Travmalardan reabilitasiya

  • Əsas
  • Travmalardan reabilitasiya
Image
İnsanın dayaq-hərəkət aparatı – sümük-əzələ sistemi, bədənin dayağını və məkanda hərəkət etməsini, həmçinin bədənin ayrı-ayrı hissələrinin və orqanlarının (başın, ətrafların və s.) hərəkətini təmin edən sümüklərdən, oynaqlardan, əzələlərdən, onların sinir törəmələrindən ibarət olan vahid kompleksdir. Bu kompleks daim nəhəng yüklənmələrə məruz qalır. Dayaq-hərəkət aparatın hər hansı hissəsinin xəstəliyi və zədəənməsi halında, bütün orqanizmin dinamikası və statikası pozulur, çox vaxt daxili orqanların işi də pozulur.

Dayaq-hərəkət aparatın pozuntuları, yayılma dərəcəsi üzrə yalnız ürək-damar xəstəliklərindən geridə qalır. Əksər insanlar oynaq və ya onurğa problemləri ilə rastlaşır. Bu arada, son onillikər ərzində bu xəstəliklər daha çox cavanlarda müşahidə olunur. Bunun səbəbi – az hərəkətli həyat tərzidir: biz, az piyada gəzirik, vaxtımızın çoxunu kompüter arxasında keçiririk və idmanla məşğul olmuruq. Lakin həddindən artıq fiziki yüklənmələr də sağlamlıq üçün zərərlidir, çünki travmalarla nəticələnə bilər.

Dayaq-hərəkət pozuntuların müalicəsi – hər bir hal üçün fərdi olaraq seçilən bir sıra tədbirlər kompleksidir. Bü günkü gündə dayaq-hərəkət aparatın müalicəsində medikamentlər geniş istifadə olunur. Müalicənin təsirli olması üçün, xəstə, təyin olunmuş rejimiə riayət etməli və xüsusi pəhriz saxlamalıdır.Həmçinin, çox vaxt müxtəlif fizioterapevtik prosedurlar təyin edilir. Zədələnmiş oynaqların hərəkətliliyini bəpra etməli olduqda, müalicəvi gimnastika həmçinin öz nəticələrini göstərir. Uzun illər ərzində, dərman elektroforezi, qalvanizasiya, elektrostimulyasiya, ultrasəslə müalicə və maqnit terapiyası kimi metodlar özünü təsdiq etmişdir.

Bütün bunların kompleks şəklində keçirilməsi, oynaqların, əzələlərin və bağların funksiyalarını xeyli tez bərpa etməyə imkan verəcək. Sizi maraqlandıran hər hansı informasiyanı əldə etmək üçün, 404-83-10/11 seriya telefonlarına zəng edərək resepşenə müraciət edə bilərsiniz. Biz, Sizin istənilən suallarınıza cavab verməyə və Sizi, bizim mütəxəssislərimizin qəbuluna yazmağa şad olarıq.

