Pasiyentlərin neyroreabilitasiyası

mitri.az

Neyroreabilitasiya – pasiyentlərin keçirilmiş insult, baş və onurğa beyinin travmatik zədələnməsi, periferik sinirlərin zədələnmələrindən sonra, periferik neyropatiyaları, vertebrogen nevroloji sindromları, uşaq serebral iflici, dağınıq skleroz, Parkinson xəstəliyi, Gentinqton xəstəliyi, hərəkət neyronu xəstəlikləri (yan amiotrofik skleroz, proqressivləşən bulbar iflic, proqressiv əzələ atrofiyası), sinir sisteminin irsi xəstəlikləri (torzion disyoniya, beyincik ataksiyaları), polineyropatiyalar, əzələ xəstəlikləri, vertebrogen nevroloji sindromları ilə xəstələrin bərpası ilə məşğul olan tibbi reabilitasiyanın bir hissəsidir.
Sözsüz, formalaşmış nevroloji qüsurun müşahidə olunduğu xəstəliklər üçün (məsələn, insult, baş və onurğa beyinin travmaları) və proqressivləşən degenerativ və irsi xəstəliklər üçün (Parkinson xəstəliyi, hərəkət neyronu xəstəlikləri və s.) məqsəd və vəzifələr müxtəlifdir. Belə ki, insult, baş və onurğa beyinin travmaları, periferik neyropatiyalar və pleksopatiyalar, vertebrogen radikular və spinal sindromlar, uşaq serebral iflicinin daxil olduğu birinci qrup xəstəliklər üçün reabilitasiyanın əsas məqsədi xəstəlik və ya travma nəticəsində pozulmuş funksiyaların tam bərpasının əldə olunmasından və ya bu real olmadıqda – əlilin fiziki, psixi və sosial potensialının optimal realizasiyası, onun cəmiyyətə adekvat inteqrasiyasından ibarətdir.Neyroreabilitasiya hazırda müasir təbabətin prioritet inkişf istiqamətlərindən biri kimi qiymətləndirilir. Bu, ilk növbədə motor qabıqda onun zədələnmələri zaman plastik proseslərin fundamental əsasları sahəsində ixtiralar ilə bağlıdır. Heyvanlar üzərində aparılan neyrofizioloji və neyroanatomik tədqiqatlar, eləcə də insanda beyin kartlanmasının vizualizasiya və digər qeyri – invaziv metodları böyük fərdin beyin qabığının əhəmiyyətli funksional yenidənqurmaya qadir olmasının təkzibedilməz dəlillərini təqdim edib.

Xəstəlikdən asılı olmayaraq, neyroreabilitasiya aşağıdakı prinsiplərə əsasən qurulur:

  • müalicə tədbirlərinin erkən başlaması (xəstənin somatik vəziyyəti və onun şüurunun vəziyyəti imkan verdiyi qədər);
  • bütün əlçatan və zəruri reabilitasiya tədbirlərinin tətbiqinin kompleksliyi;
  • reabilitasiya proqramının fərdiləşdirilməsi;
  • reabilitasiya prosesinin mərhələli şəkildə olması;
  • reabilitasiya mərhələləri boyunca davamlılıq və ardıcıllıq;
  • sosial istiqamətləndirmə;
  • yüklənmə adekvatlığı və reabilitasiya effektivliyinə nəzarət metodlarının istifadə olunması.

MSS zədələnməsi ilə pasiyentlərin neyrodamar reabilitasiyası dörd əsas komponentə əsaslanır:
Tibbi müayinə və ümumi vəziyyətin qiymətləndirilməsi..
Пİlkin müayinə həkimlərə sizin ümumi vəziyyətinizi, fiziki qüvvəni, məhdudiyyətlər və hərəki, psixoloji, sosial, loqoped reabilitasiyasına təsir edən digər vəziyyətləri qiymətləndirməyə imkan verir. Həkimlər sizin ürək – damar xəstəlikləri, insult inkişafının risk faktorlarını qiymətləndirir. Əldə olunan bütün məlumatların əsasında həkimlər məhz sizin üçün təhlükəsiz və effektiv olan fərdi neyroreabilitasiya proqramını tərtib edir.
Hərəki (motor) və sensor pozulmalarının tam və ya qismən bərpası.
Hərəki (motor) pozulmalar – insultun ən sıx və ağır fəsadlarından biridir. Hərəki funksiyaların bərpası əksər xəstələrdə müşahidə olunur; adekvat müalicə gimnastikası və kineziterapiya zamanı hətta kobud hərəkət qüsurları olan pasiyentlər xəstəlikdən ən azı 3 – 6 ay sonra müstəqil ayaq üstə dayanmağa və gəzməyə başlayır. Biz vertikalizasiya və sonradan gəzmə təlimi imkanları olan robotlaşmış lokomotor G-EO kompleksinin istifadəsi zaman əla nəticələr əldə etmişik. 3 – 6 aydan sonra müsbət nəticənin olmaması paretik ətraflarda dərin hissiyyətin itirilməsi və (və ya) xəstənin reabilitasiyaya qarşı aşağı motivasiyasından irəli gələ bilər, bu da çox zaman xəstəliyin ağırlığının lazımi dərəcədə qiymətləndirilməməsi və ya ona məhəl qoyulmaması zaman müşahidə olunur (anozoqnoziya).
Düzgün həyat tərzi təlimi.
Neyrodamar reabilitasiyanın mühüm məqamlarından biri pəhrizdir. Sizə düzgün qidalanmağı və sizin üçün ən uyğun qidanı seçməyi, artıq yağ, duz və xolesterindən çəkinməyi öyrədəcəklər. Sizə insul keçirmiş insanın sağlam həyat tərzi ilə uyğun olmayan pis vərdişlərinizdən, məsələn siqaret çəkməkdən azad olmağa kömək edəcəklər. Sizi ağrı və yorğunluğun öhdəsindən gəlməyi öyrədəcəklər. Məhz düzgün qidalanma artıq çəkidən azad olmağa imkan verir.
Psixoloji dəstək.
Keçirilmiş insult və ondan sonrakı vəziyyət – sizin adi həyat tərzinizi pozan ciddi problemdir. Bu depressiya, narahatlığa gətirib çıxara bilər. Siz işləyə bilmir, adi işlərlə məşğul ola bilmirsiniz. Buna görə də psixoloji dəstək çox mühümdür. Əgər sizdə depressiya varsa, reabilitasiyanın bu mərhələsinə məhəl qoymamaq olmaz, əks halda xəstəlikdən bərpa çox çətin olacaq. Depressiya ilə mübarizə həm dərman terapiyası, həm də fasiləsiz çalışmalardan ibarət ola bilər. Həmin çalışmaların yerinə yetirilməsi sizə xəstəliyi unutmağa və uğurlu bərpaya imkan verəcək və sizə güc və enerji verəcək.

Rehabili2
İnsult - ocaqlı və ya ümumi beyin nevroloji simptomlarının qəfil yaranması ilə xarakterizə olunan beyin qan dövranının kəskin pozulmasıdır, pozulmalar 24 saatdan artıq müddətdə müşahidə olunur və sağlamlığın əhəmiyyətli dərəcədə itirilməsinə və ya hətta xəstənin ölümünə gətirib çıxara bilər. zədələnmənin xarakterinə görə insultun 2 əsas növü ayırd edilir:
işemik - beyin sahəsinin qan təchizatının qəfil pozulmasının nəticəsidir və
hemorragik - spontan (qeyri - travmatik) kəllədaxili qansızmadır. Bundan başqa, simptomları 3 həftə ərzində geriləyən “kiçik” insult ayırd edilir.
