Digər müayinə metodları

Other_Invest

Bizim institutumuzda, pasiyentlərimizin aparat və laborator  müayinəsinin kifayət qədər geniş spektri tətbiq edilir. Biz, öz işimizdə  optik  təhlil, stabilometrik nəzarət tətbiq edir, ürək və xarici tənəffüs orqanlarının işinin göstəricilərini monitorinq edirik, bizim mütəxəssislərimiz ciddi radiolojı diaqnostika keçirirlər. Kompleks müayinə, sadə rəylərlə müqayisədə, bir çox hallarda  daha dəyərli informasiya əldə etmək imkanı verir.

Geniş fənlərarası yanaşma – bizim, təkzibolunmaz üstünlüklərimizdən biridir. Diaqnostika, müalicənin təyin edilməsi zamanı və terapiyanın nəticələrinə nəzarət prosesində böyük məna kəsb edir. Bizdə müasir yüksəktexnologiyalı avadanlıq quraşdırılmışdır ki, bu da bizim pasiyentlərimizin vəziyyətinin  qiymətləndirilməsində və yaxın və uzaq müddətlər üçün  proqnozda kömək edir.

mitri.az Rentgen tədqiqatı bir çox xəstəliyin diaqnozunu qoymağa imkan verən şüa diaqnostikasının ən sadə və məşhur metodikalarından biridir. Bizim institutumuz, rentgenoqrafik tədqiqatların istənilən növünü həyata keçirməyə imkan verən rəqəmli rentgen avadanlığı ilə təchiz edilmişdir. Bu halda şüalanma dozası, ənənəvi rentgenoqrafiya ilə müqayisədə, xeyli aşağı, şəkilin keyfiyyəti isə daha aydın olacaq. Tədqiqatın nəticələri çəkiliş təbəqəsində və ya diskdə təqdim edilə bilər. Rentgen-tədqiqatı, təhlükəsizlik normalarına riayət olunmaqla və fərdi müdafiə vasitələrinin istifadəsi ilə, bunun üçün xüsusi olaraq ayrılmış kabinetdə yerinə yetirilir. Tədqiqat zamanı pasiyent rəfin qarşısında (şaquli vəziyyətdə) və ya rentgen masasında (üfüqi vəziyyətdə) yerləşə bilər, burada hər şey müayinə olunacaq sahədən asılı olacaq. Bəzi müayinə növlərinə xüsusi hazırlıq tələb olunur.
Tədqiqatın köməyi ilə aşağıdakı simptomları və xəstəlikləri aşkar etmək olar:
  • yad cisimlər;
  • sümük-oynaq sisteminin iltihabi, travmatik, şiş xəstəlikləri;
  • ağciyər xəstəlikləri;
  • süd vəzilərində xoş xassəli və bəd xassəli yenitörəmələri;
  • burun ətrafı ciblərdə iltihabi və qeyri-iltihabi xəstəliklər;
  • nefrolitiaz, sidikqovucu yolların inkişafının anomaliyaları;
  • dişlər, gicgah-aşağı çənə oynaqların vəziyyətini qiymətləndirmək;
  • kəskin cərrahi vəziyyətlər halında (kəskin bağırsaq keçilməzliyi) təcili rentgen-diaqnostika və s.
Pasiyentin yerləşdirilməsi, skan edilməsi və nəticələrin işlənilməsi ilə birlikdə prosedur orta hesabla 5-10 dəqiqə davam edir. Qarın boşluğunun kontrast maddə ilə müayinəsi zamanı 2 gün tələb olunur.
Pasiyentin qəbul etdiyi doza rəqəmli tədqiqat zamanı təbəqənin üzərinə proyeksiyalama rejimlərindən xeyli aşağıdır. Lakin biz, bütün fərdi müdafiə vasitələrinə malikik.
