Elektroterapiya və fototerapiya

mitri.az

Под термином Elektromüalicə termini, müalicə məqsədi ilə, orqanizmə elektrik cərəyanlarının, maqnit və ya elektromaqnit sahələrin dozalarla təsirinin tətbiqi nəzərdə tutulur. Elektroterapiyaya qalvanizasiya, darsonvalizasiya, diametriya, maqnit terapiyası və s. aiddir. Elektroterapiya avadanlığı, cihazları və aparatları elektriklə müalicə təsirinin müxtəlif növlərini modelləşdirə bilər.

Maqnit terapiyası – fasiləsiz və ya fasiləli rejimlərdə, sabit və ya dəyişən aşağı tezlikli maqnit sahəsi (müvafiq olaraq, SMS və ya DəMS) vasitəsi ilə təsirdir. MS-in təsiri əsasında qanın hüceyrə və qeyri-hüceyrə komponentləri, onun laxtalandırıcı sistemi və damarların endotelisi (prostoqlandinlərin sintezi), oksidləşdirici-bərpaedici proseslərin dəyişillməsi, neyro-endokrin sisteminin bəndlərində yenidən qurma – endokrin vəzilərinin– hədəflərin (hormonların ifrazı), metabolik reaksiyaların aktivləşməsi, auto-anticisimlərin səviyyəsinin artması, qanın reoloji xüsusiyyətlərinin dəyişilməsi, mikrosirkulyasiyanın yaxşılaşması dayanır.

Fototerapiya müntəzəm əsasda və həkimin müşahidəsi altında işıq şüaları ilə dəriyə təsir təşkil edir. Fototerapiya üçün avadanlıqda xüsusi lampalar və ya lazerlər istifadə olunur:

  • ultrabənövşəyi şüalanma (180-400 nm)
  • infraqırmızı şüalanma (650-2000 nm)
  • görünən şüalanma (400-760 nm)

İşığın spektri: qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy, bənövşəyi. Şüalanmanın hər növü tətbiqə xüsusi göstərişlər və təsirin metodikalarına malikdir. Fototerapiya prosedurları həkim tərəfindən təyin olunmalı və mütəxəssisin müşahidəsi altında keçməlidir.

mitri.az МMaqnitoterapiya - fasiləsiz və ya fasiləli rejimlərdə, sabit və ya dəyişən aşağı tezlikli maqnit sahəsi (müvafiq olaraq, SMS və ya DəMS) vasitəsi ilə təsirdir. Maqnit terapiyasının fiziki və fizioloji təsiri
  • elektiriki hərəkət etdirən qüvvənin işə salınması;
  • bioloji sistemlərdə bir sıra sərbəst-radikal kimyəvi reaksiyaların axınına və membranlarda lipidlərin peroksid oksidləşməsi proseslərinə təsir;
  • həcmli elektrik enerjilərə təsir – onların sovrulması və elektrik enerjisinin mexanik enerjiyə keçirilməsi;
  • kimyəvi reaksiyaların sürətinə təsir edən elektron keçidlərin ehtimalının dəyişilməsi (dəmir, mis, manqan ionları sistemlərinin nəzərə alınması ilə).
SMS və DəMS qeyri-istilik kvant-mexaniki təsiri. MS-in təsiri əsasında qanın hüceyrə və qeyri-hüceyrə komponentləri, onun laxtalandırıcı sistemi və damarların endotelisi (prostoqlandinlərin sintezi), oksidləşdirici-bərpaedici proseslərin dəyişillməsi, neyro-endokrin sisteminin bəndlərində yenidən qurma – endokrin vəzilərinin– hədəflərin (hormonların ifrazı), metabolik reaksiyaların aktivləşməsi, auto-anticisimlərin səviyyəsinin artması, qanın reoloji xüsusiyyətlərinin dəyişilməsi, mikrosirkulyasiyanın yaxşılaşması dayanır. Müalicəvi təsir:
  • iltihaba qarşı,
  • şişə qarşı,
  • ağrıkəsici,
  • reparativ,
  • hipotenziv.
mitri.az Qalvanizasiya – sabit, vaxt axarında dəyişməyən aşağı tezlikli elektrik cərəyanının və kiçik qüvvənin müalicəvi tətbiqidir. Tətbiq edilmiş xarici elektromaqnit sahəsi təsiri altında toxumalarda keçiricilik cərəyanı yaranır ki, bu da hüceyrələrdə və hüceyrəarası sahələrdə ionların nisbətinin dəyişilməsinə səbəb olur. Qalvanizasiya metodu əsasında dəri reseptorlarının elektrik cərəyanı ilə qıcıqlanması dayanır ki, bu da orqanizmin ümumi və yerli reaksiyaları kompleksinin inkişafına gətirib çıxarır: qan dövranı və limfa dövranı güclənir, toxmalarda maddələr mübadiləsi və bərpa prosesləri stimullaşdırılır, ağrıkəsici təsir təzahür olunur. Qalvanizasiyanın aşağıdakı müalicəvi təsirləri vardır:
  • iltihab əleyhinə (drenaj-dehidrasiya),
  • analgetik,
  • sedativ (anodda),
  • damargenəldici,
  • miorelaksasiya edən,
  • sekresiya (katodda).
