Aparat fizioterapiyası

mitri.az

Fizioterapiya – fiziki amillərin köməyi ilə müxtəlif xəstəliklərin müalicəsi metodlarının məcmusudur, bu da pasiyent tərəfindən tətbiq edilən farmakologiya preparatlarının miqdarını azaltmağa, bəzi hallarda isə onlardan tamamilə imtina etməyə imkan verir. Fiziki amillər, bir qayda olaraq, orqanizm tərəfindən müsbət şəkildə qəbul edilir və bir çox xəstəliklərin terapiyasında maksimal effektə nail olmağa, əlavə reaksiyaların inkişafının riskini azaltmağa, patologiyalardan qurtulmağa və ya kəskinləşmələrin arasında yüngülləşmə vaxtını artırmağa imkan verir, həmçinin fizioterapiya metodları profilaktik məqsədlərlə tətbiq edilir.

Peşəkar yanaşmada, düzgün təyinat və pasiyent tərəfindən həkimin tövsiyələrinə riayət edildikdə, müalicənin fizioterapiya metodlarından istifadə tamamilə təhlükəsizdir. Təbii amillərlə təsir fiziolojidir, praktiki olaraq, neqativ effektlərə səbəb olmur, xoşdur və effektivdir.

mitri.az Hiperbarik oksigenasiya (HBO) - barokamerada yüksək təzyiq altında qalma və oksigenlə nəfəs almadır - müalicəvi məqsədlə tətbiq edilir və oksigen-baroterapiya adını daşıyır. HBO-ın müalicəvi təsirinin mahiyyəti ondan ibarətdir, orqanizmin toxumalarının (qanın, limfaların, hüceyrəarası mayenin) oksigenlə fiziki təchizatı köməyi ilə orqanlara və hücyrələrə onun çatdırılması əhəmiyyətli dərəcədə artır. Bu, xəstəlikdən irəli gəlmiş ümumi və yerli oksigen aclığının aradan qaldırılmasına kömək edir. HBO metodu - qanda oksigen tərkibini dəfələrlə artırmağa və, müvafiq olaraq, xəstəlik nəticəsində onun çatışmazlığından əziyyət çəkən orqanlara və toxumalara onun çatdırılmasını əhəmiyyətli dərəcədə artırmağa imkan verən yeganə metoddur. Bu effekt isə çox sadə izah olunur. Barokamera - təzyiq altında təmiz tibbi oksigen verilən germetik qabdır. İnsan 40 dəqiqə bu atmosferdə qalır. Bu, prosedurun orta müddətidir. Bu vaxt ərzində qan oksigenlə təchiz olunur və eritrositlər onu insanın bütün orqanlarına və toxumalarına çatdırır. Əksər hallarda bizim orqanlarımız oksigenin alınmasında xroniki çatışmazlığa məruz qalır. Bu, həm insanın hipodinamiyası ilə, həm də müxtəlif xəstəlikləri ilə bağlıdır; yaşla tədricən daralan və toxumaları oksigenlə getdikcə zəif təchiz edən damarların spazması ilə bağlıdır. Belə intensiv oksigen terapiyası, mübadilə proseslərini əsl mənada dirçəldir, orqanizmin özünü nizamlaması başlayır. Fikir verin ki, bu, onun fəaliyyətinə hər hansı bir müdaxilə etmədən həyata keçirilir. Bu, müalicənin fizioloji baxımdan yerinə yetirilən və çox effektiv metoddur. Artıq 6-8 prosedurdan sonra bizim pasiyentlərimiz gümrahlıq hiss edirlər, onların əhval-ruhiyyəsi yaxşılaşır, yuxu, arterial təzyiq və nəbzin tezliyi normallaşır, fiziki fəallıq artır, bizim diaqnostlarımız isə fiziki yüklənmələrlə bağlı orqanizmin dözümünün artmasını qeyd edirlər. Sınıqları olan insanlarda sümüklərin daha sürətli bitişməsi qeyd edilir. Hepatitlər, sirrozlar xəstələrində, infarktdan, insultdan və başqa xəstəliklərdən sonra xəstələrdə biokimyəvi və funksional göstəricilər yaxşılaşır. Əgər insanda uzun müddət sağalmayan travma, yara varsa, o zaman, barokamerada keçirilən bir neçə seansdan sonra onların vəziyyəti yaxşılaşır və, bir qayda olaraq, yara sağalır.
