İnstituta mərkəzi və periferik sinir sistemi, dayaq-hərəkət aparatının patologiyaları ilə pasiyentlər bərpa müalicəsi üçün qəbul olunur. Həmçinin ÜİX (miokard infarktı, stenokardiya), miokarditlər, kardiomiopatiya və bəzi ürək qüsurlarından əziyyət çəkən, eləcə də ürəkdə əməliyyat müdaxilələri və ürək köçürülməsindən sonra xəstələr üçün kardioreabilitasiya qrupu mövcuddur .
Bizim mərkəzdə müxtəlif yaş qruplarından olan – körpələrdən yaşlı insanlara qədər olan pasiyentlər zəruri dəstək ala bilir.
İnstitutda əlillər üçün xüsusi şərait yaradılıb. Arabada olan xəstələr üçün xüsusi əydəmli panduslar, liftlər, avtomobil giriş yolu, tualet və duş otaqları nəzərdə tutulub. Xəstələri götürmək üçün oturaq xəstələrin daşınması üçün qaldırıcı qurğu ilə təchiz olunmuş xüsusi nəqliyyat gələ bilər. Tamamilə hərəkətsiz pasiyentlər üçün nəqliyyat təkərli kürsü ilə və tibbi yardımın göstərilməsi ilə tələb olunan avadanlıqla təchiz olunan reanimobil istifadə olunur.
İnstitutda intensiv bərpa müalicə kursu alan pasiyentlərin istirahəti və qida qəbulu üçün gündüz stasionarı fəaliyyət göstərir, bu da onlara növbədə gözləməklə bağlı narahatlıq hiss etmədən bir gün ərzində eyni zamanda bir neçə prosedur və müayinədən keçmək imkanını verir. Pasiyentləri tibb bacısı müşayiət edir və xəstənin institutda olduğu müddətdə koordinasiyanı təmin edir. Bu amillər xəstənin qohumlarını onun yanında olmaq zərurətindən azad edir və onlara müəyyən müddət ərzində təcili işlərini həll etməyə imkan verir. Təyin olunmuş vaxtda bizim xüsusi avtomobilimiz bütün zəruri prosedur və müayinələrdən keçmiş pasiyenti evinə qaytaracaq.
Biz həmçinin diaqnostik və reabilitasiya müalicəsi üçün pasiyentlərin evinə və manipulyasiya, manual terapiya və fizioterapevtik prosedurlar həyata keçirmək üçün həkimlərin çağırışı üzrə xəstəxanalar və reanimasiya şöbələrinə gedirik.
Bizim diaqnostika və müalicə ilə imkanlarımızla “Pasiyentlər üçün” bölməsində daha ətraflı tanış ola bilərsiniz. 404-83-10/11 telefon nömrələrinə zəng edərək, sizi maraqlandıran istənilən məlumatı əldə edə bilərsiniz. Biz Sizin istənilən suallarınızı cavablandırmağa və Sizi bizim mütəxəssislərin qəbuluna yazdırmağa şad olarıq.