Dərman elektroforezi (ionoforez, iontoforez) - qalvanik cərəyandan istifadə metodudur, bu zaman orqanizmə yalnız cərəyan deyil, həm də onun köməyi ilə daxil edilən dərman maddəsi təsir göstərir ki, bu maddə “dəri deposu”nda (ionlar şəklində) yığılır və qana tədricən hərəkət edərək orada 3-cü həftəyə qədər qalır. İonoforez yayılmış xarakter daşıyan və sinir sisteminin funksional dəyişiklikləri fonunda yaranan dəri xəstəliklərindən əziyyət çəkən xəstələrdə tətbiq edilir.
mitri.az Qalvanik tibbi vanna – ümumi vannaların təsiri sabit cərəyanın təsiri ilə birləşdiyi halda, əlavə fiziki təsirli vannadır. Bədənə yayılaraq, sabit elektrik cərəyanı əzələlərin və dərinin qan dövranına stimullaşdırıcı təsir göstərir. Elektrik cərəyanının təsiri, suya dərman maddələrinin əlavə edilməsi hesabına güclənir. Vannalar orqanizmə desensibilizə, iltihaba qarşı, sakitləşdirici təsir göstərir. Bu onunla əldə edilir ki, vannanın yan tərəflərinə, pasiyentin baş və ayaqları tərəfində xüsusi elektrodlar quraşdırılır və bu elektrodlara az gərginlik verilir. Bir halda ki, insan bədəninin müqaviməti suyun müqavimətindən xeyli çoxdur, qalvanik cərəyanların çox hissəsi sudan keçir. Lakin cərəyanların bir hissəsi orqanizmə müalicəvi təsir göstərərək, dərinin səthi üzrə və orqanizmin daxilindən keçir. Qalvanik vannalarda prosedurlar artritlərin, revmatizmlərin, iflicin, sinir iltihabının, kürəkdə ağrıların müalicəsi, sınıqlardan və çıxıqlardan sonra bərpa zamanı çox faydalıdır. Bundan başqa, qalvanik vannalar əlavə olaraq, öz-özlüyündə çox faydalı olan hidromasaj funksiyası ilə təchiz edilir. Dördkameralı vannalar yalnız hidroqalvanik prosedurun keçirilməsi üçün nəzərdə tutulmamışdır, onlar həmçinin müxtəlif mineral, radon suları və müalicəvi otlar əlavə edilmiş suyun istifadəsi ilə adi yerli vannaların (əllər və ayaqlar üçün vannalar) keçirilməsinə imkan verir. Suyun temperaturu 34-40°С. Müalicə kursu 6 prosedurdan 20 prosedura qədər təşkil edir, hər kəsin müddəti – 10-20 dəqiqədir, günaşırı hidroelektrik vannaları keçirilir. Vannanın qəbulundan sonra heç olmasa 30 dəqiqə istirahət etmək tövsiyə edilir.
mitri.az Darsonvalizasiya elektroterapiya metodudur. Nevrozların, toxumaların qidalanmasının yerli pozğunluqları, məsələn, dondurulmalar, trofik xoralar və başqa halların müalicəsi üçün tətbiq edilir. Darsonvalizasiya dərinin reseptorlarının həssaslığını azaldır; qaşınmaya qarşı və ağrıkəsici təsir göstərir; vena damarlarının tonusunu yüksəldir, vena durğunluğunu azaldır; yaraların və trofik xoraların sağalması sürətləndirir. Təmassız metodika – elektrodla dəri səthinin arasındakı məsafə bir neçə millimetr təşkil edir.
  • elektrod dərinin üzərində 2-3 mm məsafədə yerləşir. Bu halda çoxsaylı qığılcım dərəcələri yaranır – “soyuq qığılcımlar” sıçrayır.
  • elektrod 0,5-1 sm qədər məsafəyə uzaqlaşdırılıb. Prosedur zamanı güclü cırıltı eşidilir və uzun qığılcımlar sıçrayır. Bu nöqtə metodu dərinin kiçik sahələrinə təsir, məsələn ziyillərin yandırılması üçün istifadə edilir.
Darsonvalizasiyanın təmassız metodikası zamanı müalicə effekti bir sıra reaksiya ilə təmin olunur:
  1. Reflektorlu reaksiya. Qığılcım dərəcələri həssas sinir liflərinə təsir edir. Onlar üzrə qıcıqlanma onurğa beyininə daxil olur. Bundan sonra orqanların, onurğa beynin həmin sahəsi ilə bağlı olan reflektor reaksiyaları yaranır. Eyni zamanda, zədələnmiş sahədən ağrı impulslarını bloklayan hüceyrələr aktivləşir.
  2. Damar reaksiyası. Arteriolların və kapilyarların damarlı divarı rahatlaşır, onların mənfəzi genişlənir. Bu zaman, emal edilən sahədə qanın mikrosirkulyasiyası və metabolizm güclənir. Darsonvalizasiyanın xüsusiyyəti – damarların tonusunun yüksəlməsi və vena və limfatik axınının yaxşılaşmasından ibarətdir.