mitri.az Nəfəs alınan havanın qaz tərkibinin dəyişikliklərinə orqanizmin fərdi uyğunlaşması tibbin və biologiyanın ən qədim və eyni zamanda ən əhəmiyyətli problemlərindən birini təşkil edir. Orqanizmin qeyri-spesifik müqavimətinin hipoksik stimullaşdırılmasının istifadəsi əsasında kəsişmə uyğunlaşması konsepsiyası dayanır ki, bu halda bir ekstremal amilə sabitliyin yaranması, müxtəlif təsirlərin tam kompleksinə qarşı orqanizmin sabitliyini yüksəldir. Bizim orqanizmimiz ətraf mühitdə az tərkibi oksigen olan həyat haqqında genetik yaddaşa malikdir və, zəruri olduqda, hipoksiyaya nisbətən asan uyğunlaşır. Doğuluşdan sonra qoruyucu mexanizmlər tədricən itirilir, çünki bizim atmosferdə, ana bətnində olan inkişaf şəraiti ilə müqayisədə, oksigen xeyli çoxdur və uşaən onun üçün mübarizə aparmağa artıq ehtiyacı yoxdur. Normobarik intervallı hipoksik məşq dörd tərkib hissədən ibarətdir:
  • normobarik” - bildirir ki, məşq 730 - 760 mm civə sütunu normal atmosfer təzyiqi zamanı keçirilir;
  • hipoksik/strong>” - məşq seansı zamanı pasiyent tərkibində az həcmdə oksigen olan hava ilə nəfəs alır (həkimin təyinatından asılı olaraq, 16-9 %);
  • intervallı” bildirir ki, hipoksik qaz qarışığı fasiləsiz deyil, intervallarla alınır, bu zaman pasiyent, tərkibində 20,9% oksigen olan adi hava ilə nəfəs alır (yəni hipoksik təsirlər, vaxt üzrə ciddi şəkildə məhdudlaşdırılmış, təxminən, təsirin öz müddətinə bərabər olan müddətli normoksik intervallar var);
  • məşq” orqanizmin hipoksiyaya kompensasiyasını həyata keçirən fizioloji, biokimyəvi sistemlər, xarici tənəffüs orqanları, qan dövranı, qan formalaşması, oksigenin toxumalarda və mitoxondriyalarda nəqli və utilizasiyasının biokimyəvi mexanizmləri kimi orqanizmin kompensator mexanizmlərinin məşq etdiyi prosesi bildirir.
Fasiləli normobarik hipoksiterapiya metodu, mühitin müxtəlif amillərinin insan tərəfindən daha yaxşı keçirilməsini təmin edən, dağlarda və barokameralarda inkişaf edən hipoksiya ilə müqayisədə, daha effektiv və fiziolojidir, texniki və iqtisadi cəhətdən əlçatandır. Bundan başqa, rejimlərin (rejimlər haqqında istinad) fərdi seçiminin və hipoksik təsirin ciddi şəkildə dozalanması imkanı normobarik hipoksiyanın mühüm üstünlüyüdür. Fasiləli normobarik hipoksiya yeni texnologiyalar sırasına aid edilmişdir, əksər hallarda müasir farmakologiya vasitələrindən geri qalmır və dərman preparatlarının əksəriyyətinə məxsus olan əlavə xüsusiyyətləri yoxdur. Metod, yüksək rütubət, aşağı atmosfer təzyiqi, temperaturun mövsümi tərəddüdləri, intensiv günəş radiasiyası və s. kimi dağ iqliminin əlverişsiz amillərini tamamilə istisna edir.
mitri.az ACCEL® texnologiyası ilə GameReady® sistemi, keçirdilmiş travmalardan və əməliyyatlardan sonra yeni bərpa standartını müəyyən edərək, tibbi mütəxəssislərə, pasiyentin orqanizminin təbii bərpa proseslərini sürətləndirmək imkanını verir. Dayandırma, soyuq və kompressiya artıq uzun müddətdir ki, terapiyada yalnız kəskin deyil, həm də xroniki zədələr zamanı, həmçinin ortopedik müdaxilələrdən sonra erkən bərpada istifadə olunur. Kompressiya üçün ənənəvi soyuq paketlər və statik qurğular, xüsusilə çöl şəraitində və çiyin, döş qəfəsi, dizlər və s. kimi nahiyələrdə istifadədə narahatdır. GameReady® mobil lokal krioterapiya sistemi bu problemi həll etdi. NASA-nın kosmik texnologiyaları əsasında alimlər və doktorlar tərəfindən işlənib hazırlanmış, GameReady® lokal krioterapiya cihazı, bədənin müxtəlif hissələrində rahat təsbit edilmiş bandaj-taxmaların köməyi ilə eyni zamanda tənzimləyici krioterapiyanı (temperatur tənzimlənir) və pulsasiya edən kompressiyanı həyata keçirir. Tədqiqatlar göstərir ki, soyuq terapiyası ağrı hisslərini, spazmaları və yumşaq toxumaların şişlərini aşağı azaldır, toxumaların zədələnmə ehtimalını endirir. Dayandırma, reparativ proseslərin inisiasiyası üçün lazımi şərait yaradır. İmpulslu sıxma zədələnmiş sahədən artıq mayeni çıxardır ki, bu da əmələ gəlmiş şişi azaltmağa, mümkün şişin və qan axınının sonrakı pozuntusunun isə qarşısını almağa kömək edir. Birləşdirildikdə, bu proseslər müalicənin yeni səviyyəsini təşkil edir. GameReady® sisteminin anatomik bandajları, skafandrların istehsalı zamanı NASA-da tətbiq edilən texnologiyadan istifadəsi ilə yerinə yetirilmişdir, bu, bədənin hansı sahəsinin zədələnməsindən asılı olmayaraq, dəqiq və rahat geyinmə təmin etməyə imkan verir. Bandajlar, baldır-pəncə, diz, çiyin və dirsək oynaqları, bel, oma/qasıq, bilək daxil olmaqla, praktiki olaraq, bədənin bütün hissələri üçün hazırlanmışdır. Cərrahi müdaxiləsindən və ya diz oynağının tam bərpasından sonra bərpa dövrünün keçməsi üçün passiv hərəkətlər mexanizmləri ilə birgə tətbiq edilən xüsusi olaraq oynaq-diz bandajı hazırlanmışdır.