Оynaqların endoprotezləşdirilməsi zamanı bərpa


Adından da göründüyü kimi (“endo” – yunancadan “daxili”, protezləmə - “dəyişdirmə” “yenidən yaratma” kimi tərcümə olunur), ) — implantantların köməyi ilə oynağın elementinin dəyişdirilməsidir. İri (diz, çanaq-bud, çiyin, dirsək oynaqları) oynaqların endoprotezləşdirilməsi üzrə və xırda (barmaqların oynaqları) oynaqların endoprotezləşdirilməsi üzrə əməliyyatlar keçirilir. Oynaqların, endoprotezləşdirmə yerinə yetirilən əsas xəstəliklər:
  • Oma, çiyin sümüyünün başının aseptik nekrozu;
  • Degenerativ-distrofik artritlər və artrozlar;
  • Displastik artrozlar;
  • Bexterev xəstəliyi;
  • Revmatoid artritlər;
  • Yanlış bitişmiş oynaqdaxili sınıqlar;
  • Posttravmatik artrozlar;
  • Omanın boyununun sınığı (yaşlılarda), omanın boyununun yanlış oynaqları.
Bizim, oynağın protezləşdirilməsindən sonra pasiyentlərin bərpası üzrə, həmçinin natamam, yanlış və ya gecikmiş bərpa zamanı yaranan ağırlaşmaların müalicəsi üzrə böyük və uğurlu təcrübəmiz var.
Endoprotezləşdirilmədən sonra bərpanın əsas prinsipləri:
İkinci əzələ distrofiyasının inkişafının qarşısını almaq üçün, keçirilmiş əməliyyatdan sonra birinci günlərdən başlayaraq keçirilən (xəstənin ümumi vəziyyəti imkan verirsə) bərpa tədbirlərinin erkən başlanğıcı.
Bərpa cərrahi stasionarda başlanmalı və bərpa müəssisəsində davam etdirilməlidir. Hospitala yerləşdirmənin sonunda xəstələr və onların ailə üzvləri bərpa prosesində aktiv iştirak etməlidirlər (xüsusilə, günün ikinci yarısında və istirahət günlərində “ev tapşırıqları”nın yerinə yetirilməsində).
Bərpa proqnozu bir çox şeydə bərpa tədbirlərinin icra edilməsinin dəqiqliyi və bütövlüyü ilə təyin edilir. Bərpa fazaları:
  • Bərpanın sıfır fazası ((əməliyyatdan dərhal sonra, əməliyyat keçirilən gün yerinə yetirilən təlimlər). Bu təlimlər, ayaqların qan dövranını yaxşılaşdırmaq və qan laxtalarının (trombların) əmələ gəlməsinin qarşısını almaq üçün zəruridir. Həmçinin bu təlimlər, əzələləri möhkəmləndirmək və çanaq-bud oynağında hərəkətləri yaxşılaşdırmaq üçün lazımdır.
  • Bərpanın birinci fazası: “ciddi qayğı” (əməliyyatdan sonra 1-4 günlər).
  • Bərpanın ikinci fazası: “aldadıcı imkanlar” (əməliyyatdan sonra 5-21 günlər).
  • Bərpanın üçüncü fazası: “işin başlanğıcı” (əməliyyatdan 4-8 həftələr).
  • Bərpanın dördüncü fazası: “tam bərpa” (əməliyyatdan sonra 9-14 həftələr).

Ortopedik içliklər


Bizim institutumuzda Amfit, fərdi ortopedik içliklərinin, aşağıdakı təkzibolunmaz üstünlüklərə malik olan Amerika hazırlanma texnologiyası istifadə olunur:
  1. Universallıq. Siz istənilən yaş (böyüklər və uşaqlar üçün fərdi ortopedik içliklər) üçün içliklərin materiallarını, ayaqqabının növünü (krossovkalarlardan tutmuş model ayaqqabılara qədər), həmçinin müalicə, profilaktik və idman istiqamətli içliklərinin materiallarını fərdi olaraq seçə bilərsiniz.
  2. Pasiyentin iştirakı ilə, bilavasitə 3D-skaner texnologiyalarının köməyi ilə ortopedik içliyin hazırlanması. Bir-iki ziyarətdən sonra pasiyent artıq hazır içliklə evə qayıdır.
  3. Belə metodika içliyin pasiyentin ayağına maksimal uyğunluğuna nail olmağa imkan verir – “ağıllı” material, demək olar ki, sizin pəncənizin quruluşu (yalnız dinclikdə deyil, həm də onların hərəkəti zamanı) haqqında informasiyanı oxuyur.
  4. Yumşaq düzəliş edən təsir. Ən yeni texnologiyalar üzrə istehsal edilmiş ortopedik içliklər, geyinilmənin əvvəlində narahatlılıq hissinin ən minimumuna səbəb olur.
  5. Yüksək amortizasiya xüsusiyyətləri oynaqları, onurğanı və daxili orqanları, yerimə və qaçma zamanı yaranan silkələnmələrdən qoruyacaq. Kliniki tədqiqatlar göstərmişdir ki, müasir materiallardan hazırlanmış fərdi ortopedik içliklərin istifadəsi, radikulit zamanı bel ağrılarının intensivliyini 20% qədər azaltmaq və osteoxondrozun inkişafını dayandırmaq qabiliyyətinə malikdir.
  6. Pəncəyə düşən gücü maksimum dərəcədə azaltmaq imkanı verən, yüklənmənin optimal paylanması. Bu səbəbdən də, müasir fərdi ortopedik içliklər, daban mahmızı, diabetik pəncə, damarların varikoz genişlənməsi və aşağı ətrafların damarlarının digər patologiyalarının müalicəsi zamanı əvəzolunmazdır.
  7. Bizim institutumuzda hazırlanmış fərdi ortopedik içliklər qırılmır (bir ortezin xidmətinin orta müddəti 1 ildən çox təşkil edir) və həddindən artıq rahatdır (heç bir problem olmadan, asanlıqla bir cüt ayaqqabıdan digər cüt ayaqqabıya yerləşdirilir).