks göstəriş yoxdursa və o, metal əşyaları təhvil veribsə). Ayrı - ayrı hallarda anestezioloq sakitləşdirici preparatlar daxil edir. Bu halda prosedur çox daha asan keçir, xüsusilə də bu, klaustrofobiyadan əziyyət çəkən xəstələr, uşaqlar və hər hansı bir səbəbdən hərəkətsiz vəziyyətdə qalmaları çətin olan pasiyentlərə aiddir. Pasiyent müalicə yuxusu vəziyyətinə düşür və həmin vəziyyətdən gumrah və istirahət etmiş şəkildə çıxır. İstifadə olunan preparatlar orqanizmdən tez çıxarılır və pasiyent üçün təhlükəsizdir.
mitri.az Süd vəzilərinin MRT müayinəsi - süd vəzilərin operativ müdaxiləsiz, ən əsası isə - rentgen şüalanması olmadan qeyri - invaziv müayinə imkanıdır. Hazırda süd vəzilərinin MRT müayinəsi süd vəzilərinin dəqiq təsvirlərini almağa və sağlam və zədələnmiş toxumaları daha asanlıqla ayırd etməyə imkan verir. Süd vəzilərinin MRT müayinəsi - süd vəzilərinin müxtəlif toxumalarının yüksək kontrastlığı sayəsində onların strukturunu ətraflı şəkildə öyrənməyə və patoloji proseslərin mövcudluğunu müəyyən etməyə imkan verir. Bu müayinənin keçirilməsinin məqsədi aşağıdakılardır:
  • süd vəzilərinin əvvəllər müəyyən olunmuş törəmələrinin (xoşxassəli və ya bədxassəli) differensial diaqnostik imkanı;
  • süd vəzisinin protezlənməsindən sonra süd vəzisi xərçəngi residivinin müəyyən olunması;
  • qadınlarda süd vəzisi xərçənginin konservativ terapiyasından sonra müəyyən edilmiş törəmələrin differensial diaqnostikası;
  • əməliyyatdan sonrakı çapıqların, şüalanmadan sonra fibroz və süd vəzisi xərçəng residivinin differensial diaqnostikası;
  • süd vəzisinin multisentrik və sinxron xərçənginin (birincili çoxsaylı) diaqnostikası, optimal müalicə taktikasının seçimi üçün.
MRT-nin bir çox xəstəliklər zamanı, eləcə də süd vəzisi xərçənginin mərhələlərinin aşkar olunması və müəyyən olunması zaman dəyəri təsdiq olunub, xüsusilə də digər nmetodlar (mammoqrafiya, ultrasəs müayinəsi və s.) qeyri-informativ olduğu zaman. MRT digər vizualizasiya metodlarının yararsız olduğu yerlərdə patologiyanı görməyə imkan verir. Hərtərəfli fizikal müayinə və mammoqrafiyaya baxmayaraq, bir süd vəzisinin xəsrçəngi olan xeyli qadınlarda digər süd vəzisinin zədələnməsi gözdən qaçırılır. Göstərilib ki, süd vəzisi xərçənginin yüksək riski olan qadınlarda skrininq zamanı maqnit-rezonans tomoqrafiyası digər metodlarla müəyyən olunmayan döş xərçənginin müəyyən olunma tezliyini artırmaq qabiliyyətindədir. ABŞ və İsraildə aparılan tədqiqat müəlliflərinin rəyinə görə, müxtəlif lokalizasiyalı süd vəzisi şişi nahiyəsində qan dövranının qiymətləndirilməsi üçün MRT-nin istifadəsi müalicə tədbirlərini planlaşdırmağa və diaqnozu təyin etməyə imkan verir. MR mammoqrafiya süd vəzisinin bərk toxumasında ən yüksək həssaslığa malikdir - gənc qadınlarda (40 yaşına qədər) diaqnostik alqoritmin mütləq metodudur. Rentgen mammoqrafiyası və USD ilə müqayisədə maqnit-rezonans tomoqrafiyası bir sıra əhəmiyyətli üstünlüklərə malikdir, metodun informativliyi isə aşağıdakı amillərdən asılı deyil:
  • süd vəzisi toxumasının sıxlığı;
  • fibroz-kistoz mastopatiyanın ifadə dərəcəsi;
  • əməliyyatdan sonrakı çapıqların olması;
  • şüadan sonrakı fibroz.
Süd vəzilərin MRT müayinəsi kosmetik və ya rekonstruktiv mammoplastikadan (süd vəzisinin protezlənməsi) sonra inmplantın vəziyyətinə nəzarət zamanı, eləcə də 35 - 40 yaşına qədər qadınlarda süd vızisi xəstəliklərinin diaqnostikası üçün, süd vəzisi xərçəngi ilə xəstələnmənin yüksək riski olan qadınların dinamik müşahidəsi zaman əsas seçim metodudur. Süd vəzilərinin rentgenoloji müayinəsindən fərqli olaraq (ənənəvi mammoqrafiya) şüa yükünün olmaması müayinəni hər konkret halda tələb olunan tezlikdə aparmağa imkan verir. Müayinənin aparılması üçün maraq zonasına aid olan tibbi sənədlər olmalıdır: əməliyyatdan sonrakı çıxarışlar, mammoqrafiya, döş qəfəsi orqanlarının spiral kompüter tomoqrafiyası kimi əvvəlki müayinələrin məlumatları (şəkillər və rəylər), süd vəzisinin USM rəyləri. Müalicə həkimim göndərişinin olması arzuolunandır. Bu informasiya həkimə diaqnostik prosedurunun keçirilməsinə qədər süd vəzilərinin vəziyyətinin dinamikada müqayisəsi və yeni müəyyən olunmuş dəyişikliklərin qiyməətləndirilməsi üçün lazımdır.