  3. İmmun reaksiyası. İonlaşdırılmış ionlar axını zərbə dalğalarına səbəb olur, bu halda səciyyəvi cırıltını eşidilir. İonların zərbəsi yerində dəri hüceyrələri zədələnir və məhv olur. Mikronekrozun hansı mərkəzləri orqanizmin qoruyucu reaksiyalarını stimullaşdırır. Bu halda prostaqlandinlər, heparin, sitokinlər, histamin, sonra isə onun inhibitorları (onun təsirini ləngidən maddələr) kimi müxtəlif bioloji-aktiv maddələr ifraz olunur.
Nəticədə saya əzələlər rahatlaşır, bronxların damarların, mədə-bağırsaq traktının spazmları aradan qaldırılır, qanın laxtalanması normallaşır, leykositlərin faqosit fəallığı yüksəlir, allergiyanın təzahürləri aradan qaldırılır. Yüklənmiş ionların zərbələrinin altında dəridə olan bakteriyalar məhv olur. Bu effekt, ozonun ifrazı və azotun oksidləri ilə gücləndirilir. Xırda iltihablar quruyur, irinli böyük iltihablar isə qısa müddət ərzində partlayır. Darsonvalizasiya proseduru tamamilə ağrısızdır. Təmassız metodika üzrə seansın keçirilməsi zamanı pasiyent yüngüllük və xoş istilik hiss edir. Təmassız darsonvalizasiya zamanı cüzi arabir sancma yaranır, havada ozonun qoxusu hiss olunur. Lokal (yerli) darsonvalizasiya bədənin ayrı-ayrı sahələrinə təsir edir. Hər sahəyə ən azı 3 dəqiqə. Prosedurun ümumi müddəti 15 dəqiqədən çox olmamalıdır. Ağrının, iltihabların və bədənin müxtəlif sahələrində allergiya əlamətlərinin aradan qaldırılması üçün istifadə olunur. Ümumi darsonvalizasiya (induktoterapiya) – bütün bədənə yüksəktezlikli dəyişən cərəyanla təsirdir. Bu prosedur üçün “D'Arsonval qəfəsi” adlanan aparat stifadə olunur. Qarqara-solenoid yüksəktezlikli impuls elektromaqnit sahəsinin yaradılması üçün tətbiq edilir ki, bunun köməyi ilə bütün orqanizmə təsir edilir və hipertoniya xəstəliyi, hipotireoz zamanı maddələr mübadiləsinin pozğunluqları, sinir qıcıqlanması ilə müşayiət olunan xəstəliklər müalicə edilir. Son zamanlar ümumi darsonvalizasiya nadir hallarda tətbiq edilir.
BTL Diatermie Diatermiya - pasiyentin bədəni yüksək tezlikli cərəyanlarla qızdırılan fiziki müalicə metodudur. Son illər ərzində keçirmədə çətinliklər olduğuna görə prosedur, praktiki olaraq, istifadə olunmur. Adekvat alternativ müalicə kimi, pasiyentlərə induktotermiya və ya mikrodalğalı terapiya təklif edilir. Prosedurun müalicəvi təsiri əsasən istilik effektinə əsaslanır. Cərəyanın toxumalardan keçirilməsi onlarda olan elektrolitlərin tərəddüd hərəkətlərinə səbəb olur ki, bu da nə energetika itkiləri ilə müşayiət olunur. Bu halda orqanizmdə ifraz olunan istiliyin miqdarı cərəyanın gücünə və onun təsir vaxtına düz mütənasibdir. Yüksək müqavimətə malik olan toxumalar daha çox qızdırılmaya (3-4ºС qədər) məruz qalır: bu, əzələlər, sümüklər, piy, oynaq qığırdaqlarıdır. Cüzi istilik reaksiyaları, qanla və limfa ilə zəngin olan orqanlarda müşahidə olunur: qaraciyərdə, ağciyərdə, dalaqda və s. Onların temperaturu yalnız dərəcələrin onda bir hissəsinə qədər yüksəlir. İstiliyin əmələ gəlməsi bir sıra fizioloji reaksiyaların inkişafına gətirib çıxarır:
  • Əzələlər və damarlar rahatlaşır. Nəticə kimi, qan dövranının prosesləri yaxşılaşır, arterial təzyiq cüzi şəkildə enir. Pasiyentlərdə əzələ spazmalarından irəli gələn ağrı sindromları zəifləyir.
  • Endokrin vəzilərin işi güclənir. Mübadilənin bütün növləri aktivləşir – yağ, karbohidrat, zülal mübadiləri. Toxumalarda reparativ proseslər daha enerjili keçir, piy ehtiyatları daha sürətlə yandırılır. Qaraciyərin disfunksiyası olan öd ifrazatı yaxşılaşır. Böyrəküstü vəzilərdə iltihaba qarşı təsirə malik olan qlükokortikoidlərin hazırlanması artır.
  • Sinir lifləri üzrə impulsların (həmçinin ağrı impulslarının) keçirilməsi ləngiyir. Nəticə kimi, ağrı hissləri azalır, qıcıqlanma azalır, yuxu normallaşır.
