Stres testlər

Image
İdman kardiologiyası müxtəlif dərəcəli intensiv fiziki yüklənmə zamanı qan dövranı sistemində yaranan müsbət və mənfir dəyişiklikləri öyrənir və həddən artıq fiziki yüklənmənin nəticəsi olan patoloji dəyişikliklərin diaqnostikası, müalicəsi və profilaktikası məsələlərini həll edir. İdman kardiologiyasının tərkinbinə ürək – damar sisteminin instrumental müayinə metodları, eyni zamanda ürək – damar, tənəffüs və laktat sistemlərində dəyişiklikləri müşahidə etməyə imkan verən xüsusi testlərin keçirilməsi vasitəsilə  idmançıların dözümlülüyünün və fiziki hazırlıq səviyyəsinin müəyyən olunması daxildir.

Diaqnostik imkanlar:

- EKQ;
- Exo KQ;
- ExoKQ yüklənmə ilə (veloerqometr);
- EKQ və AT-nin sutkalıq monitorinqinin aparılması;
- tredmil və veloerqometrdə kardio stress – testi;
- erqospirometriya (xarici tənəffüs funksiyalarının monitorinqinin aparılması), fiziki hazırılq və dözümlülük səviyyəsinin müəyyən olunması ilə.
- idmançıların skrininq kardiorespirator müayinəsi.
- Stres testlər laboratoriyasında PW2 müayinə, müxtəlif əzələ qruplarının iştirakı ilə spiroerqometrik testlər aparılır, xarici tənəffüs analizi metodları ilə aerob və anaerob limitlərinin əhəmiyyəti müəyyən olunur, xüsusi iqlim rejimlərində spiroerqometrik testlər həyata keçirilir.

Erqospirometriya – ürək-damar və tənəffüs sistemlərinin fəaliyyəti, hüceyrə və ətraf mühit arasında baş verən qaz mübadiləsini yoxlamağa, hər bir idmançı üçün fərdi şəkildə fiziki yüklənmənin təsiri, dözümlülüyü və optimal səviyyəsini qiymətləndirməyə imkan verən qeyri – invaziv diaqnostika metodudur.  Həmin diaqnostika metodunun keçirilmə müddəti kifayət qədər qısadır, idmançı üçün narahatlıq yaratmır və əvvəlcədən hazırlıq tələb etmir. EKQ ilə birgə aparılan erqospirometriya üstünlükləri – ürək və ağ ciyər funksiyasının qiymətləndirilməsi bir testin aparılması zamanı həyata keçirilir. Bu zaman birləşdirilmiş testin məlumatlılığı ayrı stress-testdən xeyli yüksəkdir və real zamanda ölçü nəticələrini əldə etməyə imkan verir.