Pasiyentlərin kardioreabilitasiyası

mitri.az

Statistikaya görə, Azərbaycan Respublikasında kardioloji xəstəliklər ən yayılmış ölüm səbəblərindən biridir. Bununla belə, kardioloji xəstəliklərlə mübarizədə daha çox nəzərə çarpan problemlərdən biri aşağıdakılardır:

  • vaxtında yerinə yetirilməyən və qeyri-dəqiq diaqnostika;
  • səmərəsiz cərrahi və konservativ müalicə;
  • hospital sonrası mərhələdə ürək xəstəlikləri riskinin amilləri üzərində dinamik müşahidənin olmaması.

Bütün bunlar residivlərin riskini kəskin şəkildə artırır, xəstəliyin gedişatını ağırlaşdırır, mükəmməl aktiv həyat fəaliyyətinə qayıtmaq imkanı olan pasiyentlərdə ölüm faizini artırır. İnfarkt, stent qoyma, ürəkdə əməliyyatlar, ÜİX (ürəyin işemik xəstəliyi), hipertoniya xəstəliyi, stenokardiya, kardiomiopatiyalar, miokarditlər və digər kardioloji xəstəliklər zamanı reabilitasiya proqramları bütün bunların qarşısını almağa kömək edir. Bu proqramlara daxildir:

  • Mərkəzin yüksək ixtisaslı həkim-mütəxəssislərinin konsultasiyaları.
  • Ürək-damar sisteminin ətraflı diaqnostikası və müayinəsi.
  • Kardioloji xəstəliklədən əziyyət çəkən pasiyentlerin fiziki və sosial reabilitasiyası üzrə effektiv proqramın keçirilməsi.
  • Sağlam həyat tərzinin formalaşmasında, düzgün qidalanmada kömək, ürək xəstəliklərinin risk amillərinə daim dinamik tibbi nəzarət altında minimal dərman dəstək.

Kardioloji bərpa, hər yaşda olan pasiyentlər üçün və bir çox ürək xəstəlikləri zamanı uyğundur. Xüsusilə, əgər siz, aşağıda qeyd edilmiş xəstəliklərdən hər hansı birindən əziyyət çəkirsinizsə, o zaman, kardioloji bərpa effektiv seçimdir:

  • Miokard infarktı;
  • Bəzi anadangəlmə ürək xəstəlikləri;
  • Ürək çatışmazlığı;
  • Aorta koronar şuntlama əməliyyatı;
  • Stenokardiya;
  • Angioplastika və ya stent qoyma;
  • Miokarditlər;
  • Ürək köçürülməsi;
  • Kardiomiopatiyalar;
  • Ürək qapaqlarının dəyişdirilməsi üzrə əməliyyat.

Ürək xəstəlikləri zamanı reabilitasiya çox vaxt fazalara bölünür ki, bu fazalara, həkim tərəfindən nəzarət edilən tapşırıqlar, olduqca optimal pəhrizin işlənib hazırlanması,emosional dəstək və düzgün həyat tərzinin öyrədilməsi daxildir. Ürək xəstəlikləri zamanı reabilitasiya – məqsədi bu və ya digər keçirilmiş ürək xəstəliyindən və ya ürək cərrahi müdaxiləsindən sonra sağlamlığın bərpasından ibarət olan, pasiyentin fərdi xüsusiyyətlərinə əsaslanan tapşırıqlardan, tədbirlərdən və təlimdən ibarət olan bir proqramdır.
Kardioloji reabilitasiya proqramı orqanizmin əvvəlki qabiliyyətlərinin, itirilmiş güclərin bərpasına, həmçinin, ilk növbədə, gələcəkdə ürək ağırlaşmalarının residivləri riskinin profilaktikasına yönəlmişdir. Bizim institutumuzda hər bir xəstə üçün bərpa müalicəsinin fərdi planı tərtib edilir. Terapiya, yüksək ixtisaslı təcrübəli mütəxəssislərin nəzarəti altında keçirilir. Müasir və effektiv metodikalardan istifadə olunur. Proqram ərzində pasiyentin vəziyyəti daim monitorinq edilir ki, bu da sağlamlığın bütün dəyişikliklərini izləməyə, onun təhlükəsizliyini və keçirilən reabilitasiyanın maksimal effektlivliyini təmin etməyə imkan verir.

mitri.az Miokard infarktından, stent qoymadan sonra, sabit stenokardiya gərginliyi, xroniki ürək çatışmazlığı halında kardioreabilitasiya proqramı.
  1. İstirahət günləri istisna olmaqla, gündəlik kardioloq müayinələri.
  2. Mütəxəssislərin konsultasiyaları: diyetoloq; psixoterapevt; fizioterapevt.
  3. Ürək-damar sisteminin müayinəsinin tam instrumental metodlar kompleksi:
  • EKQ - həftədə ən azı 1 dəfə və göstəriş üzrə;
  • ExoKQ (ürəyin ultrasəs müayinəsi), zəruri olduqda, yükləmə ilə ExoKQ;
  • Qaz mübadiləsi monitorinqinin yükləmə sınaqları (velo-erqometriya, tredmil-test, 6-dəqiqəlik yerimə üzrə test – tədqiqatın 1 növü müalicə edən həkimin mülahizəsi üzrə, proqramın keçirilməsi müddəti ərzində iki dəfə);
  • Holter (sutkalıq) EKQ monitorinqi;
  • Arterial təzyiqin sutkalıq monitorinqi (ATSM);
  • Plevranın ultrasəs müayinəsi (zəruri olduqda);
  • Monitorinq pulsoksimetriyası.
  1. Kliniki analizlərin geniş çeşidi:
  • qanın ümumi analizi;
  • qanın ətraflı biokimyəvi analizi;;
  • sidiyin ümumi analizi.
  1. Fizioterapiya təsirinin effektiv metodları:
  • Metodistin nəzarəti altında reabiltasiya hovuzunda üzgüçüçük (əks göstərişlərin olmaması şərti ilə);
  • MBT (müalicəvi bədən tərbiyəsi) məşğələləri – göstərişlər üzrə;
  • Antiqravitasiya tredmili daxil olmaqla, metodistlə kardiotrenajorlarda məşğələlər;
  • Qalvanik vannalar (əks göstərişlərin olmaması halında);
  • Masaj kursu (əks göstərişlərin olmaması halında).
Göstərişlər olduğu halda proqram çərçivəsində yerinə yetirilən tədqiqatlar, konsultasiyalar, prosedurlar:
  • Mütəxəssislərin konsultasiyaları: endokrinoloq, pulmonoloq, nevroloq;
  • Müayinənin instrumental metodları: başın magistral arteriyalarının, aşağı ətrafların damarlarının və arteriyalarının, yumşaq toxumaların ultrasəs müayinəsi, ağciyərin rentgenoqrafiyası, spirometriya, bədən tərkibinin müəyyən edilməsi;
  • Kliniki analizlər: qanın TTH üzrə analizi, sidikdə zülalın, qanda qlükozanın müəyyən edilməsi;
  • Prosedurlar: aşağı axınlı oksigen terapiyası (sabit və ya fiziki məşqlər zamanı).
