Manual terapiya

mitri.az

 

“Manual terapiya” (MT) deyildikdə, nevroloji, ortopedik, visseral və onurğa, oynaqlar, əzələ və bağ aparatının xəstəlikləri və ya patoloji dəyişikliklərindən irəli gələn digər pozuntuların korreksiyasına yönəldilmiş əl diaqnostik və müalicə üsulları sistemi başa düşülür.
MT-nın istifadəsinə göstəriş – onurğanın və ətrafların oynaqlarının xəstəlikləri ki, bu halda, bir çox hallarda dərman preparatlarının dozasını azaltmağa və ya hətta onları tamamilə ləğv etməyə imkan verərək, manual müalicə təsirləri zamanı güclü müsbət nəticə təmin edilir. Digər bərpa tədbirləri ilə kompleksdə (fiziki tapşırıqlar, masaj, vəziyyətlə korreksiya, fizioterapevtik prosedurlar və s.) MT, patoloji sindromların aradan qaldırılmasını, onurğa və ətrafların oynaqlarının funksiyalarının normallaşmasını və pasiyentlərin fəaliyyət qabiliyyətinin bərpasını sürətləndirir.

MT-nın məqsədi – onurğa və ətrafların oynaqlarının biomexanikasının pozuntularının aradan qaldırılması, onurğa hərəkət seqmentlərinin, oynaqların və bütövlükdə dayaq-hərəkət aparatın normal hərəkətliliyinin bərpası, dinamik stereotipin yenidən qurulmasından ibarətdir.
Məlumdur ki, müəyyən əzələ qruplarında tonusun pozuntusu ətrafların oynaqlarında funksional blokadalarının yaranmasına zəmin yaradır. Bu, yalnız məhz oynağın deyil, həm də onu əhatə edən əzələlərin, vətərlərin və bağların hərəkətliliyini məhdudlaşdırır. Tədricən bütün bu toxumalarda distrofik dəyişikliklər artır, trofikanın pisləşməsi baş verir ki, bu da zədələnmiş əzələlərin qısaldılmasına gətirib çıxarır. Oynaqlarda əvvəlcə funksional kontrakturalar yaranır ki, bunları aktiv müalicə prosesində ləğv etmək olar, ağır hallarda isə – orqanik kontrakturalar əmələ gəlir, bu halda oynaq tamamilə hərəkətsiz olur. Hərəkət sistemin zədələnmiş bəndlərinin maneəli funksiyalarını bərpa etmək, əzələ-oynaq disbalansının korreksiyası, hərəkət stereotipin sonrakı normallaşması ilə, trofikanın yaxşılaşdırılması üçün mobilizasiya texnikalarından istifadə edilir.

mitri.az Qonşu seqmentlərdə blokadaların formalaşması. Bu ağırlaşma, bloklanmış seqmentlərin zonasında ağrının çoxalması ilə müşayiət olunur və təcrübəsiz həkim bu faktı, bloklanmış seqmentin mobilizasiyasında uğursuzluq kimi qiymətləndirə bilər. Əslində, gərginliyin yoxluğu və qonşu seqmentin qorunmaması səbəbindən, qapanma yolu ilə manipulyasiya təkanı, zədələnmiş seqmentdə blokadanı açmaqla, qonşu seqmentin blokadasına səbəb oldu. Zədələnmiş onurğa-disk seqmentinin boşluğu manipulyasiyaların tez-tez təkrarlanması zamanı, xüsusilə onurğanın ümumi boşluğu zamanı yaranır. Belə hallarda yumşaq texnikadan və ya ritmik mobilizasiyadan istifadə etmək məsləhət görülür. Skeletin sümük elementlərinin (qabırğa, fəqərələrin çıxıntıları, atlant qövsü, fəqərə cismi) sınıqları nadir hallarda baş verir və zərbə, dartma texnikası, həmçinin, gərmə texnikasının tətbiqi ilə kobud müdaxilə zamanı yaranır. Əlbəttə, sümük sisteminin müxtəlif xəstəlikləri zamanı mexaniki sabitliyin azalması patoloji sınıqların tezliyinin artmasına imkan yaradır.
