Digər xəstəliklərin və vəziyyətlərin müalicəsi

trainings

Unikal bazanın, çoxlu sayda ixtisaslaşdırılmış mütəxəssislərin mövcudluğu, şəxsi metodikalardan və beynəlxalq kliniki protokollardan istifadə edərək, vəziyyətlərin və xəstəliklərin xeyli miqdarını dərmansız terapiya metodları ilə müalicə etməyə imkan verir. Bizim həkimlərimizin təcrübəsi, bir çox xəstəliklərin (hipertoniya xəstəliyini, bronxial astma, şəkərli diabet və s.) müxtəlif qeyri-dərman müalicə və profilaktika metodlarından istifadə etməyə imkan verir:

  • pəhriz,
  • tənəffüs gimnastikası,
  • möhkəmlənmə,
  • masaj,
  • fizioterapiya,
  • refleksoterapiya,
  • qeyri-spesifik hipoksik stimulyasiya və s.

Bu metodikalar xəstəliyin simptomlarını yüngülləşdirməyə imkan verir, terapiyanın effektivliyini artırır, preparatlara olan tələbatı azaldır. Kompleks terapiyada psixoloqun köməyi böyük əhəmiyyət kəsb edir. Psixokorreksiya, tətbiq edilən dərman və dərmansız terapiyanın təsirlərini gücləndirir. Dərmansız amillərin aktiv cəlb etməsi ilə birlikdə kompleks terapiya, bərpa prosesini sürətləndirir və əldə edilmiş nəticələri möhkəmləndirir.