Əlavə xidmətlər (proqramın qiymətinə daxil deyil), göstərişlər və əks göstərişlər müalicə edən həkim tərəfindən təyin edilir:
  • hiperbarik oksigen terapiyası:
  • bronxial patologiya halında inhalyasiyalar;
  • intervallı vakuum terapiyası;
  • oftalmoloq, ginekoloq, uroloq, travmatoloq-ortoped, qastroenteroloqun konsultasiyaları;
  • ekspert sinifinin aparatlarında geniş çeşidli ultrasəs müayinələri;
  • müşayiət edən xəstəliklərin müalicəsinin fizioterapevtik metodları;
  • stomatoloji xidmətlər kompleksi;
  • iynə ilə refleksoterapiya;
  • manual terapiya.
mitri.az Aorta koronar şuntlama, ürəyin qapaq aparatı üzərində əməliyyatlardan sonra kardio-bərpa proqramına daxildir:
  1. Kardioloqun, istirahət günləri istisna olmaqla, gündəlik müayinələri.
  2. Mütəxəssislərin konsultasiyaları: diyetoloq; psixoterapevt; fizioterapevt.
  3. Ürək-damar sisteminin müayinəsinin tam instrumental metodlar kompleksi:
  • EKQ - həftədə ən azı 1 dəfə və göstərişlər üzrə;
  • ExoKQ (ürəyin ultrasəs müayinəsi), zəruri olduqda, yükləmə ilə ExoKQ;
  • Qaz mübadiləsi monitorinqinin yükləmə sınaqları (velo-erqometriya, tredmil-test, 6-dəqiqəlik yerimə üzrə test – tədqiqatın 1 növü müalicə edən həkimin mülahizəsi üzrə, proqramın keçirilməsi müddəti ərzində iki dəfə);
  • Holter (sutkalıq) EKQ monitorinqi;
  • Arterial təzyiqin sutkalıq monitorinqi (ATSM);
  • Plevranın ultrasəs müayinəsi (zəruri olduqda);
  • Monitorinq pulsoksimetriyası.
  1. Kliniki analizlərin geniş çeşidi:
  • qanın ümumi analizi;
  • qanın ətraflı biokimyəvi analizi;
  • sidiyin ümumi analizi.
  1. Cərrahi vəsait, zəruri olduqda, əməliyyat sonrası yaralarının sarğılanması.
  2. Fizioterapiya təsirinin effektiv metodları:
  • Metodist ilə birlikdə sualtı trenajorlarda məşğələlər;
  • MBT üzrə məşğələlər – göstərişlər üzrə;
  • Metodist ilə birlikdə, kardio-trenajorlada, həmçinin antiqravitasiya tredmilində məşğələlər;
  • Boyun zonasının massaj kursu (əks göstərişlər olmadığı halda);
Göstərişlər olduğu halda, proqram çərçivəsində yerinə yetirilən tədqiqatlar, konsultasiyalar,prosedurlar:
  • Mütəxəssislərin konsultasiyaları: endokrinoloq, pulmonoloq, nevroloq;
  • Müayinənin instrumental metodları: başın magistral arteriyaların, aşağı ətrafların arteriyalarının və damarlarının, yumşaq toxumaların ultrasəs müayinəsi, ağciyərin rentgenoqrafiyası, spirometriya, bədən tərkibinin müəyyən edilməsi;
  • Kliniki analizlər: qanın TTH üzrə analizi, sidikdə zülalın, qanda qlükozanın müəyyən edilməsi;
  • Prosedurlar: aşağı axınlı oksigen terapiyası (sabit terapiya və ya fiziki məşqlər zamanı), əməliyyat sonrası yaraların sahəsinə qısa ultrabənövşəyi şüalanma (QUŞ) ilə təsir.
Əlavə xidmətlər (proqramın qiymətinə daxil deyil), göstərişlər və əks göstərişlər müalicə edən həkim tərəfindən təyin edilir:
  • hiperbarik oksigenasiya:
  • bronxial patologiyanın mövcudluğu halında inhalyasiyalar;
  • intervallı vakuum terapiyası;
  • oftalmoloq, ginekoloq, uroloq, travmatoloq-ortoped, qastroenteroloqun konsultasiyaları;
  • ekspert sinifinin aparatları vasitəsi ilə geniş çeşidli USM-tədqiqatlar;
  • müşayiət edən xəstəliklərin müalicəsinin fizioterapevtik metodları;
  • stomatoloji xidmətlər kompleksi;
  • iynə vasitəsi ilə refleksoterapiya;
  • manual terapiya.
mitri.az
Aorta koronar şuntlama (AKŞ) – mürəkkəb əməliyyatdır ki, bu əməliyyatdan sonra xüsusi reabilitasiya tədbirlərinin keçirilməsi tələb olunur. Həmin tədbirlər, ağırlaşmaların əmələ gəlməsinin qarşısını almaq, əldə edilmiş müalicə təsirlərini möhkəmləndirmək, pasiyenti dolğun həyat tərzinə qaytarmaq üçün nəzərdə tutulmuşdur. Peşəkar mütəxəssislərlə əhatə olunmuş xəstələr, keçirdikləri AKŞ-dan sonra effektiv kardioloji bərpa proramını keçə bilrlər.
Təəssüf ki, bizim ölkəmizdə, pasiyentlərin AKŞ-dan sonra bərpası üçün, dərman terapiyasından başqa, digər imkanlardan, praktiki olaraq, istifadə olunmur. Bu halda pasiyentlərə kardioloji bərpa – ixtisaslaşdırılmış müəssisədə mütəxəssislər tərəfindən keçirilən bərpa tədbirlərinin xüsusi kompleksi zəruridir. Bizim institutumuz aorta koronar şuntlamadan sonra pasiyentlər üçün bərpa proqramlarını reallaşdırır. Pasiyentlər, stasionar müalicəni bitirdikdən 2-14 həftə sonra proqrama buraxılırlar.
AKŞ-dan sonra kardioreabilitasiya kursunu niyə keçmək lazımdır?
Əməliyyat, miokardda pozulmuş qan axınının bərpası məqsədi ilə, açıq ürəkdə keçirilir. Əməliyyat olduqca travmatikdir və nəzərə alsaq ki, müdaxilə sağlamlığı zəifləmiş (ürəyin işemik xəstəliyi zamanı) pasiyentlərə tətbiq edilir, müdaxilədən sonra bərpa bəzən çətinliklə keçir.
AKŞ-dan sonra ağırlaşmalar ola bilər. Gecikmiş ağırlaşmalar sırasında ən çox rast gəlinən ağırlaşma – şuntların okklüziyasıdır (bağlanması). Statistikaya görə, əməliyyatdan bir il sonra şuntların 20%-i, 7-10 ildən sonra isə qalan şuntlar bağlanır. Yəni, sadə sözlə desək, həkim və pasiyent üçün AKŞ kimi ağır əməliyyatın “yararlıq müddəti” cəmi 10 il təşkil edir!
Xoşbəxtlikdən, əgər əməliyyatın keçirilməsindən sonra pasiyent tam şəkildə kardioloji bərpa keçəcəksə, bu müddətləri əhəmiyyətli dərəcədə artırmaq olar.
Bizim institutumuzda AKŞ-dan sonra kardioloji bərpa?
Koronar damarda stent keçirmiş pasiyentlər, bərpa proqramının keçirilməsinə qəbul olunur. Bərpa, xüsusilə, stasionarda qısa müddət ərzində olmuş pasiyentlər və əməliyyatdan sonra xəstəlik simptomları tam keçməmiş pasiyentlər üçün göstərişlidir.