mitri.az   Krioterapiya - soyuqla müalicədir; orqanizmin, dərinin xarici (reseptor) qatının aşırı soyumasına cavab reaksiyalarına əsaslanan fizioterapiya prosedurudur. Metodikanın effektivliyi, 140-150 С° temperatur diapazonunda tibbi maye azotda işləyən unikal quraşdırma olan – kriosaunanın (kriokamera) tətbiqindən irəli gəlir. Bu növ krio-sauna görünüşcə şaquli solyariumu xatırladır. Temperatur elə şəkildə seçilmişdir, dəri örtüyünün yalnız səthi qatı soyuyur və orqanizmin ümumi aşırı soyumasına səbəb olmur. Terapevt effekt ona əsaslandırılmışdır ki, soyuq əvvəlcə damarların kəskin daralmasına səbəb olur, sonra isə onların genişlənməsi baş verir (lokal krioterapiya). Bunun hesabına qan təchizatı sistemi güclü impuls alır, mübadilə prosesləri katalizasiya edilir. Ümumi və lokal krioterapiya mövcuddur ki, bunlar, fiziki təsirin oxşarlığına baxmayaraq, prinsipial olaraq müxtəlif nəticələr verir. “Ümumi krioterapiya” dərinin bütün reseptor sahəsini qıcıqlandırır və mərkəzi sinir sisteminə təsir edir. Lokal krioterapiya yerli effektlərə səbəb olur. Ümumi krioterapiya, pasiyentə, qış üzgüçülüyü daxil olmaqla, hipotermik prosedurlardan bir qədər fərqli olan təsir göstərir. Prosedur insanın istilik tənzimlənməsi sistemini çox yükləmir, çox yüksək stres mənşəli təsir göstərmir, çox yüksək adrenalin ifrazatına, AT və ÜDS-nın (ürək döyüntülərinin sayı) artmasına səbəb olmur. Bunun sayəsində prosedurlar xüsusi hazırlıqsız, yaş məhdudiyyətləri və hətta soyuqdəymə xəstəliklərinə meyillik hallarında qəbul etmək olar. Eyni zamanda ümumi krioterapiya piylənmənin profilaktikası və müalicəsi üçün müvəffəqiyyətlə istifadə edilir, lakin effekt enerji itkisinə görə deyil, mübadilə proseslərinin və hormonal fonun normallaşması nəticəsində əldə edilir. Ümumi krioterapiya qanda “doyma hormonu” olan leptinin saxlanmasını təmin edir ki, bu da aclıq hissini azaldır və diyetoterapiyanın effektivliyini yüksəldir.
mitri.az Sauna - fin hamamı şlaklardan orqanizmin təmizlənməsinə imkan yaradır, ümumi tonusu yüksəldir, qan dövranını yaxşılaşdırır, yorğunluğu aradan qaldırır, tənəffüs sisteminin işinə müsbət təsir edir. Fin saunasında yüksək temperatur əhəmiyyətli dərəcədə daha asan keçirilir və tərləməni heç bir şey məhdudlaşdırmır. Eyni zamanda belə temperatur hamam prosedurunun təsirinin intensivliyini yüksəldir. Hamam prosedurunun əsas təsir edici amili - isti buxardır. Yüksək temperatur təsiri altında qan damarları genişlənir, dərinin, əzələlərin, oynaqların, daxili orqanların qan təchizatını yaxşılaşır, ürək döyüntülərinin sayı çoxalır, mübadilə proseslərinin intensivliyini yüksəlir, oksige istehlakını və karbon qazının ifrazatı artır. Həddindət artıq tərləmə başlanır. Tər və piy vəzilərinin fəaliyyətinin gücləndirilməsi yalnız dərinin yaxşı təmizləməsinə deyil, həm də maddələr mübadiləsi məhsullarının daha sürətli çıxartmasına imkan yaradır. Hamam prosedurlarının təsiri ilə ürək və ağciyərin fəaliyyətinin aktivləşməsi ürək-damar və tənəffüs sistemlərinə möhkəmləndirici təsir göstərir. Yüksək temperaturun təsiri altında qan dövranının bir çox prosesləri fəallaşır: mərkəzi orqanlardan periferiyaya (əzələlər və dəri) qanın axması baş verir ki, bu da sol ürək qulaqcığının və sol mədəciyin işini əhəmiyyətli dərəcədə yüngülləşdirir, böyük qan dövranı və kiçik qan dövranında durğunluqlar aradan qaldırılır. Bundan başqa, qanda hemoqlobinin miqdarı artır, leykositlərin və eritrositlərin sayı çoxalır. Periferiyaya qan axınının çoxalması hesabına, beyində qan axını azalır ki, bu da öz növbəsində emosional fəallığı azaldır, əsəb gərginliyini aradan qaldırır. İnsanın əzələ toxumaları rahatlaşır, orqanizm dinclik vəziyyətinə düşür, öz güclərini bərpa etməyə imkan əldə edir. Dərinin damarlarının genişlənməsi və əzələlərdə yüksəlmiş qan axını nəticəsində, damarlı yolun həcmi artır. Bu, damarlı yolun həcmi ilə qanın həcmi arasında uyğunsuzluğa və bəzən, periferiya kollapsının yaranmasına, başgicəllənmələrə, üzrək atmasının azalması ilə müşayiət olunan taxikardiyaya gətirib çıxarır. Yaşlı insanlara və ürək-damar xəstəliklərində əziyyət çəkən xəstələr, yalnız həkimin təyinatl ilə və onlara təklif edilmiş metodika üzrə, müntəzəm tibbi nəzarətlə müalicə məqsədi ilə hamamlardan istifadə edir.