  • Qan və limfa axınının sürəti yüksəlir. Toxumalardan və orqanlardan mübadilənin zəhərli məhsulları daha sürətlə ixrac edilir. İltihabi mərkəzlər sovrulur.
  • İmmun hüceyrələri olan leykositlər və makrofaqların işi fəallaşır. Orqanizmin qoruyucu gücləri möhkəmlənir.
Bütovlükdə terapiya güclü analgetik, iltihaba qarşı, şişə qarşı və spazmolitik təsir göstərir.
mitri.az Hal-hazırda UYT-terapiya (ultra yüksək tezlikli elektromaqnit sahə ilə müalicə) ən müxtəlif xəstəliklərin müalicəsi üçün tətbiq edilir. İnsan orqanizminə UYT aparatının təsirinin müsbət nəticəsi aşağıdakı qaydada izah olunur: ultra yüksək tezliyin elektrik sahəsi toxumalarda, sümüklərdə, vətərlərdə istilik effekti yaradır. Bu kimi təsirin hesabına onlarda kimyəvi və biokimyəvi dəyişikliklər baş verir. Beləliklə, UYT orqanizmdə biofiziki və biokimyəvi proseslərə təsir edir. Biofiziki proseslər deyildikdə, damar divarlarının nüfuz etməsinin artması başa düşülür ki, bu da şişi azaltmağa imkan verir. Bu halda, damaralar mikrobları və toksinləri buraxmır ki, bu da orqanizmin detoksikasiyasına imkan yaradır. Biokimyəvi proseslər deyildikdə, pH-mühitin oksidləşdirilməsi nəzərdə tutulur ki, bu da leykositlərin miqdarını artırmağa və orqanizmin qoruyucu güclərini çoxaltmağa kömək edir. UYT təsirinin hesabına, lokal iltihab ətrafında, patoloji prosesi sağlam hüceyrələrdən ayırmağa imkan verən xüsusi baryer yaranır. Belə baryer irinli iltihabi proses zamanı xüsusilə əhəmiyyətlidir. Fizioterapiyanın keçirilməsi zamanı UYT-terapiyanın təsiri:
  • bərpa edici;
  • iltihaba qarşı;
  • spazmolitik;
  • keyləşdirici.
mitri.az Elektrostimulyasiya (dəri vasitəsi ilə dinamik elektroneyrostimulyasiya - TENS) - parametrləri təsir zonasında toxumaların müqavimətindən asılı olaraq dəyişən impuls cərəyanları ilə sinir keçiricilərinə təsir etmədir. Bio-tənzimlənən elektrik impulslu terapiya metodu əsasında, öz formasını dəyişən, 2- 500 Hs diapazonunda tezlikli cərəyanın impulslarının tətbiqi dayanır. Periferiya sinir sisteminin travmaları və xəstəlikləri halında, elektrik impulslu terapiyanın bu növünün təsirinin effektivliyi, yerli, seqment və mərkəzi səviyyəli proseslərin aktivləşdirilməsi hesabına əldə edilir. Zədələnmiş sinirin distal kəsiyinin elektrostimulyasiyası zamanı, sinirsizləşdirilmiş əzələlərin yığılıb-açılma qabiliyyətini dəstəkləmək, zədələnmiş əzələ-sinir aparatında mikrosirkulyasiyanı yaxşılaşdırmaq və zədələnmiş sinir liflərinin rezorbsiyasını sürətləndirmək mümkün olur. Müalicə effektləri: mioneyrostimullaşdırıcı, trofikstimullaşdırıcı, ağrısızlaşdıran, spazmolitik, damargenəldici, katabolik, plastik. Zədələnmiş sinirin proksimal sahəsinə təsir zamanı, iflic edilmiş əzələlərdən olmayan afferent impulsasiyanın, onurğa və baş beyinə tamamlanması baş verir ki, bu da zədələnmiş sinir liflərinin regenerasiyası prosesinin sürətlənməsinə imkan yaradır. Terapiya zamanı həmçinin, müxtəlif tezlikli impulsların, onların uzunluq üzrə modulyasasiyası, amplitudası, təsir intensivliyi üzrə tətbiqinin hesabına, iltihaba qarşı və şişə qarşı effektlər əldə edilir.