Insult zamanı yaranan anatomik dəyişikliklərin yerləşməsi və ölçüsündən asılı olaraq, kliniki mənzərə və hərəki pozulmalar dəyişə bilər, eləcə də hissiyyət, nitq pozulmaları, məkan qavrayışı (persepsiya), psixoloji statusun dəyişiklikləri (çaşqınlıq, emosional labillik, depressiya, həddən artıq qıcıqlanma və s.), inkonintensiya və s. müşahidə oluna bilər. Reabilitasiya müalicəsinin vaxtında və düzgün aparılmaması zaman insult keçirmiş xəstələr arasında əlillik 80 % təşkil edir. Insultdan sonra xəstələrin reabilitasiyası aşağıdakılardan ibarətdir: insultdan sonrakı fəsadların (ilk növbədə kontrakturaların) profilaktikası, itirilmiş hərəkətlərin, yerişin, nitqin bərpası, psixoloji və sosial readaptasiya, məişətdə müstəqillik, əmək qabiliyyətinin bərpası, yəni xəstənin normal həyat tərzinə maksimal şəkildə qaytarılması.
İnsult sonrası xəstələrin reabilitasiyasını nə vaxt başlamalı?
  • İnsult xəstələrinin reabilitasiyanı xəstənin vəziyyətinin sabitləşməsindən və həyat üçün təhlükənin aradan qaldırılmdasından sonra ən qısa müddət ərzində başlamaq lazımdır. Bu mərhələdə kontraktura və yataq yarasından qorunmaq üçün passiv gimnastika, tarazlıqla bağlı pozulmuş reaksiyaların bərpası üçün çalışmalar (kənardan kömək göstərməklə bədənin rotasiyası) aparılır.
  • İnsultlar zamanı reabilitasiyanın əsas prinsipləri:
  • Bərpa tədbirlərinin erkən başlanğıcı insultun ilk günlərindən aparılır (əgər xəstənin ümumi vəziyyəti buna imkan verirsə) və pozulmuş funksiyaları tam bərpa etməyə və sürətləndirməyə, ikinci dərəcəli ağırlaşmaların (durğun pnevmoniya, tromboflebitlər, kontrakturalar, yataq yaraları, əzələ distrofiyası) inkişafının qarşısını almağa kömək edir.
  • Bərpa nevroloji bölmədə başlanmalı və bərpa müəssisəsində davam etməlidir.
  • Xəstələr və onların ailə üzvləri bərpa prosesində aktiv iştirak etməlidirlər (xüsusilə, günün ikinci yarısında və istirahət günlərində “ev tapşırıqları”nın yerinə yetirilməsində).
  • Bərpa proqnozu bir çox şeydə beyinin zədələnmiş sahəsinin ölçüsü və yerləşməsi ilə, həmçinin bərpa tədbirlərinin icra edilməsinin dəqiqliyi və bütövlüyü ilə təyin edilir.
İnsultdan sonra bərpa proqramı:
Hərəkət sistemin bərpası
masaj (masajist), kineziterapiya (reabilitoloq), MBT (təlimatçı), şaquli vəziyyətinə gətirilmə və yerimə bacarığının bərpası (reabilitoloq, erqoterapevt), fizioterapiya (fizioterapevt), erqoterapiya (erqoterapevt).
Nitqin və yaddaşın bərpası
səslərin və sözlərin tələffüz edilməsi üzərində iş (afazioloq/loqoped), nitq üzərində iş (afazioloq/loqoped)
Çanaq funksiyalarının bərpası
funksiyanın maksimal mümkün olan bərpası üzrə iş (reabilitoloq).
Psixoemosional sahənin bərpası
xəstə ilə söhbətlər (psixoloq), gəzintilər, xəstə ilə söhbətlər (tibbi personal, pasiyentin yaxınları).
İnsult sonrası xəstələrin reabilitasiyası nə qədər müddət davam edir?
Reabilitasiya müddətləri, baş beyinin zədələnməsinin ağırlığından, müşaiyət edən xəstəliklərdən, xəstənin insultdan öncəki fiziki vəziyyətindən asılıdır. Bərpaedici müalicənin müddəti, hərəkətlərin koordinasiyasının yaxşılaşmasına, yerimə bacarığının, özünə xidmətin tam bərpasına qədər davam edir və 3 aydan 2 ilə qədər müddət təşkil edə bilər (nitqin bərpası və peşə fəaliyyətinə qayıdış). Bərpanın müddətinə, reabilitasiya proqramının düzgün tərtibatı (kineziterapiya birinci dərəcəli rol oynayır), mütəxəssislərin peşəkarlığı, məqsədlərin gerçəkliyi (otura bilməyən xəstəni yeritmək düzgün deyil) təsir göstərir.
İnsultdan sonra neyroreabilitasiyanın nəticələri:
İnsultdan sonra neyroreabilitasiya – uzunmüddətli proqramdır. Reabilitasiyanın nəticələrini Siz artıq əvvəldə özünüz hiss edə bilərsiniz. Siz, müstəqil şəkildə hərəkət edə, özünüzə xidmət edə biləcəksiniz, iş ritminə qayıda biləcəyiniz həddə yaxınlaşa biləcəksiniz. Siz, stres və depressiyanın öhdəsindən gəlməyi öyrənəcəksiniz, yəni, Sizin kimi digər insanları da ruhlandıra biləcəksiniz. Bir sözlə, neyroreabilitasiya – insultdan sonra müalicənin ayrılmaz hissəsidir
mitri.az
Kəllə-beyin travması (KBT) baş nahiyəsinə güclü zərbənin nəticəsidir, bu halda, baş beyinin yumşaq toxumaları, sümükləri və maddəsi zədələnir. KBT-nın təzahürləri, bilavasitə travma ilə təhrik olunan birinci dərəcəli təzahürlər və tənzimləmə proseslərinin pozuntusu, işemiya və baş beyində digər patoloji dəyişikliklər nəticəsində əmələ gəlmiş ikinci dərəcəli təzahürlər ola bilər. Düzgün təşkil olunmuş rabilitasiya tədbirləri KBT olan xəstə üçün olduqca mühümdür, çünki onun, beyin funksiyalarının bərpasına şanslarını artırır.
KBT zamanı baş vermiş anatomik dəyişikliklərin lokallaşması və ölçüsündən asılı olaraq, kliniki təsvir və hərəkət pozuntuları dəyişə bilər, həmçinin, hissiyatın, nitqin, məkan persepsiyasının pozğunluğu, psixoloji statusun sapması (çaşqınlıq, emosional qeyri-sabitlik, depressiya, həddindən artıq qıcıqlanma və s.), inkontinensiya və s. müşahidə oluna bilər.
Reabilitasiya müalicəsinin gecikdirilməsi və yanlış keçirilməsi halında, KBT keçirmiş xəstələrin sırasında əlilliyin faizi yüksəkdir. KBT keçirmiş xəstələrin reabilitasiyasına aşağıdakılar daxildir: travma sonrası ağırlaşmaların (ilk növbədə, kontrakturaların) profilaktikası, itirilmiş hərəkətlərin, yerimənin, nitqin, psixoloji və sosial readaptasiyanın, məişətdə müstəqillik və fəaliyyət qabiliyyətinin bərpası, yəni, xəstənin normal həyat tərzinə maksimum tam qaytarılması.
Kəllə-beyin travması keçirmiş xəstələrin reabilitasiyası nə vaxt başlamalıdır?
Kəllə-beyin travmasından sonra reabilitasiya, xəstənin vəziyyətinin sabitləşməsindən və həyat təhlükəsinin aradan qaldırılmasından sonra mümkün qədər tez başlanılmalıdır. Bu mərhələdə, kontrakturalar və yataq yaralarından qorunma üçün passiv gimnastika, pozulmuş reaksiyaların bərpası üçün tarazlığa aid hərəkətlər (kənardan kömək ilə bədənin rotasiyası) keçirilir.