mitri.az Tibbin, diaqnostika, müalicə və profilaktika üsullarını ehtiva edən ayrıca sahəsi kimi formalaşaraq manual terapiya ilk mərhələdə meniskoidlərin sıxılması nəticəsində ilişmiş (bloklanmış) onurğa və digər oynaqların blokunun açılmasına, yəni oynaqda hərəkətin bərpasına yönəldilmişdir. Bu məqsədlə, oynaq çatının boşluğuna və ya oynaq səthlərinin tərpətməsi nail olaraq, oynaq səthlərinin dartılması icra edilir. Sonra bu metodla müalicəyə olan göstərişlər, əzələ relaksasiyasına, onurğada və zədələnmiş oynaqlarla yanaşı olan oynaqlarda əzələ spazmalarının aradan qaldırılmasına olan zərurəti müəyyən etməyə başladı. Manipulyasiya terapiyasının əsas üsulları – bloklanmış oynağın sonrakı mobilizasiyası məqsədi ilə, qonşu, çox vaxt baza bölmələrin fiksasiyasıdır (“qapanması”). Daha sonra məhz, manipulyasiya izlənir: mobilizasiya zamanı oynaqların əldə edilmiş vəziyyətindən, xəstənin zəifləməsi anında, xüsusi təkanla oynaq qəflətən blokdan çıxarılır. Bundan sonra hərəkət stereotipin normallaşmasına nail olmaq lazımdır ki, bu stereotip təkrar bliklanmanı azmümkün edərdi. Nəzərə almaq lazımdır ki, tibb sahəsində dərin bilik olmadan və xüsusi hazırlıqsız olaraq manipulyasiyaların köməyi ilə müalicə etmək cəhdi – təhlükəli işdir. Manipulyasiyaların nüansları çox vaxt əsas təsirdən daha əhəmiyyətlidir. Manual terapiyaya “kitabdan” oxumaqla yiyələnmək qeyri-mümkündür, lakin manual relaksasiyanın ən sadə üsulları sərbəst tətbiq üçün xəstələr üçün əlçatandır. Metodika, əzələnin bərkitmə nöqtələri arasında məsafə dəyişilmədən onların iradi gərginliyindən sonra, yəni, izometrik gərginlikdən sonra, əzələlərin zəiflədilməsindən ibarətdir. Gərgin, tərkibində ağrılı kiçik düyünlər olan qısaldılmış əzələni ağrısız həddə qədər dartırlar və xəstəyə onu, həkimin müqavimətinə rəğmən, yığmağı təklif edirlər. Belə izometrik gərginliyin 7-10 saniyə sürməsindən sonra xəstə rahatlaşır, həkim isə yenidən həmin əzələnin dartılması hərəkətiniartıq böyük həcmdə edir. Bu kimi hərəkətlər, ardıcıl olaraq 4-5 dəfə təkrarlanır. Zəruri olduqda, prosedurları bir neçə gün ardıcıl keçirmək olar.
mitri.az Keçirilmiş relaksasiyadan sonra ağrılığın güclənməsi. Çox vaxt bu, böyük gücün tətbiqi ilə və ya tapşırıqların çoxqat təkrarı zamanı həddindən artıq aktiv keçirilmiş prosedur zamanı baş verir. Bu halda yalnız əzələnin deyil, həm də əzələ-vətər aparatının bütün elementlərinin enerjili dartılması baş verir ki, bu da bütün sistemin funksiyalarını əhəmiyyətli dərəcədə təhrif edir. Bu halda əzələnin yığıla bilən fəallığı əhəmiyyətli dərəcədə gərginliyə düşür. Əgər düzgün keçirilmiş relaksasiyadan sonra əzələlərin gücü 15-20 %-ə qədər artırsa, o zaman bu hallarda o, həmin həcmdə də azalır. Əzələnin yığılma qabiliyyəti artması, yəni, onun spazmasının yaranması. Bu arzu edilməz hal, sinir aparatının funksional yenidən qurulmasına səbəb olmayan, kifayət qədər aktiv keçirilməmiş relaksasiya zamanı, ki bunun nəticəsində, ==== onurğa beyin aparatının keyfiyyəti yenidən qurulması baş verməmiş, əmələ gələn dəyişikliklər isə, əksinə, spastik sistemləri aktivləşdirmişdir. Lokal əzələ sıxlaşdırmasının ağrılığının çoxalması uzun mövcud olan gərginlik zamanı yaranır. Düzgün keçirilmiş relaksasiya, gərgin hissəni əhatə edən əzələnin relaksasiyasına səbəb olmadan, onu zəiflədir. Belə vəziyyətlərdə əzələnin sağlam və zədələnmiş sahələri arasında birləşmə zonası, onurğa beyininin tonus və ağrıya nəzarət aparatının mexanizmlərini sabitliyini poza bilən çox aktiv zonadır. Prinsip etibarilə, çox oynaqlara sıxaraq güc tətbiq etmək olar. Bu üsul, xüsusilə, onurğa oynaqlarının mobilizasiyasında faydalıdır – təkanlı palpasiya ilə diaqnostika üsulu terapevtik üsul kimi istifadə edilə bilər. Sacroiliac oynağın ritmik sıxılması xüsusilə məşhurdur. Bu üsul, bilək və pəncənin xırda oynaqlarının mobilizasiyasında geniş tətbiq olunur ki, bu zaman sıxan hərəkətlər, əks istiqamətlərdə – “qayçıyabənzər” hərəkətlərlə, oynağın proyeksiyasında “kəsik” müstəvisində göstərilir.