mitri.az İnfraqırmızı şüalanma (istilik şüası, infra-qırmızı şüalar) orqanizmin toxumalarına, işıq enerjisinin digər növləri ilə müqayisədə, daha dərin nüfuz edir, bu da dərinin bütün qalınlığı üzrə və qismən dərialtı toxumaların qızmasına səbəb olur. Daha dərin strukturlar bilavasitə qızmaya məruz qalmır. İnfraqırmızı şüalanmanın terapevt tətbiqinin sahəsi kifayət qədər genişdir: irinsiz xroniki və yarımkəskin iltihabi yerli proseslər, həmçinin daxili orqanların, dayaq-hərəkət aparatın, mərkəzi və periferiya sinir sistemi orqanlarının, periferiya damarlarının, gözlərin, qulaqların, dərinin bəzi xəstəlikləri, yanıqlardan və dondurulmalardan sonra qalıq hallar. İnfra-qırmızı şüalanmanın müalicə effekti onun fizioloji təsirinin mexanizmi ilə təyin edilir - o iltihabi proseslərin əks inkişafını sürətləndirir, toxuma regenerasiyasını, yerli müqavimət qabiliyyətini və infeksiya əleyhinə qorumanı yüksəldir. Prosedurların keçirilməsi qaydalarının pozulması, toxumaların təhlükəli aşırı qızmasına və termik yanıqların yaranmasına, həmçinin ürək-damar xəstəlikləri zamanı qan dövranının təhlükəli şəkildə yüklənməsinə gətirib çıxara bilər. Şişlər (xoş xassəli və bəd xassəli) və ya onların mövcudluğuna şübhə, vərəmin aktiv formaları, qan axma, qan dövranının azlığı mütləq əks göstərişlidir. Dalğanın uzunluğu 780 nm-dan yuxarı olan optik şüalanma infraqırmızı şüalanma adlanır. İstənilən qızdırılmış cisim, infra-qırmızı (İQ) şüalanma mənbəyidir. İnfraqırmızı şüalanma, Yer kürəsinə düşən 45-50% qədər günəş şüası təşkil edir. Süni işıq mənbələrində (volfram spirallı lampa) onun payına bütün şüalanma enerjisinin 70-80%-i düşür. İQ şüalanmanın enerjisinin udulması zamanı yaranan istilik, şüalanan dəri örtüklərinin temperaturunun 1-2°С lokal yüksəlməsinə gətirib çıxarır və səthi damar şəbəkəsinin yerli istilik tənzimənmə reaksiyalarına səbəb olur. Damar reaksiyası damarların qısa müddətli (30 saniyəyə qədər) spazması, sonra isə lokal qan axınının artması və toxumalarda dövr edən qanın həcminin artması ilə ifadə edilir. Əmələ gələn istilik enerjisi toxuma maddələr mübadiləsini sürətləndirir. Mikrosirkulyator yolun aktivləşdirilməsi və damarların nüfuz etməsinin artması iltihabi mərkəzin degidratasiyasına və hüceyrələrin dağılmasının məhsullarının kənarlaşdırılmasına imkan yaradır. Fibroblastların proliferasiyasının və diferensiasiyasının aktivləşdirilməsi yaraların və trofik xoraların sağalmasının sürətlənməsinə gətirib çıxarır. Həmçinin daxili orqanlara neyro-reflektor təsir həyata keçirilir , bu da orqanların damarlarının genişlənilməsi, onların trofikasının gücləndirilməsi ilə təzahür olunur. Müalicə effektləri - iltihaba qarşı, limfo-drenaj, damargenəldici . İstilik mikrozərrəciklərin (elektronlar, molekullar, atomlar və s.) nizamsız tərəddüdlü hərəkəti ilə təyin edilir. O, bütün maddi hissəciklərə məxsusdur. Daha az qızdırılmışlara daha çox qızdırılmış cizimlərdən istiliyin ötürülməsi üç üsulla həyata keçirilir: keçirmə, konveksiya, şüalanma. İnsan bədəni istiliyi həm udur, həm də xaric edir. İnfra-qırmızı şüalarla orqanizmə istənilən təsir molekulların funksional fəallığının artmasına gətirib çıxarır. Hüceyrələrin çoxalması, ferment prosesləri, regenerasiya sürətlənir. İnfraqırmızı şüalanma, toxumalarda bioloji aktiv maddələrin (bradikinin, histamin, asetilxolin) əmələ gəlməsini stimullaşdırır ki, bunlar da qan axınının sürətini müəyyən edir. İstilik şüalarına dərinin, selikli qişaların, hipotalamusun və onurğa beyinin (axıb gələn qanın temperaturunun yüksəlməsinə reaksiya verən) termo-reseptorları reaksiya verir. Termo-reseptorlardan afferent yollar üzrə istilik tənzimlənmə mərkəzlərinə (hipotalamus, onurğa beyini) impulslar daxil olunur, və buradan afferent yollarla qayıdır və damarları genişləndirir, tərləməni gücləndirir və s. Qırmızı və infra-qırmızı şüalar derma ilə udulur, lakin şüaların 30%-i, dərialtı piy qata və daxili orqanlara çataraq, 3-4 santimetrə qədər daha dərinə nüfuz edir. Orta və uzundalğalı şüalar epidermis tərəfindən udulur. İnsan dərisinin üzərində infraqırmızı şüanın təsiri altında, təsirin yerində xallı xarakterli, aydın konturları olmayan, şüalanmanın dayandırılmasından sonra yox olan eritema yaranır. İnfraqırmızı şüalanma üz ilə iş zamanı kosmetologiyada, mimik əzələlərin zəiflənməsi, qan dövranının yaxşılaşması, mübadilə məhsulları fəal şəkildə çıxarılan məsamələrin genişlənməsi üçün geniş tətbiq olunur. İnfraqırmızı şüalanma müalicəvi gimnastika və masajla uyğunluqda tətbiq edilir. O, hematomaların, infiltratların sovrulmasını sürətləndirir, ümumi və yerli hemodinamikanı yaxşılaşdırır. Göstərişlər: daxili orqanların yarımkəskin və xroniki irinsiz iltihabi xəstəlikləri, dondurulma yanıqları, ləng sağalan yaralar və trofik xoralar, ağrı sindromu ilə periferiya sinir sisteminin xəstəlikləri, vegetativ disfunksiyalar, simpatalgiya. Əks göstərişlər: şişlər, kəskin iltihabi proseslər və kəskinləşmə mərhələsində xroniki iltihabi proseslər, qanaxmalar, III mərhələnin hipertoniya xəstəliyi, II-III mərhələnin qan dövranının azlığı, vərəmin aktiv formaları və s.