  • Garın boşluğun rentgenoskopiyası
  • Mədə və 12 barmaq bağırsağın kontrast rentgenoqrafiyası
  • Qarın boşluğunun rentgenoqrafiyası (ümumi baxış)
  • Çanaq sümüklərinin düz pr-sı rentgenoqrafiyası
  • Bud sümüyünün rentgenoqrafiyası
  • Diz oynağının rentgenoqrafiyası
  • Ayaqdaraqarxası və ayaqdarağının rentgenoqrafiyası
  • Dirsək oynağının rentgenoqrafiyası
  • Pəncənin rentgenoqrafiyası
  • Aşıq oynağının rentgenoqrafiyası
  • Biləyin qayığabənzər sümüyünün rentgenoqrafiyası
  • Əlin rentgenoqrafiyası
  • Bazu nahiyyəsinin rentgenoqrafiyası
  • Baldırın rentgenoqrafiyası
  • Ortodontiya üçün əl barmağlarnın rentgenoqrafiyası
  • Daban sümüyünün rentgenoqrafiyası
  • Bud-çanaq oynağının rentgenoqrafiyası - düz pr-sı
  • Çiyinin rentgenoqrafiyası
  • Döş qəfəsinin 1 pr rentgenoqrafiyası
  • Yuxarı çiyin qurşağının rentgenoqrafiyası
  • Diafraqmanın rentgenoqrafiyası
  • Süd vəzisinin ümumi baxış rentgenoqrafiyası - düz pr-sı
  • Döş qəfəsinin düz proyeksiyada rentgenoqrafiyası
  • Döş qəfəsinin Rg-qrafiyası, -skopiyası
  • Döş qəfəsinin məqsədyönlü rentgenoqrafiyası
  • Döş qəfəsinin yan proyeksiyada rentgenoqrafiyası
  • Süd vəzisinin ümumi baxış rentgenoqrafiyası - çəp pr-sı
  • Onurğa sütununun döş şöbəsinin rentgenoqrafiyası
  • Oma sümüyünün rentgenoqrafiyası
  • Onurğa sütununun bel nahiyəsinin rentgenoqrafiyası
  • Onurğa sütununun boyun şöbəsinin rentgenoqrafiyası
  • Büzdümün rentgenoqrafiyası
  • Gicgah sümüyünün rentgenoqrafiyası
  • Türk yəhərinin rentgenoqrafiyası
  • Məməbənzər çıxıntının rentgenoqrafiyası
  • Kəllənin rentgenoqrafiyası
  • Burun ciblərinin rentgenoqrafiyası
  • Burun sümüklərinin rentgenoqrafiyası
  • Çiyin oynağının rentgenoqrafiyası
  • Dİrsək, mil bilək oynağının rentgenoqrafiyası
  • Körpücük sümüyünün, qabırğaların, akromial-körpücük sümük birləşməsinin Rg-qrafiyası
  • Qalça sümüyünün Rg-qrafiyası
  • Ayaq barmaqlarının Rg-qrafiyası
  • İriqoskopiya
  • Oturaq sümüyünün Rg-qrafiyası
  • Əl barmaqlarının Rg-qrafiyası
  • Oma-qalça bitişməsinin, çiyinin və budun (iri oynaqların) rentgenoqrafiyasıoyeksiyada
mitri.az Densitometriya – sümük toxumasının mineral sıxlığının müəyyən edilməsinin qeyri-invaziv metodudur. Bu metod, sümüyün əsas struktur elementi olan kalsiumun onun tərkibində ölçülməsi üçün tətbiq edilir. İlk növbədə, onurğa sümüyü və oma sümüyünün boynunun vəziyyəti haqqında məlumatlar həyati əhəmiyyət kəsb edir, çünki bu nahiyələrin sınıqları çox təhlükəlidir və hərəkət fəallığın uzun müddətə itirilməsinə səbəb ola bilər. Densitometriya - əksər hallarda yaş və hormonal dəyişikliklər səbəbindən əmələ gələn osteoporozun diaqnostikasının vacib sistemlərindəndir. Bu sadə müayinə, terapiyanı vaxtında təyin etməyə və xəstəliyi, artıq müalicə olunmayan ağır mərhələlərə çatdırmamağa imkan verir. Sümüklərdə kalsium ehtiyatları 30 yaşdan sonra tükənməyə başlayır və 50 yaşa yaxın özünün kritik minimumuna çata bilər ki, bununla bağlı, sümüklərin vəziyyətinin diaqnostikası yetkin yaşda xüsusilə mühümdür. Densitometriya sümük-oynaq sistemi vəziyyətini, bağ aparatını təhlil etməyə imkan verir, həmçinin:
  • sınıqların birləşməsini izləmək;
  • sümük-bərpa terapiyasının effektivliyini qiymətləndirmək;
  • vəziyyəti qiymətləndirmək və sümük aparatının bərkidilməsi üçün vaxtında profilaktik ölçülər görməyə imkan verir.