Süd vəzilərinin MRT-sı və ya MP-mammoqrafiya, süd vəzilərinin, həkimlər üçün mühüm informasiya verən dəqiq şəkillərini əldə etməyə imkan verir. Döşün MRT-sı, döşün digər müayinələrini (sinənin mammoqrafiyası və ultrasəs müayinəsi) tamamlayır.
Ümumiyyətlə, digər vizualizasiya metodlarından (KT, rentgenoqrafiya və ya ultrasəs) fərqli olaraq, MRT-nın köməyi ilə, sağlam və xəstəlik yayılmış toxumanı ayırmaq xeyli sasndır. Döşün MRT-sı, döşün mammoqrafiyasını və USM-ni əvəz etmir, lakin, qeyd edildiyi kimi, onları tamamlayır və süd vəzisinin xərçəngini və digər xəstəlikləri aşkar etməkdə həkimlərə kömək edir.
  • Döşdə patoloji törəmələri göstərmək;
  • Xoş xassəli və bəd xassəli törəmələri ayırmağa kömək etmək;
  • İstənilən patloji törəmənin ölçülərini və lokallaşmasını qiymətləndirmək;
  • Böyümüş limfatik düyünləri aşkar etmək.
  • Mammoqrafiyada aşkar edilmiş törəmələrin mənşəiyinin dəqiqləşdirilməsi;
  • Başqa metodlarla aşkar edilməyən xərçəng şişlərinin erkən diaqnostikası, ələlxüsus, süd vəzisində vəzi toxumasının üstünlük təşkil etdiyi və xərçəngin inkişaf edilməsinin yüksək riski olan qadınlarda;
  • Süd vəzisinin implantlarının bütövlüyünün müəyyən edilməsi;
  • əməliyyat sonrası çapıqların birləşdirici toxuması ilə süd vəzisinin təkrarlanan şişləri arasında diferensial diaqnostika; döşün saxlanılması ilə qeyri-radikal əməliyyatlardan əvvəl çoxsaylı şişlərin qiymətləndirilməsi;
  • Mammoqrafiinin və ya ultrasəs müayinənin köməyi ilə aşkar edilmiş döş xərçənginin döş divarına yayılmasının müəyyən edilməsi;
  • Əməliyyatdan sonra xərçəngin yayılmasının dərəcəsinin təyini;
  • Kimyaterapiyanın effektivliyinin qiymətləndirilməsi.
mitri.az Gicgah-alt çənə oynağının maqnit rezonans tomoqrafiyası - gicgah-alt çənə oynağının və yanaşı toxumaların müayinəsinin ən informativ, dəqiq və etibarlı növüdür. Diaqnostikanın bu metodu instrumental müdaxiləni tələb etmədiyindən, şüanın hər hansı növü olmadığından ötrü, o, ən effektiv, perspektiv və təhlükəsiz metodlardan biri hesab edilir. Oynaq funksiyasında pozuntuların səbəblərinin müəyyən edilməsi üçün təyin olunur. Bu müayinəs qığırdaqlar və əzələlərin vəziyyətini olduqca ətraflı açıqlayır, çıxıqları aşkar etməyə imkan verir. Ortodontik və ya ortopedik əməliyyatlardan əvvəl də tətbiq edilir. Aşağı çənə oynaqlarının dinamikada, düzəliş edici müalicə prosesində müayinəsi çox böyük əhəmiyyət kəsb edir. Həkim təyinatı ilə aparılır və qığırdağın zədələnməsi əlamətlərini, oynaq başının yerdəyişilmələrini, başların formasının asimmetriyalarını, lateral qanadşəkilli əzələnin strukturunu, quruluşunu və oynaq diskinin vəziyyətini qiymətləndirməyə imkan verir.
  • Alt çənənin başı;
  • Gicgah sümüyünün oynaq çökəyi;
  • Oynağın kapsulu;
  • Sinovial qişa;
  • Oynaq diski;
  • Oynaq çuxuru.
  • Sümüklərin struktur dəyişiklikləri;
  • Oynaq başının asimmetriyası və digər dəyişiklikləri;
  • Oynaq çatının genişlənməsi və ya daralması;
  • Aşağı çənə oynağında iltihab - artrit;
  • Oynaqn boşluğunda artıq maye;
  • Oynaq qığırdağının dəyişiklikləri - artroz;
  • Travmanın nəticələri - sınıq, çıxıq, oynaqda burxulma;
  • Oynağın ankilozu;
  • Oynağın və yanaşı toxumaların yenitörənmələri;
  • Anomaliyalar və inkişaf qüsurları;
  • Əməliyyatdan əvvəl oynaq strukturlarının qarşılıqlı yerləşməsi;
  • Əməliyyatdan sonrakı nəticə.