mitri.az Ağrılığın artması. Bu ağırlaşma, böyük səy göstərməklə relaksasiyanın gücləndirilmiş keçirilməsi ilə bağlıdır. Belə hallarda, qısaldılmış bağ ən böyük sıxlaşdırma yerində deyil, normal və qısaldılmış hissələr arasında birləşmədə, yəni, ən kiçik müqavimət yerində dartılır. Bu ağırlaşmaya, çanaq bağlarının relaksasiyası zamanı çox vaxt rast gəlinir ki, bu halda elə bir aldadıcı təəssürat yaranır ki, lazım olunduğundan daha çox səyin tətbiq edilməsi tələb olunur. Prosedurlar adətən hər gün deyil, 1 gündən 7 günə qədər intervalla keçirilir. Məsələ bundadır ki, əzələlərə və bağlara “dartılıb” əldə dilmiş vəziyyəti fiksasiya etmək üçün bir qədər vaxt lazımdır. Bağ aparatının relaksasiyası nadir hallarda manual terapiyanın ağırlaşması olur, lakin bağ elementlərinin anadangəlmə zəifliyi, müalicənin effektinin sabitliyi barəsində uzunmüddətli proqnozu azaldır.
mitri.az Pozisiya mobilizasiyası, mobilizasiya texnikasının əsasıdır. Texniki üsulda manipulyasiya, ritmik mobilizasiya və relaksasiya birləşdirilib. Texniki üsul nisbətən yavaş yerinə yetirilir. Üsulun mahiyyəti, blokada istiqamətində (yəni, məhdudiyyətə tərəf) funksional bryerə qədər oynaqda gərginliyi təmin edilməsindən və bu gücün bir və ya daha çox dəqiqə ərzində saxlanılmasından ibarətdir. Bir qayda olaraq, seqmentdə gərginlik oynaqlar sahəsində əzələlərin dartılması ilə müşayiət olunur. Pozisiya mobilizasiyası, baxışın, tənəffüsün dəyişilməsi, yanaşı əzələlərin aktivləşməsi zamanı əzələlərdə baş verən birgə gərginlik ilə çox vaxt müşayiət olunur. Bunun nəticəsində, mobilizasiya zamanı üç əhəmiyyətli proses baş verir:
  • Tutuşdurma nəticəsi kimi oynaqların səthlərinin məkan dəyişikliyi.
  • Oynağın uzadılmış əzələlərinin relaksasiyası.
  • Oynağın, əzələlərin ritmik reaksiyalarına həmahəng şəkildə dəyişilməsi nəticəsində oynağın ritmik yavaş mobilizasiyası.
Pozisiya mobilizasiyası nəticəsində, funksional ehtiyatının bərpası ilə, müxtəlif toxumaların ümumi anatomik və funksional baryerlərinin hüdudlarının genişlənilməsi baş verir. Pozisiya mobilizasiyası yalnız oynaqlar barəsində deyil, həm də hərəkət sistemin bütün digər elementləri barəsində tətbiq edilə bilər. Vurğulandığı kimi, müalicədə zərurət kimi israrlı nəzakət bu texniki üsulda tam həcmdə gerçəkləşir.