Bizim institutumuzda Lunar iDXA, GE Healthcare densitometry quraşdırılmışdır. Bu system, həddindən artıq aşağı şüalanma səviyyəsinə malikdir ki, bu da işçi heyətinə hətta qoruyucu geyimsiz işləməyə imkan verir. High-Definition Direct-Digital Narrow-Angle Fan-Beam (yüksək həll təsvirinin sonrakı birbaşa rəqəmləşdirməsi ilə skan etmənin dar bucaqlı yelpik dəstəsi) texnologiyasının tətbiqi, aşağıdakı xüsusiyyətlərin sayəsində, mötəbər diaqnostika, yüksək səmərəlilik və sadə istifadə təmin edir:
  • bənzərsiz təsvir və çox yüksək dəqiqlik və mötəbərlik;
  • sümük toxumasının diaqnostikasında və bədənin kompozisiya tərkibinin analizində ən proqressiv texnologiya;
  • innovasiya texnologiyaları, idarə etmədə sadəlik, etibarlılığın və texniki dəstəyin yüksək səviyyəsinə;
  • xəstəliklərin və vəziyyətlərin geniş spektrinin diaqnostikasında qeyri-məhdud potensial.
Bizim institutumuzda densitometrik tədqiqatın xüsusiyyətlərini aşağıdakı qaydada xarakterizə etmək olar:
  • Sümük toxumasının diaqnostikasında proqressiv texnologiya və bədənin kompozisiya tərkibinin analizi;
  • Xəstəliklərin və vəziyyətlərin geniş spektrinin diaqnostikasında qeyri-məhdud potensial;
  • sınıqların riskinin 10 illlik qiymətləndirilməsi;
  • Onurğanın morfometrik təhlili ilə ikili enerji skan edilməsi;
  • Vizuallaşdırmanın və dəqiqliyin yüksək keyfiyyəti;
  • Frontal (ön) proyeksiyasında onurğanın müayinəsi ;
  • Oma boyununun hərtərəfli müayinəsi.
Onurğanı bütün proyeksiyalarda müayinə etmək. Omanın boynunun müayinəsi, onun möhkəmliyi və diametrinin müəyyən edilməsi, bazu önü və bilək sümüyünün müayinəsi. Yalnız sümüklərin mineral sıxlığını deyil, həmçinin, piy, əzələ, birləşdirici toxumaların miqdarını təhlil etməyə imkan verən kompozisiya təhlili ilə bütün bədənin müayinəsi. Bundan başqa, densitometr pediatrik proqramlara malikdir ki, bu proqramlar, 5-17 yaş arası uşaqların onurğa və oma boynunun sümük toxumasının mineral sıxlığını müayinə etməyə, bütün bədənin kompozisiya təhlilini həyata keçirməyə imkan verir.
Pasiyentin yerləşdirilməsi, skan edilməsi və nəticələrin işlənilməsi ilə birlikdə, prosedur orta hesabla 15 dəqiqə davam edir və xüsusi hazırlıq tələb etmir. Onurğanın, oma boynunun, bütün bədənin sümük toxumasının mineral sıxlığının ölçülməsi uzanmış vəziyyətdə, bazu önünün sümüklərinin mineral sıxlığının ölçülməsi isə oturaq vəziyyətdə yerinə yetirilir. Müayinənin nəticəsi həmin gün pasiyentə təqdim edilir.
Məsələn, bütün bədənin müayinəsi zamanı pasiyentin qəbul etdiyi doza 0.3 mR təşkil edir ki, bu da həddindən artıq az şüalanma dozası hesab edilir və pasiyent və işçi heyətin hər hansı qoruyucu geyiminə ehtiyac olmur. Müayinə dəfələrlə keçirilə bilər.