Müayinəsin (kontrast maddə ilə və ya onsuz) növündən asılı olaraq, prosedur 15 dəqiqədən 25 dəqiqəyə qədər davam edə bilər. Bizim radioloqumuz, MRT-ın nəticələrinə görə sizə konsultasiya verə bilər. həmçinin o, Sizə müalicənin taktikasının təyini üçün stomatoloq-ortodont və ya üz-çənə cərrahını tövsiyə edə bilər.
mitri.az Bazu oynağının maqnit - rezonans tomoqrafiyası - oynaq və ətraf toxumaların ən informativ, dəqiq və etibarlı müayinə növüdür. Müayinənin kontrastlama ilə də aparılması mümkündür. Bazu oynağı xəstəliklərinin diaqnostikası zamanı dəqiq diaqnozun qoyulması üçün adi müayinə və standart müayinə yetərsiz ola bilər. Hətta bir neçə rentgenoqrafik şəklin çəkilməsi zaman bütün zəruri informasiyanı əldə etmək mümkün olmur, pasiyentin orqanizminə düşən şüa yükü isə xeyli artır. Bundan başqa, çox zaman patoloji prosesə yalnız sümük strukturları deyil, həm də yumşaq toxumalar və qğırdaqlar da cəlb olunur. Maqnit-rezonans tomoqrafiyası patoloji prosesin yerləşdiyi yeri dəqiqliklə müəyyən etməyə imkan verir və bu zaman insana ionlaşdırıcı radiasiya təsir etmir. Məhz bu halda həkimlər bazu oynağnın MRT müayinəsini təyin edirlər. qeyd etmək lazımdır bazu oynağının MRT müayinəsi kimi diaqnostika metodu lazım gəldikdə sümükdaxili təzyiqin ölçülməsini yerinə yetirməməyi, eləcə də biopsiyanın keçirilməsindən imtina etməyə imkan verir. MRT zamanı əldə olunan təsvirin dəqiqliyi olduqca yüksəkdir (95 %-dən yuxarı) - deməli, həkim sağlam toxuma nahiyyəsini zədəli nahiyyədən asanlıqla ayırd edə bilər. Buna görə də bu metod USM və rentgenoqrafiyadan daha effektiv hesab olunur. Bazu oynağının MRT kimi müayinəsinin fərqləndirici xüsusiyyəti onun nisbi yüksək təhlükəsizliyidir, çünki onun aparlması üçün invaziv müdaxilə tələb olunmur. Bu müayinə üçün kifayət qədər güclü maqnit sahəsi istifadə olunur (1,5 Tl həcmində maqnit gərginliyi ilə). Şəkillərin nazik kəsiklərin seriyasından yaranması sayəsində onların dəqiqliyi və keyfiyyəti olduqca yüksəkdir. MRT keçirilməsi prosesində səthi radiotezlikli çarxdan istifadə olunur.
  • Sümüklərin struktur dəyişiklikləri;
  • Oynaq başının asimmetriyası və digər dəyişiklikləri;
  • Oynaq yarığının genişlənməsi və ya daralması;
  • Oynaqda iltihab - artrit;
  • Oynaq boşluğunda maye;
  • Oynaq qığırdağın dəyişikliyi - artroz;
  • Travmaların nəticələri - sınıqlar, çıxıqlar, oynaqda yarım çıxıqlar;
  • Oynaq ankilozu;
  • Oynaq və ətraf toxumaların yeni törəmələri;
  • İnkişaf anomaliyaları və qüsurları;
  • Əməliyyatdan əvvəl oynaq strukturlarının qarşılıqlı yerləşməsi;
  • Əməliyyatdan sonrakı nəticə.
Müayinə növündən asılı olaraq (kontrastla və ya kontrastsız) prosedur 15 dəqiqədən 25 dəqiqəyədək davam edə bilər.
mitri.az Dirsək oynağının maqnit - rezonans tomoqrafiyası - oynağı əhatə edən yumşaq toxumalar və sümüklərdə patoloji dəyiikliklərin yüksək dəqiq diaqnostika metodudur. Prosedur təxminən 30 dəqiqə davam edir, nəticədə pasiyent və müalicə həkimi oynaq strukturlarının əyani təsvirlərini əldə edir. İnsan bədəninin əksər digər oynaqları kimi, dirsək oynağı sümük, qığırdaq və əzələ toxuması, sinir lifləri və qan damarlarından ibarət mürəkkəb strukturu ilə fərqlənir. Onların hamsı mürəkkəb sxem üzrə qarşılıqlı təsir edir. Bazu, qol və mil sümüklərinin hərəkətləri bu oynağın vəziyyəti ilə müəyyən olunur. Oynağın tərkib hissələrinin birində ən kiçik pozulma balansın pozulmasına və mürəkkəb biomexaniki konstruksiyanın fəaliyyətində nasazlığa gətirib çıxarır. Sistemin bütün xüsusiyyətləri və və iş sistemi MRT-də aydın görünür. Dirsək oynağının anatomiyası çox mürəkkəbdir. Faktiki olaraq, o, ümumi kapsul altında birləşmiş üç daha sadə oynaq birləşməsindən ibarətdir. Bu - bazu-dirsək oynağı, mil-dirsək proksimal və bazu-mil oynağıdır. Onların köməsi ilə müvafiq olaraq bazu, dirsək və mil sümükləri birləşir. Dirsək xəstəlik, zədələnmələrin diaqnostikasının effektiv üsuludur. Oynağın hətta orta fiziki aktivliyi zamanı məruz qaldığı yüklənmə toxumaların aşınmasına, sinir uclarının və qan axını sisteminin zədələnməsinə gətirib çıxarır.