Əməliyyat edilmiş ürək əhəmiyyətli imkanlara malikdir, əsas – onları düzgün açıqlamaqdır. Biz, AKŞ keçirmiş xəstələr üçün müxtəlif metodikaları birləşdirən xüsusi proqram tətbiq edirik. Hər pasiyentin aparılma planı fərdi şəkildə işlənib hazırlanır ki, bu da bərpanın səmərəliliyini yüksəltməyə imkan verir. Onun tərtib olunmasında bütün mühüm məqamlar, keçirilmiş müdaxilənin növü (auto-arterial, auto-venoz şunt), insanın yaşı, müşayiət edən xəstəliklərin mövcudluğu və s. daxil olmaqla, nəzərə alınır. Pasiyentin vəziyyəti daim monitorinq edilir, sanatoriyada təcili tibbi yardımın göstərilməsi üçün resurslar mövcuddur. AKŞ-dan sonra bərpanın məsələləri:
  • Ağırlaşmaların profilaktikası, keçirilmiş əməliyyatın nəticələrinin aradan qaldırılması.
  • Ürəyin funksional ehtiyatının bərpası, kompensator mexanizmlərin cəlb edilməsi, ürəyin qan təchizatının dəyişdirilmiş şəraitinə uyğunlaşması.
  • Keçirilmiş müalicənin təsirlərinin təsbit edilməsi.
  • Ürəyin işemik xəstəliyinin inkişafının ləngidilməsi.
  • Pasiyentin gündəlik həyata, məişət işlərinə hazırlanması.
  • Psixoloji, sosial, əmək bərpası.
  • AKŞ sayəsində əldə olunmuş nəticələrin uzun müddətli saxlanması məqsədi ilə, pasiyentin düzgün həyat tərzinə öyrədilməsi.
Proqramın müvəffəqiyyətli tətbiqi bu faktı təsdiq edir ki, hətta ciddi ürək əməliyyatından sonra da insan, əlil olmadan, müəyyən məhdudiyyətlərə riayət etməklə, fəal həyat tərzi sürə bilər.
AKŞ-dan sonra bərpa bizim institutumuzda necə keçirilir:
AKŞ-dan sonra kardioloji bərpa orta hesabla 2-4 həftə davam edir və müxtəlif ixtisaslı həkimlərin və təcrübəli orta tibb heyətinin iştirakı ilə həyata keçirilir. Bura kardioloq, psixoterapevt, funksional diaqnostikası həkimi, fizioterapevt, həkim-laborant, diyetoloq, reabilitoloq daxildir. Zəruri halda, diaqnostikaya və müalicəyə başqa həkimlər də cəlb edilə bilər.
AKŞ-dan sonra kardio-bərpa aşağıdakı qaydada keçirilir:
Proqramın başlanğıcında ilk 2-3 gün ərzində pasiyentin vəziyyəti müəyyən edilir. Baxış keçirilir, xəstəlik haqqında informasiya toplanır, laborator testlər, EKQ, keçirilən fiziki yüklənmənin ilkin səviyyəsini müəyyən etmək üçün yükləmə sınaqları, xüsusi tənəffüs tapşırıqlar kompleksi və digər tədqiqatlar yerinə yetirilir. Əməliyyat sonrası stenokardiyanın (mövcud olduğu halda) mövcudluğu və funksional sinifi, müşayiət edən xəstəliklər müəyyən edilir. Pasiyentdə kəskin koronar halın yaranması və ya təkrarlanması riski fərdi olaraq təyin edilir. Pasiyentin fiziki imkanları, onun psixi və emosional statusu qiymətləndirilir, əməliyyat sonrası ağırlaşma riskləri və mövcudluğu müəyyən edilir.
Müayinələrin sonunda, konkret pasiyent üçün fərdi, uyğunlaşdırılmış proqram tərtib edən həkimlərin konsiliumu keçirilir. İnsanın fiziki imkanları və onun qəbul etdiyi preparatlar, ağırlaşmaların mövcudluğu və riski qiymətləndirilir. Həmçinin psixoloji reabilitasiya həyata keçirilir. Pasiyentə düzgün davranış və həyat tərzi təlimi keçirilir.
Həkimlərin konsiliumu fiziki reabilitasiyanın keçirilməsinin optimal sxemini müəyyən edir. Daha sonra preparatların qəbulu, xüsusi tənəffüs tapşırıqları kompleksi, mütəxəssisin nəzarəti altında fiziki yüklənmələr (MBT kompleksləri, məşq yerişi, kardio-trenajorlar), fizioterapiya (maqnit terapiyası, masaj və s.) daxil olan bərpa tədbirləri kompleksi gerçəkləşdirilir. Məşqlərə dözümlülük və reaksiya diqqətlə izlənilir, bu da hər pasiyent üçün optimal yüklənmə rejimini planlaşdırmağa imkan verir.
Pasiyenti psixoterapevt konsultasiya edir. Bu, insana sağlamlığın müvəffəqiyyətlə bərpa olunmasına köklənməyə, xəstəliyə və müalicəyə düzgün münasibət yaratmağa kömək edir.
Yüksək təzyiq, qlükozanın və xolesterinin yüksək səviyyəsi, artıq çəki və s. kimi risk amilləri ilə mübarizə aparılır. Risk amillərinə təsir, ağırlaşmaların qarşısını almağa, bərpanı sürətləndirməyə və proqnozu yaxşılaşdırmağa imkan verir. Pasiyent, müalicə və müşahidənin aşağıdakı mərhələləri üçün bütün zəruri tövsiyələrlə bərpanı bitirir, institutun həkimləri ilə əlaqə saxlayır.
AKŞ-dan sonra reabilitasiyaya əks göstərişlər:
Vəziyyəti qeyri-sabit olan xəstələrə kardio-reabilitasiya göstərişli deyil. Ürək nahiyəsində ağrılar, qan dövranının ağır çatışmamazlığının əlamətləri, ürək ritminin təhlükəli pozuntuları, arterial təzyiqin yüksək rəqəmləri – bu və digər ciddi hallar müalicənin stasionar şəraitində başa çatdırılmasını tələb edir.
mitri.az
Miokard infarktından sonra kardio-reabilitasiya - sağlamlığın maksimum dərəcədə bərpası və fəaliyyətə və normal həyata qayıtmağa nail olmaq üçün şərait yaradan proqramdır. Xəstəliyə qarşı bədbin və hətta pərişan münasibət qalıb. Bununla belə, müasir müalicə standartları infarktı effektiv şəkildə müalicə etməyə imkan verir, reabilitasiya isə pasiyentlərə əlilliyin qarşısını almağa və öz sağlamlığını bərpa etməyə kömək edir. Tədqiqatlar göstərir ki, kardioreabilitasiya, keçirilmiş miokard infarktından sonra sağ qalma dərəcəsini 25%-ə qədər artırır. Biz, miokard infarktından sonra müalicənin yekunlaşdırılması və fiziki yüklənmələrə uyğunlaşma proqramlarını təklif edirik. Bu proqramın imkanları aşağıdakı dir:
  • aktiv, mükəmməl həyat tərzi sürmək;
  • maksimum mümkün həcmdə işə qayıtmaq;
  • sağlamlıq vəziyyətinə nəzarət etmək;
  • yenidən həyatdan zövq almaq.
Pasiyentlər proqrama stasionar müalicənin bitirilməsindən 2-14 həftə sonra buraxılırlar.
Miokard infarktından sonra kardioreabilitasiya -
  • sizin üçün bərpa müalicəsinin olduca yaxşı rejimini hazırlamaq üçün, sizin vəziyyətinizi və orqanizmin ehtiyatlarını ətraflı şəkildə qiymətləndirməyə imkan verən yüksək keyfiyyətli diaqnostika;
  • institutun mütəxəssisləri ilə rahat rejimdə fərdi məşğələlər;
  • halın pozulması zamanı təcili yardımın göstərilməsi imkanı;
  • terapiya prosesini koordinasiya edən şəxsi kardioloq;
  • zərurət yarandığı halda, digər mütəxəssislərin konsultasiyaları;
  • ürəyin işemik xəstəliyi ilə həyat tərzi qaydalarının təlimatı.