65 yaşdan yuxarı qadınlar, menopauza dövrünə daxil olmuş, osteoporoz inkişafının risk amillərinə malik olan 65 yaşına qədər qadınlar, minimal travma ilə sınıqları və “zəif bitişən” sınıqları olan insanlar, sümük kütləsinin azalmasına gətirib çıxaraq xəstəlikləri və ya vəziyyətləri (endokrin sistemin xəstəlikləri, oynaq xəstəlikləri, həzm orqanları, böyrək xəstəlikləri) olan pasiyentlər, həmçinin, osteoporozun müalicəsiinin effektivliyinin monitorinqi zamanı. Konkret söyləsək:
  • menopauza öncəsi və menopauza sonrası dövrdəki qadınlar;
  • 65 yaş və bundan yuxarı yaşda kişilər;
  • yol-nəqliyyat hadisəsi, hündürlükdən düşmə, idman və peşəkar travmalar kimi travma üçün obyektiv səbəblərlə bağlı olmayan, bir sınıqdan artıq sınığı olan 40 yaşından yuxarı şəxslər;
  • sümüklərin rentgenologiya tədqiqatının keçirilməsi zamanı osteoporoz diaqnozu qoyulmuş şəxslər;
  • endokrin və revmatizm xəstəliklərindən əziyyət çəkən şəxslər;
  • uzun müddət hormon terapiyası ilə müalicəyə olan pasiyentlər (prednizolon və s.);
  • osteoporozun müalicəsinin terapiyasını keçən pasiyentlərə, müalicənin effektivliyinə nəzarət üçün.
Məhz, əks-göstərişlər yoxdur, lakin biz, hər zaman aşağıdakıları nəzərə alırıq:
  • üfüqi vəziyyətdə qalmağın qeyri-mümkünlüyü;
  • erkən müddətlərə hamiləlik.
Densitometrin əsas xüsusiyyətləri:
  • Yelpik dəstəsi (mövcud analoqlardan 5 dəfədə daha sürətli) texnologiyası hesabına yüksək skan etmə sürəti;
  • pasiyent və operator üçün şüalanma dozası, digər densitometrlərdən 5-10 dəfə daha azdır;
  • Maksimal dəqiq təsvir;
  • Yüksək dəqiqlik.
  • Onurğa, bazu önünün və oma sümüyünün proksimal bölməsinin ən azı 30 saniyə ərzində müayinəsi;
  • Oma sümüklərinin iki proksimal bölməsinin tədqiqatı;
  • Onurğanın lateral proyeksiyasının tədqiqatı;
  • Pediatriya proqramları;
  • bütün bədənin müayinəsi / bədənin kompozisiya tərkibinin təhlili proqramı (skan etmə vaxtı 5 dəqiqə davam edir);
  • sınıqların riskinin 10 illik qiymətləndirilməsi;
  • Omanın boyununun ətraflı müayinəsi;
  • Ön proyeksiyasında onurğanın müayinəsi;
  • 1 vərəqdə bir neçə təsvirin çapından 3x10 üzrə, omanın boyununun geniş tədqiqatı ilə onurğanın və iki oma sümüyünün eyni zamanda skan edilməsi imkanı.
mitri.az İnsan bədəni, fəaliyyətinin öyrənilməsi üçün qabaqcıl və, eyni zamanda, sadə cihazlar istifadə olunan mürəkkəb bir mexanizm təşkil edir. Optik nəzarət sistemi, yeriş, qaçış və tullanmaların dəqiq və asan tədqiqatı üçün, klinisistləri yüksək texnologiyalı alətlərlə təmin etmək üçün yaradılmışdır. Xəstə insanın məkanda hərəkətlərinin təhlili ilə mioqrafiyanın qeydiyyatı zamanı dayaqla əlaqə vektorları ilə birlikdə hərəkətlərin texnikasında dəyişiklikləri aşkar etməyə kömək edir. Təhlil, sinir sisteminin və dayaq-hərəkət aparatın müxtəlif patologiyaları olan pasiyentlərin hərəkət texnikasının optimallaşdırılması məqsədi ilə, bərpa və korreksiya proqramının tərtib edilməsi üçün dəqiq istiqamət verir. Pasiyentin tam müayinəsi ən azı 30 dəqiqə müddətində keçirilə bilər. Bütün növ siqnallar arasında rəqəmli sinxronlaşdırma, bizim mütəxəssislərimizə, pasiyentin, eyni zamanda oynaqlarının hərəkətini, əzələlərinin işləməsini və dayaq səthlərdə enerjinin paylanmasını qiymətləndirməyə imkan verir. Sistem, aşağıdakı protokolları hazırlamaq qabiliyyətinə malikdir:
  • Yerişin təhlilinin protokolları,
  • Onurğanın çevikliyinin təhlili üçün protokollar,
  • Bütün bədənin və kütlə mərkəzinin çevikliyinin protokolları,
  • Gücün təhlili üçün əlavə reallıq protokolu,
  • Stabilometrik təhlil.