Keçirilmiş kəllə-beyin travmasından sonra reabilitasiyanın əsas prinsipləri:
Bərpa tədbirlərinin erkən başlanğıcı keçirilmiş kəllə-beyin travmasından ilk günlərindən aparılır (əgər xəstənin ümumi vəziyyəti buna imkan verirsə) və pozulmuş funksiyaları tam bərpa etməyə və sürətləndirməyə, ikinci dərəcəli ağırlaşmaların (durğun pnevmoniya, tromboflebitlər, kontrakturalar, yataq yaraları, əzələ distrofiyası) inkişafının qarşısını almağa kömək edir.
Bərpa nevroloji bölmədə başlanmalı və bərpa müəssisəsində davam etdirilməlidir. Hospitalda olma müddətinin bitməsi zamanı, xəstələr və onların ailə üzvləri bərpa prosesində aktiv iştirak etməlidirlər (xüsusilə, günün ikinci yarısında və istirahət günlərində “ev tapşırıqları”nın yerinə yetirilməsində).
Bərpa proqnozu bir çox şeydə beyinin zədələnmiş sahəsinin ölçüsü və yerləşməsi ilə, həmçinin bərpa tədbirlərinin icra edilməsinin dəqiqliyi və bütövlüyü ilə təyin edilir.
Psixoloji dəstək.
Keçirilmiş KBt-sı və ondan sonrakı vəziyyət - Sizi normal həyatdan müəyyən bir müddətə yayındıran ciddi bir problemdir. Bu, sizi depressiyaya, narahatlığa gətirib çıxara bilər. Siz işləyə, adi işlərinizlə məşğul ola bilmirsiniz. Buna görə də psixoloji dəstək çox əhəmiyyətlidir. Əgər Siz depressiyadan əziyyət çəkirsinizsə, o zaman, həmin bərpa mərhələsinin ciddiliyini nəzərə almaq lazımdır, əks təqdirdə, xəstəlikdən sonra bərpa çox çətin keçəcək. Depressiya ilə mübarizə, həm dərman terapiyadan, həm də psixoterapiyadan ibarət ola bilər və həmin tapşırıqların yerinə yetirilməsin Sizə xəstəlikləri unutduracaq və Sizə uğurlu bərpaya inam hissi yaşatdıracaq, Sizə güc və enerji verəcək.
Kəllə-beyin travmasından sonra bərpa proqramı:
Hərəkət sistemin bərpası
masaj (masajist), kineziterapiya (reabilitoloq), MBT (təlimatçı), şaquli vəziyyətinə gətirilmə və yerimə bacarığının bərpası (reabilitoloq, erqoterapevt), fizioterapiya (fizioterapevt), erqoterapiya (erqoterapevt). Nitqin və yaddaşın bərpası
səslərin və sözlərin tələffüz edilməsi üzərində iş (afazioloq/loqoped), nitq üzərində iş (afazioloq/loqoped)
Çanaq funksiyalarının bərpası
funksiyanın maksimal mümkün olan bərpası üzrə iş (reabilitoloq).
Psixoemosional sahənin bərpası
xəstə ilə söhbətlər (psixoloq), gəzintilər, xəstə ilə söhbətlər (tibbi personal, pasiyentin yaxınları).
Müalicəvi gimnastikanın daha effektiv keçirilməsi prinsipləri:
Baş beyinin travmaları zamanı müalicəvi bədən tərbiyəsi bir sıra xüsusiyyətlərə malikdir və bunların mütləq riayət olunması bu metodu daha effektiv edir:
  • MBT-nin erkən başlanğıcı;
  • itirilimiş funksiyaların bərpası üçün MBT vasitələrinin və üsullarının hədəf istifadəsi;
  • hərəkətlərin öyrədilməsi və təkrar öyrədilməsi məqsədi ilə ali qabıq funksiyalarına yönəldilmiş hərəkət;
  • MBT-nin ümumi möhkəmləndirici təsiri ilə birləşmədə, patogenetik prinsip üzrə xüsusi tapşırıqların seçilməsi;
  • xəstənin imkanlarından asılı olaraq ciddi adekvatlıq və dinamik dəyişkənlik;
  • hərəkət rejiminin aktiv şəkildə genişləndirilməsi.
Müalicəvi gimnastikanın keçirilməsi zamanı tapşırıqların xarakteri:
MBT-nin xüsusi vasitələri, hərəkət probleminin xarakterindən asılı olaraq, xəstəliyin, pozulmuş funksiyaların təzahür dərəcəsi, müalicə mərhələsi və s. nəzərə alınmaqla təsnif edilir. MBT-nin əsas vasitəsi, bir sıra məşqi təlimlərdən ibarət olan müalicəvi gimnastikadır. Bu qrupları aşağıdakı qruplara bölmək olar:
  • Əzələ gücünün həcmini artıran;
  • Ciddi dozalara bölünmüş əzələ gərginliklərinin əldə edilməsinə yönəldilmiş;
  • Differensiasiyalıəzələ gərginliklərinə nail olmağa imkan verən;
  • Ataksiya əleyhinə təlimlər;
  • Antispastik və rigidliyə qarşı təlimlər;
  • Birliyə qarşı təlimlər;
  • Reflektor və ideomotor təlimlər;
  • Passiv hərəkətlər, o cümlədən, manual terapiya
Bu təlimlər, təcrübədə bir-biri ilə müxtəlif proporsiyada birləşməlidir. Bu kimi birləşmə, hərəkət pozuntularının xarakteri və həcmindən, bərpa mərhələsindən və xəstənin və müalicə edən tibbi heyətin qarşısında duran konkret tibbi və sosial-məişət məsələlərdən irəli gəlir.
KBT-dan sonra bərpa müddəti nə qədər davam edir?
Bərpa müddətləri, baş beyinin zədəsinin ağırlığından, müşaiyət edən xəstəliklərdən, xəstənin travmadan öncəki fiziki vəziyyətindən asılıdır. Bərpaedici müalicənin müddəti, hərəkətlərin koordinasiyasının yaxşılaşdırılmasına, yerimə bacarığının, özünə xidmətin tam bərpasına qədər davam edir və 3 aydan ilə qədər müddəti əhatə edə bilər (nitqin bərpası və peşə fəaliyyətinə qayıdış). Bərpanın müddətinə, reabilitasiya proqramının düzgün tərtibatı (kineziterapiya birinci dərəcəli rol oynayır), mütəxəssislərin peşəkarlığı, onların qarşıya qoyduqları məqsədlərin gerçəkliyi təsir göstərir.
Kəllə-beyin travmasından sonra reabilitasiya müalicəsinin nəticələri:
Kəllə - beyin travmasından sonra reabilitasiya - çox zaman uzun müddətli proqramdır. Bərpa müalicəsinin nəticələrini siz ən başdan hiss edə bilərdiniz. Siz özünüz hərəkət edə müstəqil şəkildə özünüzə qulluq edə biləcəksiniz, iş rejiminə qayıda biləcəyiniz xəttə yaxınlaşacaqsınız. Siz stress və depressiyanın öhdəsindən gəlməyi öyrənəcəksiniz və bu səbəbdən də sizin kimi başqa insanları həvəsləndirə və cəsarətləndirə biləcəksiniz. Bir sözlə, reabilitasiya - kəllə - beyin travmasından sonra müalicənin ayrılmaz mərhələsidir.
mitri.az
Onurğa-bel travmaları, həm fiziki sağlamlığın pozulması, həm də insanın psixo-emosional fonuna mənfi təsir mənasında ən ağır travmalardan biri hesab olunur. Bu qəbildən olan xəsarətlər, bilavasitə əzilmə, hematoma ilə sıxılma, onurğanın sıxılması, fəqərələrarası disklərin sümük qırıqları ilə sıxılması nəticəsində, həmçinin onurğa beyinin şişini müşayiət edən işemik pozuntular fonunda baş verir.
