Federasiyalar, klublar və yığma komandalardan ən yüksək dərəcəli idmançıları ilə işləyərək biz, hər şeydən əvvəl, bu idmançıların məşqçiləri və həkimləri ilə sıx əlaqə qurmağa çalışırıq. Bu bizə bir tərəfdən institutda, məşqlərdə və evdə idmançılarla işin ardıcıllığını həyata keçirməyə, digər tərəfdən müalicənin gedişinin və idman nəticələrinin həkim-məşqçi nəzarətini həyata keçirməyə imkan verir. Terapevtik tədbirlərin keçirilməsi vaxtını biz idmançının məşq və yarış qrafiki ilə uyğunlaşdırırıq.
Öz rəylərində bizim mütəxəssislərimiz idmançının məşq fazasında, yarış dövründə və ya istirahətdə vəziyyətinə görə tibbi tövsiyələr ilə yanaşı, həm də də pedaqoji tövsiyələr verirlər. Bizim mütəxəssislərimiz reabilitasiyadan sonra 100% yüklənmə ilə məşqlərə buraxılma imkanı, imkan daxilində meydançaya və ya oyuna çıxış haqqında obyektiv rəy verəcəklər. Bizim tövsiyələrimiz komandanın məşqçilərinə və həkimlərinə travmadan və ya gərginlikdən sonra reabilitasiyadan normal məşq prosesinə mülayim şəkildə keçid etməyə kömək edəcək.
Yüksək nailiyyətlər idmanı üçün biz idmançıların baza və dövri dispanserizasiyasını, mərhələli və cari monitorinq, eləcə də dərin tibbi müayinə keçiririk, bu da idmançının imkanlarını daha dolğun qiymətləndirməyə və bərpa müalicəsindən sonra vəziyyətin ilk qayıtma nöqtələrini müəyyən etməyə imak verir.
Bizim mobil qrupumuz bütün zəruri avadanlıqla, mobil kliniki və biokimyəvi laboratoriya ilə təchiz edilib və zalda, stadionda, kəsişmə yerində və idman-təlim bazasında müayinələr apara bilər.
Bizim idman həkimlərimizə Siz sizi maraqlandıran istənilən informasiya əldə etmək üçün 404-83-10/11 telefon nömrələrinə zəng etməklə müraciət edə bilərsiniz. Biz Sizin istənilən suallarınıza cavab verməyə və Sizi bizim mütəxəssislərimizin qəbuluna yazmağa şad olacağıq.