Proqramın keçirilməsi ərzində pasiyentin vəziyyəti müntəzəm olaraq monitorinq edilir ki, bu da sağlamlığın bütün dəyişikliklərini izləməyə, onu təhlükəsizləşdirməyə və keçirilən reabilitasiyanın maksimal effektivliyini təmin etməyə imkan verir.
Niyə infarktdan sonra kardioreabilitasiya kursunu keçmək lazımdır?
Ürək xəstəliklərindən əziyyət çəkən pasiyentlərin bərpası stasionarda, sanatoriyada və poliklinikada ardıcıllıqla keçirilən üç mərhələdən ibarət olmalıdır. Eyni zamanda, məlumdur ki, xəstəxanadan çıxandan sonra xəstələr dərhal poliklinika mərhələsinə keçirlər. Bu səbəbdən də, bərpanın vacib olmadığı barədə təəssürat yarana bilər. Aterosklerozun müalicəsi və ikinci profilaktikası, risk amillərinin modifikasiyası və işemiyanın təkrar epizodlarının qarşısının alınması üçün, insanın həyat tərzinin dəyişdirilməsi zəruridir.
Eyni zamanda, bir neçə təkzibedilməz fakt mövcuddur:
  • İnfarktdan sonra xəstənin halının yaxşılaşması onun obyektiv vəziyyətinin yaxşılaşması demək deyil.
  • Keçirilmiş xəstəlikdən sonra, insanda yarım il ərzində trombinin yüksək fəallığı qalır, bu isə koronar damarlarda trombların əmələ gəlməsinə və yenidən infarkt təhlükəsinə zəmin yaradır.
  • Zədələnmiş xolesterin törəməsi damarda ən azı bir neçə həftə ərzində “sağalır”, həmçinin damarda, xəstəliyin səbəbi olmuş və miokardın qan təchizatını pisləşdirən qan laxtası uzun müddət qalır.
  • Təkrar infarktların və xəstəliyin ağırlaşmalarının əksəriyyəti, xəstəxanadan çıxarıldıqdan sonra ilk aylarda inkişaf edir.
Bütün bunlar bunu göstərir ki, sabit yaxşılaşmanın nailiyyəti üçün stasionarda müalicələr kifayət deyil. İnsana xüsusi bərpa terapiyası tələb olunur ki, infarkta gətirib çıxaran patoloji proses dayansın, insanın vəziyyəti tamamilə sabitləşsin və o, xəstəliyin xoşagəlməz nəticələrindən qurtula bilsin.
Miokard infarktından sonra reabilitasiya prinsipləri:
Reabilitasiya həkim komandasının iştirakı ilə həyata keçirilir. Bu komandaya kardioloq, diyetoloq, fizioterapevt, MBT həkimi, nevroloq, psixoterapevt, həkim-laborant, funksional diaqnostika həkimi daxildir. Zəruri olduqda, endokrinoloq, terapevt, pulmonoloq və s. kimi digər mütəxəssislər də cəlb olunur.
İnfarktdan sonra bərpa müalicəsi aşağıdakı qaydada keçirilir.
Həkimlər tərəfindən pasiyentin ilkin fiziki və psixoloji vəziyyəti qiymətləndirilir, lazımi laboratoriya testləri və instrumental müayinələr yerinə yetirilir, stasionardan tibbi sənədləşmə öyrənilir, ayrı-ayrı mütəxəssislərin konsultasiyaları keçirilir. İnsanın vəziyyəti, onda müşayiət edən xəstəliklərin mövcudluğu, keçirilmiş infarktın ağırlığı, yaşı və digər xüsusiyyətlərinə əsaslanaraq, pasiyentin aparılmasının fərdi proqramı tərtib edilir. Proqramın reallaşdırılması aparılır. O, birinci növbədə, dərman terapiyasını (zəruri olduqda, onun sxeminə düzəliş edilir), həkim nəzarəti altında keçirilən müalicəvi bədən tərbiyəsi, fizioterapevtik prosedurları əhatə edir. Həyəcanlılığın, depressiv hisslərin, psixoloji diskomfortun aradan qaldırılması üzrə parallel olaraq psixoterapevtlə iş aparılır. İnsanın xəstəliyə qarşı adekvat münasibəti yaranır. Risk amillərinə qarşı, zərərli vərdişlərdən və alkoqol istifadəsindən imtina, piylənmə hallarında bədən çəkisinin azalması kimi mübarizə tədbirləri aparılır. Pasiyentə təlim keçirilir, xəstəlik və onun müalicəsi haqqında məlumatlandırılması artır. Xəstənin vəziyyəti fasiləsiz olaraq monitorinq edilir, onun sağlamlığına aid bütün dəyişikliklərin dinamikası izlənilir. Çıxarılmadan əvvəl təkrar ümumi müayinə aparılır. Pasiyent, xeyli yaxşılaşma və bərpanın poliklinik mərhələsi üçün tövsiyələrlə çıxır. Proqram minimum 4-6 həftə davam edir.
İnfarktdan sonra bərpa nə zaman keçirilmir?
Əgər pasiyentdə aşağıda sadalananlar müşahidə olunursa, o zaman kardioreabilitasiya proqramının keçirilməsi təxirə salınmalıdır:
  • Ritmin aşkar pozğunluqları (mədəciyin sıx və qrup şəklindəki ekstrasistolaları, mədəcik taxikardiyasının paroksizmlərı, I-II dərəcəli sinoatrial və atrioventrikulyar blokadalar),
  • IIB-III mərhələli qan dövranının çatışmazlığı,
  • Təkrarlanan tromboembolik fəsadlar,
  • Xəstəliyin aktiv dövründəki tromboflebit,
  • Qeyri-stabil stenokardiya,
  • Aortanın disseksiyası
  • Dərman vasitələrlə müalicə olunmayan güclü arterial hipertoniya.
Dekompensasiya olunmuş müşayiət edən xəstəliklər, həmçinin həyat üçün təhlükəli və aktiv dərman müalicə tələb edən digər pozuntular. Bərpa müalicəsinə əks göstəriş qan dövranının (DÜÇ III mərhələsi, DÜÇ III-IV funksional sinifi) ağır çatışmazlığı, dekompensasiya olunmuş ürək çatışmazlığıdır. Bundan başqa, reabilitasiya, ciddi və həyat təhlükəsi olan, stasionar müalicə tələb edən vəziyyətlərə malik olan pasiyentlərə göstərişli deyil.

Stent qoyma miokardda pozulmuş qan axınının bərpası məqsədi ilə keçirilir. Bu prosedur zamanı daralma aşkar olunmuş koronar arteriyaya məftil özəklərindən ibarət olan borucuq daxil edilir. O, bədənin temperaturu təsiri altında düzəlir, bu isə damarı mexaniki olaraq genişləndirir və qan axınını yaxşılaşdırır. Stent qoyma az invaziv cərrahi müdaxilə hesab edilir, lakin stentin yerləşdirildiyi yerdə bir neçə həftə ərzində dammar divarının iltihabı qalır. Bundan başqa, koronar sindromun yaranması ehtimalı qalır. Təəssüf ki, bizim ölkəmizdə pasiyentlərin stent qoymadan sonrakı bərpasında, dərman terapiyasıdan başqa, praktiki olaraq, heç bir imkanlar istifadə olunmur. Bu halda pasiyentlərə, ixtisaslaşdırılmış müəssisədə mütəxəssislər tərəfindən keçirilən bərpa tədbirlərinin xüsusi kompleksi, yəni, kardioreabilitasiya lazımdır. Bizim institutumuz stenokardiyadan əziyyət çəkən pasiyentlər üçün bərpa proqramları reallaşdırır. Stent qoymadan sonra kardioreabilitasiya kursunu niyə keçmək lazımdır?