  • dirsək oynağında ağrı, bu halda, digər müayinələrin keçirilməsindən sonra ağrının obyektiv səbəbləri haqqında informasiyanın yoxluğu;
  • digər müayinəs metodlarının çoxmənalı nəticələri halında, patoloji dəyişikliklərin dəqiqləşdirilməsi və prosesin yayılması dərəcələri;
  • dirsək oynağının və əhatə edən yumşaq toxumaların onkoloji patologiyasının olmasına şübhə;
  • сdirsək oynağını təşkil edən sümüklərinin gizli travmatik dəyişiklikləri (sümüklərin gizli sınıqlarını diaqnoz qoymağa imkan verən yeganə metod – dirsək oynağının MRT-sıdır);
  • dirsək oynağının travması nəticəsində zədələnmiş strukturların və onların zədələnmə dərəcəsinin dəqiqləşdirilməsi;
  • dirsək oynağının inkişafının anomaliyaları;
  • oynağın iltihabi və degenerativ xəstəliklərinin diaqnostikası;
  • müayinəsin rentgenologiya metodlarına əks göstərişlərin mövcudluğu.
Kontrastlaşma zərurətindən asılı olaraq, prosedur 15 dəqiqədən 30 dəqiqəyə qədər davam edə bilər.
mitri.az Mil-bilək və əl oynağın maqnit-rezonans tomoqrafiyası əllərdə ağrıların, keyləşmənin və digər xoşagəlməz hisslərin yaranmasının səbəbini müəyyən etməyə maksimal dəqiqliklə imkan verir. Diaqnostikanın yalnız bu metodu bəzi xəstəliklərin, məsələn, tunel sindromu və ya yenitörəmələrin mövcudluğunu erkən mərhələlərdə müəyyən edir. Müayinənin keçirilməsi zamanı rentgen şüalarından istifadə edilmir və buna görə tomoqrafiya pasiyent üçün tamamilə zərərsizdir. MRT orqanizmə şüa yüklənməsi vermir, ona görə proseduru dəfələrlə təkrarlamaq olar. Qurğu istənilən müstəvidə və lazımi böyüdülmə ilə strukturların təsvirlərini yaratmaq qabiliyyətindədir. MRT bu sahənin bütün anatomik elementlərini böyük dəqiqliklə öyrənməyə imkan verir. Bu, sinirlərin sıxılması, damar pozuntuları, rentgenlə görünməyən sümük sınıqlarının və çatların diaqnostikasının etibarlı metodudur. MRT, məsaməli quruluşa malik olan biləyin sümüklərinin zədələnməsi halında çox aktualdır – rentgenoskopiya zamanı onlar zəif görünür. Əgər oynağa qanaxma kimi patologiyaların yaranmasına şübhə varsa, o zaman punksiyanın əvəzinə, tomoqrafiya keçirilə bilər. Bağların zədələnməsi və ya artritin yaranmasına şübhə olduğu halda, tomoqrafiya, oynaq kapsulunun ağrısızlaşdırmasını və deşilməsini tələb edən artroskopiynı əvəz edə bilər.
  • mil-bilək və əl oynağında ağrı, bu halda, digər müayinələrin keçirilməsindən sonra ağrının obyektiv səbəbləri haqqında informasiyanın yoxluğu;
  • müayinəsin digər metodlarının çoxmənalı nəticələri halında, patoloji dəyişikliklərin və prosesin yayılma dərəcəsinin dəqiqləşdirilməsi;
  • mil-bilək və əl oynağında və əhatə edən yumşaq toxumalarda onkoloji patologiyasının yaranmasına şübhə;
  • dirsək oynağını təşkil edən sümüklərinin gizli travmatik dəyişiklikləri (sümüklərin gizli sınıqlarını diaqnoz qoymağa imkan verən tək metod – mil-bilək oynağının və əlin MRT-sı);
  • mil-bilək oynağının və əlin travması nəticəsində zədələnmiş strukturlarının və onların zədələnmə dərəcəsinin dəqiqləşdirilməsi;
  • mil-bilək oynağının və əlin inkişafının anomaliyaları;
  • oynağın iltihabi və degenerativ xəstəliklərinin diaqnostikası;
  • müayinəsin rentgenologiya metodlarına əks göstərişlərin mövcudluğu.
  • Rentgenoqrafiya və ya kompüter tomoqrafiyası zamanı patologiyaların aşkarlanması zamanı, daha dəqiq diaqnozun qoyulması üçün istifadə olunur.
  • Biləyin travmaları halında, əksər hallarda əl zədələnmələri zamanı, bağların və əzələlərin, vətərlərin və oynaq kapsulunun qırılmaları hallarında.
