İşə qəbul və ilkin staj

Job_Contract

Namizədin qəbulunun məqsədəuyğunluğu haqqında məsələ namizəd tərəfindən zəruri sənədlərin təqdim edilməsindən sonra kadr müsabiqəsi və təşkilatda qəbul olunmuş personalın seçimi və qiymətləndirilməsi metodları və müsahibədən keçmə əsasında institut direktorunun rəhbərlik etdiyi kadr komissiyası tərəfindən həll olunur.
Kadr müsabiqəsi dedikdə – vakant vəzifəsinin tutulması uğrunda namizədlər arasında gedən müsabiqə başa düşülür. Müsabiqinin tutulmprestijini, estijini, tutulması uşersonsimpatiyalar vtulması uğrunda namizini, tutulması uedən müsabiqə başa düşülür. məsi m. Kadr müsbiqələri – qabiliyyətli gənc mütəxəssislərin seçimi, hazırlığı və fəaliyyətinin başlaması mexanizmi kimi tətbiq olunur. Müsabiqə fərdi inkişafa təkan verir. Müsabiqədən keçməyən şəxslər adətən strateji kadr ehtiyatı təşkil edirlər.

Müsabiqə komissiyası hər bir iştirakçının qabiliyyəti, onun fəaliyyət metodlarının xüsusiyyətləri, effektiv fəaliyyət üçün tələb olunan bilik, vərdiş və bacarıqlarının hərtərəfli analizi əsasında fərdi işini, eləcə də onun komandada işləmək bacarığını qiymətləndirir

İşə qəbulun əsas qaydaları

Tibbi işçilər üçün xüsusi tibbi təhsilin olması mütləqdir.
Həmçinin, işə qəbul zamanı tibbi müayinələrdən keçmək və sonrakı illik tibbi müayinələr vacibdir.

Bir qayda olaraq, işə qəbuldan əvvəl əməkdaş ödənişli və ya ödənişsiz staj keçir.

İlkin stajı keçmək və instituta işə qəbul olmaq üçün namizəd aşağıdakı tələblərə cavab verməlidir.

