İşə düzələrkən müsahibə

mitri.az

Vakansiya üçün namizədi aşağıdakı çoxsəviyyəli seçim gözləyə bilər:

  • Anketin doldurulması.
  • İR meneceri ilə CV-nin baxılması və müzakirəsi.
  • Müxtəlif testlərdən keçmə (rəhbərliyin mülahizəsinə əsasən).
  • Müsahibənin ümumi nəticələrinin (İR menecerinin nöqteyi nəzərindən müsbət olduğu halda) işin təqdim olunduğu şöbənin rəhbəri ilə müzakirəsi.
  • Bilavasitə direktor və ya səlahiyyətli şəxslə ümumi müsahibə.

Çox zaman müsahibədən əvvəl namizədin institut haqqında təsəvvürü olur və o, vakansiya imkanlarından irəli gələrək, müəyyən dərəcədə öz qabiliyyətini qiymətləndirir. Ola bilsin ki, aldığı təklif onu maraqlandırsın və o, elə nəticəyə gəlsin ki, hətta bu yerdə işləmək istəyir. Belə hadisələr nadir hal deyil və onların qarşısını almaq üçün dəvət olunduğunuz hər müsahibəyə lazımi diqqətin ayrılması kifayətdir.

Həmin vakansiyanın sizin arzunuz olub-olmamasından asılı olmayaraq, ən birinci hazırlıq mərhələsi – institut haqqında məlumatın toplanması olacaq. Hər bir işəgötürən üçün vacibdir ki, namizədlər təsadüfi gəlməsin, buna görə də müsahibə zamanı namizədin təşkilatın fəaliyyət istiqamətlərini, onun məqsədlərini, uğuru və digər üstünlüklərini dərk etdiyini göstərməsi ona böyük üstünlük qazandıracaq. Namizədin onun rezümesinə baxıldıqdan sonra müsahibəyə dəvət edildiyini nəzərə alsaq. Onu işəgötürəni maraqlandıracaq əlavə sənədlərlə mphkəmləndirmək ehtimalı haqqında düşünmək lazımdır. Bu, əvvəlki iş yerlərindən tövsiyyələr, fəxri diplomlar və digər fərqlənmə nişanları, kurs keçməsi haqqında sertifikatlar və hətta əla qiymətlərin olduğu əlavə ilə diplom ola bilər.

İşə qəbul zamanı müsahibə – ən yaxşı şəkildə özünüzü göstərməli olduğunuz mərhələlərdən biridir. Siz öz iş təcrübəniz barədə danışarkən ən əlverişli üsullardan istifadə etməlisiniz, lakin bu, çox uzun və ətraflı olmamalıdır. Sərbəst davranmaq lazımdır, lakin həddən artlq arxayınlıq göstərmək olmaz. Müsahibə zamanı verilən tipik suallara əvvəlcədən hazırlaşmaq lazımdır, lakin cavablar məşq edilmiş kimi görünməməlidir. Hər sözünüz yerinə düşməlidir, bu isə heç də asan deyil.

Təbii ki, əvvəlcədən şirkət haqqında və müsahibədə danışacağınız ehtimal olunan insanlar haqqında mümkün qədər çox məlumat toplamağa çalışın. İR üzrə səlahiyyətli şəxs barəsində nə qədər çox məlumat toplamağı bacarsanız, bir o qədər söhbət zamanı özünüzü rahat hiss edəcəksiniz. İnstitut barəsində nə qədər çox bilsəniz, sizin cavablarınızın namizədə qarşı irəli sürülən tələblərə uyğun olmasını əldə etmək bir o qədər asan olacaq.

Bu məqalədə biz hazırlıqdan başlayaraq bilavasitə keçidə qədər bütün müsahibə prosedurunu təsvir etməyə çalışacağıq. Sizə ilk xoş təəssürat yaratmağa və verilən suallara doğru cavab verməyə kömək edəcək tövsiyyələr verəcəyik. Siz ünsiyyətin verbal və qeyri – verbal üsulları haqqında təsəvvür əldə edəcəksiniz. Ümid edirik ki, bizim tövsiyyələrimiz sayəsində siz müsahibə zamanı yüksək bal toplaya biləcəksiniz.

Hazırlıq
Müsahibə namizədin institut tərəfindən irəli sürülən tələblərə nə dərəcədə uyğun gəldiyi, ona verilən vəzifələrin öhdəsindən gəlib-gəlməyəcəyi, korporativ mədəniyyət və idarəçilər komandasının iş metodikasına uyğunlaşa bilib-bilməyəcəyi kimi suallara cavab vermək məqsədi daşıyır. Müsahibəyə hazırlıq zamanı hansı sualların verilə biləcəyi haqqında fikirləşmək və doğru cavabları hazırlamaq lazımdır. Siz aşağıdakı suallara cavab verməyə hazır olmalısınız:

Niyə görə sizi işi götürmək lazımdır? Bir daha sizin güclü cəhətlərinizin institutun tələblərinə necə cavab verdiyini izah edin, onun işinə gətirə biləcəyiniz yeniliklər barəsində danışın?