  • Dirsəkdə və ya biləkdə sabit ağrılar halında.
  • Bilək nahiyəsində naməlum mənşəli həcmli törəmənin mövcud olması halında.
  • Mil-bilək oynağının və əl zonasında vətərlərin və sinirlərin sıxılması zamanı;
  • Biləyin və əlin hərəkətlərinin məhdudiyyəti zamanı.
  • Biləyin və əlin iltihabın açıq əlamətləri olduqda.
Kontrastlama zərurətindən asılı olaraq, prosedur 10 dəqiqədən 25 dəqiqəyə qədər davam edə bilər.
mitri.az Maqnit-rezonans tomoqrafiya – çanaq-bud oynağının diaqnostikasının, informativliyin yüksək dərəcəsi sayəsində kifayət qədər məşhur olan yüksək dəqiqliyə malik olan metodudur. Təcrübə göstərir ki, ixtisaslaşdırılmış həkim, çanaq-bud oynağının şüa diaqnostikası metodu ilə alınmış şəkil təhlilini keçirərək, onun quruluşuna ətraflı baxmağı, olan patologiyaları aşkar etməyi, fizioloji proseslərin axınını qiymətləndirməyi bilir. Çanaq-bud oynağının tomoqrafiyasının keçirilməsi zamanı vahid üçölçülü təsvirin bir neçə nazik kəsiyi yerinə yetirilir. Həkim onları diqqətlə tədqiq edir, zəruri olduqda, ayırır, hətta damarlı şəbəkəni və ayrı-ayrı damarlar, sinir gövdələrini tədqiq edir. Belə planın proseduru əməliyyata hazırlıq tədbirlərinin keçirilməsi zamanı, cərrahi müdaxilə mərhələlərinin planlaşdırılmasında əvəzolunmaz hesab edilir. MRT bu sahənin bütün anatomik elementlərini böyük dəqiqliklə öyrənməyə imkan verir. Bu, sinirlərin sıxılması, damar pozuntuları, rentgenlə görünməyən sümük sınıqlarının və çatların diaqnostikasının etibarlı metodudur. Əgər oynağa qanaxma kimi patologiyaların yaranmasına şübhə varsa, o zaman punksiyanın əvəzinə, tomoqrafiya keçirilə bilər. Bu sahə, müəyyən quruluş xüsusiyyətlərinə malikdir. Belə ki, çanaq-bud oynağı, bütün orqanizmdə, quruluşunda qan damarı olan yeganə oynaqdır. O, bu sahənin travma alması nəticəsində tez-tez zədələnən çoxlu sayda vətərlə və bağlarla əhatə olunub. MRT, toxumaların, mövcud pozuntularını, diaqnostikanın başqa metodları üçün əlçatmazdır olan yüksək dəqiqliklə aşkar etməyə imkan verir. Bundan başqa, tomoqrafiya diaqnostikanın invaziv metodlarından, məsələn, artroskopiyadan imtina etməyə imkan verir, ki, bu zaman oynağın boşluğuna nazik endoskop daxil edilir və bunun hesabına onun strukturlarını daxildən görmək mümkündür.
  • çanaq-bud oynağında və ombalarda ağrı, bu halda, başqa müayinələrin keçirilməsindən sonra ağrının obyektiv səbəbləri haqqında informasiyanın yoxluğu;
  • müayinəsin digər metodlarının çoxmənalı nəticələri halında, patologiyanın və prosesin yayılmasının dəqiqləşdirilməsi;
  • çanaq-bud oynağının və əhatə edən yumşaq toxumaların onkologiyasına şübhə;
  • çanaq-bud oynağını təşkil edən sümüklərin gizli travmaları;
  • çanaq-bud oynağının inkişafının anomaliyaları;
  • çanaq-bud oynağının iltihabının diaqnostikası;
  • müayinəsin rentgenologiya metodlarına əks göstərişlərin mövcudluğu.
Prosedurun bitməsindən 20-30 dəqiqə sonra şəkillər və həkimin nəticəsi sizə verəcək. Bizim radioloqumuz MRT nəticələri üzrə Sizə məsləhət verə bilər. O, Sizə müalicənin təyinatı üçün mütəxəssis tövsiyə edə bilər.
