İdmanda stabilometrik platforma

  • Əsas
  • İdmanda stabilometrik platforma
Image
Stabilometrik platforma dayaq-hərəkət aparatının patologiyası zamanı tarazlığın və koordinasiyanın pozuntularını, mərkəzi və periferiya sinir sisteminin, həmçinin görmə və vestibulyar analizatorların işini diaqnozlaşdırır. Həmçinin tarazlığa nəzarətə görə cavabdeh olan sinir sisteminin və dayaq-hərəkət aparatın bölmələrinin stimulyasiyası üçün stabilometrik platformanın təlimləndirici əhəmiyyəti istifadə edilir, dinamik stereotiplər yaradılır, bədən vəziyyətinin sabitliyinə görə cavabdeh olan əzələlər işlənilir.

Stabilometrik platforma dövri və mürəkkəb koordinasiyalı idman növlərində həm balans və tarazlığa nəzarətin diaqnostikası məqsədi ilə, həm də məşq prosesində istifadə etmək məqsədi ilə tətbiq edilir. Stabilometrik platformanın köməyi ilə vestibulyar aparat məşq olunur və stres amilinə reaksiyanın düzənlənməsi təkmilləşdirilir. Psixoloq tərəfindən stres amili ilə mürəkkəbləşdirilmiş tapşırıqlar yerinə yetirilərkən emosiyaları cilovlamaq imkanı təlimləndirilir. Əhval-ruhiyyə ilə bağlı qeyri-sabitliyi,  tapşırığın gerçəkləşdirilməsi zamanı həyəcanı azaltmaq və müvafiq olaraq, idman nəticələrini yüksəltmək imkanı var.

Trenajorun əks-əlaqə sistemi institut mütəxəssislərinə məşqin keçirilməsi haqqında hesabat əldə etmək imkanı verir və onların keçirilməsinə nəzarət ilə yanaşı məşq prosesinə nəzarət etməyə imkan yaradır.