İşə qəbul üçün sənədlərin siyahısı

Papers
  • Avtobioqrafiya
  • İnstitutun blankı (application form).
  • 2 ədəd rəngli fotoşəkil (3х4).
  • Kadrların uçotu üzrə şəxsi vərəqə.
  • İşə qəbul zamanı tibbi müayinənin nəticələri.
  • Namizədin məlumat bazasında olmasını qeyd etməklə işə qəbul üzrə menecer, namizədin işləyəcəyi bölmənin rəhbəri (staj müddətinin nəticələrini göstərməklə) və institutun direktoru tərəfindən dəstəklənən işə qəbul haqqında ərizə.
  • Doldurulmuş və yuxarıda sadalanan bütün instansiyalar tərəfindən dəstəklənmiş staj vərəqi (staj keçildiyi zaman).
  • Təhsil haqqında diplomlar və onların surəti.
  • Attestasiya və alimlik dərəcəsi haqqında diplomlar və onların surəti.
  • Tövsiyyə məktubları.
  • Hərbi qeydiyyat sənədləri – hərbi mükəlləfiyyətli şəxslər və hərbi xidmətə çağırılmalı olan şəxslər üçün.
  • Yaşayış yerindən arayış və ya şəxsiyyət vəsiqəsinin əsli və surəti.
  • Əsas iş yerindən arayış (əvəzçilər üçün).
  • Əmək kitabçası (əvəzçilər üçün – onun notarius qaydasında təsdiqlənmiş surəti).
  • Sürücülük vəsiqəsinin əsli və surəti.
  • Məhkəmə icra vərəqələri (əgər varsa).
  • Şəxsi məlumatların məlumat bazasına daxil edilməsi haqqında qeyd.
  • Bank kartının alınması üçün əməkdaş işə qəbul zamanı müvafiq blankı doldurmalı və onu mühasibatlığa təqdim etməlidir.
  • Tələb olunduğu zaman digər məlumat.
AZ RU EN Mobile : +994502634075/77 E-mail : info@itrdi.az +994 (12) 404 83 10/11 FAQ