mitri.az Maqnit-rezonans tomoqrafiya – diz oynağının diaqnostikasının informativliyin yüksək dərəcəsi sayəsində kifayət qədər məşhur olan yüksək dəqiqlik metodudur. Təcrübə göstərir ki, ixtisaslaşdırılmış həkim, diz oynağının şüa diaqnostikası metodu ilə alınmış şəkilin təhlilini keçirərək, onun quruluşuna ətraflı baxmağı, olan patologiyaları aşkar etməyi, fizioloji proseslərin axınını qiymətləndirməyi, dizin daxili strukturlarının (menisk, bağlar, qığırdaq, oynaq çantası) vəziyyətini və travmaların nəticələrini qiymətləndirməyi bilir. Diz oynağı - ən mürəkkəb və iri oynaqdır. Məhz bu oynaq əksər hallarda zədələnir. Statistikaya görə, hər üçüncü insan 30 yaşdan sonra bu sahədə ağrını hiss edir. Diz oynağının tomoqrafiyasının keçirilməsi zamanı, vahid üçölçülü təsvirin bir neçə nazik kəsiyi yerinə yetirilir. Belə prosedur, əməliyyata hazırlıq tədbirlərinin keçirilməsi zamanı, cərrahi müdaxilə mərhələlərinin planlaşdırılmasında əvəzolunmaz hesab edilir. MRT bu sahənin bütün anatomik elementlərini böyük dəqiqliklə öyrənməyə imkan verir. Bunun sayəsində o, sinirlərin sıxılması, damar pozuntuları, sınıqların və rentgendən istifadə zamanı görülməyən sümük çatlarının diaqnostikasının etibarlı metodu hesab edilir. Diz oynağının maqnit-rezonans tomoqrafiyası, həkimlərə diaqnoz qoymağa və gələcəkdə diz oynağının müxtəlif xəstəliklərini müalicə etməyə kömək edən qeyri-invaziv tibbi diaqnostik metoddur.
  • Dizdə ağrı, zəiflik, oynağın toxumalarında və oynağın ətrafında şiş və ya qan axma.
  • Qığırdağın, meniskin, bağların və ya vətərlərin zədələnmələri.
  • Bağların dartılmaları, bağların və vətərlərin qırılması kimi dizin idman travmaları.
  • Rentgenoqrafiya və ya vizuallaşdırmanın digər metodları zamanı görünməyən sümük sınıqları.
  • Oynaqların degenerativ xəstəlikləri (osteoartroz).
  • Diz oynağında mayenin yığılması.
  • İnfeksiyalar (məsələn, osteomiyelit).
  • Həm sümük, həm də yumşaq toxumaların cəlb edilməsi ilə şişlər (ilkin şişlər və metastazlar).
  • Qeyri-sabitlik hissi olduğu zaman
  • Diz oynağında hərəkətlərin həcminin azalması.
  • Diz qapağının travmaları və ya diz qapağında ağrı.
  • İmplant edilmiş cərrahi qurğularla bağlı ağırlaşmalar.
  • Oynaq səthləri: bud sümüyünün kondilusları və qamış sümüyünün yuxarı oynaq səthləri;
  • Diz qapağı;
  • Bud əzələlərinin vətərləri;
  • Bağlar: dizüstü bağın özü, arxa və ön xaçşəkilli, yan qamış və incik bağları;
  • Oynaq qığırdaqları;
  • Oynaq kapsulu, oynaq yanı ciblər və sinovial qişa;
  • Menisklər: daxili və xarici.
Kontrastlaşma zərurətindan asılı olaraq, prosedur 15 dəqiqədən 30 dəqiqəyə qədər dəqiqə davam edə bilər. Bizim radioloqumuz Sizin müayinənizin nəticələrinə görə Sizə məsləhət verə bilər. O, Sizə müalicənin təyinatı üçün ortoped və ya travmatoloq mütəxəssis tövsiyə edə bilər.
mitri.az Baldır - ayaq oynağının maqnit - rezonans tomoqrafiyası (MRT) bu oynaq strukturlarının yüksək vizualizasiya keyfiyyətini təmin edir, bu da həkimlərə geniş spektrdə xəstəlik və vəziyyətlərin diaqnozunu qoymağa kömək edir. Baldır - ayaq oynağında ağrı olan pasiyentlər MRT müayinəyə göndərilə bilər. Çox zaman baldır-ayaq oynağının MRT müayinəsi sümüklər, vətərlər, bağlar və qığırdaqların travmalarının diaqnostikası üçün təyin oluna bilər. MRT vasitəsilə vizaualizasiya həmçinin şişlər, artritlər, oynq infeksiyaların diaqnozunu qoymağa imkan verir. Topuqda müxtəlif vətər və bağlar, eləcə də axill vətəri oynağın elastikliyini və zəruri hərəkət diapazonunu təmin edir. Baldır - ayaq oynağının MRT müayinəsi vətər və bağların qırılmalarını müəyyən etməyə imkan verir. MRT müayinəsi topuğun vətər və bağlarının əksər travmaları üçün ən informativ və etibarlı diaqnostika metodudur. Baldır - ayaq oynağının qığırdaq toxumasının incəlməsi və strukturunun dəyişməsi həmçinin topuğun MRT müayinəsi zaman yaxşı vizualizə olunur. Topuq sümükləri, o cümlədən ayaq sümükləri baldır - ayaq oynağının MRT müayinəsi zaman yaxşı görünür və sınıqların olmasını təyin etməyə imkan verir. Bundan başqa, baldır - ayaq oynağının MRT müayinəsi şişlərin olması, yumşaq toxumalarda qanın toplanması haqqında yaxşı məlumat verir. Kontrastın daxil edilməsi topuq strukturlarını ətraflı şəkildə vizualizə etməyə və kiçik morfoloji dəyişiklikləri müəyyən etməyə imkan verir.