mitri.az İstiliklə müalicə (termoterapiya) – yüksək istilik tutumuna və istilik saxlama qabiliyyətə, aşağı istilikkeçirməyə malik olan isidilmiş mühitlərin müalicə-profilaktik və bərpa məqsədləri ilə tətbiqidir. Peloidə oxşar, parafin, ozokerit, naftalan kimi maddələr bu xüsusiyyətlərə malikdir. İsidilmiş mühitlərin istifadəzi zamanı orqanizmə bir sıra amillər kompleksi təsir edir ki, bunların sırasında temperatur ən əhəmiyyətlidir. Onunla yanaşı mexaniki, bəzi hallarda isəhəmçinin kimyəvi təsir məna kəsb edir. Müxtəlif nisbətlərdə birləşərək, qeyd edilmiş amillər məlum istilik daşıyıcılarının orqanizmə təsirin xüsusiyyətlərini müəyyən edir. Onların tətbiqinə orqanizmin reaksiyası bir çox şeydə istiliklə müalicə amilin temperaturundan, təsir sahəsi və yerindən, cinsdən, peşədən və orqanizmin uyğunlaşma imkanlarından asılıdır. İstilik, başqa qıcıqlandırıcılar kimi, hər şeydən əvvəl, orqanizmin həyat fəaliyyətində mühüm rol oynayan dəriyə təsir edir. Bununla birlikdə, periferiya reseptorlarını qıcıqlandıraraq, istilik, reflektor şəkildə bütün orqanizmə təsir edir. İstiliklə müalicə amillərin təsiri, müxtəlif bioloji aktiv maddələrlə isinən və zənginləşən və orqanizm boyunca keçən bütün orqanlara və toxumalara təsir edən qan vasitəsi ilə reallaşır. İstilik təsiri damarların genişlənilməsi və dərinin qızarması ilə müşayiət olunur. Damar reaksiysıa yalnız dərini deyil, həmçinin də təsir sahəsinin orqanları da əhatə edə bilər ki, bu da orqanizmdə qanın yenidən paylaşdırılmasına və ürək fəaliyyətin dəyişilməsinə gətirib çıxarır. İstilik həmçinin yerli immunitetə, dərinin və bütün orqanizmin reaktivliyinə təsir edir. Toxumaların qızdırılması biokimyəvi reaksiyaların sürətinin və fermentlərin fəallığının dəyişilməsi ilə, histohematik baryerlərin nüfuz etməsi ilə müşaiyət olunur. Mübadilə proseslərinin sürətlənməsi, hüceyrələrin nüfuz etməsinin artımı və toxumaların qan təchizatının yaxşılaşması epiteli, sümük, birləşdirici və digər toxumaların regenerasiyasını stimullaşdırır. İstilik prosesləri əzələlərin tonusunu aşağı salır, onların işləmək qabiliyyətini azaldır, sinirin qıcıqlanma qabiliyyətini yüksəldir, uzun müddətli tətbiq zamanı isə – onu azaldır. Onlar həzm yoluna antispastik təsir göstərir. Eyni zamanda, mədənin sekresiya fəaliyyətinin, mədəaltı vəzinin bir qədər güclənməsi və öd ifrazının artması müşahidə olunur. İstiliklə təsir böyrək arteriyalarında qan dövranının yaxşılaşmasına və sidik ifrazının gücləndirilməsinə imkan yaradır. Döş qəfəsi sahəsinə istiliyin tətbiqi, tənəffüsü sürətləndirir və daha səthi edir. Termoterapiyanın əsas müalicə təsirləri aşağıdakılar hesab edilir: iltihaba qarşı, trofik-reqenerator, antispastik, damargenəldici və metabolik təsirlər. Məhz onlar tibbi təcrübədə istiliklə müalicədən istifadəni müəyyən edir. İstiliklə müalicə əsasən aşağıdakı hallarda tətbiq edilir: müxtəlif lokallaşdırmada xroniki iltihabi proseslər, sümük-əzələ sisteminin və periferiya sinir sisteminin xəstəliklərinin və travmalarının nəticələri, lehimləmə prosesləri, kontrakturalar, dəri, LOR-orqanlarının xəstəlikləri s. hallarda. İstiliklə müalicə aşağıdakı hallarda əks göstərişlidir: kəskin iltihabi proseslər, ürək-damar sisteminin ağır keçən xəstəlikləri, qaraciyər sirrozu, bəd xassəli və xoş xassəli şişlər, yoluxucu xəstəliklər, sinir sisteminin irsi-degenerativ irəliləyən xəstəlikləri, hamiləliyin ikinci yarısında.