mitri.az Heç zaman unutmaq lazım deyil ki, artıq çəki - yalnız kosmetik qüsur deyil. Artıq kilolar - ciddi yanaşı gedən xəstəliklərin olması, eləcə də emosional disbalansdır. Onlar müxtəlif amillərdən irəli gələ bilər. Buna görə də sağlamlığa zərər vurmadan arıqlamaq yalnız kompleksdə artıq çəkinin yığılma səbəblərinə (həm fizioloji, həm də psixoloji) təsir etdikdə mümkündür. Bədən çəkisinin balanslaşdırılmış və intensiv azaldılması proqramları özündə artıq çəki səbəblərinin çoxsəviyyəli diaqnostikası, qida davranışının normallaşdırılması yanaşı gedən xəstəliklərin müalicəsi və orqanizmin disbalansının aradan qaldırılmasını birləşdirir, bu da pəhriz saxlamadan arıqlamağa və şəxsi çəkiyə müstəqil şəkildə idarə etməyi imkan verir. Bizim institutumuzda hər bir pasiyentə fərdi yanaşma şəraitində sizə sellülitin effektiv aradan qaldırılması və firquranın korreksiyasına yönəlmiş kompleks sağlamlaşdırıcı proqramlarından birini təklif edə bilərlər. Sizin sağlamlığnızın vəziyyətini diqqətlə nəzərə alaraq (yaş meyarı, metabolik xüsusiyyətlər, sellülitin inkişaf səviyyəsi və sə), biz fizioterapiya sahəsində aparıcı mütəxəssislər tərəfindən hazırlanmış müstəsna innovasiya və yoxlanılmış metodikaların əsasında bədən çəkisinin korreksiyası üzrə prosedurlar keçiririk. Biz sizə 4 əsas prinsip üzərində qurulmiş bədən çəkisinin azaldılması proqramlarını təklif edirik:
  • Həkim yanaşması, tibbi yanaşma. Bizdə bədən çəkisinin azaldılması ətraflı müayinədən sonra həkim nəzarəti altında aparlır və ateroskleroz, arterial hipertenziya, ÜİX müalicəsi, maddələr mübadiləsinin korreksiyası ilə sıx bağlıdır. Biz piylənməyə qarşı da müalicə olunmalı xəstəlik kimi yanaşırıq. Bir əhəmiyyətli şərt ilə: biz pasiyentin aktiv roluna arxalanırıq, “sadəcə tablet içmək” əhval-ruhiyyəsi burada işləmir.
  • Çəkinin azalması məsələsinin həllinin kompleks metodu. Xüsusi qidalanmanın istifadəsi bizdə fiziki çalımalar, dərman müalicəsi, xüsusi məşğələlər, fiziki metdoklar (su prosedurları və s.), qida gündəliyinin aparılması və s ilə birgə həyata keçirilir.
  • “Çəkini necə azaltmaq” məsələsinin praktiki həlli.   Biz yalnız necə düzgün qidalanmağı izah etməyəcəyik, həm də sizi düzgün məhsullardan hazırlanmış düzgün yeməklərin olduğu düzgün masanın arxasına oturdacağıq və sizin orqanizminiz за 10 gün ərzində rasional qidalanmaya vərdiş edəcək, maddələr mübadiləsini yenidən düzəldəcək. Biz fiziki çalışmaların faydasından uzun danşmayacağıq, biz sizi trenajor zalına tərləməyə və su müalicə müalicə zalına tonusu yüksəltməyə aparacağıq. Sizin orqnanizminiz buna öyrəşəcək, təcrübi vərdiş formalaşacaq.
  • Əsas - çəkini sürətli deyil, onu uzun müddətə azaltmaq, , uzun illər üçün sağlamlıq və yaxş fiquraya nail olmaqdır. Biz sizi bunu necə və nə üçün etmək lazım gəldiyini öyrədəcəyik və birlikdə məşq edəcəyik. Daha sonra bu gözəl və xoş yolda siz müntəzəm həkim nəzarəti və hərəkətlərin yüngül korreksiyası ilə müstəqil şəkildə irəliləyəcəksiniz.
 Bədən çəkisinin azaldılmasının fərdi proqramının təyin olunmasından əvvəl nə baş verir? Çəkinin azaldılmas proqramına başlamadan əvvəl ilkin həkim konsultasiyasından keçmək lazımdır. Mütəxəssis konsultasiyası aşağıdakılardan ibarətdir:
  • Bədən tərkibinin diaqnostikası - bu, çəkinin nətin hesabına artdığını müəyyən edəcək (maye, əzələ və ya piy toxuması).
  • Müştərinin bədən çəkisini real olaraq neçə kiloqram azalda biləcəyinin qiymətləndirilməsi.
  • Çəkinin azaldılması üçün əks göstərişlərin olmamasının müəyyən edilməsi.
  • Çəkinin artmasının gizli səbəblərinin müəyyən edilməsi üçün test.
  • Pasiyent üçün ən effektiv arıqlama proqramnın seçilməsi.
 Çəki azaldılmasının əsas metodları: Farmakoloji:
  • İştahanı azaldan vasitələr.
  • Yağın mənimsənilməsini azaldan vasitələr.
  • Yağın oksidləşməsini aktivləşdirən vasitələr.
Cərrahi.
  • Qida qəbulunun məhdudlaşdırılmasına gətirib çıxaran əməliyyatlar.
  • Artıq yağların çıxarılması üzrə əməliyyatlar. .
Pəhrizlər.
  • Ac qalma.
  • Qida qəbulunun psixoterapevtik metodlarla məhdudlaşdırılması.
  • Qeyri həkim pəhrizləri.
