• Telefon
    +994 (12) 525-83-07/09/10
  • İş Saatları
    Bazar ertəsi-Cümə 08:00 - 20:00
  • Ünvan
    Olimpiya küç. 4A, Bakı, Azərbaycan

Əliyeva Ülkər

Image
Peşəkar sahəsi:
Müalicəvi idman, müalicəvi hissəvi masaj. Uzay serebral iflicində tətbiq olunan metodlar.

Skolioz, kifoz, lordoz kimi qamət qüsurlarının korreksiyası, əzələ və oynaq mobilizasiyası, insult və digər nevrologi xəstəliklər səbəbindən yaranmış hərəkət pozulmalarının bərpası.

Müalicəvi idman
Nevroloji xəstəliklərdə (uşaq serebral iflicləri, doguş travmaları, insultdan sonrakı vəziyyətlər, pleksopatiyalar, kəllə və onurğa beyin travmaları və s.) istifadə olunan Avropa reabilitasiya məktəbinin metodikalarının tətbiqi.

Anadangəlmə və qazanılmış qamət qüsurları (pataloji lordoz və kifoz, skolioz) və pəncə problemlərində korreksiyaedici gimnastika, "Katarina Şrot" üsulu, S.I.A.S üsulundan, tənəffüs gimnastikasından istifadə.

Udma pozğunlugunun bərpası

Nəfəsalma probleminin bərpası

Müalicəvi masaj

 Əmək fəaliyəti:

25 il tibbi iş təcrübəsi. Son 12 ildə müxtəlif reabilitasiya mərkəzlərində peşəkar fəaliyyət göstərmişdir.  Sonraki illərdə Rusiya Federasiyasında Yekatirinburq şəhərində 9 saylı uşaq bərpa mərkəzində, 2013-cü ildə Türk Amerikan Fizioterapiya Və Reabilitasiya Mərkəzində müalicəvi idman mütəxəsisi kimi fəaliyyət göstərib.
Son 8 ildə MİTRİ-nin Reabilitasiya şöbəsində müalicəvi idman mütəxəssisi kimi çalışır. 

Diplomdan sonrakı peşəkar təhsili:

1) Moskva şəhəri 18-li Dövlət Xəstəxanasının tərkibində 2 aylıq müalicəvi masaj kursu
2) Bakı şəhərində Avropa-Asiya Akademiyası Elmi İnkişaf Mərkəzində müalicəvi bədən tərbiyəsi instruktoru ixtisası üzrə kurs

Patologiya üzrə xəstələrin sayı: Gün ərzində təqribən 10 pasiyent qəbul edir.