Hesab edilir ki, stent qoymadan sonra insan tezliklə əvvəlki və hətta daha aktiv həyat tərzinə qayıda bilər. Hərçənd, reallıqda bu həmişə belə olmur.
Miokardın qan təchizatının dəyişmiş şəraiti orqanizmin uyğunlaşmasını tələb edir ki, bu da vaxt alır və buna imkan yaradan xüsusi tədbirlərin keçirilməsini tələb edir. Stent qoymadan sonra, aterosklerozun bədxassəli gedişatı nəticəsində, köhnə həyat tərzinin və zərərli vərdişlərin saxlanılması, risk amillərinin korreksiyasının olmaması və dərman müalicənin yanlış aparılması və ya istifadə edilən preparatların müstəqil şəkildə dayandırılması nəticəsində, stentlərin daxilində restenoz məsələsi aktual olaraq qalır. Stent zamanı nail olunmuş effektin müddəti məsələsi olduqca aktualdır. Məsələ bundadır ki, təxminən 15-20% hallarda stentlərin quraşdırılmasından bir müddət sonra damarların təkrar daralması baş verir. Bu zəif dönən prosesin qarşısını almaq və stent qoymanın daha yaxşı nəticələrini təmin etmək üçün, müdaxilədən sonra yaxın zamanda kompleks bərpa müalicəni keçmək lazımdır.
Stentqoymadan sonra kardioreabilitasiya kursunu bizim institutumuzda kim keçə bilər?
Reabilitasiya proqramının keçirilməsinə koronar damarların stent qoymasını keçirmiş pasiyentlər qəbul edilirlər. Reabilitasiya, keçirilmiş invaziv müdaxilədən sonra pasiyentlərə göstərişlidir.
Bizdə, hər bir pasiyentin vəziyyətinin və xüsusiyyətlərinin nəzərə alınması ilə, ona fərdi olaraq uyğunlaşdırılan, stent qoymadan sonra bərpa üzrə xüsusi proqram işlənib hazırlanmışdır. Proqram təcrübəli həkimlərin iştirakı ilə reallaşır. Seçim və müalicə metodikalarının həyata keçirilməsində onlar, xarici kardioloqların təcrübəsindən istifadə edirlər. İnsanda olan bütün müşayiət edən xəstəliklərinin (ağciyərin xroniki obstruktiv xəstəliyi, şəkərli diabet, obliterasiya edən ateroskleroz, piylənmə, yuxu pozğunluqları və s.) və onun psixoloji vəziyyətinin korreksiyasına böyük əhəmiyyət verilir. Əgər reabilitasiya kompleks yanaşma, fasiləsizlik və ardıcıllıq prinsipləri üzərində qurulursa, o zaman, ən yaxşı effekt əldə edilir. Bizim pasiyentlərimizə bu, tam şəkildə təmin edilir. İnstitutda ürək-damar xəstəliklərinin diaqnostikası və terapiyası üçün geniş imkanlar mövcuddur, tətbiq edilən metodikaların əksəriyyəti unikaldır.
Stent qoymadan sonra bərpa məsələləri:
  • Ürəyin və orqanizmin maksimal mümkün olan funksional qabiliyyətinin bərpası.
  • Əməliyyat sonrası ağırlaşmaların, xüsusilə stent edilmiş damarın təkrar daralmasının qarşısının alınması.
  • Proqnozun yaxşılaşdırılması.
  • Ürəyin işemik xəstəliyinin inkişafının ləngidilməsi, xəstəliyin proqnozunun yaxşılaşması.
  • Xəstəliyin əsasını təşkil edən patoloji prosesin fəallığını dayandırmaq.
  • Xəstəliyin irəliləməsinin, ağırlaşmaların (xüsusilə, miokard infarktının) inkişafının qarşısını almaq;
  • Pasiyent tərəfindən qəbul edilən dərman terapiyasının azaldılması və optimallaşdırması.
  • Xəstəliyin simptomları üzərində nəzarət əldə etmək, onların təzahürünü maksimum dərəcədə azaltmaq.
  • Pasiyentin fiziki imkanlarını, onun özünəxidmət qabiliyyətini yaxşılaşdırmaq.
  • Pasiyentin dolğun, aktiv həyata, əmək fəaliyyətinə (mümkün dərəcədə) qayıtmasını təmin etmək.
  • Pasiyentin psixoloji komfort vəziyyətinin təmin edilməsi.
  • Müşayiət edən xəstəliklərə düzəliş etmək.
  • Kliniki-laborator göstəricilərinin normallaşması.
  • İnsanın həyat tərzinin və davranışının korreksiyası ki, buda bərpa ərzində əldə edilmiş nəticələrin saxlanılmasına şərait yaradacaq.
  • Xəstənin fiziki imkanlarının artırılması, həyat tərzində və fəallıqda məhdudiyyətlərin minimum çatdırılması.
Stent qoymadan sonra bizim institutumuzda reabilitasiya necə keçirilir:
Stentqoymadan sonra kardioreabilitasiya minimum 4-6 həftədən 3-6 aya qədər davam edir və müxtəlif ixtisas həkimləri və təcrübəli orta tibb personalının iştirakı ilə həyata keçirilir. Bura kardioloq, nevroloq, psixoterapevt, funksional diaqnostika həkimi, fizioterapevt, həkim-laborant, diyetoloq, reabilitoloq, diyetoloq daxildir. Zəruri olduqda diaqnostikaya və müalicəyə digər həkimlər də qatıla bilər.
Stent qoymadan sonra kardioreabilitasiya aşağıdakı qaydada keçirilir:
Proqramın başlanğıcından sonra ilk 2-3 gün ərzində pasiyentin vəziyyəti müəyyən edilir. Baxış, xəstəlik haqqında informasiyanın toplanması keçirilir, laborator testlər, EKQ, keçirilən yüklənmənin ilkin səviyyəsinin müəyyən edilməsi üçün yüklənmə sınaqları və digər müayinələr yerinə yetirilir. Stenokardiyanın funksional sinifi, müşayiət edən xəstəliklər müəyyən edilir. Pasiyentdə kəskin koronar halın yaranma riski fərdi şəkildə müəyyən edilir. Pasiyentin fiziki imkanları, onun psixoemosional statusu, qiymətləndirilir əməliyyat sonrası ağırlaşmaların mövcudluğu və riskləri müəyyən edilir.
Müayinənin sonunda konkret pasiyentə uyğunlaşdırılmış fərdi proqramı tərtib edən həkimlərin konsiliumu keçirilir. Onun çərçivələrində pasiyentə dərman terapiya, fizioterapiya, müalicəvi bədən tərbiyəsi keçirilir. Həmçinin psixoloji bərpa həyata keçirilir. Pasiyentə düzgün davranış və həyat tərzi öyrədilir.
Bütövlükdə minimum 4-6 həftədən 3-6 aya qədər davam edən proqramın reallaşması başlanır. Proqram gedişatında dərman müalicə, fizioterapiya, müalicəvi bədən tərbiyəsi keçirilir. Bütün bunlar, ürəyin qan təchizatını gücləndirməyə, miokardda mübadilə proseslərini yaxşılaşdırmağa, fiziki yüklənmələrə dözümlülüyü artırmağa, pasiyentin ümumi vəziyyətinə müsbət təsir etməyə imkan verir. İnstitutda, təcili yardımın göstərilməsi imkanı var.