Belə travmanın ağırlıq dərəcəsi və onun kliniki təsviri bütovlükdə zədənin səviyyəsindən, ağrı sindromunun mövcudluğundan, əzələlərin iflicindən, həssaslığın pozuntusundan, çanaq orqanlarının fəaliyyətindəki problemlərdən asılıdır. Bəzi pasiyentlərdə reaksiya sürəti yavaşıyır, emosional qeyri-sabitlik, aqressiya, qorxaqlıq və nizamsızlıq meydana çıxır. Bu kateqoriyaya aid xəstələrdə çox vaxt yaranan depressiya iştahanın pozulması, səbəbsiz ağlamaq və ya gülmək, yuxusuzluq, özünü dəyərləndirmənin azalması və həddindən artıq həyəcan hissi ilə müşahidə olunur.
Yuxarıda sadalananlar, həmçinin hər cür ağırlaşmaların inkişafının yüksək riski, bel travmasından sonra bərpa proqramının keçirilməsinin əhəmiyyətini təsdiq edir. Bu arada, belə hallarda bərpa kurslarını bir dəfə deyil, müntəzəm keçirilməsi nəzərdə tutulur.
Keçirilmiş onurğa-bel travmasından sonra pasiyentlərin bərpası nə vaxt başlanılmalıdır?
Keçirilmiş onurğa-bel travmasından sonra bərpa, xəstənin vəziyyətinin sabitləşməsindən və həyat təhlükəsinin aradan qaldırılmasından sonra mümkün qədər tez başlanılmalıdır. Bu mərhələdə, kontrakturalar və yataq yaralarından qorunma üçün passiv gimnastika, pozulmuş reaksiyaların bərpası üçün tarazlığa aid təlimər keçirilir.
Keçirilmiş onurğa-bel travmasından sonra bərpanın əsas prinsipləri:
  • Bərpa tədbirlərinin erkən başlanğıcı keçirilmiş travmanın ilk günlərindən aparılır (əgər xəstənin ümumi vəziyyəti buna imkan verirsə) və pozulmuş funksiyaları tam bərpa etməyə və sürətləndirməyə, ikinci dərəcəli ağırlaşmaların (durğun pnevmoniya, tromboflebitlər, kontrakturalar, yataq yaraları, əzələ distrofiyası) inkişafının qarşısını almağa kömək edir.
  • Bərpa nevroloji bölmədə başlanmalı və bərpa müəssisəsində davam etdirilməlidir.
  • Xəstələr və onların ailə üzvləri bərpa prosesində aktiv iştirak etməlidirlər (xüsusilə, günün ikinci yarısında və istirahət günlərində “ev tapşırıqları”nın yerinə yetirilməsində).
  • Bərpa proqnozu bir çox şeydə, onurğa beyinin xəsarətinin dərəcəsi və zədələnməsi səviyyəsi ilə, həmçinin bərpa tədbirlərinin icra edilməsinin dəqiqliyi və bütövlüyü ilə təyin edilir.
Özünə xidmət bacarığının bərpası
Xəstə, ətrafdakılardan mümkün qədər az asılı olmalıdır. Bu, həmçinin, mühüm psixoloji əhəmiyyət kəsb edir: özünü dəyərləndirmədə naqislik hiss edən, daim yardıma ehtiyacı olan insan sıxıntı hiss edir, tez-tez depressiyaya qapılır, onun motivasiyası aşağı enir.
Əmək qabiliyyətinin bərpası
Bu məsələnin həlli üçün, zəruri bacarıqların bərpası və möhkəmlənməsini təşkil edən erqoterapiya böyük əhəmiyyət kəsb edir. Psixoemosional sahənin bərpası.
Tibbi heyətin, pasiyentin yaxınlarlarının psixoloji dəstəyi, psixoloqla söhbətlər bərpanın ağır prosesində və cəmiyyətdə öz yerinin tapılmasında kömək edir.
Onurğa-bel travmasından sonra reabilitasiya proqramı:
Hərəkət sistemin bərpası
masaj (masajist), kineziterapiya (reabilitoloq), MBT (təlimatçı), şaquli vəziyyətinə gətirilmə və yerimə bacarığının bərpası (reabilitoloq, erqoterapevt), fizioterapiya (fizioterapevt), erqoterapiya (erqoterapevt).
Çanaq funksiyalarının bərpası
funksiyanın maksimal mümkün olan reabilitasiyası üzrə iş (reabilitoloq).
Psixoemosional sahənin bərpası
xəstə ilə söhbətlər (psixoloq), gəzintilər, xəstə ilə söhbətlər (tibbi personal, pasiyentin yaxınları).
Onurğa-bel travmasından sonra xəstələrin reabilitasiya müddəti nə qədər davam edir?
Bərpa müddətləri, baş beyin zədələnməsinin ağırlığından, müşaiyət edən xəstəliklərdən, xəstənin travmadan öncəki fiziki vəziyyətindən asılıdır. Bərpaedici müalicənin müddəti, yerimə bacarığının, özünə xidmətin tam bərpasına qədər davam edir və 3 aydan 2 ilə qədər müddət təşkil edə bilər (peşə fəaliyyətinə qayıdış). Bərpanın müddətinə, bərpa proqramının düzgün tərtibatı (kineziterapiya birinci dərəcəli rol oynayır), mütəxəssislərin peşəkarlığı, məqsədlərin gerçəkliyi təsir göstərir.
mitri.az
Uşaq serebral iflici (USİ) - ana bətnində inkişaf dövründə, doğuş zamanı və ya yenidoğulmuş dövründə başlayan beyin xəstəliyidir. Xəstəlik uzun illər ərzində davam edir, lakin çox zaman patoloji vəziyyət bütün ömür boyu müşayiət edir. Müxtəlif həm daxili, həm də xarici zərərli amillərin embrion, döl və yenidoğulmuşun orqanizminə təsiri altında yaranır. Kliniki mənzərənin mərkəzində hərəki pozğunluqlar (ifliclər, parezlər, hiperkinezlər, ataksiya, zorakı hərəkətlər, hərəkət koordinasiyasının pozulması və s.), nitq və psixikanın pozulması durur və ümumilikdə beyində patoloji vəziyyətin inkişafının pozulmasının xarakteri və dərəcəsində asılıdır. Motorikanın inkişaf etməməsi və inkişaf patologiyasının birləşməsi səbəbindən əzələ tonusunun tənzimlənməsinin spastiklik, rigidlik, distoniya, hipotoniya tipi üzrə pozulması xüsusilə əhəmiyyətli və mürəkkəbdir. Əzələ tonusunun tənzimlənməsinin pozulmaları, xüsusilə də xəstəliyin erkən mərhələlərində, tonik və qurğu reflekslərinin inkişaf patologiyası, bu əsasda patoloji sinergiyaların formalaşması ilə sıx bağlıdır. Xəstəlik irəlilədikcə əzələlər, sümüklər və oynaqlarda ikincili dəyişikliklər - kontrakturalar, deformasiyalar formalaşır, skolioz və kifoskolioz yaranır, patoloji hərəkət stereotipi formalaşır. Əzələ tonusunun artmasına və patoloji pozaların formalaşmasına gətirib çıxaran patoloji tonik reflektor aktivlik fəallaşır. Ayaq üstə durma və yerimə zamanı tarazlığın saxlama mexanizmlərinin formalaşması pozulur, patoloji hərəkət stereotipi, bədən və ətrafların səhv qoyuluşu, daha sonra isə - kontrakturalar və deformasiyalar formalaşır. Bu simptomlar ilə yanaşı çox zaman əqli geriliyin formalaşması ilə psixi inkişafın ləngiməsi, epileptik tutmalar, göz hərəkət pozulmaları (çəpgözlük, nistaqm) nitq və eşitmə pozulmaları qeyd edilir.