mitri.az Hərəkətlərin rəqəmli optik təhlili, qamətdə və hərəkətlərdə dəyişiklikləri obyektiv, dəqiq və qeyri-invaziv şəkildə aşkarlamağa kömək edir. Məqsəd, məkanda hərəkət etmək qabiliyyətinin, anomaliyaların və korreksiya və ya köməkçi qurğulara olan tələbatın qiymətləndirilməsindən ibarətdir. Hərəkətin təhlili, kinematik, dinamik və elektromioqrafik parametrlərin toplanmasından ibarətdir. Xidmət, nevroloji xəstəliklərdən (hemiplegiya, uşaq beyin iflici, Parkinson xəstəliyi, onurğa beyininin zədələri) və oropedik xəstəliklərdən (artritlər, travmaların nəticələri, cərrahi əməliyyatlar, aşağı ətrafları amputasiya edilmiş pasiyentlər və protezli əlillər) əziyyət çəkən pasiyentlər üçün nəzərdə tutulub. Xüsusilə, hərəkətin təhlili, aşağıdakılara imkan verir:
  • xəstəlik nəticəsində funksional məhdudiyyəti və əmək fəaliyyətinin itirilməsini, tətbiq edilən kompensasiyanı, bu kimi dəyişiklikdən irəli gələn patogen mexanizmləri və insanın böyüməsi/qocalması ilə bu dəyişikliyin inkişafını müəyyən etmək;
  • həmin proqramdan öncə, proqram zamanı və onun sonunda pasiyentin kliniki vəziyyətini obyektiv və ölçülə bilən göstəricilərlə müəyyən edə biləcəyi adekvat fərdi bərpa proqramının işlənib hazırlanmasına zəmin yaradan müalicənin planlaşdırılmasında iştirak etmək;
  • idmanda, motorikanın, idman hərəkətlərinin yerinə yetirilməsi əsasında duran qabaqlayıcı idarəetmə mexanizmlərinin öyrənilməsi vasitəsilə, idman nəticələrinin yaxşılaşdırılması və travmaların qarşısının alınması məqsədi ilə, atletik hərəkətin miqdari təhlilini əldə etmək;
  • travma almış idmançılar üçün, bərpa proqramını optimallaşdırmaq və idman fəaliyyətinə qayıdışa qədər funksional bərpanı təmin etmək;
  • idman avadanlığının və cihazlarının, ortezlərin və protezlərin erqonomikasını qiymətləndirmək.
Yerişin tam təhlili, müalicədən öncə həkimə daha uyğun terapiyanı seçməyə kömək edə bilər: ortopediya əməliyyatları, botulinum toksini inyeksiyası, ortezlərin və ya protezlərin tətbiqi, intratekal terapiya və s. Müalicədən öncə və müalicədən sonra məlumatların müqayisəli təhlili vasitəsi ilə, düzəliş edən terapiyanın, yaxşılaşmanın nəticələrini qiymətləndirmək mümkündür. Protokolun təsviri Pasiyentin dərisinin üzərində, müəyyən anatomik reper nöqtələrdə, müvafiq protokollara əsasən, ikitərəfli yapışqan lent vasitəsi ilə kürəşəkilli əks etdirən markerlər bərkidilir. İnfra-qırmızı telekameraların köməyi ilə markerlərin məkanda hərəkəti qeyd edilir: nəticədə, vücudun hər hissəsinin hərəkətinin üçölçülü rekonstruksiyası qeyd edilir. Əldə edilmiş məlumatlar sonradan xüsusi proqram təminatı ilə işlənilir və hesabat tərtib edilir. Hesabat, ixtisaslaşdırılmış mütəxəssislər tərəfindən ciddi şəkildə təhlil edilir və bu hesabatın əsasında tibbi rəy hazırlanır, diaqnoz qoyulur və adekvat terapevtik tövsiyələr verilir. Seansın müddəti, təhlil olunan hərəkətin növündən və təhlilin protokolu tərəfindən tələb olunan passiv markerlərin sayından asılıdır. Məsələn, yerişin kinematikası 60 dəqiqəyə qədər davam edə bilər.