A masseur is stretching a woman's arm Bu texniki üsul manipulyasiya təkanı qarşısında bir çox üstünlüyə malikdir. Bunlar, aşağıdakı üstünlüklərdir: təhlükəsizlik, icrada asanlıq, prosedurun ağrısızlığı, kifayət qədər effektivlik. Mənfi tərəfləri: əzələlərə təsir imkanının yoxluğu ki, bu da lokal dəyişdirilmiş dinamik stereotipinin və regionar əzələlərin korreksiyası imkanını istisna edir. Oynaqların ritmik mobilizasiyası nəticəsində sıxışdırılmış meniskoid yataqdan miqrasiya etmək və əvvəlki, normal mövqeyi qəbul etmək imkanına malikdir. Dartan, fırladanı və sıxan ritmik mobilizasiya qeyd edilir. Dartan mobilizasiya, adından da göründüyü kimi, oynaq səthlərinin dartılmasından ibarətdir. O, çox vaxt iri oynaqların, bütün onurğa sütununun və ya onun ayrı-ayrı hissələrinin mobilizasiyasında tətbiq edilir. Ritmik dartılmanın keçirilməsi zamanı əsas tələb – hətta dartma səyinin artırılması zamanı ilkin gərginliyin (elastik dayağın) saxlanılmasıdır. Səy, manual tibbdə mövcud olan bütün texnika kimi, zəif olmalı, dartılma zamanı artımla müşayiət olunmalı və ilkin gərginlik səviyyəsinə qədər atılma zamanı azalmalıdır. Ritmik dövri hərəkətlər, universal mobilizasiya üsulu vəziyyətində onurğa oynaqlarının mobilizasiyası zamanı olduqca faydalıdır. Həmin üsul, diz, çiyin, dirsək oynaqları kimi bəzi iri oynaqların mobilizasiyasında faydalı ola bilər. Texniki ritmik fırlanmalar ətrafın bir seqmentinin (birinci və ya axırılncı) fiksasiyası ilə məhdudiyyətə tərəf digər bölmənin ritmik fırlanması ilə birləşmə ilə icra edilir. Əlbəttə, ilkin gərginliyin saxlanılması müalicə üsulunun vacib şərtidir. İcra edilən fırlanmaların tezliyi – saniyədə 1 – 2 dövrədir. Hər hansı bir səbəbdən, dartıcı bə ya dövri gücün göstərilməsi qeyri-mümkün olduğu halda (ətraf əzələlərin güclü gərginliyi, oynaqların anatomik xüsusiyyətləri), ritmik təzyiq oynaqların üzərinə həyata keçirilir.
mitri.az Metodikanın mahiyyəti, əzələnin qısamüddətli (5-10 saniyə) minimal intensivlikdə işləməsi və aşağıdakı 5-10 saniyə ərzində passiv dartılmasının birləşməsindən ibarətdir. Belə növbələşmələrin təkrarı 3 – 6 dəfə keçirilir. Nəticədə əzələdə sabit zəifləmə yaranır və ilkin ağrılıq keçir. Skelet əzələlərin relaksasiyasının əsas ilkin şərtləri aşağıdakı kimidir: pasiyentin aktiv səyi minimal intensivlikdə olmalı və kifayət qədər qısa müddətli olmalıdır. Orta, xüsusilə də böyük intensivlikdə gücün tətbiqi, əzələlərdə tamamilə başqa cür dəyişikliklərə səbəb olur ki, bunun nəticəsində əzələlərin relaksasiyası baş tutmur. Əhəmiyyətli vaxt intervalları əzələnin yorğunluğuna səbəb olur, həddindən artıq qısa müddətli gücün tətbiqi isə əzələdə yığılma substratın məkan yenidənqurmasına səbəb ola bilmir ki, bu da müalicə barəsində effektsizdir. Hesab edilir ki, belə relaksasiya metodikası manual terapiyanın nisbətən yeni texniki növüdür. Bu tövsiyənin icrasının görünən asanlığı orta və böyük intensivlikdə güc tətbiqini ilə çox vaxt pozulurr ki, bu da əzələnin relaksasiyasını və ağırsızlaşdırılmasını əldə etməyə imkan vermir. Skelet əzələlərinin relaksasiyaları üzrə əsas tövsiyələr aşağıdakı dir. Pasiyentin aktiv əks təsirini (iş) nəfəs alma zamanı müşayiət edici hərəkət kimi yaranan əzələnin gərginliyi ilə əvəz etmək olar. Bu hal, daha çox baza qruplarda, daha az isə son əzələlərdə nəzərə çarpır. Əzələlərin fəallığı, öz ifadəliliyi üzrə iradi gərginliyin fəallığından geri qalır, əldə edilən müalicə effekti isə eynidir. Yüngül ağrı hissi əmələ gələnə qədər, əzələnin passiv dartılması pauza ilə keçirilir. Bu vəziyyətdə əzələ, başqa ilkin uzunluqla işləməsinin təkrarı üçün dartılmada fiksasiya edilir.