Bizim institutumuzda uşaq serebral iflicin müalicəsi əsasən xüsusi metodikaların köməyi ilə fiziki və psixi funksiyaların məşq edilməsi yolu ilə aparılır, onlardan əsasları - Voyt-terapiya, Bobat-terapiya, dinamik proprioseptiv gimnastika (ADEL kostyumu), Kozyavkin metodudur. Eləcə də psixoterapevtik, loqoped, ortoped yardımı, nitq, görmə və eşitmənin vaxtında korreksiyası böyük əhəmiyyət kəsb edir.
USİ xəstələrinin bərpası nə vaxt başlanılmalıdır?
Müalicə, mümkün qədər tez başlanılmalıdır, çünki uşağın beyini, həyatın ilk günlərində çox plastikdir və bu da qüsurun kompensasiya olacağına ümid yaradır. Müalicə, uzun illər ərzində fasiləsiz olaraq aparılmalıdır.
USİ-nin yaranma səbəbləri:
USİ, bir-biri ilə qarşılıqlı təsir edə bilən müxtəlif ekzogen və endogen amillərin təsiri altında yarana bilər. Beləliklə, USİ, çox amilli xəstəlik kimi nəzərdən keçirilə bilər. USİ-nin səbəbi, bətndaxili infeksiyalar, bətndaxili hipoksiya (məsələn, plasentar qan dövranı), ana və dölün rezus-faktor üzrə nüvə sarılığının inkişafı ilə uyğunsuzluğu, vaxtından əvvəl doğum və doğum travması, uzun və ya ağırlaşmalarla baş verən doğum zamanı hipoksiya və asfiksiya, damar zədələnmələri, doğum sonrası dövrdə infeksiyalar ola bilər. USİ riskinin mühüm amillərini, erkən doğum və doğulduqda aşağı çəki təşkil edir.
USİ xəstələrinin müalicəsinin effektivliyi nədən asılıdır?
  • ilk dəfə mütəxəssisin müayinəsinə yönəldilən uşağın yaşı,
  • USİ-nin ağırlıq dərəcəsi,
  • əlilliyin müxtəlif formalarının mövcudluğu,
  • fiziki inkişafın səviyyəsi və xronoloji yaşa uyğunluğu,
  • pasiyentin, koqnitiv inkişafın tədqiqatı sahəsində mütəxəssislər, psixoloq-klinisistlər tərəfindən qiymətləndirilən intellektual inkişafının səviyyəsi,
  • xəstəyə himayəçilik edən şəxslərin sosial statusu və təhsili (əsasən, valideynlərin),
  • bacı və qardaşların sayı,
  • yaşayış şəraiti.
USİ zamanı bərpa proqramı:
Hərəkət sistemin bərpası
masaj (masajist), kineziterapiya (reabilitoloq), MBT (təlimatçı), şaquli vəziyyətinə gətirilmə və yerimə bacarığının bərpası (reabilitoloq, erqoterapevt), fizioterapiya (fizioterapevt), erqoterapiya (erqoterapevt).
Görmə qabiliyyətinin bərpası
çəpgözlüyün və nistaqmın korreksiyası üçün iş (oftalmoloq)
Nitqin bərpası
səslərin və sözlərin tələffüz edilməsi üzərində iş (afazioloq/loqoped), nitq üzərində iş (afazioloq/loqoped)
Psixoemosional sahənin bərpası
xəstə ilə söhbətlər (psixoloq), gəzintilər, xəstə ilə söhbətlər (tibbi personal, pasiyentin yaxınları).
USİ-nin müalicəsində cərrahi müdaxilənin rolu:
Sabit kontrakturalar və deformasiyaların formalaşması halında gips sarğılar tətbiq edilir və ya cərrahi müdaxiləyə müraciət edilir (məsələn, vətərlərin uzadılması, əzələlərin transpozisiyası). Əməliyyatların məqsədi, hərəkətlərin həcminin artırılması, bədənin ağırlığını daşıyan seqmentlərin və oynaqların düzgün bitişməsini təmin etməkdir. Bu müalicə, adətən beş və ya altı yaşdan sonra tətbiq edilir. Xəstənin əməliyyat sonrası aparılması, əməliyyat sonrası ağırlaşmaların (rekurvasiya, tibial sindromun inkişafı) qarşısını almaq üçün reabilitoloq tərəfindən həyata keçirilir. ƏMƏLİYYATDAN DƏRHAL SONRA XƏSTƏYƏ YERİMƏK QƏTİ QADAĞANDIR, , 6 həftə ərzində, bir-birinin əksinə təsir edən (antaqonist) əzələlərin tarazlığının müəyyən edilməsi üçün kineziterapiyanın keçirilməsi zəruridir.
Traction12
Fəqərəarası disk və onun, hidravlik xassələrə malik olan jeleyə bənzər nüvəsi onurğanın mexanikasında mühüm rol oynayır. O, ayrı-ayrı fəqərələr arasında elastik birləşmə təşkil edir və bu da onların hərəkətliliyini artırır, fəqərəarası oynaqlara kömək edir. Fəqərəarası disk, şaquli basqını üfüqi basqıya çevirmək qabiliyyətinə malikdir, yəni, disk, həmçinin, insan bədəninin gündəlik məişətdə və əmək zamanı məruz qaldığı yüklənmələrdən fəqərələri və kaudal şəkildə yerləşən strukturları (sümükləri, oynaqları) qoruyan, mükəmməl amortizator rolunu oynayır. Diskin bu xüsusiyyəti, degenerativ xəstəliklər zamanı əhəmiyyətli dərəcədə azalır və birinci yerdə fəqərəarası diskin yırtığı dayanan müxtəlif patoloji dəyişikliklərin əsasını təşkil edir.
Disk yırtığının kliniki təsvirində ön plana ağrı sindromu çıxır. Lakin çox vaxt hərəkət funksiyaların düşməsi hallarına rast gəlinir ki, bu zaman müəyyən əzələlərin və əzələ qruplarının zəifləməsi və atrofiyası baş verir və bu halda, bəzi hərəkətlər və xüsusilə, yerimə əhəmiyyətli dərəcədə çətinləşir. Fəqərəarası disklərin yırtıqlar ı qəflətən yaranmır, adətən onlardan əvvəl, onurğanın seqmentlərində inkişaf edən bir neçə mənfi vəziyyət baş verir, onların sonuncusu, fəqərəarası diskin ekstruziyasıdır. Bu patologiya diskin fibroz halqasının bütövlüyünün pozulması və uzununa istiqamətdə yerləşdirilmiş bağla qismən saxlanılan pulpoz nüvənin daxili möhtəviyyatının xaricə qabarması ilə səciyyələnir. Fəqərəarası diskdə degenerativ dəyişikliklər zamanı müalicə cərrahi və konservativ olur. Konservativ müalicənin məqsədi - ağrıları aradan qaldırmaq, xəstənin funksional qabiliyyətini yaxşılaşdırmaq, patoloji prosesin inkişafını dayandırmaqdan ibarətdir ki, bu da residivlərə qarşı profilaktik ölçüdür. Bu müalicə adətən kompleks şəklində keirilir və müalicəyə yataq rejimi (kəskin dövrdə), dərman müalicə, və, xüsusilə, fizioterapiya və kineziterapiya daxildir.
