Pasiyentlərin bərpaedici müalicəsi

RahabiliGen_1200

Bizim pasiyentlərimizin qruplarında, baş beyini, onurğa beyini və periferik sinirlərdə müdaxilələrdən sonra mərkəzi və periferiya sinir sisteminin patologiyası; dayaq-hərəkət aparatda travmalar, xəstəliklər və əməliyyatlar səbəbindən pozuntular; stenokardiya, miokard infarktı, ürək çatışmazlıqları, stent qoyma, ürəkdə keçirilmiş əməliyyatlar, koronar damarların balon dilyatasiyası ürək-damar sisteminin patologiyası olan xəstələrdir.
Bizim, bərpaedici müalicəyə yanaşmamızın xüsusiyyəti kompleks metodikalardan istifadə və hər pasiyentin müalicəsinə fərdi yanaşmadır. Bizdə, fiziki təbii amillər, mexanoterapiya və kineziterapiya, dərman terapiyası və psixoterapevtik təsirlər daxil olmaqla, bərpanın tam dövrünün keçirilməsi üçün avadanlığımız var. Öz təcrübəmizdə biz, beynəlxalq kliniki protokollardan istifadə edirik. Bizim mütəxəssislərimiz xaricdə təhsil almış və bu qrup pasiyentlərin müalicəsində böyük təcrübəyə malikdir.
Bu bölmədə Siz, bizim diaqnostika və müalicə üzrə imkanlarımızla ətraflı tanış ola bilərsiniz. Sizi maraqlandıran hər hansı informasiyanı əldə etmək üçün, 404-83-10/11/12 seriya telefonlarına zəng edərək resepşenə müraciət edə bilərsiniz. Biz, Sizin istənilən suallarınıza cavab verməyə və Sizi, bizim mütəxəssislərimizin qəbuluna yazmağa şad olarıq.

AZ RU EN Mobile : +994502634075/77 E-mail : info@itrdi.az +994 (12) 404 83 10/11 FAQ