Tarixən vəziyyət elə yaranıb ki, oynaqlar üzərində manipulyasiyalar manual terapiyanın əsası hesab edilir. Səciyyəvi səs fenomeni ilə müşaiyət edilən manipulyasiyaların bacarıqla yerinə yetirilməsi, sanki mütəxəssisin bacarığının göstəricisi hesab edilib və, təəssüf ki, hal-hazırda da edilir. Manipulyasiyadan sonra hərəkətin həcminin artması, ağrının keçməsi və əzələlərin rahatlaması, manipulyasiyaya effektiv texniki üsullar sırasında birincilik palmasını möhkəm qoruyub və hazırkı günə qədər saxlamaq imkanı vermişdir. Hesab edilirdi ki, manipulyasiya nəticəsində oynaqların burxulması aradan qaldırılır, düşmüş disklər yerinə salınır, sümük bəndləri qopub sınır. Belə təsəvvürlərin yayılması təəccüblüdür. Belə yanlış təsəvvürlərin yayılmasına iki fakt səbəb olmuşdur: birinci fakt – minimal vaxt kəsiyi (saniyələr və dəqiqələr) ərzində xeyli terapevtik təsir və səs fenomenidir (xırtıltı). Hal-hazırda manipulyasiyaların təsiri barəsində həqiqət müəyyən edilməyib. Hərəkətlərin həcminin artması, oynaq ətrafı əzələlərin rahatlaması və oynaq zonasında ağrısızlaşdırma, meniskin azad edilməsi nəticəsində baş verir ki, bu da blokadanı fiksasiya edən əzələlərin zəifləməsinə gətirib çıxarır. Məlum olduğu kimi, əzələnin sürətlə dartılması, əzələlərin sonrakı reflektor yığılması ilə əzələ reseptorlarının aktivləşməsinə səbəb olur. Bu kimi manipulyasiya nə qədər cəlbedici olsa da, onun əhəmiyyətini həddindən artıq qiymətləndirmək olmaz. Təkrar manipulyasiyalar oynaqda hiper-hərəkətliliyə və blokadaların residivlərə meyilliliyinə gətirib çıxarır və bu da pasiyentləri təkrar müalicə üçün daim müraciət etməyə məcbur edir. Belə psixi asılılıq, təbii ki, müsbət müalicə taktikası hesab edilə bilməz.