Staj keçmək üçün kadrlar şöbəsinə aşağıdakı sənədləri təqdim etmək lazımdır:
  • Avtobioqrafiya
  • Ərizə-anket (application form).
  • 2 ədəd rəngli fotoşəkil.
  • Təhsil və təkmilləşdirmə kursları üzrə sertifikat və onların surəti.
  • Kadrlar uçotu üzrə şəxsi vərəqə.
  • Tövsiyyə məktubları.
Müsahibədən keçərkən staj keçən şəxs təhkim olunduğu bölmə rəhbərindən staj vərəqini almalı, sistem administratorunda şəxsi məlumatlarını elektron məlumat bazasına daxil etməlidir. Kadrlar üzrə menecer staj keçmək üçün staj keçən şəxsə tibbi müayinə vərəqini verir, staj keçən şəxs onunla birgə institutun registraturasına  yollanır. Staj keçən şəxsin təhkim olunduğu bölmə rəhbəri əməyin mühafizəsi, elektrik və yanğın təhlükəsizliyi üzrə təlimat təşkil edir, bu da staj vərəqində qeyd olunur. Təsdiq olunmuş siyahı və qrafikə uyğun olaraq tibbi müayinədən keçmək lazımdır. Staj vərəqi üzrə treninqlər bitdikdən sonra staj keçən şəxs vərəqi baxması üçün təhkim olunduğu bölmə rəhbərinə təqdim etməlidir. Staj vərəqinin rəhbər tərəfindən baxılmasından sonra onu müalicə işləri üzrə direktor müavininə təqdim etməlidir. Tam baxılmış staj vərəqi staj keçən şəxsin şəxsi işinə qoymaq üçün kadrlar şöbəsinə göndərilir.  İnstitutda staj keçmək üçün irəli sürülən tələblər:
  • Müəssisənin tələblərinə cavab verən müvafiq geyim formasına malik olmaq.
  • Müəssisədə qüvvədə olan davranış qaydalarını bilmək və onlara riayət etmək.
  • Staj keçmə qrafikini bilmək və ona riayət etmək.
  • Şəxsi iş yerində təhlükəsizlik texnikası kursunu keçmək.
Hər bir əməkdaşın iş keyfiyyətləri aşağdakılardan ibarətdir: intizamlılıq, müstəqillik, dəqiqlik, əməksevərlik,  qənaətçilik, ünsiyyət qurm bacarığı, çalışqanlıq, tapşırılan işin sona qədər çatdırılması bacarığı, əzm, məqsədyönlülük, iş danışıqlarını aparmaq bacarığı, geniş dünyagörüşü, perspektivi görmək bacarığı. Əməkdaşın əxlaqi keyfiyyətləri: xeyirxahlıq, ədəb, diqqətlilik, tənqidi qəbul etmək bacarığı, təvazökarlıq, öz işinə bağlılıq, dürüstlük. Əməkdaş daxili əmək intizamı qaydaları və təhlükəsizlik texnikası qaydalarına riayət etməklə, öz vəzifələrini vicdanla yerinə yetirməli, təşkilatın əmlakına diqqətlə yanaşmalı, iş ixtisasını artırmalıdır. Əməkdaşın yerinə yetirdiyi vəzifələrin (işlərin) əhatə dairəsi, onun hüquq və məsuliyyətləri direktor tərəfindən təsdiq edilmiş vəzifə təlimatı ilə müəyyən olunur. Əməkdaş təşkilat rəhbərinin tələblərini razılaşdırılmış vaxtda yerinə yetirməyi və müəyyən olunmuş formada hesabat sənədlərini təqdim etməyi öhdəsinə götürür. Onun bilavasitə rəhbərinin göstərişlərinin yerinə yetirilməməsi icra intizamı və daxili əmək intizamı qaydasının pozulması kimi qiymətləndirilir. Əməkdaş institutda keçirilən tədris seminarlarında aktiv iştirak etməyi, rəhbərlik tərəfindən təklif edilmiş planla uyğun olaraq tədris tapşırıqlarını hazırlamağı öhdəsinə götürür. Əməkdaş kommersiya və xidməti sirri təşkil edən məlumatları paylaşmamağı öhdəsinə götürür:
  • bütün növ təsərrüfat və əmək müqavilələri;
  • istənilən əməkdaşın əmək haqqı da daxil olmaqla, birdəfəlik əmək ödənişi fondunun istifadə ölçüləri;
  • institutun inkişaf perspektivləri; xidməti istifadə üçün sənədlərin məzmunu;
  • əməkdaşların anket məlumatları və şəxsi keyfiyyətləri, onların davranış xüsusiyyətləri.
Tələb və öhdəliklərin pozulması halında əməkdaş qüvvədə olan qanunvericiliklə müvafiq olaraq maddi və intizam məsuliyyəti daşıyır, hətta tutduğu vəzifədən azad olmağa qədər, öz hərəkətləri ilə instituta maddi zərər vurduğu halda tələb olunan kompensasiyanı ödəməlidir. Əməkdaş institut daxilində sərxoş halda olmamağı öhdəsinə götürür. Əməkdaş yalnız xüsusi ayrılmış yerlərdə siqaret çəkməyi öhdəsinə götürür.
Azərbaycan və rus dillərini, ingilis dilinin baza səviyyəsini bilmək. Kompüterdə baza səviyyəsində işləmək bacarığı (Word, Excel). Reabilitologiya, idman təbabəti, ortopediya və ya dar ixtisas üzrə ən az 3 il iş təcrübəsi. Həyat üçün təhlükəli vəziyyətlərdə təcili yardım göstərilməsi sahəsində kifayət səviyyədə təcrübi və nəzəri peşəkar bilik və  bacarıqlara malik olmaq.
Azərbaycan və rus dillərini, ingilis dilinin baza səviyyəsini bilmək. Kompüterdə baza səviyyəsində işləmək bacarığı (Word, Excel). İxtisas üzrə ən az 5 il iş təcrübəsi. İlk tibbi yardımın göstərilməsində kifayət səviyyədə təcrübi və nəzəri peşəkar bilik və  bacarıqlara malik olmaq.
Azərbaycan, ingilis və rus dillərini bilmək. Kompüterdə baza səviyyəsində işləmək bacarığı (Word, Excel). Bakı şəhəri və Azərbaycan Respublikasını tanımaq. Bakı şəhəri tibbi infrastrukturu biliklərinə nail olmaq. İlkin tibb yardımın göstərilməsində məqbul səviyyədə praktiki vərdişlərə malik olmaq.
Azərbaycan və rus dillərini bilmək. BCD kateqoriyalı nəqliyyat vasitələrini sürmək hüququ ilə ən az  5 il iş təcrübəsinə malik olmaq.
AZ RU EN Mobile : +994502634075/77 E-mail : info@itrdi.az +994 (12) 404 83 10/11 FAQ