  • Baldır - ayaq oynağında ağrılar, bu zaman digər müayinələrin aparılmasından sonra ağrının obyektiv səbəbləri haqqında məlumat olmur;
  • patoloji dəyişikliklərin və prosesin yaylma dərəcəsinin dəqiqləşdirilməsi;
  • baldır - ayaq oynağında onkoloji patologiyanın olmasına şübhə;
  • baldır - ayaq oynağını formalaşdıran sümüklərin gizli travmatik dəyişiklikləri;
  • baldır - ayaq oynağının inkişaf anomaliyaları;
  • baldır - ayaq oynağının iltihab və digər xəstəliklərinin diqnostikası;
  • rentgenoloji müayinə metodları üçün əks göstərişlərin olması.
Müayinə növündən asılı olaraq (kontrastla və ya kontrastsız) prosedur 15 dəqiqədən 30 dəqiqəyədək davam edə bilər. Bizim radioloqumuz müayinənin nəticələrinə görə sizi konsultasiya edə bilər. O, həmçinin sizə müalicənin təyin olunması üçün mütəxəssis-travmatoloq, podoloq və ya onkoloq tövsiyyə edə bilər.
  • Təhlükəsizlik.MRT müayinəsinin keçirilməsi zaman orqanizm zərərli radioaktiv təsirə məruz qalmır, bun görə də prosedur sağlamlıq üçün təhlükəsizdir. Müayinədən hamilə qadınlar, südəmər uşaqlar və hətta yenidoğulmuşlar keçə bilər.
  • Ağrının olmaması. Prosedur ağrı və diskomfort yaratmır.
  • Yaxşı görüntü qabiliyyəti. MRT - ən dəqiq diaqnostika növüdür. Tomoqramda orqanlar, yumşaq toxumalar, oynaqlar və ətraf toxumalar yaxşı görünür.
  • MRT müayinə əlavə effekt yaratmır.
  • MRT müayinə xüsusi hazırlıq tələb etmir.
  • Müayinədənsayında limit olmadan keçmək olar..
  • Rentgendən fərqli olaraq, yalnız sümük toxumalarını deyil, həmçinin də qığırdaqlar, vətərlər, sinirlər, əzələlər və qan damarlarını yoxlamağa imkan verir.
  • Patologiya zonasının dəqiq təsvirini almağa, onun yayılması sahələrini bir millimetrə qədər dəqiqliklə müəyyən etməyə imkan verir.
  • İnsanın orqanizminə şüa yüklənməsi göstərmir, prosedurların miqdarı qeyri-məhduddur.
  • Şişlərin bəzi növlərini kompüter tomoqrafiyasında daha yaxşı vizualizasiya edir.
  • Müxtəlif patologiyaların aşkar edilməsi üçün informativ və etibarlı üsuldur.
Əgər sizdə həkimin təyinatı yoxdursa, bizim həkimimizdə ilkin müayinədən keçmək məna kəsb edir, bunun sayəsində MRT-diaqnostika daha effektiv olacaq. Sizin MRT müayinəsinız məhz o zəruri zona üzrə dəqiqləşdiriləcək. Ola bilsin ki, Siz lazımsız müayinəsi keçirmədən hətta qənaət edə biləcəksiniz. Prosedur, düzgün diaqnozu müəyyən etməyə kömək edəcək.
  • Kardiostimulyator və ya digər elektron cihazların olması;
  • Metal qəlpələr, gpz nahiyyəsində yad metal cism;
  • Orta qulağın elektron və ya ferromaqnit protezləri;
  • Ferromaqnit İlizarov aparatları;
  • İri metal daxili protezlər;
  • Baş beyin damarların qan saxlayan sıxacları;
  • Müdaxilədən sonra orqanizmdə sxlanılan metal əşyalar;
  • Homeopatik anemiya (kontrast maddənin tətbiqi tələb olunduğu zaman);
  • Kəllədaxili anevrizma;
  • Allergik reaksiya və ya maqnit kontrast maddənin dözümsüzlüyü (diaqnostika prosesində istifadəsi lazım gəldikdə).
  • Sinir sisteminin metal stimulyatorları;
  • İnsulin nasosları;
  • Xarici ritm aparıcısı;
  • Daxili qulaq protezlərinin bəzi növləri;
  • Ürək qapağı protezləri;
  • Baş beyin damarları xaricində qan saxlayan sıxacları;
  • Kotrastlama zamanı hamiləlik və laktasiya (ginekoloq rəyini almaq lazımdır);
  • Metal tərkibli tatuirovkanın olması;
  • Xəstənin qeyri - adekvat davranışı;
  • Narkotik və alkqol vəziyyəti (bu zaman xəstə öz hərəkətlərini hər zaman adekvat qiymətləndirmir və nəzarət etmir);
  • Xəstəyə hərəkətsiz qalmağa imkan verməyən güclü ağrı;
  • Metal qəlpələrin olması, eləcə də bədənin istənilən hissəsində metal protezlərin olması;
  • Bədəndə metal tərkibli tatuirovkanın olması;
  • Dekompensasiya mərhələsində ürək çatışmazlığ, xüsusilə sol mədəcik çatışmazlığı, ağır formada klaustrofobiya (bağlı məkanlar qorxusu - tomoqrafiya yerinə yetirilə bilər, lakin xəstənin dərman yuxusuna salınması tələb olunur.
