Bizim pasiyentlərimiz qrupuna baş beyin, onurğa beyni və periferik sinirlərdə müdaxilələrdən sonra mərkəzi və periferiya sinir sisteminin patologiyası; dayaq-hərəkət aparatında travmalar, xəstəliklər və əməliyyatlar səbəbindən pozuntular; stenokardiya, miokard infarktı, ürək çatışmazlıqları, stent qoyma, ürəkdə keçirilmiş əməliyyatlar, koronar damarların balon dilyatasiyası, ürək-damar sisteminin patologiyası olan xəstələr aiddir.
Bizim bərpaedici müalicəyə yanaşmamızın xüsusiyyəti kompleks metodikalardan istifadə və hər pasiyentin müalicəsinə fərdi yanaşmadır. Mərkəzimizdə fiziki təbii amillər, mexanoterapiya və kineziterapiya, dərman terapiyası və psixoterapevtik təsirlər daxil olmaqla, bərpanın tam dövrünün keçirilməsi üçün avadanlıq mövcuddur. Öz təcrübəmizdə biz beynəlxalq kliniki protokollardan istifadə edirik. Mütəxəssislərimiz xaricdə təhsil almışdır və bu qrup pasiyentlərin müalicəsində böyük təcrübəyə malikdirlər.
Bu bölmədə diaqnostika və müalicə üzrə imkanlarımızla ətraflı tanış ola bilərsiniz. Sizi maraqlandıran hər hansı informasiyanı əldə etmək üçün, 404-83-10/11 seriya telefonlarına zəng edərək qeydiyyatçıya müraciət edə bilərsiniz. Biz Sizin istənilən suallarınıza cavab verməyə və Sizi bizim mütəxəssislərimizin qəbuluna yazmağa şad olarıq.