Qrıja qabarmasının formalaşmasının mərhələləri:
Fəqərəarası diskdə başlanğıc degenerativ proseslər. Onların meydana gəlməsinin səbəbi, yerli qan dövranının pozuntusu və osteoxondroz kimi digər mənfi amillərin təsiri nəticəsində baş verən dəyişikliklərdir. Nəticədə, qidalandırıcı maddələrin və mayenin çatışmazlığı baş verir və bu da diskin üzərində xırda çatlar şəklində qüsurların əmələ gəlməsinə gətirib çıxarır.
Protruziya – diskin ölçüsü adətən 1-5 mm təşkil edən qabarmasının formalaşmasıdır. Bu xəstəlik üçün, fibroz halqanın bütövlüyü saxlanılmaqla, fəqərarası diskin problemli sahəsinin, fəqərənin həddindən kənara qabarması səciyyəvidir. Protruziyanın yaranmasının daha çox ehtimal olunan səbəbi osteoxondrozdur, lakin bu qüsurun əmələ gəlməsinə digər amillər də səbəb ola bilər.
Ekstruziya – fibroz halqanın bütövlüyünün pozulması və onurğanın yalnız uzununa bağı saxlayan pulpoz nüvənin düşməsi ilə qabarmadır. Bu qəbildən patologiyada ağrının olması yalnız sinir kökünün sıxılması halında mümkündür, lakin bu, tez-tez baş vermir. Daha çox, L5-S1 diskinin (bel-sağrı bölməsi) ekstruziyası təhlükəlidir, xəstəliyin belə yerləşməsi oturaq sinirinin sıxılmasına gətirib çıxara bilər.
Fəqərəarası disklərin qüsurlarının yaranmasının səbəbləri:
Fəqərəarası disklərin qüsurlarının yaranması səbəbi, onurğa sütununun əyilməsi (skolioz), osteoxondrozun inkişafı, spondilyoz və fəqərə diskinin qabarmasına gətirib çıxaran digər xəstəliklər nəticəsində yaranan degenerativ proseslərdir. Bu xəstəliklər onurğa sütununun ayrı-ayrı elementlərinin trofikasının pozulmasına səbəb olur ki, nəticədə bu, fəqərəarası disklərin elastikliyinin azalmasına, qurumasına və deformasiyasına əsas səbəb olur. Bəzi hallarda fəqərə diskinin qabarmasının səbəbi, xüsusilə bağ aparatının zəifləməsi halında, onurğanın travması olur. Fiziki yüklənmələrin qeyri-bərabər bölgüsü, həmçinin onurğa sütununda ekstruziyalara gətirib çıxarır, xüsusilə, onurğanın bel bölməsinin seqmentlərini riskə məruz qalır.
Diskin ekstruziyasının müalicəsi:
Kiçik qüsurları (5 mm qədər) onurğa sütunun dartılması, müalicəvi bədən tərbiyəsi məşqlərinin köməyi ilə müalicə etmək olar. Əgər ekstruziyanın ölçüsü 8 mm-dən çox olarsa, həkimlər, masaj, fizioterapevtik prosedurlar, iynə terapiyasından ibarət olan kompleks müalicə təyin edirlər, həmçinin mülayim rejimdə MBT-nin istifadəsi mümkündür.
Cərrahi müdaxilə bu halda tələb olunmur. Patologiyanın ölçüsü 12 mm-dən çox olduğu halda, müalicənin xüsusi üsulları lazım olur, onların düzgün seçilməsi üçün, pasiyenti stasionara yerləşdirmək və kompleks şəkildə müayinə keçirmək lazımdır, çünki yalnız bu halda düzgün müalicə seçmək olar. İlk növbədə, toxumaların iltihabından qurtulmaq, zəruri halda, ağrı sindromunu aradan qaldırmaq, sonra isə, mötəbər əzələ korsetinin yaradılması üçün, kürək əzələlərini möhkəmləndirmək lazımdır. Bu məqsədlə, fizioterapevtik prosedurlar və müalicəvi gimnastika kompleksləri təyin edilir.
Fizioterapiyaya aşağıdakı prosedurlar və manipulyasiyalar daxildir:
  • isidici prosedurlar (UYT (ultra yüksək tezlikli terapiya), parafin applikasiyalar və s.);
  • ultrasəs terapiyası;
  • elektroneyrostimulyasiya;
  • elektroforez;
  • maqnit terapiyası;
Kompleks terapiyada digər metodlar:
  • masaj;
  • müalicəvi gimnastika;
  • xarici fiksasiya vasitələrinin (korsetlərin) tətbiqi.
Sinir köklərinin kompressiyası zamanı, iltihabı və lokal ağrını qısa zamanda aradan qaldıran iltihab əleyhinə nesteroid preparatlar geniş tətbiq olunur.
СAğrı üzrə mütəxəssislər (alqoloqlar) daha güclü təsir metodlarına keçə bilərlər. Bilavasitə onurğa beyin kanalına yeridilən hormonal preparatlar təyin edilir. Belə yeridilmə üsulu yalnız güclü ağrı sindromunu azaltmağa deyil, həmçinin də iltihabi prosesləri əhəmiyyətli dərəcədə azaltmağa imkan verir. Əgər konservativ müalicə metodları pasiyentin sağalmasını təmin etməzsə, onun ümumi vəziyyəti isə daha da pisləşirsə, o zaman, ekstruziyanın radikal şəkildə aradan qaldırılması üçün müalicənin cərrahi üsullarına keçid alınmalıdır. Əməliyyatların daha çox yayılmış növləri diskektomiya, mikrodiskektomiya, endoskopiya, lazer diskoplastikasıdır. Yekunda, profilaktik tədbirlər . haqqında bir neçə söz demək istərdik. Ekstruziyanın yaranmasının qarşısını almaq üçün, çəkinizə diqqət edin, faydalı qida qəbul edin, aktiv həyat tərzi sürün, idmanla məşğul olun, çalışın, onurğanızı gücə salmayın.
Fəqərəarası disklərin bərpası üzrə təlimlərin yerinə yetirilməsi zamanı əsas qaydadalr:
Fəqərəarası diskin qabarması istənilən istiqamətdə ola bilər, buna görə də, təlimlərin seçilməsi zamanı öz hisslərinizi diqqətlə izləməlisiniz. Əgər, hərəkəti yerinə yetirərək, heç bir diskomfort hissi yaranmırsa, o zaman, bu hərəkəti mütləq etmək lazımdır, bu, “sizin” tapşırığınızdır. Əgər yüngül ağrı (diskomfort) hissi yaranırsa, bu hərəkəti də mütləq etmək lazımdır, lakin daha diqqətlə və ehtiyatla. Əgər, hərəkəti yerinə yetirməyə başlayan zaman siz, onurğada kəskin ağrı hiss edirsinizsə, o zaman bu hərəkəti müvəqqəti olaraq təxirə salmaq lazımdır, o, bizim üçün diaqnost kimi olacaq. Müəyyən vaxtdan sonra həmin hərəkətə qayıtmaq lazımdır və əgər diskomfort hisslərin sayı azalıbsa, demək, siz, doğru yoldasınız.
  • İlk mərhələdə bədənin burulmasına aid hərəkətləri etməyin.
  • Tullanmalar, kəskin təkanlar, kürək nahiyəsinə zərbələrdən qorunun.
  • Gün ərzində təlimlər mümkün qədər çox keçirilməlidir (2 – 6 dəfə). Seçilmiş təlimlərin bütün kompleksini hissələrə bölmək lazımdır (1-3 təlim üzrə) və müxtəlif təlimləri günün fərqli vaxtlarında yerinə yetirmək lazımdır.