  • Qidanın qismən əvəz olunması ilə sistemlər (həkim pəhrizləri).
Fiziki.
  • Fiziki yüklənmə.
  • Fizioterapevtik prosedurlar.
mitri.az Əməliyyatdan sonra cərrahi xəstələrdə həm xəstəliyin özündən irəli gələn, həm də əməliyyat müdaxiləsi, narkoz və hipokineziya ilə bağlı orqanizmdə gedən dəyişikliklərdən irəli gələn pozulmalar yaranır. Əməliyyatdan sonra qarın divarında əməliyyat kəsiyi boyunca ağrılar tənəffüsü çətinləşdirir. Əsas tənəffüs əzələsi - diafraqmal əzələ qismən, bəzən isə tamamilə tənəffüs aktında iştirak etmir, xüsusilə də əməliyyat tərəfində. Bundan başqa, qarın boşluğu orqanlarında əməliyyat keçirən xəstələr üçün qamətin (duruşun) pozulması səciyyəvidir. Adətən bu xəstələr tipik görünüşə malikdir: gövdə bir qədər önə əyilib, baş və çiyinlər aşağı salınıb, qarın əllərlə dəstəklənir ki, hərəkət zamanı əməliyyat nahiyyəsində ağrılar azalsın. Bu cür qamət tənəffüs və ürək - damar sistemlərinin fəaliyyətini çətinləşdirir. Cərrahi müdaxilələr zamanı MBT həm əməliyyatdan əvvəlki (planlı əməliyyatlar zamanı), həm də əməliyyatdan sonrakı dövrlərdə aparılır. Əməliyyatdan əvvəlki dövrdə stasionara yerləşdirilmiş xəstənin bir neçə gün ərzində aparlan müayinəsi zaman hərəkət aktivliyinin kəskin məhdudlaşdırılması (hipokineziya) öz növbəsində əzələ tonusu və onların gücünün azalmasına, ağ ciyərlərin həyat həcminin azalmasında, hemodinamikanın pozulmasına gətirib çıxarır. Yuxarıda qeyd olunanlara əsaslanaraq, MBT-nin əməliyyatdan əvvəlki dövrdə vəzifələri aşağıdakılardır: psixoemosional tonusun yüksəldilməsi; ürək - damar və tənəffüs sistemlərinin funksional vəziyyətinin yaxşılaşdırılması; tənəffüsün döş tipinin treninqi; mədə - bağırsaq yolu fəaliyyətinin yaxşılaşdırılması; xəstələrə erkən əməliyyatdan sonrakı dövrün çalışmalarının təlimi. Fizili çalışmalarla məşğul olmaq üçün əks göstərişlər: ümumi ağır vəziyyət, yüksək temperatur (38 - 39 °С); güclü ağrılar; qanaxma təhlükəsi. Əməliyyatdan sonrakı dövrdə fiziki çalışmaların xəstənin orqanizminə ümumi tonus qaldırıcı təsir məqsədilə ətrafların kiçik və orta əzələ qrupları üçün statik və dinamik xarakterli çalışmalar tətbiq edilir. Mədə - bağırsaq yolunun funksional vəziyyətini yaxşılaşdırmaq üçün ön qarın divarı və çanaq nahiyyəsinin əzələləri üçün çalışmalar istifadə olunur. Əməliyyatdan sonrakı dövrdə xəstələrin əməliyyatdan sonra tələb olunan vərdiş və çalışmaların təliminə xüsusi diqqət ayrılır: tənəffüsün döş tipinin aktivləşməsi; gələcək əməliyyatdan sonrakı tikiş nahiyyəsinin və döş qəfəsinin aşağı şöbələrinin fiksasiyası ilə öskürmə; dirsək və kürək sümüklərinə dayaq ilə çanağın qaldırılması; uzanan vəziyyətdən oturaq və ayaq üstü vəziyyətə keçid; aralıq əzələlərinin ritmik yığılması və sağrı əzələlərinin gərilməsi. Çalışmalar uzanan, orturan, ayaq üstə çıxış vəziyyətində gündə 1 - 2 dəfə fərdi metodla yerinə yetirilir. Reabilitasiya tədbirləri mədə - bağırsaq yolunda əməliyyat keçirmiş xəstələrin aşağıdakı kateqoriyasnda işlənib hazırlanıb:
  • SPV və Nissenə görə fundoplikasiyadan sonra;
  • mədə və on iki barmaq bağırsağın xora xəstəliyi səbəbindən mədə rezeksiyasından sonra;
  • xolesistektomiyadan sonra;
  • qida borusunun yanğın strikturası səbəbi ilə yerinə yetirilmiş qida borusunun yoğun bağırsağın sağ və ya sol yarısı və ya böyük əyrilikdən əldə olunan mədə borusu ilə plastikasından sonra.
Həzm sistemi patologiyası olan xəstələrin reabilitasiyasının əsas vəzifələri:
  • Ağrısızlaşdırıcı effekt;
  • Hemodinamikanın yaxşılaşdırılması;
  • İltihab əleyhinə effekt;
  • Reparativ proseslərin stimullaşdırılması;
  • Orqanizmin yeni anatomik - fizioloji şəraitdə fəaliyyətə erkən adaptasiya;
  • Vegetativ requlyasiyanın korreksiyası;
  • Həyat keyfiyyətinin artırılması;
  • İş qabiliyyətinin bərpası.
Mədə - bağırsaq yolunda əməliyyatdan sonra xəstələrə aşağıdakı fizioloji müalicə metodları tövsiyyə oluna bilər:
  • idman bədən tərbiyyəsi;
  • massaj;
  • UVÇ-terapiya;
  • lazer terapiyası;
  • maqnit terapiyası;
  • diadinamoterapiya;
  • elektroforez.
AZ RU EN Mobile : +994502634075/77 E-mail : info@itrdi.az +994 (12) 404 83 10/11 FAQ