mitri.az Ultrabənövşəyi şüalanma yüksək enerji mənbəyidir. Fəallığı üzrə, o, işıq spektrinin bütün qalan şüalarını əhəmiyyətli dərəcədə üstələyir. Bununla birlikdə, ultrabənövşəyi şüalar toxumaya nüfuzetmənin ən kiçik dərinliyinə malikdir – cəmi 1 mm qədər. Buna görə, onların bilavasitə təsiri dərinin və selikli qişaların şüalandırılan sahələrinin səthi qatları ilə məhdudlaşdırılmışdır. Bədənin səthinin dərisi ultrabənövşəyi şüalara daha çox, ətrafların dərisi isə - daha az həssasdır. Uşaqlara, xüsusilə, erkən yaşlarda, ultrabənövşəyi şüalara həssaslıq yüksədir. Ultrabənövşəyi şüalanma qoruyucu mexanizmlərin fəallığını yüksəldir, desensibilizə edən təsir göstərir, qanın laxtalanması proseslərini normallaşdırır, lipid (piy) mübadiləsinin göstəricilərini yaxşılaşdırır. Yaxşı seçilmiş fərdi doza və dəqiq nəzarət şərti ilə, müalicə məqsədləri ilə ultrabənövşəyi şüaların tətbiqi, bir çox xəstəliklərin müalicəsi zamanı yüksək terapevtik effekt göstərir. O, ağrısızlaşdıran, iltihaba qarşı, desensibilizə edən, immun stimullaşdırıcı, möhkəmləndirici . təsirlərdən ibarətdir. Onların istifadəsi yara səthinin epitelizasiyasına, sinir və sümük toxumalarının regenerasiyasına . imkan yaradır. Ultrabənövşəyi şüa fosfor-kalsium mübadiləsinə əhəmiyyətli təsir göstərir, D vitaminin əmələ gəlməsini stimullaşdırır və orqanizmdə bütün metabolik proseslərini yaxşılaşdırır. Uzun müddətli ekspozisiya zamanı qısadalğalı ultrabənövşəyi şüalar, öz bioloji fəallığını itirən zülali polimerlərin denaturatlaşdırılmasına səbəb olur. Şüalandırılmış hüceyrə əvvəlcə bölünmə qabiliyyətini itirir, sonra isə məhv olur. Bu effekt, qısadalğalı ultrabənövşəyi spektrin xüsusi lampalarının köməyi ilə dezinfeksiya etmə və sterilləşdirmə üçün istifadə olunur. Ultrabənövşəyi şüalanmadan irəli gələn fotoliz və denaturatlaşdırma prosesləri epidermanın tikana bənzər qatında baş verir; bu zaman histamin, biogen aminlər, asetilxolin sərbəst olur. Fotokimyəvi reaksiyanın bu məhsulları, şüalanmadan 2-8 saat sonra əmələ gələn eritemanın inkişafına gətirib çıxarır. Bütün bədənin intensiv ultrabənövşəyi eriteması, kəskin və xroniki baş verən iltihabi proseslərin gücləndirilməsinə səbəb olur. Buna görə də, bədənin bütün səthinin eyni zamanda orta və qısadalğalı ultrabənövşəyi şüalarla şüalanmasından qaçınmaq və ya şüalanma prosesinə ciddi nəzarət etmək lazımdır. Ciddi dozalara bölünmüş ultrabənövşəyi şüa desensibilizə edən xüsusiyyətlərə malikdir, faqositozu gücləndirir, qaz mübadiləsinin proseslərini sürətləndirir. Ultrabənövşəyi şüaların təsiri yerində qan axını və limfa axını güclənir, epitelinin regenerasiyası yaxşılaşır, kollaqen liflərin sintezi sürətlənir. Terapiya üçün dermatologiyada ortadalğalı və uzundalğalı spektrlərdə ultrabənövşəyi şüa tətbiq edilir. Uzundalğalı ultrabənövşəyi şüalar maksimal piqment əmələ gətirən təsirə malikdir. Buna görə də, qaralma üçün kosmetik qurğularda (solyariumlarda) uzundalğalı ultrabənövşəyi şüalanma mənbələri istifadə olunur. Solyariumlarda, təbii şəraitdən fərqli olaraq, qısadalğalı və ortadalğalı şüaları udan filtrlər tətbiq edilir. Solyariumlarda şüalanma minimal müddətdən başlanır, sonra isə insolyasiyanın müddəti tədricən artır. Ultrabənövşəyi şüalarla həddinən artıq dozalarla şüalanma, vaxtından əvvəl qocalmaya, dərinin elastikliyinin azalmasına, dəri və onkoloji xəstəliklərin inkişafına gətirib çıxarır. Ultrabənövşəyi şüalanmadan istifadəyə göstərişlər kimi, oynaqların kəskin və xroniki xəstəlikləri, tənəffüs orqanları, qadın cinsiyyət orqanları, dəri, periferik sinir sistemi, yaralar (yerli şüalanma), həmçinin orqanizmin müxtəlif infeksiyalara qarşı müqavimət qabiliyyətinin