  • Onurğanın problemli sahələrinə kəskin güc tətbiq etməyin.
  • Minimal yüklənmələr və amplitudalar olan təlimlərdən başlayın, tədricən yüklənmələri və amplitudaları artırın.
  • Fəqərəarası diskləri və ya fəqərələri bir gündə “yerinə salmağa” cəhd etməyin. Təlimlərin məqsədi – onurğanı yumşaq şəkildə uzatmaq və, ən əsası, problemli sahədə qan dövranını çoxaltmaqdır.
Bel bölməsində fəqərəarası diskin yırtığı zamanı onurğanın dartılması üçün təlimlər: Bu təlimlər, ağrı hisslərini aradan qaldırmaq və onurğanın bərpası üçün müsbət şərait yaratmaq üçün yerinə yetirilməlidir.
Maili lövhədə dartılma. Onurğanın dartılması üzrə təlimi hər gün 5-20 dəqiqə ərzində yerinə yetirmək lazımdır. Bunun üçün, geniş və hamar lövhə lazım olacaq, onun bir kənarına uzunluğu təxminən 50 sm olan qayışlar bərkidilir. Qayışlar lövhənin qısa kənarına çiyin səviyyəsində bərkidilir. Lövhənin yuxarı kənarını döşəmədən 100-130 sm məsafədə (masa, pəncərə) quraşdırırıq. Lövhənin üstünə, əlləri qayışlara keçirərək, kürək üstə və ya üzüstə uzanmaq olar, qayışlaq qoltuqlarda yerləşir və çiyin qurşağını fiksasiya edir. Bədən əzələləri maksimum dərəcədə boş olmalıdır. Əzələlərin daha yaxşı boşalması üçün dizlərin altına (arxasıüstə uzandıqda) və ya baldırların altına (üzüstə uzandıqda) yastıq qoymaq olar.Dartılma ağrısız olmalıdır, lövhənin meylinin bucağını dəyişdirərək, dartılmanın gücünü tənzimləmək olar.
Qabağa əyilməklə dartılma. Dartılma üçün, hündürlüyü təxminən dizə qədər olan dayağın üstünə üzüstə uzanmaq lazımdır. Dayaq qismində dar (çiyinlərin və çanağın havada asılı qalması üçün) taburet istifadə oluna bilər, rahatlıq üçün onun üzərinə yastıq qoyulmalıdır. Bədənin büküş xəttinin zirvəsi, bloklanma zonasına düşməlidir. Bədənin çəkisi qismən dizlərə və dirsəklərə, qismən isə qarının altındakı dayağa düşməlidir. Əzələləri maksimum dərəcədə boş saxlamaq və ağciyərin yuxarı bölməsi ilə nəfəs almaq lazımdır.
Yana əyilməklə dartılma.Birtərəfli ağrı sindromu zamanı, sağlam böyür üstə, onurğanın hər iki tərəfində ağrı olduğu zaman – hər iki böyür üstə növbə ilə uzanmaq lazımdır. Bloklanma sahəsinin altına yastıq qoyuruq. Dayağın hündürlüyü elə olmalıdır ki, heç bir diskomfort olmadan əzələlərin kifayət qədər dartılmasını təmin etsin. Bədənin yuxarı hissəsini bir az arxaya, arxası üstə, aşağı hissəni – bir az qabağa, qarın üstə döndəririk.
İməkləyərək gəzmək. Əllərinizi və dizlərinizi yerə qoyun, qollar və bel düz olmalıdır. Belə vəziyyətdə otaqda dövrə vurmaq lazımdır. Hərəkət zamanı qollarınızı bükməyin. Arxasıüstə uzanın, bədən və ayaqlar düz olmalıdır. Ayaqlarınızı uclarını ehmalca özünüz tərəfə çəkin, çənənizi isə döş sümüyünə toxundurmağa cəhd edin. Nəticədə elə alınır ki, boyun və baldır əzələlərinin dartılması hesabına onurğanın dartılması baş verir.
Üzgüçülük.Suda keçirilən məşğələlər onurğaya minimal yüklənməni təmin edir. Onurğanın təbii vəziyyəti krolla və arxasıüstə üzmə ilə təmin edilir. Brass üslubunda üzmə kürəklərin və boyunun uzun əzələlərini həddindən artıq gərginləşdirir, buna görə də, ilkin mərhələdə bu üzmə üsulu tövsiyə edilmir.
Bel bölməsində fəqərəarası diskin yırtığı zamanı onurğa əzələlərinin və bağlarının gücünü artıran təlimlər:
Bu təlimlərin əsas məqsədi – onurğanın bel bölməsində qan dövranını artırmaqdan ibarətdir. Təlimləri yerinə yetirərkən, diqqətinizi kürəklərin bu sahəsində cəmləşdirin. Arxasıüstə uzanın, ayaqlar dizlərdə bükülüb, əllər yandadır. Kürəklərə, çiyinlərə və pəncələrə söykənərək, çanağı qaldırın və yuxarı vəziyyətdə bir neçə saniyəlik saxlayın və aşağı salın. 3-5 dəfə təkrar edin.
Dizüstə oturaraq , əllərə söykənin. Eyni zamanda əlinizi və ona əks olan ayağınızı qaldırın, onları bir neçə saniyəlik havada saxlayın və ilkin vəziyyətə qaytarın. 5-7 dəfə təkrar edin. Üzüstə uzanaraq , biləklərinizi biri o birisinin üstünə çənənizin altına qoyun. Döşəmədən ayaqlarınızı, çanağınızı və qarnınızı ayırmadan, əllərinizi, sinənizi və başınızı eyni zamanda azacıq qaldırın. Bu mövqeləri 5-7 saniyə saxlayın. 3-4 dəfə təkrar edin.
Həmin təlimi yerinə yetirin, düz ayaqlarınızı eyni zamanda qaldırın.Daha mürəkkəb variant. Əllərinizi yana uzadın. Başınızı və çiyinlərinizi eyni zamanda azacıq qaldırın, əllərinizi düz saxlayaraq arxaya, ayaqlarınız tərəfə uzadın (nəfəs alın). İlkin vəziyyətə qayıdın (nəfəsi buraxın).
Fəqərəarası diskin yırtığından birdəfəlik qurtulmaq qeyri-mümkündür, ağırlaşmaların yaranma riskini azaltmaq üçün, müəyyən qaydalara riayət etmək lazımdır.
Qaldırmadan sonra, yükü mümkün qədər özünüzə yaxın tutmalısınız, bu halda, onurğaya gücün düşməsi azalır. Ağır yükü tək əldə, xüsusilə, uzun məsafələrə daşımaq tövsiyə olunmur.
Ağır yükün daşınması zamanı kəskin şəkildə qabağa və ya arxaya əyilmək olmaz.
Yükü qaldırarkən, beli deyil, ayaqları dizlərdə bükmək lazımdır.
Fəqərəarası diskin yırtığı – hökm deyil, müvafiq qaydalara riayət etməklə və təlimləri yerinə yetirərək, normal həyat sürmək mümkündür.
Kəskin disk yırtığı zamanı cərrahi müdaxilə nə vaxt lazımdır?
Bu patologiyanın cərrahi müalicəsində tələsmək lazım deyil! Bəzi müəlliflər iddia edirlər ki, kəskin disk yırtığı olan bütün halların yalnız 0,5%-də keçirilmiş bərpa müalicəsinədn sonra cərrahi müalicəyə müraciət edilməli oldu, hərçənd, daha “enerjili” həkimlər hesab edirlər ki, həmin xəstələrin təxminən 20%-i, illər sonra olsa da, yenə də cərrahi müalicəyə müraciət edirlər. Cərrahi müdaxiləyə göstəriş, aşağıdakılar ola bilər:
  • medial disk yırtığı halında at quyruğunun kompressiyası (dərhal müdaxilə tələb olunur);
  • israrlı və çətin müalicə olunan hallar;
  • xəstəni əlilliyə gətirib çıxaran residivlər;
  • hərəkət funksiyaların itirilməsinin inkişaf edən halları.