mitri.az Oynaqların, əzələ toxumasının, dərinin vəziyyətinin taktil qiymətləndirilməsi funksional diaqnozun əsasıdır. Tibbin müxtəlif sahələrində tətbiq edilən çoxsaylı texniki üsullar, manual terapiyada özünün spesifik xüsusiyyətlərinə malikdir. Əsas xüsusiyyət, aşağıdakı əsas toxunulan üsulun keirilməsi və onun bütün tədqiqat boyunca saxlanılması üçün zəruri olan ilkin gərginliyin yaradılmasından ibarətdir. Bu, çox mühüm şərtdir və bu şərtlərin, xüsusilə yeni başlayanlar tərəfindən riayət edilməməsi diaqnostika xətalarına gətirib çıxarır. İlkin gərginliyin riayət olunması həmçinin də texniki müalicı üsulunun keçirilməsi üçün zəruri şərtdir. İlkin gərginliyin mahiyyəti, öyrənilən toxumanın passiv gərginliyinin yaranmasından, hərəkətlərin passiv həddinə, elastik baryerə nail olmaqdan ibarətdir. İrəlidə, əlavə gücün tətbiqi ilə funksiyanın, hərəkətin patoloji həddinə, sərt baryerə qədər artması (ehtiyatı) qiymətləndirilir. Bu ehtiyatın quraşdırılması, oynaqların oynamasının, əzələlərin, vətərlərin qısaldılmasının, dərinin dartılmasının qiymətləndirilməsində əsas komponentdir. Təxmini əl ilə yoxlama xəstənin arxasıüstə və ya üzüstə uzandığı vəziyyətində (oturaq vəziyyətdə də mümkündür) keçirilir (çiyinüstü və boyun əzələlərinin müayinəsi üçün). Təbii ki, ümumi komfort zəruri şərt olmaqdadır. Əl ilə yoxlama gücünün həcmi çox olmamalıdır. Bu, birincisi. Gərgin hissəsnin müəyyən edilməsini çətinləşdirərək, əzələnin ümumi tonusunun güclənməsinə səbəb olur, ikincisi, barmaqla güclü təzyiq göstərdikdə, müayinənin dəqiqliyi artmır. Xəstənin iniltisi diaqnozun dəqiqliyinin göstəricisi deyil, əksinə, müayinənin qeyri-düzgünlüyü barədə xəbər verir. Buna görə də yaradılmış ağrının qaytarması zonasının təyini üçün vibrasiyalı qıcıqlanma metodikasından istifadə etmək tövsiyə olunmur. Dəri üzərinə sadəcə əlin çəkilməsi dəqiq diaqnozun qoyulmasına kömək ola bilər. Müəyinənin məqsədi - əzələlərin ümumi konsistensiyasının müəyyən edilməsi, onunla “tanışlıq”dır, bu da gərginliyin təxmini reaksiyasının aradan qaldırılmasında faydalıdır. Bu bölümü yekunlaşdıraraq, palpasiyanın, obyektiv və subyektiv səbəblərdən yarana biləcək səciyyəvi xətalarını qeyd etmək lazımdır. Məhz əl ilə yoxlama obyektinin özündən irəli gələn mühüm xəta – palpasiya illüziyasıdır. Bu illüziya ondan ibarətdir ki, sümük törəmələrinin, məsələn, oturaq sümüyünün əl ilə dərindən yoxlanılması zamanı, onun qiymətləndirilməsinin bərabərliyi əhəmiyyətli dərəcədə yumşaq toxumaların vəziyyətindən, yəni, diaqnostika edilən mühitdən asılı olacaq. Əgər o, qalınlaşıbsa və ya onun mexaniki qıcıqlandırıcıya yüksək həssaslığı varsa, o zaman, təbii ki, yoxlayan əl əlavə yüklənmə hiss edəcək. Müayinə edən şəxsin şüurunda bu, əsas sümüyün ölçülərinin böyüməsi kimi qiymətləndiriləcək, obyektiv olaraq isə, test edən barmaqların asimmetrik yerləşməsi qeyd ediləcək. Xətaların digər növü, qat-qat müayinənin aparılması zamanı əldə edilən məlumatların yanlış interpretasiyası ilə bağlıdır. Belə hallarda səthi toxumaların qalınlaşması, çapıqları dərin strukturların dəyişiklikləri kimi qəbul edilə bilər. Yoxlanılan toxumaların qat-qat yerdəyişməsinin aparılması ilə bu kimi xətalardan yan keçmək mümkündür. Müayinə aparandan asılı olan xətalar, əsasən, əlin yanlış vəziyyətindən irəli gəlir. Manula terapiyanın obyekti, oynağın funksional ehtiyatının məhdudlaşdırılmasıdır. Təbii ki, onun həcminin qiymətləndirilməsi həm diaqnostika mərhələsində, həm də müalicədən sonra mühümdür. Xeyrinə istənilən dəlillər gətirilsə belə, pasiyentin paltarı (hətta ən nazik paltar olsa belə) üstündən müayinə yolverilməzdir. Nəzakət, müayinə zamanı həkimin diqqətli olması, əllərinin isti olması, həm həkimin, həm də pasiyentin fiziki və psixi sakitliyi şərti daxil olmaqla ümumi qaydaların təfərrüatlarıdır.