artırılması, orqanizmin möhkəmləndirməsi, raxitin profilaktikası məqsədi ilə, sümük vərəmi halında ultrabənövşəyi azlığının kompensasiyası. Əks göstərişlər - şişlər, kəskin iltihabi proseslər və kəskinləşmə mərhələsində xroniki iltihabi proseslər, qanaxmalar, III mərhələnin hipertoniya xəstəliyi, II-III mərhələnin qan dövranının azlığı, vərəmin aktiv formaları və s. Ultrabənövşəyi şüalanma yüksək enerji mənbəyidir. Fəallığı üzrə, o, işıq spektrinin bütün qalan şüalarını əhəmiyyətli dərəcədə üstələyir. Bununla birlikdə, ultrabənövşəyi şüalar toxumaya nüfuzetmənin ən kiçik dərinliyinə malikdir – cəmi 1 mm qədər. Buna görə, onların bilavasitə təsiri dərinin və selikli qişaların şüalandırılan sahələrinin səthi qatları ilə məhdudlaşdırılmışdır. Bədənin səthinin dərisi ultrabənövşəyi şüalara daha çox, ətrafların dərisi isə - daha az həssasdır.Ultrabənövşəyi şüaların çatışmazlığı avitaminoza, immunitetin azalmasına, sinir sisteminin zəif işləməsinə, psixi sabitsizliyinin yaranmasına gətirib çıxarır.
mitri.az Yüklənmələr, travmalar və ya degenerasiyadan irəli gələn bir çox patologiyalar əzələ və oynaq strukturlarının dərinliyində yerləşir. Yaxın vaxtlara qədər, bu strukturlara modelləşdirmə və patologiyaların müalicəsi üçün lazımi lazer enerjisinin miqdarını çatdırmaq mümkün deyildi. Faktiki olaraq, toxumaların dərinliyinə keçmə zamanı şüa enerjisi həndəsi irəliləmədə azalır (bu, əks etmə, udma və səpələmə effektləri ilə bağlıdır). Buna görə, dərində lokallaşmış problemli sahəyə qədər lazer enerjisinin lazımi miqdarını çatdırmaq üçün, dərinin səthini lazer şüasının yüksək enerjili dozaları ilə işıqlandırmaq lazımdır. Yalnız bu, terapiyanın məqsədi olan dərin anatomik strukturları stimullaşdırmağa imkan verəcək. Lakin, məlum olduğu kimi, lazer enerjisinin yüksək dozaları səthin qızdırılmasına səbəb olur və eyni zamanda bu kimi böyük miqdarda enerjini toxumanın dərinliyinə çatdırmaq və səthi toxumaların aşırı qızıdılmasından qaçınmaq indiyə kimi heç kimə müvəffəq olmayıb. Bu, ABŞ-da patentlənmiş HILT® impulsunun sayəsində mümkün oldu. Spesifik impuls Nd:YAG lazerlə (dalğanın uzunluğu 1064 nm) generasiya edilən HILT® impulsu çox yüksək pik gücü ilə (kilovatt (kVt) diapazonunda) səciyyələnir ki, bu da çox qısa müddət kəsiyində “atılır”. Enerjinin bu kimi çox sürətli ötürülməsi zamanı, yüksək enerjili və intensivlikli fotonların “porsiyası” ilə böyük dərinlikdə toxumaların işıqlanması baş verir, bir halda ki, səthi toxumalar heç vaxt hədd qiymətindən yüksək qızmır. Bundan başqa, impulslar arasında müddət, ötürülmüş istiliyin tam yayılmasının təminatı üçün kifayətdir. Beləliklə, istilik yığılmır və temperatur heç vaxt təhlükəli səviyyəyə qədər yüksəlmir. Hilterapia® (XİLTerapiya) - tamamilə təhlükəsiz olaraq, toxumaların dərinliyində terapevtik effektə nail olmağa imkan verən, unikal yüksək intensiv lazer şüalanmasına (HILT® = High Intensity Laser Therapy) əsaslanan terapevtik metoddur. Bu metod, sümük-əzələ-oynaq aparatının ən səthi patologiyalarından başlayaraq, ən dərin patologiyalarına qədər müalicəsi üçün mükəmməldir. Şüalanmanın, hal-hazırda digər lazer aparatları ilə nail oluna bilməyən yüksək intensivliyi, hətta dərində yerləşən xroniki patologiyaları müalicə etməyə imkan verir. Təcrübədə, əgər sadəcə simptomları aradan qaldırmaq deyil, həqiqətən insanı sağaltmaq lazımdırsa, enerjinin lazımi dozasını “düzgün yolla” bilavasitə zədələnmiş zonaya çatdırmaq lazımdır. Hilterapia® texnologiyasının üstünlükləri. HILT® impulsunun yüksək intensivliyi və güclü təsiri yalnız ağrıkəsən, iltihaba qarşı və şişkinliyə qarşı qarşı effektlərə deyil, həmçinin də reparativ və