Cərrahi müdaxilə xəstəliyə son qoyurmu?
Unutmayın ki, əməliyyat qrıjanın kənarlaşdırılması və sinir köklərinin kompressiyadan azad edilməsi ilə müşaiyət olunur, lakin degenerasiya edən diskin funksional tamlığını bərpa etmir. Əksinə, əməliyyatdan sonra müvafiq seqmentin sabitliyi pisləşir, həmçinin, degenerativ dəyişikliklər sonra da inkişaf edir. Çox vaxt bu dəyişikliklər başqa diskləri də əhatə edir və xəstə, əməliyyatdan sonra da şikəyətini bildirir.
mitri.az
Kompression nevropatiyalar və ya tunel sindromu, sümük-fibroz-əzələ kanallarında sinirlərin sıxılması və ya xarici sıxılma nəticəsində əmələ gəlir. Tunel nevropatiyalar periferik sinir sisteminin bütün xəstəliklərinin üçdə bir hissəsini təşkil edir. Ədəbiyyatda tunel nevropatiyaların 30-dan çox formaları təsvir olunub: karpal, dirsək, radial, oma, mil tunel sindromları. Tunel sindromlarının inkişafına, tez-tez təkrarlanan stereotip hərəkətlər, travmalar səbəb olur. Tunel sindromları üçün keyləşmə, ağrı, paresteziyalar, əzələ zəifliyi və hipotrofiyalar səciyyəvidir. Komression-işemik nevropatiyaların müxtəlif formaları özünəməxsus xüsusiyyətlərə malikdir. Məsələn, dirsək tunel sindromu üçün çeçələ barmağın və biləyin medial səthi səciyyəvidir, bilək kanalının sindromu zamanı ağrılar xəstələri gecə vaxtı narahat edir, bu halda ağrılar bazu önünə və çiyinə irradiasiya edir.
Yaranma səbəbləri: Tunel sindromları, sinirin birdəfəlik uzunmüddətli (bir neçə saat ərzində) sıxılması nəticəsində yaranır, alkoqol qəbulu çox vaxt səbəb amili kimi çıxış edir. Klassik misal, “cümə günü” sindromudur: əmək həftəsini qeyd etdikdən sonra, pasiyent “asılı qalmış” bilək, yuxu zamanı çiyindəki spiral kanalındakı mil sinirinin sıxılması nəticəsində yaranan barmaqların ümumi ekstensorun parezi ilə oyanır. Pasiyent parezin yaranma vaxtını dəqiq deyir, müalicə olmadıqda, əzələ atrofiyaları 2-3 aydan özünü ifadə edir. Tunel sindromunun başqa səbəbi, sinirin tez-tez yaranan cüzi sıxılmasıdır, bu halda, tunel sindromu tədricən yaranmağa başlayır, erkən mərhələdə zədələnmiş sinirin innervasiya zonasında yalnız keçici keyləşmə qeyd edilir, sonra isə keyləşmə sabitləşir və əzələ zəifliyi meyna çıxır, saha sonra əzələ atrofiyaları inkişaf edir.
Dəqiq diaqnoz, nevroloqun müayinəsi zamanı qoyulur - elektroneyromioqrafiyanın köməyi ilə, bazu önünün əzələlərinin zədələnmə dərəcəsini müəyyən etmək olar. Komleksli müalicədə birinci planda fizioterapiya və kineziterapiya (ionoforez, fonoforez, lazer terapiyası, parafin applikasiyaları) çıxış edir. Həmçinin vazoaktiv, şişəqarşı və nootrop preparatları, miorelaksantlar, qanqlioblokatorlar və s. təyin edilir.
Daha çox rast gəlinən tunel sindromları:
  • Karpal (bilək səviyyəsində orta sinirin sıxılması);
  • Kubital (kubital kanal səviyyəsində (dirsək səviyyəsində) dirsək sinirinin sıxılması);
  • Fibulyar (incik sümüyünün başının arxasındakı incik sinirinin sıxılması);
  • Tarzal (tarzal kanalının səviyyəsində qamış sinirinin sıxılması);
  • Spiral kanalda mil sinirinin sıxılması (“asılı qalmış bilək” və ya “cümə günü” sindromu).
Tunel sindromunun diaqnostikası:
  • Müavfiq sinirin təcrid olunmuş zədələnməsinin klinikası (bir və ya ikitərəfli);
  • Kanalın palpasiyası zamanı bəzən ağrılıq, bu zaman paresreziyaların yaranması müşahidə olunur;
  • əziyyət çəkən sinirlə innervasiya olunan əzələlərdə sıxılma səviyyəsindən aşağı denervasion-reinnervasion sindrom və kanalın səviyyəsindən yuxarı həmin sinirlə innervasiya edilən əzələlərin intaktlığı (məsələn, karpal kanalda biləyin əzələsində denervasiya və bazu önü əzələrin intaktlığı);
  • Stimulyasiyalı EMQ:
  • Motor sinirlərinin keçirici funksiyalarının müayinəsi:
İlkin mərhələ: Kanalların səviyyəsində keçirmə sürətinin lokal azalması (karpal və tarzal tunellər üçün – rezidual latentliyin yüksəlməsi).
Orta mərhələ: M-cavabın amplitudasının və kanal səviyyəsində keçirmə sürətinin azalması və yaxud keçirmə sürətinin ifadə edilmiş azalması (norma həddindən aşağı 40%-dən çox olaraq).
Gec mərhələ: M-cavabın amplitudasının ifadə edilmiş azalması, keçirmə sürətinin azalması tunelin distal sahələri, rezidual latentliyin yüksəlməsi.
Tunel sindromlarının müalicəsi:
İlkin mərhələdə qlükokortikoidlərlə blokadalrın keçirilməsi daha effektivdir (diprospan və ya deksametazon + yerli anestezik (lidokain) kanal sahəsinə yeridilir). Gündəlik MBD, müntəzəm fizioterapiya kursları, masaj, sovurucu terapiya (lidaza), neyrotrofik terapiya (milqamma, neyromultivit), neyromidin müalicədə əhəmiyyətli dərəcəd kömək edə bilər.
Orta mərhələdə konservativ terapiyanın effektivliyi natamam ola bilər. Gec mərhələdə konservativ terapiya, bir qayda kimi, qeyri-effektiv olur və cərrahi müalicənin keçirilməsi tələb olunur (nevroliz – cərrahi müdaxilə ki, bunun gedişatında sinir, onun sıxan səbəbdən - bitişmələrdən, birləşdirici toxumadan azad olunur). Tunel sindromundan necə qorunmaq olar?
Tunel sindromu – ofis əməkdaşları, yeniyetmələr və az hərəkətli həyat tərzi sürən insanlara xasdır. Tunel sindromunun əsas profilaktikası – xüsusi təlimlər, təlimlərin yerinə yetirilməsi üçün işdə fasilələr olmalıdır, çünki bu təlimlər əzələlərdə qan dövranını yaxşılaşdırı və onların dartılmasına şərait yaradır. Həmçinin, erqonomika qaydalarına riayət etməklə, iş yerini düzgün və rahat qurmaq vacibdir.
AZ RU EN Mobile : +994502634075/77 E-mail : info@itrdi.az +994 (12) 404 83 10/11 FAQ