mitri.az Palçıqla müalicə və ya peloidoterapiya, istiliklə müalicə metodudur ki, bu halda xəstənin orqanizminə müxtəlif növlü müalicə palçıqlarla təsir edilir. Palçıqla müalicənin metodikalarının seçimi zamanı, xəstəliyin forması, lokallaşması, patoloji prosesin fazası və mərhələsi, müşayiət edən xəstəliklərin mövcudluğu, xəstənin orqanizminin ümumi reaktivliyi nəzərə alınmalıdır. Palçıqla müalicə prosedurlarından ən çox yayılan palçıq vannaları, palçıq applikasiyaları, uşaqlıq yolunun və rektal sahənin palçıqla müalicəsi və palçıqla birləşdirilmiş müalicə prosedurlarıdır. Applikasiya üsulu ilə palçıqla müalicəsinin bir neçə variantı qeyd edilir: intensiv, adi və mülayim (yüngülləşdirilmiş). Palçıqla intensiv müalicə zamanı, nisbətən yüksək temperaturlu prosedurlar hər gün və ya iki-üç gün ardıcıl (aşağıdakı istirahət günü olmaqla) təyin edilir, prosedurun müddəti 15-20 dəqiqə, müalicə kursu 14-16 prosedur təşkil edir. İntensiv metodika üzrə palçıqla müalicə, xəstəliyin qalıq hallarının müalicəsi üçün və ya ürək-damar sistemi tərəfindən pozuntu əlaməti olmadan, sabit remissiya mərhələsində göstərişlidir. Xəstələrin əksəriyyətinə standart (aid) metodika üzrə palçıqla müalicə təyin edilir; palçığın temperaturu 40-42°С, torf 42-44°С, prosedurların müddəti - 12-15 dəqiqə, günaşırı, bir kursa 10-12 prosedur. Yim müalicəd zamanı prosedurlar gün aşırı və ya daha az təyin edilir, prosedurun müddəti 10-12 dəq., palçığın temperaturu 38-40°С, bir kursa 10-12 prosedur. Belə metodika prosesin mülayim fəallığı ilə və ya müşayiət edən ürək-damar xəstəlikləri olduğu halda iltihab xarakterli xəstəliklərinin müalicəsi üçün tətbiq edilir. Mülayim metodika zamanı müalicəvi palçığını çox vaxt refleksogen zonaların üzərinə çəkirlər. Boşluqların palçıqla müalicəsi, əsasən kiçik çanaq xəstəliklərinin müalicəsi zamanı uşaqlıq yoluna və ya düz bağırsağa palçıq tamponlarının tətbiqindən ibarətdir. Uşaqlıq yolunün palçıqla müalicəsi ginekoloji xəstəliklər zamanı kurortlarda və kurortdan kənar təcrübədə tətbiq edilir. Palçıqla müalicənin sadə metodikalarından əlavə, həmçinin palçıqla müalicənin birləşdirilmiş prosedurları tətbiq edilir , bu halda eyni zamanda müalicəvi palçıq və digər fiziki amillərlə təsir edilir. Daha çox yayılmış və effektiv müalicə - qalvanik-palçıq müalicəsi, palçıq məhlulunun və palçıq preparatlarının elektroforezi, palçıq-induktotermiya və pelofonoterapiya hesab edilir. Palçıqla müalicə müalicənin bir çox digər fiziki metodları ilə geniş kombinasiya edilir. Palçıqla müalicə zamanı çox vaxt əlavə olaraq vannalar (növbələşmə metodikası ilə) və ya aparat fizioterapiyası metodlarından birini təyin edirlər (ultrasəs, impuls cərəyanlar, yüksəktezlikli elektroterapiya və s.). Palçıqla müalicəni, müalicəvi bədən tərbiyəsi, masaj, mexanoterapiya, dərmanla müalicəyə ilə kombinasiya etmək olar. Palçıqla müalicə ilə digər istiliklə müalicə prosedurları, eritem dozalarda UB-şüalanma, soyuq və sərin düşlar, dənizdə çimmələr və havanın aşağı temperaturları zamanı aero-helium terapiya bir gündə təyin edilmir. Palçıqla müalicənin təkrar kursu 6 aydan tez olmayaraq təyin edilir. Uşaqlarda palçıqla müalicə, böyüklərdə olduğu ümumi prinsiplər üzrə keçirilir, lakin uşağın orqanizminin yaş xüsusiyyətlərini nəzərə alaraq, daha mülayim metodikalar üzrə tətbiq edilir. 2 yaşa qədər uşaqlara peloidoterapiya əks göstərişlidir, ümumi palçıqla müalicə isə 14-16 yaşdan etibarən təyin edilir.
mitri.az Müalicəvi masaj hal-hazırda müalicənin ən yayılmış və effektiv qeyri-dərman metodudur. Müalicəvi masaj – ən qədim terapevtik metoddur ki, çox uzun vaxt ərzində effektiv və aktual olaraq qalır və məhz, bu səbəbdən o, xəstəliklərin əksəriyyətinin terapiyası kompleksinə daxildir. Müalicəvi masaj, bütün orqanizmin normal fəaliyyətinin bərpasına kömək edir. Bəs onu bu qədər məşhur edən nədir? Cavab sadədir: onun üstünlükləri: artıq neçə minilliklər ərzində tətbiq edilir, keçirməsinə hazırlıq tələb olunmur, universaldır, bütün orqanizmə müsbət təsir göstərir, əhvalı yaxşılaşdırır, əhval-ruhiyyəni və ruhun gümrahlığını yüksəldir! Baxmayaraq ki, müasir tibb və farmakologiya, praktiki olaraq, istənilən xəstəliklərin müalicəsi üçün ən geniş imkanlara malikdir, yenə də əlavə təsirlərin inkişafının ehtimalı qalır. Müalicəvi masaj isə, minimal məhdudiyyətlər ilə, geniş göstərişlər çeşidinə malikdir. Müalicəvi masajın tətbiq sahələri çox genişdir: cərrahiyyə, ortopediya, terapiyada, nevrologiya və tibbin digər sahələrində, müalicəvi masaj həm köməkçi rolunu oynaya, həm də müstəqil müalicə metodu ola bilər. Müalicəvi masaj həm bədəni səthində yerləşən reseptorlara, həm də daha dərin strukturlara (əzələlər, damarlar, daxili orqanlar) bilavasitə təsir göstərir. Düzgün seçilmiş texnika qan dövranının yaxşılaşmasına və daxili orqanlardan və toxumalardan limfanın çəkilməsinə imkan yaradır, orqanizmin qoruyucu güclərini artıran bioloji aktiv maddələrin qana nüfuz etməsini stimullaşdırır. Müalicəvi masaj kurslarla keçirilir, müalicə prosedurlarının miqdarı xəstəliyə və onun inkişafı mərhələsinə əsasən fərdi şəkildə seçilir. Əksər hallarda artıq bir neçə prosedurdan sonra yüngülləşmə başlayır və əhval yaxşılaşır. Müalicəvi masaj seansı zamanı, masajın effektivliyinin artırılması üçün, çox vaxt xüsusi gellər, masaj kremləri və yağlar istifadə olunur. Bu və ya digər vasitələr, mütəxəssis tərəfindən, uyğunluq və allergiyaların olub-olmaması nəzərə alınaraq fərdi şəkildə seçilir.