Nə qədər əmək haqqı almaq istəyirsiniz? Bu suala cavab verdiyiniz zaman diqqətli olun. Əgər siz həddindən artıq çox istəsəniz, sizi namizədlər siyahısından çıxaracaqlar. Və əksinə, siz çox kiçik məbləğ söyləsəniz, siz qiymətdə uduzacaqsınız. Bu halda ən yaxşı variant – müstəqil tədqiqatın nəticələrini bildirmək və müəyyən konkret diapazon qeyd etməkdir.

Sizin həmsöhbətiniz, çox güman ki, sizə öz ciddi qüsurlarınızı nədə gördüyünüz barədə sual verəcək. Yalnız bir qüsuru qeyd edin və ondan azad olmaq üçün hansı tədbirləri gördüyünüz haqqında danışın.

Mübarizə apardığınız, lakin bunda heç bir uğur qazanmadığınız qüsurlar haqqında danışmaq lazım deyil. Rəhbər vəzifəyə namizədlərin qiymətləndirilməsi zaman kadrlar üzrə menecer onlarda yaxşı kommunikativ vərdişlər, qərarların konstruktiv variantlarını təklif etmək bacarığını axtarır. İş həcmi və sizin rast gəldiyiniz problemlər haqqında danışın. Əgər siz tibb işçisisinizsə, müalicəsində iştirak etdiyiniz pasiyentlərin nozologiyalar üzrə sayını dəqiqləşdirin.

Cavablarınızı sizin əminliyinizi və peşəkarlığınızı qeyd edə biləcək və etibar edilən insanların təsdiqləri ilə tamamlamağa çalışın. Yaxşı olar ki, bunlar məşq edilmiş ev tapşırığı kimi deyil, improvizasiya kimi görünsün. Gözəl cavabı bəzədilmiş cavabdan ayıran xətti keçməyin.

Həm işə düzəlməyə gəldiyiniz instituta dair, həm də şəxsi iş siyahınıza aid əsas hadisə və tarixləri yadda saxlayın ki, hər dəfə informasiya üçün portfelə baxmayasınız.

Və nəhayət, öz barənizdə vakant vəzifəyə namizəd kimi düşünmək lazım deyil. Siz – şirkətin qarşısında duran biznes vəzifələrin həllinin unikal vasitəsisiniz. Özünüzü həll qismində təsəvvür etməyiniz sizə şirkətə qarşıya qoyulmuş strateji məqsədlərə nail olmağa kömək edəcəyinizə dair əminlik verəcək. Sizin əminliyiniz isə müsahibəni aparan kadrlar üzrə menecer üçün əlavə amil olacaq. Özünüzü həll qismində təsəvvür etməyiniz sizə yeni şirkətdə rolunuzu müəyyən etməyə, layiq olduğunuz kompensasiya paketi haqqında uğurlu danışıqlar aparmağa və idarəçilər komandasının işində bərabər səviyyədə iştirak etməyə kömək edəcəkdir.

Mühüm gün                                                                                                  

Müsahibə günü siz təyin olunmuş vaxtdan ən az 15 dəqiqə əvvəl gəlməlisiniz. Gözləmə prosesində özünüz haqqında düşünün və müsahibənin yaxşı keçəcəyinə köklənin. Həmçinin, otağa girən və çıxan əməkdaşları müşahidə etmək olar ki, onların özlərini burada nə qədər rahat hiss etmələrinizi anlaya biləsiniz.

Müsahibənin aparılacağı otağa girərkən gülümsəyin, başınızı qaldırın və çiyinlərinizi düz saxlayın. Sizə əl uzadıldıqda, onu möhkəm sıxın. Qarşılıqlı təqdim edilmə zamanı təbəssümlə onun adını təkrarlayın. Hər fürsətdə öz həmsöhbətinizə adı və soyadı ilə müraciət edin. Hər bir insan üçün bunu eşitmək xoşdur. Bu, sizin həmsöhbətinizi xoş ovqata kökləyəcək.

Növbəti mühüm məqam müsahibəyə gedərkən nə geyinəcəyiniz haqqında qərar verməkdir. Bu halda əsas qayda ya mümkün qədər şirkətin sizə məlum olan korporativ üslubunda geyinmək ya da klassik üsluba üstünlük verməkdir. Əməkdaşların necə geyinməsi haqqında kifayət qədər məlumatınız olduğu zaman bu üsluba yaxın üslubda geyinmək müsbət addım olacaq, əgər bu barədə heç bir məlumatınız yoxdursa,  klassika hər kəsə və hər zaman kömək edir, çünki istənilən işəgötürən dərk edir ki, potensial əməkdaş üçün rəsmi üslubu gərəkli edən rəsmi məqam vacibdir. Xanımlar az miqdarda kosmetikadan istifadə etmək gərəkdiyini, kişilər isə siqaret çəkdikdən sonra tütün iyinin olması haqqında unutmamalıdırlar. Ümumilikdə isə hər bir namizəd həddən artıq kəskin ətir, dezodorant və ya tualet suyunun pis təsir edəcəyi ehtimalı haqqında düşünməlidirlər.

