• Telefon
    +994 (12) 525-83-07/09/10
  • İş Saatları
    Bazar ertəsi-Cümə 08:00 - 20:00
  • Ünvan
    Olimpiya küç. 4A, Bakı, Azərbaycan

Dr. Axundov Pərviz

  • Əsas
  • Dr. Axundov Pərviz
Image
2007-ci ildə ATU-nun müalicə-profilaktika fakultəsini bitirib.
2014-2015-ci illərdə Türkiyə - Qazi Universitetinin tibb fakültəsində nevrologiya, kliniki neyrofiziologiya ixtisasları üzrə ixtisaslaşıb. İxtisas üzrə iş stajı 15 ildən çoxdur. 
Xarici və yerli jurnallarda çap olunmuş 20-dən çox elmi məqalə və tezisin müəllifidir. Bir sıra yerli və xarici-beynəlxalq konfransların iştirakçısı və məruzəçisi olmuşdur. Türkiyə ”Uykuder” yuxu dərnəyinin və Nevroloqlar Milli Assosiasiyasının üzvüdür.
Əsas elmi istiqaməti vertebrogen radikulopatiyaların fizioterapevtik üsullarla müalicəsidir. 
Həkimlərin sertifikasiya imtahanından iki dəfə (2012; 2018) maksimal nəticə ilə keçmişdir.

Peşəkar sahəsi:
Həkim-nevroloq, nevroloji patologiyalarla bağlı funksional diaqnostika (elektromioqrafiya- EMQ, elektroensefaloqrafiya-EEQ, polisomnoqrafiya-PSQ).
Sinir sisteminin serebrovaskulyar xəstəlikləri, sinir-əzələ xəstəlikləri, epilepsiya, yuxu pozulmaları, baş ağrıları, ağrı sindromu, baş gicəllənmələr, vertebronevroloji xəstəliklərin diaqnostikası, müalicə və reabilitasiyası ilə məşğul olur. Elektromioqrafiya (EMQ), o cümlədən stimulyasiyon elektroneyromioqrafiya (ENMQ), səthi və iynəli elektromioqrafiya, elektroensefaloqrafiya (EEQ), polisomnoqrafiya (PSQ) müayinələrini aparır.

Əmək fəaliyəti:
2016-cı ildən Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda elmi işçi kimi çalışır. 2018-ci ildən Milli İdman Tibb və Reabilitasiya İnstitutunda həkim-nevroloq, neyrofizioloq (EEQ-EMQ üzrə mütəxəssis) vəzifəsində çalışır.

Diplomdan sonrakı peşəkar təhsili:
2007-2008-ci ildə sinir xəstəlikləri ixtisası üzrə internatura keçib və həmin ildən həkim-nevroloq ixtisası üzrə işə başlayıb.
2012-2015-ci illərdə sinir xəstəlikləri ixtisası üzrə əyani doktorantura təsili alıb.
2014-2015-ci illərdə Ankara Qazi Universitetinin tibb fakültəsində nevrologiya, klinik neyrofiziologiya, fizioterapiya və reabilitasiya ixtisasları üzrə staj keçmişdir.

Sertifikatlar:
Nevrologiya və neyroreabilitasiya sahələri üzrə;
Klinik neyrofiziologiya üzrə (EEQ, EMQ);
Yuxu pozulmaları və polisomnoqrafiya üzrə;

Patologiya üzrə xəstələrin sayı:
Onun müxtəlif nevroloji şikayətlərlə 15000-dən çox pasiyenti olmuşdur. 2000-dən çox müxtəlif elektroneyromioqrafik və elektromioqrafik müayinələr, 500-dən çox elektroensefaloqrafik müayinələr aparmışdır. Müxtəlif miofassial ağrılar zamanı “Trigger Point” terapiya tətbiq edir. Yuxu pozulmaları, xroniki ağrı sindromları, sinir sisteminin funksional xarakterli pozulmaları zamanı transkranial elektrik stimulyasiyası tətbiq edir.