mitri.az Hidro-massaj vannası - vannanın arxitekturasına daxil edilmiş forsunkalar olan sistemi təşkil edir. Masaj şırnaqlı və qabarcıqlı ola bilər. Yumşaq qabarcıqlı masaj əzələlərin yorğunluğunu və gərginliyini effektiv şəkildə aradan qaldırır. Güclü şırnaqlı masaj, vücudu enerji ilə zənginləşdirir. Həcm üzrə hidro-massaj vannası adi vannadan daha dərindir. Su şırnaqları, məhz bədənin, su masajına daha çox ehtiyacı olan sahələrinə yönəldilir: böyürlər, ayaqlar, sağrı-bel sahəsi. Suyun temperaturu və şırnaqların intensivliyi tənzimlənir. Hər seansdan sonra hidro-masaj vannanın xüsusi dezinfeksiyası nəzərdə tutulmuşdur. Seanslar üçün yalnız yumşaq ev ayaqqabıları, dəsmal və çimərlik geyimi lazımdır. Su şırnağı ilə masaj prosesində hərəkət funksiyalar bərpası olunur, hərəkətlilik artır, bütün gün ərzində yığılmış ağırlıq aradan qaldırılır və spazmaların riski azalır. Suda rahatlamış orqanlar və toxumalar öz-özlüyündə vannanın işinin effektliliyini artırır. Bundan əlavə, damarların divarlarının elastikliyi bərpa olunur, onlar daha möhkəm olur, limfatik və vena qan dövranı isə öz işini aktivləşdirir. Bu prosedur qan dövranını yaxşılaşdırır, bu isə, ürəyin işini stimullaşdırır. Maddələr mübadiləsi sürətlənir, orqanizmin qoruyucu gücləri və ümumi tonusu yüksəlir.
mitri.az İntervallı vakuum terapiyası - ayaq damarlarının xəstəliklərinə qarşı mübarizədə NASA-ın innovasiya, qabaqcıl texnologiyalarına əsaslanan bir yenilikdir. İntervallı vakuum terapiyası aparatı – aşağı ətraflarda qan axınının idarə etməsinin effektiv alətidir. İntervallı vakuum terapiyasının tətbiq edilmə sahələri aşağıdakılardır:
  • Flebologiya, damar cərrahiyyəsi;
  • Damar patologiyası;
  • Endokrinologiya, diabetologiya;
  • Dermatologiya, estetik kosmetologiya;
  • Endokrinologiya, diabetologiya;
  • Reabilitasiya, idman təbabəti;
  • Ortopediya;
  • Ginekologiya, urologiya;
  • Fizioterapiya;
  • Angiologiya.
Cihazın təsiri aşağı ətraflara və abdominal sahəyə mənfi və normal təzyiqin növbəli təsirinə əsaslandırılmışdır. Bu, nasosun təsirinə və ya bədənin aşağı yarısı üçün “əlavə ürəyə” bənzəyir. Mənfi təzyiq mərhələsi zamanı, kapilyarların genişlənilməsi və işləyən kapilyarların miqdarının artması baş verir. Toxumalarda perfuziya artır və, nəticə kimi, txoumaların oksigenlə və qida maddələrlə təchizatı artır. Hətta kifayət etməyən perfuziyalı və ya işemiyalı toxumalar öz həyat fəaliyyətini aktivləşdirir və bərpa olunur. Normal atmosfer təzyiqi mərhələsi zamanı, vena və limfatik qan, vena və limfatik sistemin kapilyarları üzrə daha aktiv irəliləyir, bu da limfodrenajı gücləndirir, metabolizm məhsullarının daha yaxşı kənarlaşdırılmasına imkan yaradır (maddələr mübadiləsinin aktivləşməsi).