mitri.az Digər müalicə üsulu kimi, manual terapiyanın, daim onun diskreditasiyasına gətirib çıxaran imkanlarının həddindən artıq genişlənməsi, tənqidəlayiqdir. Bu fikri bitirmək üçün, göstərişlərə nisbət üzrə mövqedə dəqiqləşdirmək lazımdır. Manual terapiyada göstərişlər, patoloji prosesin mahiyyəti ilə deyil, müalicə üsullarının icraçısı ilə müəyyən edilir. “Ağıllı” əlləri olan düşüncəli həkim, hərəkət sistemin ən kobud orqanik patologiyası zamanı, funksional patologiyanın aradan qaldırılması yolu ilə xəstənin vəziyyətinin yüngülləşməsi üçün mümkün müalicə üsullarının siyahısını müəyyən edəcək, əks keyfiyyətlərə malik olan həkim isə, ən sadə kliniki hallarda ən ciddi ağırlaşmaların yaranmasına səbəb ola bilər. Bu məqalədə diqqət, müxtəlif vəziyyətlər səbəbindən yarana biləcək ağırlaşmalar üzərində cəmləşəcək. Tibbi xarakterli ağırlaşmalar, əsasən, patoloji prosesin mahiyyətinin qeyri-dəqiq qiymətləndirilməsi və konkret situasiyada qeyri-adekvat texniki üsulların tətbiqi nəticəsində baş verir. Kliniki mənada tam müayinə olunmamış xəstələr, rentgenoqrammaların və ümumi kliniki məlumatların olmaması həkimi çətin vəziyyətə salır. İnformasiya qıtlığı, konkret faktların təhlilini deyil, yalnız fantaziyaları aktivləşdirə bilər. Göründüyü kimi, diaqnozda yolverilən xəta, müalicədə də həmçinin xəta ilə müşaiyət olunur. Real əsasa söykənən etirazlar ola bilər, lakin bu, iddiadır. Onar adətən eyni cür olur: çünki icra edilən müalicə üsullarının, çox vaxt enerjili üsulların sayı çoxdur, ağırlaşmalara isə çox nadir hallarda rast gəlinir. Cavab belədir ki, bütün ağırlaşmalar qeyd edilmir; sonrakı məlumatlar olmur; hərəkət sistemin ehtiyat imkanları, yanlış və ya çoxsaylı müalicə üsullarının nəticələrini müəyyən dərəcədə neytrallaşdırır.
  • Onurğarası diskin yırtığı;
  • Adətən onurğanın osteoxondrozu zamanı yaranan ağrı;
  • Artrozlar;
  • Qabırğaarası nevralgiyalara aid olan istənilən nevralgiyalar;
  • Daimi başgicəllənmələr;
  • Müntəzəm baş ağrıları;
  • Qamət pozuntusu;
  • Əzələ ağrıları və güclü gərginlik hissi;
  • Hər hansı daxili orqanıların hərəkətliliyin pozuntusu;
  • Travmalardan və ya xəstəliklərdən sonra bərpa;
  • Xroniki yorğunluq və həddindən artıq tez-tez baş verən streslər.
  • Onurğa, onurğa və baş beyinin, oynaqların, ətrafların, daxili orqanların şişi;
  • Onurğada və oynaqlarda spesifik və qeyri-spesifik yoluxucu proseslər (vərəm spondiliti, osteomiyelit, aktiv formada revmatizm);
  • Oynaqların kəskin və yarımkəskin iltihabi xəstəlikləri;
  • Onurğa beyinin və onun qişalarının kəskin və yarımkəskin iltihabi xəstəlikləri;
  • Onurğanın və oynaqların təzə travmatik zədələri;
  • Onurğada əməliyyatlardan sonra vəziyyət;
  • Bexterev xəstəliyi;
  • Sekvestr qoyulmuş disk yırtığının qəlpələri (travma nəticəsində);
  • Disk miyelopatiyaları;
  • Damarlı divarın nüfuz etməsinin uçquna bənzər böyüməsi ilə damarların kəskin zəifləməsinə səbəb olan istənilən və, nəticə kimi, beyinin hemorragik hopdurmasının imkanına gətirib çıxaran amillər (infeksiyalar, alkoqol sərxoşluğu, 180 mm civə sütunundan yuxarı arterial təzyiqin qalxması);
  • Həzm yolunun, döş boşluğu orqanlarının kəskin xəstəlikləri, beyin və koronar qan dövranının kəskin pozuntuları (insult, infarkt, qan axmalar, kəskin iltihab, infeksiyalar və s.).
