Ölkəmizdə ilk dəfə Şrot terapiya MİTRİ-də keçirildi
Ölkədə ilk dəfə olaraq MİTRİ-də keçirilən Şrot-terapiya təlimi uğurlu nəticəsini verməkdədir və artıq bir neçə ildir ki, Katarina Şrot metodikası MİTRİ-də tətbiq olunur.
Skoliozun ən effektiv müalicə üsullardan biri olan Şrot-terapiya onurğa sütununun əyriliyi, döş qəfəsinin deformasiyası, çiyin və çanaq qurşaqları, bütün bədənin əyriliyi kimi problemlər bu tənəffüs gimnastikasının köməyi ilə korreksiya olunur.
Bu terapiya mütləq şəkildə bacarıqlı və təcrübəli mütəxəssislər tərəfindən həyata keçirilməlidir. MİTRİ-nin peşəkar mütəxəssisləri ISST Training Institute tərəfindən həyata keçirilən Schroth 3D Scoliosis Therapy təlim proqramını keçməkdə davam edir.