regenerasiya proseslərinə də nail olmağa imkan verir. HILT® impulslarının uzunluğunun və tezliyinin xarakteristikaları - istənilən zərərli təsirdən çəkinən təhlükəsiz terapiyanın zaminidir. Bundan başqa, toxumaların dərinliyində Hilterapia®-ın bu müalicəvi təsiri, ağrı simptomlarına və oynaqların hərəkətliliyinə güclü təsir göstərir ki, bu da pasiyentə təcili kömək təqdim edərək, dərhal bərpa proqramına başlamağa imkan verir. Gücü, lazer şüalanmasının intensivliyinə düz mütənasib və impulsun uzunluğuna əks mütənasib olan fotomexaniki effekt, toxumalarda reparativ və regenerativproseslərə səbəb olan bioloji siqnallaq seriyasına səbəb olur və bununla birlikdə, limfodrenaj və mikrosirkulyasiyanı aktivləşdirir. Vaxtında nəzarət edildikdə, fotomexaniki effekt, hüceyrələrin intensiv biostimulyasiyusunu yerinə yetirir, həmçinin damar və limfatik sistemləri aktivləşdirir. Göstərişlər:
  • Vətərlərin patologiyaları (tendinitlər, peritendinitlər, insersion tendinit, tenosinovit, lokal zədələr)
  • Artroz və qığırdağın degenerativ prosesləri
  • Əzələlərin zədələnməsi
  • Posttravmatik və post yükləmə pozuntular
  • Travmalar nəticəsinə şişkinliklər və hematomalar
  • Bursitlər, artritlər, kapsulitlər, epikondilitlər, zədələr, sinovitlər
  • Spondilodiniya və lümbaqo
  • Fibromialgiya
  • Abduktor sindromu, böyük baldır sümüyünün ayaqdarağı arxasının əyrilikləri, idman travmatologiyasında diz qapağının xondropatiyası.
  • Osteoartritlər
Toxumaların dərinliyində Hilterapia® təsiri hətta dərin degenerativ patologiyaları müvəffəqiyyətlə müalicə etməyə imkan verir.
  • Fototerapiyanın köməyi ilə psoriaz, sızanaqlar, neyrodermitlər, ekzemalar, təzə doğulmuş körpələrin sarılığı kimi dəri xəstəlikləri müalicə edilir.
  • Prosedur trofik xoraların və yaraların sağalmasına imkan yaradır.
  • Prosedur, gözəllik sənayesində də həmçinin geniş tətbiq edilir. Fotoepilyasiya, dərinin cavanlaşdırılması, qırışların, piqment ləkələrin aradan qaldırılması, dərinin damar qüsurlarının korreksiyası üçün istifadə edilir. Fototerapiya üçün xüsusi lampaların köməyi ilə tatuirovkalar aradan qaldırılır.
  • Bundan başqa, prosedur gözün torlu qişasına təsir edir və depressiyaların, yuxu və psixiki pozğunluqların müalicəsi üçün istifadə edilə bilər.
  • İşıq terapiyası, saat qurşaqlarının dəyişməsi zamanı orqanizm rejiminin bərpası vasitəsi kimi məsləhət görülür.
  • Qaşınmanı azaldır;
  • İltihaba qarşı təsirə malikdir;
  • Orqanizmdə D vitamininin miqdarının artmasına imkan yaradır;
  • Dərinin bakteriyalara qarşı müqavimət qabiliyyəti səviyyəsi artırır;
  • Siklosporin və ya metotreksatın tətbiqi ilə daha güclü sistem müalicəsindən istifadədən vaz keçmənin üsulu ola bilər.
Vaxt. Müalicənin effektiv olması üçün, 2-3 ay ərzində həftədə 2-3 prosedur tələb olunur. Bunun üçün sizin vaxtınızın olub-olmamasını hesablamaq lazımdır.
Risklər. Yanıq alınması, dərinin qocalması riski mövcuddur. Fototerapiyanın uzun müddətli istifadəsi zamanı dəri xərçənginin inkişafı riski artır. Gözlərin hər seans ərzində qorunması mütləqdir, çünki ultrabənövşəyi şüa gözlərin torlu qişasına mənfi təsir göstərir.
Fototerapiyanın tətbiqinə dair mütləq əks göstərişlər, praktiki olaraq, mövcud deyil, lakin, müəyyən vəziyyətlər və xəstəliklər zamanı prosedurlar təyin olunduğu zaman həddindən artıq ehtiyatlı olmaq lazımdır:
  • vərəm, porfiriya, tireotoksikoz;
  • göz xəstəlikləri;
  • dərinin işığa qarşı həssaslığı.
Bundan başqa, fototerapiya bəzi preparatların (lamotricin, qaloperidol, metotreksat, xloroxin, dazı otu cövhəri) istifadəsi ilə uyğunlaşmır.
AZ RU EN Mobile : +994502634075/77 E-mail : info@itrdi.az +994 (12) 404 83 10/11 FAQ