mitri.az Limfopressoterapiya (limfodrenaj) – limfa axınının normallaşdırılması və gücləndirilməsi üçün nəzərdə tutulmuş bədənin müxtəlif hissələrini təzyiq altında sıxıb açan hava dalğalarının təsiri ilə bağlıdır. Bu prosedurun köməyi ilə limfatik və vena qan dövranını gücləndirmək, əzələləri canlandırmaq, yığılmış toksinləri, yağların parçalanması məhsullarını, durğun mayeni orqanizmdən ixrac etmək olar. Prosedur peşəkar tibbi avadanlığın istifadəsi ilə aparılır, bu da onu müxtəlif xəstəliklərin müalicəsi və profilaktikası üçün son dərəcə effektiv edir. Zərurət yarandıqda, hər ayrıca kamerada təzyiqi 10-200 mm civə sütununa qədər dəyişmək və hətta tamamilə söndürmək olar ki, bu da təsirin dəqiqliyini və fərdiliyini təmin edir. Limfopressoterapiyanın əsas məqsədi, limfatik düyünlərə və damarlara təsir etmək yolu ilə durğun limfanı hərəkətə gətirməkdən ibarətdir. Pressoterapiya üçün aparat bir neçə rejimə malikdir. Bu rejimlərə əsasən mütəxəssis, müalicə təsirinin optimal növünü və intensivliyini seçir. Orqanizmin fərdi xüsusiyyətlərinə, xəstəliyin növünə və inkişafı dərəcəsinə müvafiq olaraq, həmçinin, seansların miqdarı və müddəti seçilir. Aparat limfodrenajı - geniş çeşidli problemlərin həllidir, hətta çox vaxt - cərrahi əməliyyatların radikal əvəzidir. Limfopressoterapiya, cərrahi müdaxilələr əks göstərişli olan şəxslər barəsində xüsusilə aktualdır: hamilələr, uşaqlar və yaşlılar, şəkərli diabetdən və digər müşayiət edən xəstəliklərdən əziyyət çəkən insanlar bu siyahıya daxildir. Limfodrenaj, yalnız patologiyaların aşkar edilməsi zamanı deyil, həmçinin də, orqanizmin ümumi möhkəmləndirilməsi, tromboflebitin və maye durğunluğunun profilaktikası, şlakların və toksinlərin ixrac edilməsi, vücudun zahiri görünüşünün yaxşılaşdırılması üçün tövsiyə edilir. Müalicənin ayrılmaz hissəsi – bint sarğısının müasir və rahat analoqu olan xüsusi sıxan trikotajın geyinilməsidir. Pressoterapiya zamanı müalicə etmək və mümkün və ya yeni əmələ gələn xəstəliklərin qarşısının alınması imkanı eyni zamanda reallaşır. İllik kursun keçirilməsi, varikozun inkişafının riskini əhəmiyyətli dərəcədə azaltmağa, vücudu daha sağlam və gümrah etməyə imkan verəcək.
mitri.az Zərbə-dalğa terapiyası (ZDT) dayaq-hərəkət sistemin xəstəliklərinin müalicəsində geniş tətbiq edilir. Metodika effektiv hesab edilməklə, dərmanların tətbiqini azaltmağa imkan verir və bəzi hallarda hətta əməliyyata ehtiyac belə qalmır. 1-15 hers diapazonundakı zərbə dalğaları səs spektrinə aiddir. Bu dalğalar mayelərdən və insanın yumşaq toxumalarından asanlıqla keçir. Lakin qığırdaq və sümük toxumaların akustik müqaviməti daha yüksəkdir, müvafiq olaraq, ZDT-nın onlara təsiri daha güclüdür. Zərbə dalğalarının müalicəvi təsiri “duz çöküntüləri”ni, kalsifikatları, ossifikatları parçalamağa; kirəcləşmiş toxumalara elastikliyi qaytararaq, onlardan kalsiumu ixrac etməyə; zədələnmiş toxumaları bərpa etməyə kömək edən birləşdirici toxumanın zülalının - kollagenin əmələ gəlməsini stimullaşdırmağa imkan verir; xəstəlik zonasında xırda qan damarların yaranması prosesini işə salır və toxumalarda maddələr mübadiləsini yaxşılaşdırır. Aparatın təsiri, kiçik çəkicin zərbələrinə, bundan sonra isə arabir sancmalara bənzəyir. İlk seanslara prosedur ağrılı ola bilər. ZDT-nın erkən nəticələrini pasiyentlər artıq seans zamanı və ya müalicənin ilk günlərində hiss edir. Az müddət keçdikdən sonra, gecikmiş effektlər təzahür olunur. Sağlamlaşdırma təsiri müalicə kursundan sonra yarım il ərzində davam edir. ZDT-nın ilkin effektləri:
  • ağrının yaranmasının intensivliyi, tezliyi azalır;
  • dalğaların təsiri zonasında qan dövranı yaxşılaşır;
ZDT-nın gecikmiş effektləri:
  • problemli sahədə hərəkətlilik yaxşılaşır;
  • kalsinatların, osteofitlərin, çapıqların və digər törəmələrin ölçüləri azalır, sovrulur;
  • bağlar, oynaqlar, vətərlər möhkəmlənir;
  • zədələnmiş sahədə yeni qan damarlar yaranır;
  • toxumaların qidalanması yaxşılaşır.