CardioInvest Pasiyentlərin, irəlidəki reabilitasiyası məqsədi ilə, kardioloji müayinəsi bizim institutda tam həcmdə təqdim edilə bilər. Bir qayda kimi, bizə, keçirilmiş miokard infarktından sonra ürəyin işemik xəstəliyinin təsdiq edilmiş diaqnozu ilə, balon dilatasiyası, stentləmə, aorta koronar şuntlama, radio tezlikli ablyasiya, xroniki ürək çatışmazlığından əziyyət çəkən pasiyentlər müraciət edirlər. İlkin, mərhələli və yekunlaşdırıcı nəzarət tədqiqatı zərurəti bütün hallarda mütləq deyil, lakin, bir sıra mürəkkəb kliniki hallarda, fiziki yükləmənin dəqiq dozalanması zərurəti və ona dözümlülülyün müşahidəsi ilə şərtləndirilmişdir. Bu, problemlərin qarşısını almağa və ya hərəkət rejimini daha operativ şəkildə genişləndirməyə imkan verir. Biz həmçinin, dərman terapiyanı və fiziki aktivliyi qaydaya salaraq, ritmin müxtəlif mənşəli pozuntuları, arterial təzyiqin qalxması, kollaptoid vəziyyətləri və qəfildən baş verən şüur itkisi olan pasiyentləri müayinə edirik. Bizim arsenalımızda, nəzarət olunan exo-kardioqrafiya, nəbzin sutka boyunca monitorinqi, EKQ və AT daxil olmaqla, stress-testlər mövcuddur.
CfrdioPulmonary
Kardiopulmonar test – diaqnostikanın, ürək xəstəliklərini (ürək çatışmazlığı, ürəyin işemik xəstəliyi, stenokardiya və s.) aşkarlamağa, ürək-damar və tənəffüs sistemlərinin fəaliyyətini, hüceyrələrlə ətraf mühit arasında həyata keçirilən qaz mübadiləsini yoxlamağa imkan verən qeyri-invaziv metodudur.
Erqospirometriya fiziki yükləmələrin təsirini, dözümlülüyün və optimal səviyyəsini hər pasiyent üçün fərdi olaraq qiymətləndirməyə imkan verir. Diaqnostikanın bu metodu, müalicənin, məşqlər və ya dərman preparatlarının istifadəsi kimi tətbiq olunan müxtəlif metodlarını qiymətləndirir.
Diaqnostikanın bu metodunun keçirilməsi vaxtı çox qısadır, pasiyent üçün diskomfort yaratmır və əvvəlcədən hazırlıq tələb etmir və irəlidə diaqnostikadan keçmiş pasiyentin üzərinə heç bir məhdudiyyət qoymur.
EKQ ilə birləşdirilmiş erqospirometriyanın üstünlükləri - bir test həddində həyata keçirilən ürək və ağciyər funksiyasının qiymələndirilməsidir. Bu halda, bu birləşdirilmiş testin ürək xəstələri üçün informativliyi, ayrıca keçirilən stress-testin informativliyindən əhəmiyyətli dərəcədə yüksəkdir və ölçülərin nəticələrini real vaxtda almağa imkan verir
holter2
EKQ sutkalıq monitorinqi (Holter monitorinqi) – pasiyentin adi həyat və aktivlik şəraitində ürəyinin elektirk aktivliyinin uzunmüddətli qeydiyyatı metodudur. Bu, ürəyin işləməsi haqqında həkimə ətraflı məlumat verir: ürək dərəcəsinin tezliyi, onun ritmliliyi, ürəyin aparıcı sisteminin işi, işemiyanın (qeyri-kafi qan təchizatı) mövcudluğu.
Holter monitorinqi – ambulator şəraitdə keçirilən tamamilə təhlükəsiz müayinə metodudur. Onun keçirilməsinə əks göstərişlər yoxdur.