Manual terapiyanın tətbiqinə nisbi əks göstərişlərə aşağıdakı lər aiddirlər:
  • Kəskin mərhələdə onurğa osteoxondrozunun vertebrogen sindromları;
  • III mərhələli onurğa seqmentlərinin qeyri-sabitliyi (spondilolistez daha çox aşağıda yerləşən fəqərəyə tərəf ⅓, spondilolizlu spondilolistezm, aydın şəkildə görünən inkişaf anomaliyaları (fəqərələrin qövslərinin yarığı, sakralizasiya, lyumbolizasiya);
  • Forestye xəstəliyi (fiksasiya edən liqamentoz);
  • Birləşdirilmiş onurğa sınıqları və sümük qabarının (orta hesabla 6 ay) əmələ gəlməsinə qədər onurğarası disklərin travmatik zədələri;
  • III – IV dərəcəli artrozlar;
  • İnkişafın anadangəlmə anomaliyaları;
  • İnterkurrent xəstəliklər;
  • 12 həftədən yuxarı hamiləlik;
  • Sümüklərin osteoporozu.
Manual terapiya haqqında hal-hazırda xeyli miflər mövcuddur, lakin onlar sübut edilməyib və həqiqətə uyğun deyil.
  1. Manual terapiya - masajdır. Manual terapiya - əllər vasitəsi ilə icra edilən bir işdir ki, sümük skeletində, həmçinin onurğada və iri oynaqlarda həyata keçirilir, masajist isə, öz peşəkarlığına görə, yalnız yumşaq toxumalarda işləmək hüququna malikdir.
  2. Manual terapevt ali tibbi müəssisəni bitirməyə bilər. Əslində manual terapiya üzrə həkim, tamamilə peşəkarlıqla hazırlanmış mütəxəssis olmaq üçün, aşağıdakılara malik olmalıdır: tibbi kateqoriya; müvafiq kurslar; ixtisasın artırılması üzrə praktikalar; bilavasitə manual terapiya üzrə ilkin ixtisaslaşma.
  3. Seans zamanı ağrını hiss olunmalıdır. Bu belə deyil. Bəli, prosesdən həzz almaq çətindir, lakin güclü ağrılarla manual terapiya müşayiət olunmur. Əgər mütəxəssis böyük staja və iş təcrübəsinə malikdirsə, əgər pasiyentlər seansda əzələlərini boş saxlamaq istəmirlər və ya sadəcə qorxurlarsa, o zaman yalnız bu hallarda bir az “ağrılı” ola bilər. Anlamaq lazımdır, əsasən qorxu insanlarda sıxılmaya səbəb olur. Lakin həkim heç vaxt ağrsı hissinə səbəb olmaz. Rahatlamağı bacaran insanlar, prosedurlardan hətta müəyyən həzz ala bilərlər (burada hər şey daxili köklənmədən asılıdır).
  4. Terapevt pasiyentə sağlamlığı, demək olar ki, on dəqiqə ərzində qaytara bilər. Bu fikir səhvdir. Peşəkar həkimlərdə müalicə kurs şəklində yerinə yetirilir və, orta hesabla, 5-10 seansdan ibarət ola bilər. Yalnız sistematik kurs müalicəsi zamanı, xəstə onurğanın effektiv və düzgün korreksiyasını yerinə yetirmək olar. Əgər kimsə sizə bir prosedur ərzində onurğa sütununuzu düzəltməyi təklif edirsə, o zaman bilin ki, siz manual terapevtə deyil, sınıqçıya müraciət etmisiniz və ümumiyyətlə, ona sağlamlığı etibar etmək məsləhət görülmür.
  5. Manual terapiaya metodları çoxsaylı ağırlaşmalara gətirib çıxarır. Bu günkü gündə bir çox manual terapevt öz xidmətlərini təklif edir, lakin bu, o demək deyil ki, onların hamısı müalicə etməyi bacarır. Əsl peşəkar manual terapevtin işi heç bir ağırlaşmaya gətirib çıxarmır (öz işlərinin ustaları yumşaq metodikalara müraciət edirlər).
AZ RU EN Mobile : +994502634075/77 E-mail : info@itrdi.az +994 (12) 404 83 10/11 FAQ