US_physio Ultrasəs terapiyası (ultrafonoterapiya) – ultrasəs adlandırılan ultra-yüksək tezlikli mexaniki tərəddüdlərinin müalicə-profilaktik məqsədi ilə tətbiqidir. Fizioterapiya təcrübəsində ultrasəs təsbit edilmiş tezliklərdə, əsasən, 800-3000 KHs diapazonunda istifadə edilir. 100 KHs və daha aşağı tezlikli ultrasəsdən istifadəsi aşağı tezlikli ultrasəs terapiyası adlanır. Ultrasəs terapiyasının keçirilməsi zamanı insan orqanizminə üç amil təsir edir: mexaniki (vibrasiyalı), istilik və fiziki-kimyəvi təsir. Hər üç amilin təsiri qarşılıqlı sıx əlaqəlidir. Orqanizmin cavab reaksiyalarının formalaşmasında həmçinin reflektorlu mexanizmlər (nevrogen amil) iştirak edir. Ultrasəsin bioloji təsiri, onun, toxumalar üçün stimullaşdıran, zədələyən və hətta dağıdıcı olan dozasından asılıdır. Ultrasəsin kiçik dozaları (1,2 Vt/sm2 qədər) müalicə-profilaktik təsirlər üçün daha adekvatdır. Onlar ağrıkəsən, antispastik, damargenəldici, sovuran, iltihaba qarşı, desensibilizə edən təsirə malikdir. Onların tətbiqi zamanı, təsir zonasında qan dövranı və limfa dövranı aktivləşir, faqositoz yüksəlir, orqanizmin ümumi və immunoloji reaktivliyinin mexanizmləri aktivləşir, reparativ regenerasiya prosesləri sürətlənir, endokrin orqanlarının, öncə, böyrəküstü vəzilərin funksiyaları stimullaşdırılır. Ultrasəs, sıxlaşmış və sklerotik toxumaya depolimerizasiya (parçalayan) və lifləri genişləndirən təsir göstərir, bununla əlaqədar olaraq o, çapıqların, keloidlərin, oynaqların kontrakturalarının müalicəsi zamanı müvəffəqiyyətlə istifadə olunur. O, damar və epiteli nüfuz etməni yüksəldir, bu da dərman maddələri ilə amilin uyğunlaşdırılmış istifadəsi və ultrafonoforez üçün əsas olmuşdur. Ultrasəsin, bəzi patogen mikroorqanizmlərin, xüsusilə, leptospirlərin hüceyrə qişalarını zədələmək qabiliyyəti sayəsində, onun bakterisid təsiri haqqında danışmaq olar. Ultrasəs təsiri altında formalaşan mürəkkəb toxuma və endokrin dəyişikliklər, orqanizmdə MSS-nin ali bölmələri tərəfindən koordinasiya olunur və tənzimlənir. Sinir sistemi ultrasəsə qarşı daha həssasdır. Az intensiv təsirlər, neyronlarda oksidləşdirici-bərpaedici proseslərin canlanmasına səbəb olur, ATF-ın sintezini yüksəldir, qlikogenin utilizasiyasını və sinir hüceyrələri tərəfindən oksigenin udulmasını yaxşılaşdırır, reseptorların həssaslığını azaldır, qanqliyaları bloklayan təsir göstərir. Ultrasəs, zədələnmiş periferiya sinirinin regenerasiyasını sürətləndirir, əsas sinir proseslərinin dinamikasına və sinir sisteminin reaktivliyinə aktivləşdirən və normallaşdıran təsir göstərir. Onun təsirinin altında limbik və retikulyar kompleksin strukturları, sinir sisteminin parasimpatik bölməsinin seqment üstü strukturları aktivləşir.
  • Qan dövranının və limfa dövranının yaxşılaşması;
  • Ağrısızlaşdırma;
  • İmmunitetin stimullaşdırılması;
  • Oynaq-əzələ hissinin yaxşılaşması;
  • Əks əlaqənin yaxşılaşması;
  • Metabolizm proseslərinin stimullaşdırılması;
  • Toxumaların reparasiyası və regenerasiyasının sürətlənməsi;
  • Şişkinliyin çəkilməsi;
  • Miostimulyasiya;
  • Miorelaksasiya;
  • Ümumi relaksasiya;
  • Orqanizmin kompensator imkanlarının çoxalması
  • Orqanların və toxumaların normal funksiyasının bərpası;
  • Fəaliyyət qabiliyyətinin yüksəlməsi;
  • Depressiya vəziyyətləri ilə mübarizə;
  • Bərpa dövrünün azaldılması;
  • Cərrahi müdaxilələrə hazırlıq.
Fizioterapiya müalicəsi tibbin, aşağıda göstərilən bir çox istiqamətlərində fəal və uğurla tətbiq edilir:
  • ginekologiyada,
  • urologiyada,
  • venerologiyada
  • seksopatologiyada,
  • cərrahiyyədə,
  • stomatologiyada,
  • oftalmologiyada,
  • nevrologiyada,
  • pediatriyada,
  • kardiologiyada,
  • pulmonologiyada,
  • qastroenterologiya da,
  • psixologiyada,
  • bərpada,
  • ortopediyada,
  • revmotologiyada,
  • kosmetologiyada,
  • trixologiyada,
  • dermatologiyada,
  • endokrinologiyada,
  • travmatologiyada
  • və hətta onkologiyada.
  • Kəskin qızdırmalı vəziyyətlər;
  • Kəskin miokard infarktından sonra 3 aydan az müddətin keçməsi;
  • Qan axmalara meyillik;
  • Qan xəstəlikləri;
  • Xroniki xəstəliklərin dekompensasiyası;
  • Pasiyentin ümumi ağır vəziyyəti;
  • Kaxeksiya;
  • Pasiyentə prosedura nəzarət etməyə imkan verməyən psixi xəstəliklər;
  • Kardiostimulyatorun mövcudluğu;
  • Müəyyən müalicə amilinə qarşı fərdi dözümsüzlük;
Pasiyentdə aşağıda göstərilən vəziyyətlərin və xəstəliklərin mövcudluğu halında, fizio-müalicəni, təsirin müəyyən metodunun seçilməsi, müalicənin fərdi vaxtının və prosedurun keçirilməsi sahəsinin, həmçinin, manipulyasiyanın metodikaların müəyyən edilməsi ilə keçirmək olar.
  • Neoplastik proseslər;
  • Prosedurun keçirilməsi yerinə dəri örtüyünün bütövlüyünün pozulması;
  • Hamiləlik və laktasiya;
  • Şəfra daşı və sidik daşı xəstəliyi;
  • Təzahür edilmiş hipotoniya;
  • Tromboflebit;
  • Osteoporoz.
AZ RU EN Mobile : +994502634075/77 E-mail : info@itrdi.az +994 (12) 404 83 10/11 FAQ