Paralel olaraq, çəkinin normallaşmasına, zərərli vərdişlərdən imtinaya, arterial təzyiqə, qanda qlükozanın və xolesterinin səviyyəsinə və s. nəzarətə yönəldilmiş, risk amilləri ilə mübarizə aparılır. Həmçinin psixoterapevt pasiyentlə iş aparır. Proqram ərzində xəstənin üzərində daim müşahidə aparılır, onun vəziyyətinin dəyişikliklərinin dinamikası müəyyən edilir. Mütəxəssislər pasiyentə çəkinin azalmasında (piylənmə olduğu halda) və zərərli vərdişlərdən (mövcud olduğu halda) imtinada kömək edirlər. Arterial təzyiqin sabitləşməsinə, qanda qlükozanın və xolesterininin normal göstəricilərinin əldə edilməsinə və s. yönəldilmiş müalicə aparılır.
Proqramın bitməsindən əvvəl təkrar müayinə aparılır. Pasiyenti müşahidə edən həkimlər, fiziki, cinsiyyət fəallığı, pəhriz, dərmanların qəbulu və s. həyat tərzi üzrə ətraflı tövsiyələr tərtib edirlər. Pasiyent, sonrakı müalicə üzrə bütün lazımi tövsiyələrlə bərpanı bitirir, institutun həkimləri ilə əlaqə saxlayır.
Hansı hallarda stent qoymadan sonra pasiyentə bərpa keçirilmir?: Əgər stent qoyma əməliyyatını keçirmiş insanda, ciddi sağlamlıq pozuntuları və ya həyat üçün təhlükəli ağırlaşmalar varsa (qeyri-sabit stenokardiya, cari infarkt əlamətləri, ritmin ağır pozuntuları, aortanın diseksiyası, dekompensasiya edilmiş şəkərli diabet, bədxassəli arterial hipertoniya, dayaq-hərəkət aparatın bəzi qüsurları və s.), o zaman, vəziyyət sabitləşənə qədər kardioreabilitasiya keçirmək tövsiyə olunmur.
mitri.az
Xroniki ürək çatışmazlığı (XÜÇ) ürək-damar xəstəliklərinin ağırlaşması kimi yaranır və ürəyin öz funksiyasını tam şəkildə yerinə yetirə bilməməyi ilə təzahür edir. XÜÇ zamanı böyük və / və ya kiçik qan dövranında qan durğunluğu yaranır. Bu, pasiyentlərin sağlamlıq durumunun və yaşayış keyfiyyətini əhəmiyyətli dərəcədə pozan simptomların (təngnəfəslik, şişkinlik, bədən boşluqlarında mayenin yığışması, yüklənmələrə dözümlülüyün azalması və s.) yaranmasına gətirib çıxarır.
XÜÇ-dan əziyyət çəkən xəstələrə, vəziyyətlərinin yaxşılaşması üçün kardioreabilitasiya keçirilməsi tövsiyə edilir. Reabilitasyanı I, IIa və IIb mərhələli; I və II funksional sinifin durğun ürək çatışmazlığı olan pasiyentlər keçə bilər. Proqrama, stasionarda müalicə tələb edən, həyat üçün təhlükəli olan vəziyyətlər istisna olmaqla, müşayiət edən xəstəliklərdən əziyyət çəkən pasiyentlər daxil edilir.
Bizim institutumuzda hər bir xəstə üçün bərpa müalicəsinin fərdi planı tərtib edilir. Terapiya təcrübəli, yüksək ixtisaslı mütəxəssislərin nəzarəti altında aparılır. Müasir və effektiv metodikalardan istifadə olunur. Proqramın keçirilməsi ərzində pasiyentin vəziyyəti daim monitorinq edilir ki, bu da sağlamlığın bütün dəyişikliklərini izləməyə, onu təhlükəsizləşdirməyə və keçirilən reabilitasiyanın maksimal effektivliyini təmin etməyə imkan verir.
Niyə XÜÇ zamanı kardioreabilitasiya kursu keçirilməlidir?
Müalicə keçirilmədikdə, XÜÇ inkişaf edir, qan dövranının zəifləməsi səbəbindən, daxili orqanların işi pozulur, çoxsaylı problemlər ortaya çıxır. Nəticədə simptomlar daha da ciddi və dönməz olur. Əksər hallarda ürək çatışmazlığı əlilliyə səbəb olur və həyat üçün potensial təhlükə təşkil edir.
Freminhem tədqiqatına əsasən, bu xəstəlik zamanı 5 illik sağ qalma dərəcəsi qadınlarda 58% , kişilərdə isə cəmi 38% təşkil edir. Bu, olduqca böyük rəqəmlərdir.
Xroniki ürək çatışmazlığı zamanı reabilitasiya məsələləri:
  • Ürək və daxili orqanların funksiyasını yaxşılaşdırmaq, mövcud simptomları azaltmaq və ya ləğv etmək;
  • Xəstəliyin inkişafını ləngitmək;
  • Dərman terapiyasını optimallaşdırmaq, qəbul edilən preparatların miqdarını və dozalarını azaltmaq;
  • Kəskin ürək-damar halları riskini, xəstəliyin dekompensasiyaları azaltmaq;
  • Müşayiət edən xəstəliklərə düzəliş etmək;
  • Pasiyentin fiziki imkanlarını artırmaq, fəallığın səviyyəsini yüksəltmək;
Xəstəni düzgün həyat tərzi və davranış barədə təlimləndirmək, reabilitasiyanın sonunda kafi əhvalın mümkün qədər uzun sürməsinə kömək edən tövsiyələri formalaşdırmaq.
XÜÇ zamanı reabilitasiya necə aparılır
Reabilitasiyanın keçirilmısində müxtəlif ixtisaslaşmaların həkimləri və təcrübəli orta tibb personalı iştirak edir. Pasiyent ilə kardioloq, nevroloq, psixoterapevt, funksional diaqnostika həkimi, fizioterapevt, həkim-laborant, diyetoloq, reabilitoloq işləyir.
Durğun ürək çatışmazlığı zamanı kardioreabilitasiya aşağıdakı qaydada yerinə yetirilir: Reabilitasiyanın başlanğıcından sonra ilk günlərdə pasiyent müayinə olunur və onun vəziyyəti həkimlər tərəfindən qiymətləndirilir. Diaqnostik prosedurların kompleksi keçirilir, ürək çatışmazlığının mərhələsi və funksional sinifi, digər mövcud xəstəliklər müəyyən olunur. Pasiyentin, kəskin koronar hallar üzrə müəyyən risk qrupuna aid olması müəyyənləşdirilir. Əldə edilmiş informasiyaya əsasən, həkimlər pasiyentin keçirilməsinin fərdi planını tərtib edirlər.
Proqram, aşağıdakı qaydada reallaşdırılır: dərman terapiya korreksiya olunur, fizioterapevtik proqram yerinə yetirilir, xəstənin fiziki imkanlarından asılı olaraq müalicəvi bədən tərbiyəsi aparılır. Bunun məqsədi - əzələlərinin işini yaxşılaşdırmaq və ürəyin işləməsini optimallaşdırmaq, pasiyentdə olan şikayətlərin və simptomların təzahürünü azaltmaqdan ibarətdir. Bu zaman institutun mütəxəssisləri pasiyentin vəziyyətinə fasiləsiz nəzarət edirlər.