Sizə təklif olunmayana qədər əyləşməyin. Seçim olarsa, divanda əyləşməkdən çəkinin. Siz sanki qumda batdığınız kimi divana batacaqsınız. Kresloya üstünlük verin. Düz oturun, əllərinizi dizlərinizin üstünə qoyun. Əl və ya ayaqlarınızı çarpazlaşdırmayın, çünki bu, sizin müdafiə mövqeyi aldığınızı göstərir.

Sizin həmsöhbətiniz danışdığı müddətdə diqqətinizi nümayiş etdirin, vaxtaşırı başınızla onu təsdiqləyin və onun dediyi sözləri təkrarlayın. Verilən sualı düzgün anladığınızdan  əmin olun. Suala cavabı əvvəlcədən hazırlandığını göstərməyin. Hər sualın arxasında nəyin dayandığını anlamağa çalışın. Məsələn, həmsöhbətiniz sizin nə vaxtsa SAP sisteminin tətbiqi prosesində iştirak edib etmədiyinizi soruşa bilər, əslində isə onu bu tətbiqin nə qədər səlis keçdiyi, onu təyin olunmuş müddətdə başa çatdıra bilib-bilməməyiniz və ayrılan büdcə çərçivəsində başa vurmağınız maraqlandırır.

Əgər siz verilən suala ən yaxşı şəkildə cavab verə bilmirsinizsə, bir qədər gözləyin və ya zaman qazandırmağa və daha yaxşı cavab verməyə imkan verən dəqiqləşdirici ifadələrdən istifadə edin.

Söhbət zamanı özünüzü təbii aparın. Jestlərdən istifadə edə bilərsiniz. Kiçik provokasiya zaman gülümsəyin. Təbəssüm sizə özünüzü əmin hiss etməyə imkan verəcək. Öz həmsöhbətinizin gözlərinin içinə baxın. Bir qrup insanla söhbət etdiyiniz zaman nəzərinizi hər birinin üzərində bir müddət saxlayın, gözlərinizi tez-tez birinin üzərindən o birinə çəkməyin.

Müsahibə yaxşı başlamalıdır və siz bir qədər rahatlaya bilərsiniz. Lakin özünüzü həddən artıq sərbəst aparmayın. Müsahibə prosesində məsafəni qorumaq və həmsöhbətinizə qarşı hörmət  ifadə etmək lazımdır. Hazırkı işəgötürəniniz haqqında pis söz söyləməyin, sizi buna təhrik etsələr belə. Əmək haqqı mövzusuna yalnız sizdən bu haqda birbaşa soruşduqları zaman toxunun.

Söhbətin sonunda həmsöhbətiniz sizin hər hansı bir sualınız olması ilə maraqlanacaqdır. Sizə həmin sualları verməyə təklif edib-etməməsindən asılı olmayaraq, aşağıdakılar haqqında soruşun:

  • İnstitutda həmin vəzifəyə namizədlərdən nə gözləyirlər?
  • Sizin fəaliyyətiniz necə qiymətləndiriləcək?
  • Siz ilk növbədə hansı məsələləri həll etməli olacaqsınız?
  • İnternetdə açıq mənbələrdə tapa biləcəyiniz məlumat haqqında soruşmayın.

Müsahibə proseduru başa çatdıqdan sonra rəhbərin onu maraqlandıran bütün məlumatları ala bilib-bilməməsi ilə maraqlanın. Sizin fikrinizcə, həmin vəzifə üçün əhəmiyyət kəsb edən suallar verilmədiyi zaman əlavə məlumat verin. Sizdən soruşulmadıqca, ümumi məlumat verməyin.

Müsahibənin sonunda sizə bu vəzifəni həqiqətən tutmaq istədiyinizi nümayiş etdirmək üçün son şans əldə edirsiniz. Səsinizdə ən kiçik ümidsizlik notlarını gizlədərək, özünüzün səmimi pozitiv marağınızı nümayiş etdirin. Məsələn, aşağıdakıları qeyd etmək olar: «Burada mənim üçün açılan imkanlar çox böyük həyati əhəmiyyət kəsb edir. Mənim namizədliyim ilə bağlı hər hansı bir sualınız qalmayıb?» Və yadda saxlayın: ilk təəssürat müsahibə zamanı ən mühüm məqamdır. Görüşün sonunda həmsöhbətinizdə yaranan təəssürat isə artıq ikinci dərəcəli rola malikdir.

Bundan sonra nə baş verəcək?

Görüş bitdikdən dərhal sonra onun nəticələri haqqında düşünün. Cavablarınızın kifayət qədər inandırıcı olmadığı sahələri özünüz üçün qeyd edin ki, növbəti müsahibə zamanı yaranan təəssüratı düzəldə biləsiniz. Bundan başqa, siz davam etdirməyi planlaşdırırsınızsa, siz yəqin ki, kimin nə deməsini yada salmaq istəyəcəksiniz.

Və yadda saxlayın: işi çox zaman bunu digərlərdən daha çox istəyən şəxs alır.

AZ RU EN Mobile : +994502634075/77 E-mail : info@itrdi.az +994 (12) 404 83 10/11 FAQ