EKQ-nın Holter monitorinqi metodikası aşağıdakılara imkan verir:
  • pasiyentin adi fəallığı şəraitində ürəyin fəaliyyətini qiymətləndirmək (fiziki və emosional yüklənməyə ürəyin reaksiyası).
  • yuxu zamanı ürəyin vəziyyətini, gün ərzində ürəyin ritmini və aparıcılıq qabiliyyətini qiymətləndirmək.
  • ürək getmələrin səbəbini və ürəkgetmə öncəsi vəziyyətləri dəqiqləşdirmək və s.
  • aritmiyaların bütün növlərini təhlil və aşkar etmək.
  • miokardın ağrılı və ağrısız işemiyasının epizodlarını, onların miqdarını, müddətini, işemiya yarandığı zaman yüklənmənin və nəbzin hədd səviyyəsi.
Ürək ritminin monitorinqi ilə papalel olaraq həmçinin AT-nə sutkalıq nəzarət həyata keçirilir. Bununla birlikdə daha dolğun informasiya əldə etmək və rəy vermək və ya müalicəni korreksiya etmək imkanı əldə olunur.
StabillometryPt Стабилоплатформа предназначена для диагностики нарушений равновесия, концентрации, координации, патологиях опорно-двигательного аппарата, центральной и периферической нервной системы, работы зрительного и вестибулярного анализаторов, разработке опорно-двигательного аппарата, общей кинезотерапии. Кроме диагностического применения используется тренирующее влияние стабилометрической платформы. Главной целью тренировок на стабилоплатформе является стимуляция отделов нервной системы и опорно-двигательного аппарата, отвечающего за контроль равновесия, а также разработка мышц, отвечающих за стабильность положения тела. Стабилометрическая платформа является диагностическим прибором и тренажером, который состоит из подвижной платформы и монитора, расположенного на уровне глаз пациента. На монитор проецируются тестовые и игровые задания, а пациент должен реагировать на изображение или управлять его движением, смещая центр тяжести своего тела. Система обратной связи тренажера дает возможность специалистам института получать отчет о проведении тренировки. Стабилометрия даёт дополнительные возможности для выявления: функциональных нарушений при заболеваниях позвоночника, нервной системы, вестибулярного и зрительного анализатора; опороспособности конечностей; функционального состояние голеностопных суставов; нарушений баланса при сколиозах, после травм и операций; Метод стабилометрии позволяет: уточнять диагноз; управлять восстановительным лечением и фиксировать динамику; обследовать клинически сложных пациентов; проводить дополнительные тренинги пациентов по принципам биологической обратной связи (поиск двигательной стратегии, тренировка двигательного навыка). Метод стабилометрии незаменим при: неврологических заболеваниях (последствия инсультов и черепно-мозговых травм, детский церебральный паралич, дисциркуляторная энцефалопатия, болезнь Паркинсона, атаксии, гиперкинезы, падения, полинейропатии); нарушениях зрения; дисфункции глазодвигательных мышц (косоглазие); патологии вестибулярного аппарата (головокружение); заболеваниях позвоночника (нарушение осанки, сколиоз, остеохондроз, синдром позвоночной артерии); патологии стоп (деформация, плоскостопие); оценке результативности лечения (медикаментозного, физического, лечебной физкультуры, мануальной терапии и других); экспресс-оценке психофизиологического состояния человека; экспертизе трудоспособности.
Birincisi, stabiloplatforma dərmanların təsirlərindən daha effektivdir. Stabiloplatformada dinamik məşqlər, vestibulyar aparatın həssaslığını aşağı salan dərman vasitələrinin qəbulundan fərqli olaraq, əlavə təsirlərə səbəb olmur. Həmçinin istənilən həblərin qəbulu, bir qayda olaraq, orqanizmin vərdiş etməsinə səbəb olur ki, bu da onların qəbulundan əldə olan faydanı əhəmiyyətli dərəcədə azaldır. İkincisi, stabiloplatforma öyrənilməmiş orqanizmi bərkidir. İnsanın az hərəkətli həyat tərzi vestibulyar aparatın disfunksiyasına gətirib çıxarır. Stabilometrik platformada müntəzəm məşqlər isə pasiyentin fiziki formasını bərpa edir. Bunun sayəsində vestibulyar aparatın həssaslığı yüksəlir və, müvafiq olaraq, pasiyent yırğalamanı daha az ağrılı keçirdir və ya ümumiyyətlə onu hiss etmir. Üçüncüsü, stabiloplatforma ümumi inkişaf təsiri göstərir. Bu trenajorda vestibulyar aparatın sistematik məşqləri pasiyentdə dözümlülük və çevikliyi artırır, hərəkətlərin koordinasiyasını yaxşılaşdırır, kürəyin və ətrafların əzələlərini bərkidir, hərəkətlərin stereotipinə düzəliş etməyə və yaxşılaşdırmağa imkan verir.