Xüsusi hazırlıq yalnız daxili orqanların müayinəsinə gedən pasiyentlərə tələb olunur (sidik-tənasül və həzm yolu orqanları): prosedurun başlanmasından beş saat əvvəl qidanı istifadə etmək lazım deyil.
Müayinəsin başlanğıcından əvvəl hər bir pasiyent əks göstərişləri dəqiqləşdirmək üçün tələb olunan anketi doldurur. Həmçinin, MRT icrasından əvvəl, operator otağında maqnit sahəsinə maneələr yarada bilən bütün əşyaları qoymaq lazımdır. Ciblərdən aşağıdakıları çıxarıb təhvil vermək lazımdır:
  • telefonlar, açarlar, qayışlar, metal pullar;
  • bütün metal tərkibli predmetlər (geyim, sancaqlar, bəzəklər);
  • elektronika (mobil telefon, fotoaparat, pleyer);
  • maqnit plastik kartları.
Tibbi personal Sizi portativ metal axtaran vasitə ilə yoxlaya bilər. Əgər başın müayinəsi keçirilirsə, o zaman zərif cinsin nümayəndələrinə makiyajı silmək tövsiyə edilir, çünki kosmetikanın tərkibinə (məsələn, göz qapaqları üçün kölgədə) daxil olan maddələr nəticəyə təsir edə bilərlər.
Daha sonra Sizə paltarınızı dəyişməyi təklif edə bilərlər. Sizə tomoqraf aparatının masasına uzanmağa kömək edəcəklər və xüsusi maqnit qarqaralarını qeyd edəcəklər. MRT müayinəsi zamanı hərəkətsiz uzanmaq və bütün müayinəs ərzində müntəzəm nəfəs almaq lazımdır, ki bu da şəkilişin keyfiyyətinə və diaqnozun qoyulmasının düzgünlüyünə təsir edəcək.
Cihaz geniş boru təşkil edir, bu boruya pasiyent üfüqi vəziyyətdə yerləşdirilir. Pasiyent tamamilə hərəkətsiz vəziyyətdə qalmalıdır, əks halda təsvir kifayət qədər dəqiq alınmayacaq. Borunun daxilində qaranlıq deyil və əlavə ventilyasiyası var. Aparat hiss olunan uğultu çıxarır, buna görə tədqiq edilən şəxsə səsboğan qulaq tıxaclarından istifadə etməyi təklif edilir.
Bəzi hallarda, tətdiqat keçirilən yerdə pasiyentin yanında onun qohumu və ya müşaiyət edənin olmasına icazə verilir (əgər onda əks göstəriş yoxdursa). Ayrı-ayrı hallarda anestezioloq sakitləşdirici preparatların yeridilməsini həyata keçirir. Prosedur bu halda daha asan keçir, xüsusilə bu, klaustrofobiyadan əziyyət çəkən xəstələrə, balaca uşaqlara və ya hansısa bir səbəbdən hərəkətsiz vəziyyətdə olmağı ağır olan pasiyentlərə aiddir. Pasiyent müalicəvi yuxuya gedir və istirahət etmiş və gümrah vəziyyətdə oyanır. İstifadə edilən preparatlar orqanizmdən tez ixrac olunur və pasiyent üçün təhlükəsizdir. Müayinənin nəticəsi artıq prosedurun bitirməsindən 30 dəqiqə sonra hazır olur. Nəticə DVD-disk, həkimin rəyi və təsvirlər şəklində verilir.
MRT-diaqnostika əksər hallarda kontrast maddədən istifadə edilmədən keçirilir. Lakin bəzi hallarda bu, zəruridir (damarların müayinəsi üçün). Bu halda kontrast maddə kateterdən istifadə ilə venadaxili yeridilir. Prosedur istənilən venadaxili inyeksiyaya analojidir. Müayinəsin bu növü üçün paramaqnetiklər adlı xüsusi maddələr tətbiq edilir. Bu zəif maqnit maddələridir, onların hissəcikləri, xarici maqnit sahəsində olaraq, sahənin xətlərinə paralel olaraq maqnitləşir.
  • Hamiləlik və laktasiya dövründə ginekoloqun rəyini bilmək lazımdır;
  • Böyrək çatışmazlığı (plazmada kreatininin səviyyəsini bilmək lazımdır);
  • Kontrast maddənin komponentlərinə qarşı, daha əvvəl aşkar edilmiş fərdi dözümsüzlük.
Müayinənin növündən, kontrastaşmanın keçirilməsindən asılı olaraq, prosedurun müddəti 15 dəqiqədən 1 saata qədər davam edə bilər.
Prosedurun bitirilməsindən 30-60 dəqiqə sonra disklər və həkimin rəyi sizə təqdim ediləcək. Bizim radioloqumuz Sizi MRT-ın nəticələrinə görə məsləhət verə bilər. O Sizə müalicə təyinatı üçün lazımi mütəxəssisi tövsiyə edə bilər.
Əvvəlki müayinələrin nəticələrini - kompüter tomoqrammaları və ya tədqiq edilən sahələrin ultrasəs tədqiqatların ı, digər tibbi sənədləri götürün. Bu diaqnozun dəqiqliyinə kömək edəcək.
AZ RU EN Mobile : +994502634075/77 E-mail : info@itrdi.az +994 (12) 404 83 10/11 FAQ