Seminar: Kineziologiyaya giriş
4 iyul 2022-ci il tarixində Milli İdman Tibb və Reabilitasiya İnstitutunda Şimali Kipr Sağlamlıq və Sosial Elmlər Universitetinin professoru və prorektoru doktor Şahin Əhmədovun iştirakı ilə idman həkimləri üçün "Kineziologiyaya giriş" mövzusunda seminar keçirilmişdir.
Onu da qeyd etməliyik ki, Şahin Əhmədov akademik fəaliyyətlə bərabər kineziologiya və akupunktura mütəxəssisi kimi 25 ilə yaxındır ki, Şimali Kipr respublikasında fəaliyyət göstərir.