Statistikaya görə, Azərbaycan Respublikasında kardioloji xəstəliklər ən yayılmış ölüm səbəblərindən biridir. Bununla belə, kardioloji xəstəliklərlə mübarizədə daha çox nəzərə çarpan problemlərdən biri aşağıdakılardır:
- vaxtında yerinə yetirilməyən və qeyri-dəqiq diaqnostika;
- səmərəsiz cərrahi və konservativ müalicə;
- hospital sonrası mərhələdə ürək xəstəlikləri riskinin amilləri üzərində dinamik müşahidənin olmaması.
Bütün bunlar residivlərin riskini kəskin şəkildə artırır, xəstəliyin gedişatını ağırlaşdırır, mükəmməl aktiv həyat fəaliyyətinə qayıtmaq imkanı olan pasiyentlərdə ölüm faizini artırır. İnfarkt, stent qoyma, ürəkdə əməliyyatlar, ÜİX (ürəyin işemik xəstəliyi), hipertoniya xəstəliyi, stenokardiya, kardiomiopatiyalar, miokarditlər və digər kardioloji xəstəliklər zamanı reabilitasiya proqramları bütün bunların qarşısını almağa kömək edir. Bu proqramlara daxildir:
- Mərkəzin yüksək ixtisaslı həkim-mütəxəssislərinin konsultasiyaları.
- Ürək-damar sisteminin ətraflı diaqnostikası və müayinəsi.
- Kardioloji xəstəliklədən əziyyət çəkən pasiyentlerin fiziki və sosial reabilitasiyası üzrə effektiv proqramın keçirilməsi.
- Sağlam həyat tərzinin formalaşmasında, düzgün qidalanmada kömək, ürək xəstəliklərinin risk amillərinə daim dinamik tibbi nəzarət altında minimal dərman dəstək.
Kardioloji bərpa, hər yaşda olan pasiyentlər üçün və bir çox ürək xəstəlikləri zamanı uyğundur. Xüsusilə, əgər siz, aşağıda qeyd edilmiş xəstəliklərdən hər hansı birindən əziyyət çəkirsinizsə, o zaman, kardioloji bərpa effektiv seçimdir:
- Miokard infarktı;
- Bəzi anadangəlmə ürək xəstəlikləri;
- Ürək çatışmazlığı;
- Aorta koronar şuntlama əməliyyatı;
- Stenokardiya;
- Angioplastika və ya stent qoyma;
- Miokarditlər;
- Ürək köçürülməsi;
- Kardiomiopatiyalar;
- Ürək qapaqlarının dəyişdirilməsi üzrə əməliyyat.
Ürək xəstəlikləri zamanı reabilitasiya çox vaxt fazalara bölünür ki, bu fazalara, həkim tərəfindən nəzarət edilən tapşırıqlar, olduqca optimal pəhrizin işlənib hazırlanması,emosional dəstək və düzgün həyat tərzinin öyrədilməsi daxildir. Ürək xəstəlikləri zamanı reabilitasiya – məqsədi bu və ya digər keçirilmiş ürək xəstəliyindən və ya ürək cərrahi müdaxiləsindən sonra sağlamlığın bərpasından ibarət olan, pasiyentin fərdi xüsusiyyətlərinə əsaslanan tapşırıqlardan, tədbirlərdən və təlimdən ibarət olan bir proqramdır.
Kardioloji reabilitasiya proqramı orqanizmin əvvəlki qabiliyyətlərinin, itirilmiş güclərin bərpasına, həmçinin, ilk növbədə, gələcəkdə ürək ağırlaşmalarının residivləri riskinin profilaktikasına yönəlmişdir. Bizim institutumuzda hər bir xəstə üçün bərpa müalicəsinin fərdi planı tərtib edilir. Terapiya, yüksək ixtisaslı təcrübəli mütəxəssislərin nəzarəti altında keçirilir. Müasir və effektiv metodikalardan istifadə olunur. Proqram ərzində pasiyentin vəziyyəti daim monitorinq edilir ki, bu da sağlamlığın bütün dəyişikliklərini izləməyə, onun təhlükəsizliyini və keçirilən reabilitasiyanın maksimal effektlivliyini təmin etməyə imkan verir.