İdmanda mioqrafik müayinə

  • Əsas
  • İdmanda mioqrafik müayinə
Image
Elektromioqrafiya, ümumilikdə, idman təbabətində  və bizim institutumuzda xüsusi olaraq geniş istifadə edilən bir metoddur. Biz idmançılara dair transkutan simsiz mioqrafiyadan istifadə edirik, bu da ağrısızdır və adi hərəkətləri məhdudlaşdırmamağa imkan yaradır. Bundan əlavə, idmançı, onun öyrəndiyi  texnikada öz hərəkətlərini yerinə yetirmək imkanına malikdir. 16-kanallıq sistem, eyni zamanda xeyli miqdarda əzələ və onların porsiyalarının müayinələrini keçirməyə imkan yaradır.

Biz mioqrafiyanı həm ayrı-ayrılıqda əzələlərin müayinəsi, həm də izokinetik testlə, güc platformalarının qoşulması ilə optik-kinematik görüntü ilə kompleks şəklində müayinələr üçün istifadə edirik. Əzələ stimulunun gücü və icra edilən əzələ səyinin gücü arasında korrelyasiyanı verən elektrotenzomioqrafiya idmançılar üçün çox böyük əhəmiyyət kəsb edir. Bu, əzələnin fəaliyyətinin patologiyasını (funksional, travmatik və ya anadangəlmə patologiyanı) və maksimal mümkün səyi aşkar etməyə imkan verir.

Bizim institutumuzda mioqrafiya əzələ patologiyasının kompleksli və mərhələli diaqnostikasında tətbiq edilir. Həmçinin bu metodun differensial-diaqnostik əhəmiyyəti də yüksəkdir.