MiographyPts Elektromioqrafiya - əzələlərin və sinirlərin bioelektrik fəallığını müayinə etmək üçün bir metoddur. İnformasiya bütovlükdə sinir sisteminə xəstəliyin yayılmasının səviyyəsini və əzələlərin ayrı-ayrı qruplarının vəziyyətini müəyyən etməyə imkan verir. Əgər pasiyentdə qıcolmalara, spazmalara, əzələ dartılmalarına və ya əzələ zəifliyinə şikayətlər varsa, o zaman pasiyentə mioqrafiya təyin edilir. Bundan başqa, nevroloq, sidik kisəsinin sfinkterinin fəallığının, iflicin və ya USİ-nin (uşaq serebral iflici) tədqiqatı üçün bu metodu təyin edə bilər. Mioqrafiya müayinəsi, həm ayrı-ayrılıqa, konkret periferik əzələ və ya sinir üzrə, həm də elektrotenzomioqrafiya, izokinetik müayinə, optik-kinematika müayinə kimi kompleks tədqiqatların tərkibində keçirilir.
Mioqrafiya – yeganə üsuldur ki, bu və ya digər sinirin dəqiq zədə yerini təyin edə, iflicin, əzələlərin atrofiyasının və ya yüksək sinir həssaslığının səbəbi haqqında konkret informasiya verə bilər. Mioqrafiya sinir sisteminin kəskin travmatik zədələnməsin diaqnostikası zamanı (məsələn, qəzadan sonra) və əzələlərin travmalar və ya stressən irəli gələn pozuntusu zamanı əvəzolunmazdır.
Elektrotenzomioqrafik müayinə zamanı mioqraf dinclikdə əzələ liflərinin elektrik potensialını qeydə alır. Sonra əzələlər üç üsuldan biri ilə aktivləşdirilir və əzələ cavabının gücü ölçülür.
Mioqrafiyanın keçirilməsi üçün heç bir xüsusi hazırlıq tələb olunmur. Pasiyentin əzələlərinə mioqrafın elektrodları qoşulur. Müayinənin növündən asılı olaraq, elektrodlar iki üsulla təsbit edilir:
  • dəri üzərində (simsiz transkutan üsul) – bu zaman elektrodlar müayinə edilən əzələnin üzərinə qoyulur;
  • iynəli – bu zaman kiçik iynə əzələyə daxil edilir. Bu metod daha informativdir, hərçənd və bir az xoşagəlməz hislərə səbəb olur.
Elektrodlardan informasiya qrafikə çevrilir və mioqrafa ötürülür, sonra lentə yazılır və ya kompüterə çıxarılır, çap edilir və təhlil edilir. Keçirmə vaxtı tədqiqatın həcmlərindən asılıdır və 30-60 dəqiqə həddində daxilində tərəddüd edir. Nəzərə almaq lazımdır ki, mioqrafiyadan sonra qısa bir müddət ərzində əzələlərdə ağrı hissi ola bilər, lakin bu ağrı tezliklə keçir.
Zədələnmiş dəri üzərinə (yoluxucu xəstəliklər, səpmələr) elektrod qoymaq olmaz. Quraşdırılmış kardiostimulyator halında, həmçinin psixiki pozğunluqlar və epilepsiyalar halında da müayinə keçirilmir, çünki əzələlərə təsir, tutmaya səbə ola bilər.
AZ RU EN Mobile : +994502634075/77 E-mail : info@itrdi.az +994 (12) 404 83 10/11 FAQ