Xəstəliyin proqnozunun yaxşılaşdırılması üçün risk amilləri ilə mübarizə aparılır. Pasiyentə siqaret çəkməkdən (əyər o, siqaret çəkirsə) imtina etməyə, arıqlamağa (əgər o, artıq çəkidən əziyyət çəkirsə) kömək edilir. Zəruri hallarda, maye qəbulu məhdudlaşdırılır. İnsanın, müalicəyə bağlılığını artırmaq və psixoloji durumunun yaxşılaşdırmaq məqsədi ilə, onunla psixoterapevt iş aparır, ona düzgün həyat tərzi və davranış barədə təlim keçirilir. Proqramın sonunda, pasiyentə, sonrakı müalicə və həyat tərzinə dair ətraflı tövsiyələr verilir və izah edilir. Hansı hallarda XÜÇ zamanı reabilitasiya aparılmır?
Qan dövranının ağır çatışmazlığı (XÜÇ-nin III mərhələsi, DÜÇ-nın III-IV funksional sinifi), dekompensasiya olunmuş ürək çatışmazlığı bərpa müalicəsinə əks göstərişdir. Bundan başqa, reabilitasiya, ciddi və həyat təhlükəsi olan, stasionar müalicə tələb edən vəziyyətlərə malik olan pasiyentlərə göstərişli deyil.
mitri.az
Stenokardiya - ürəyin işemik xəstəliyinin formasıdır (ÜİX). Sabit stenokardiya halında ürəyin işinin güclənməsi zamanı, miokardın qan təchizatının pozuntusu baş verir ki, bu da, sinədə vaxtaşırı qısamüddətli ağrılarla təzahür olunur. Bundan başqa, qeyri-sabit stenokardiya mövcuddur – daha ciddi simptomlarla olan vəziyyət ki, bu zaman qan axınının ürəyə xeyli pisləşməsi və qeyri-sabitlliyi baş verir. Bu ÜİX-nin kəskin, infarktın inkişaf etməsi ilə potensial təhlükə yaradan variantdır.
Təəssüf ki, bizim ölkədə sabit və qeyri-sabit stenokardiyadan əziyyət çəkən pasiyentlərin müalicəsi üçün stasionarda, poliklinikada və ya şəxsi praktikada dərman terapiyasından başqa, müalicənin digər imkanlarından, praktiki olaraq, istifadə olunmur. Lakin hər iki halda pasiyentlər üçün, ixtisaslaşdırılmış müəssisədə mütəxəssislər tərəfindən keçirilən sağlamlaşdırma tədbirlərinin xüsusi kompleksi, yəni kardioreabilitasiya zəruridir. Bizim institut, stenokardiyadan əziyyət çəkən pasiyentlər üçün bərpa proqramlarını reallaşdırır.
Niyə stenokardiya zamanı kardioreabilitasiya kursunu keçmək lazımdır?
Qeyri-sabit stenokardiya - faktiki olaraq, baş tutmamış infarktdır. Beləliklə, bu xəstəlik üçün, miokard infarktı üçün eyni risklər potensial olaraq mövcuddur. Bütün bunlar bu faktı təsdiqləyir ki, stenokardiyanın istənilən formasında reabilitsiya müalicəsi tələb olunur.
Sabit stenokardiya – həmçinin kifayət qədər ciddi vəziyyətdir. Sabit stenokardiyadan əziyyət çəkən pasiyentlərin illik ölüm faizi 2% təşkil edir və belə xəstələrin 2-3%-də hər il infarkt inkişaf edir. Müəyyən edilmiş stenokardiya diaqnozu zamanı, ÜİX-dən ölüm riski, bu xəstəlikdən əziyyət çəkməyən insanlarla müqayisədə iki dəfə yüksəkdir. Stenokardiyadan əziyyət çəkən kişilər sağlam ürəkli insanlardan, orta hesabla, 8 il daha az yaşayırlar.
İnstitutumuzda stenokardiya zamanı kim kardioreabilitasiya kursunu keçə bilər?
Bizim institutumuza, bərpa müalicəsinə, 3 və daha çox ay əvvəl qeyri-sabit stenokardiya epizodu keçirmiş pasiyentlər, həmçinin, I-II funksional sinifin sabit stenokardiyası olan xəsətələr qəbul olunur.
Bizdə fərdi yanaşma tətbiq edilir: aparma proqramları, insanın vəziyyətinin ağırlığından, onun xəstəlik tarixçəsindən (keçirilmiş infarktların mövcudluğu), müşayiət edən patologiyaların və digər xüsusiyyətlərin mövcudluğundan asılı olaraq, mütəxəssislər tərəfindən tərtib edilir. Bu, qısa müddət ərzində maksimal effektə nail olmağa kömək edən, tərkibinə görə optimal bərpa proqramını yaratmağa imkan verir.
İnstitutda ürək-damar xəstəliklərinin diaqnostikası və terapiyası üçün geniş imkanlar mövcuddur, tətbiq edilən metodikalardan çoxu unikaldır.
Stenokardiya zamanı reabilitasiya məsələləri:
  • Qeyri-sabit stenokardiyanın epizodundan sonra:
  • Xəstəliyin əsasını təşkil edən patoloji prosesin fəallığını aradan qaldırmaq.
  • Stenokardiyanın hər hansı forması zamanı:
  • Xəstəliyin irəliləməsinin, ağırlaşmaların (xüsusilə, miokard infartktının) inkişafının qarşısını almaq;
  • Xəstəliyin simptomları üzərində nəzarətə nail olmaq, onların təzahürünü maksimal dərəcədə azaltmaq;
  • Pasiyentin fiziki imkanlarını, onun özünəxidmət qabiliyyətini yaxşılaşdırmaq;
  • Pasiyentin dolğun aktiv həyata, əmək fəaliyyətinə (mümkün qədər) qaytarılmasını təmin etmək;
  • Proqnozu yaxşılaşdırmaq;
  • Müşayiət edən xəstəlikləri korreksiya etmək;
  • Pasiyenti, onda olan xəstəliyi nəzərə alaraq, düzgün həyat tərzi və davranış barədə təlimləndirmək.
İnstitutumuzda stenokardiya zamanı reabilitasiya necə aparılır:
Reabilitasiyanın keçirilməsində müxtəlif ixtisaslaşmaların həkimləri və təcrübəli orta tibb personalı iştirak edir. Pasiyent ilə kardioloq, nevroloq, psixoterapevt, funksional diaqnostika həkimi, fizioterapevt, həkim-laborant, diyetoloq, reabilitoloq işləyir.
Stenokardiya zamanı kardioreabilitasiya aşağıdakı qaydada aparılır:
Proqramın başlanğıcından sonra ilk 2-3 gün ərzində pasiyentin vəziyyəti müəyyən edilir. Baxış, xəstəlik haqqında informasiyanın toplanması keçirilir, laborator testlər, EKQ, keçirilən yüklənmənin ilkin səviyyəsinin müəyyən edilməsi üçün yüklənmə sınaqları və digər müayinələr yerinə yetirilir. Stenokardiyanın funksional sinifi, müşayiət edən xəstəliklər müəyyən edilir. Pasiyentdə kəskin koronar halın riski fərdi olaraq müəyyən edilir.
Müayinənin sonunda konkret pasiyentə uyğunlaşdırılmış fərdi proqramı tərtib edən həkimlərin konsiliumu keçirilir.
Bütövlükdə minimum 4-6 həftədən 3-6 aya qədər davam edən proqramın reallaşması başlanır. Proqram gedişatında dərman müalicə, fizioterapiya, müalicəvi bədən tərbiyəsi keçirilir. Bütün bunlar, miokardda mübadilə proseslərini yaxşılaşdırmağa, fiziki yüklənmələrə dözümlülüyü artırmağa, pasiyentin ümumi vəziyyətinə müsbət təsir etməyə imkan verir.
Paralel olaraq, çəkinin normallaşmasına, zərərli vərdişlərdən imtinaya, arterial təzyiqə, qanda qlükozanın və xolesterinin səviyyəsinə və s. nəzarətə yönəldilmiş, risk amilləri ilə mübarizə aparılır. Həmçinin psixoterapevt pasiyentlə iş aparır. Proqram ərzində xəstənin üzərində daim müşahidə aparılır, onun vəziyyətinin dəyişikliklərinin dinamikası müəyyən edilir.
Proqramın bitməsindən əvvəl təkrar müayinə aparılır. Pasiyenti müşahidə edən həkimlər, fiziki, cinsiyyət fəallığı, pəhriz, dərmanların qəbulu və s. həyat tərzi üzrə ətraflı tövsiyələr tərtib edirlər. Pasiyent, institutun həkimləri ilə əlaqə saxlayır.
Stenokardiya zamanı reabilitasiya üçün əks göstərişlər:
III-IV funksional sinif stenokardiya zamanı reabilitasiya müalicəsi əks göstərişlidir. Bundan başqa, stasionarda müalicə tələb edən, kəskin vəziyyətlər və ya sağlamlığın təhlükəli pozuntuları (bədxassəli arterial hipertoniya, ağır qan dövranı azlığı, aortanın disseksiyası, dekompensasiya olunmuş şəkərli diabet, ürək ritminin ciddi pozuntuları, dayaq-hərəkət aparatın müəyyən qüsurları və s.), kardioreabilitasiyanın keçirilməsinə məhdudiyyətlər kimi çıxış edir.
Стоит отметить, что не всем пациентам с заболеваниями сердца подходит кардиологическая реабилитация. В какой степени эта программа подходит конкретно Вам могут решить врачи-реабилитологи. Иногда, у пациентов во время кардиологической реабилитации могут встречаться травмы, такие как растяжение мышц, связок, или даже переломы костей, что отмечается при патологии мышц, связочного аппарата или костной ткани. Поэтому врачи-реабилитологи тщательно контролируют весь процесс кардиологической реабилитации, чтобы избежать таких осложнений.
Kardioloji reabilitasiya, Sizin hələ stasionarda müalicədə olduğunuz zaman başlamalıdır, sonra isə, çıxarıldıqdan sonra da davam edir. Bizim, kardioloji reabilitasiya proqramlarımızın əksəriyyətinin ilk mərhələləri üç aydan altı aya qədər davam edir. Bu zaman Sizinlə həkim-kardioloq, diyetoloq, fizioterapevt, həmçinin psixoloq işləyir.
Tibbi müayinə və ümumi vəziyyətin qiymətləndirilməsi..
İlkin müayinə, həkimlərə, Sizin, kardioloji reabilitasiya seçiminə təsir edən ümumi vəziyyətinizi, fiziki gücünüzü, məhdudiyyətləri və digər vəziyyətləri qiymətləndirməyə imkan verir. Həkimlər, Sizin ürək xəstəlikləri, insultun və yüksək arterial təzyiqin inkişafının risk amillərini qiymətləndirirlər. Əldə edilmiş bütün məlumatlar əsasında həkimlər, məhz Sizin üçün təhlükəsiz və effektiv olan kardioloji reabilitasiyanın fərdi proqramını tərtib edirlər.
Fiziki fəallıq
Kardioloji reabilitasiya, yerimə (terrenkur), velosiped sürmə, üzgüçülük və fiziki fəallığın digər növlərinin köməyi ilə Sizin ürək-damar sisteminizin yaxşılaşdırılmasına yönəldilmişdir. Həmçinin əzələ gücünün yaxşılaşdırılması üçün güc təliməri (məsələn, ağırlıq qaldırma) tətbiq edilir. Əgər Siz daha öncə heç vaxt idmanla məşğul olmamısınızsa, narahat olmayın. Mütəxəssis-reabilitoloqlar komandası Sizin üçün təhlükəsiz və rahat təlimlər kompleksi seçəcək. Ümumiyyətlə, belə təlimləri həftədə üç dəfədən beş dəfəyə qədər keçirmək lazımdır. Sizə təlimlərin düzgün texnikasını, əsas kompleksdən qabaq əzələlərin hərəkətə hazırlanması və dartılması üsullarını öyrədəcəklər.
Düzgün həyat tərzinin öyrədiməsi..
Kardioloji reabilitasiyanın vacib məqamlarında biri pəhrizdir. Məhz düzgün qidalanma artıq çəkidən azad olmağa imkan verir. Sizə, artıq piy, duz və xolesterindən çəkinərək, sizin üçün daha uyğun olan düzgün qidalanmanı və məhsulları seçməyi öyrədəcəklər. Sizə, ürək xəstəliyi keçirmiş insanın sağlam həyat tərzinə heç uyğun olmayan zərəli vərdişlərdən, məsələn, siqaret çəkməkdən qurtulmağa kömək edəcəklər. Sizə, ağrı və yorğunluqdan qurtulmağın yollarını öyrədəcəklər.
Psixoloji dəstək..
Ürək xəstəliyi – Sizi normal həyatdan müəyyən bir müddətə yayındıran ciddi bir problemdir. Bu, sizi depressiyaya, narahatlığa gətirib çıxara bilər. Siz işləyə, adi işlərinizlə məşğul ola bilmirsiniz. Buna görə də psixoloji dəstək çox əhəmiyyətlidir. Əgər Siz depressiyadan əziyyət çəkirsinizsə, o zaman bərpanın bu mərhələsinə qeyri-ciddi yanaşmaq olmaz, əks təqdirdə, xəstəlikdən sonra bərpa çox çətin keçəcək. Depressiya ilə mübarizə, həm dərman terapiyadan, həm də əmək terapiyasından ibarət ola bilər və bu təlimlər Sizə xəstəliyi unutduracaq. Hərçənd, özünüzü pis hiss edərkən kardioloji reabilitasiya proqramını başlamaq çətindir, sonradan Sizin vəziyyətiniz xeyli yaxşılaşacaq. Kardioloji reabilitasiya Sizə narahatçılığın,depressiyanın öhdəsindən gəlməyə kömək edəcək və Sizə güc və enerji verəcək.
Kardioloji reabilitasiya kursundan sonra sağlam həyat tərzini davam etdirmək lazım olacaq, bu pəhrizə aid olduğu kimi, həm də zərərli vərdişlərə, həmçinin təlimlara aiddir. O zamana qədər Siz artıq bütün bunları biləcəksiniz.
Ürək xəstəlikləri zamanı reabilitasiya – uzun müddətli proqramdır. Əgər Siz nə vaxtsa ürək xəstəliyi keçirmisinizsə, o zaman, buna görə əməliyyatın olub-olmamasından asılı olmayaraq, reabilitasiya prosesi bütün həyat ərzində davam etməlidir. Lakin bu, heç də pis deyil. Məgər ömür boyu sağlam həyat tərzi keçirmək xoş olmazmı? Axı bunda danılmaz üstünlük var – bu, həyatı uzadır!
Reabilitasiyanın nəticələrini Siz artıq əvvəldə özünüz hiss edə bilərsiniz. Siz artıq təngnəfəslikdən əziyyət çəkməyəcəksiniz, Siz, bütün ürək-damar sistemi üçün fayda gətirə biləcək qaydada, yüklənməni bərabər paylaşdırmağı öyrənəcəksiniz. Siz, stres və depressiyanın öhdəsindən gəlməyi öyrənəcəksiniz, yəni, Sizin kimi digər insanları da ruhlandıra biləcəksiniz. Bir sözlə, kardioloji reabilitasiya – ürək xəstəliklərinin müalicəsinin ayrılmaz mərhələsidir.
AZ RU EN Mobile : +994502634075/77 E-mail : info@itrdi.az +994 (12) 404 83 10/11 FAQ