• Telefon
    +994 (12) 525-83-07/09/10
  • İş Saatları
    Bazar ertəsi-Cümə 08:00 - 20:00
  • Ünvan
    Olimpiya küç. 4A, Bakı, Azərbaycan

Elmi, tədris və təşkilati-metodik iş şöbəsi

  • Əsas
  • Elmi, tədris və təşkilati-metodik iş şöbəsi
Image
Bu şöbə institutun elmi mövzusunun yerinə yetirilməsi, elmi-metodik sənədlərin işlənib hazırlanması, mütəxəssislərin hazırlanması ilə məşğuldur.
Şöbə öz fəaliyyətini aşağıdakı yollarla həyata keçirir:
- digər bölmələr və mütəxəssislərlə birgə, institutun yüksək nailiyyətlər idmanının tibbi təminatı üzrə fəaliyyətinin təhlilinin aparılması, xəstələrin və əlillərin reabilitasiyası məqsədi ilə kineziterapiya, fizioterapiya və müalicəvi bədən tərbiyəsi vasitələri və metodlarından istifadə;
- tibbi yoxlamanın bütövlüyü və vaxtlı-vaxtında keçirilməsinə nəzarətin təşkili və həyata keçirilməsi, təhkim edilmiş kontingentlərin müalicəsi və bərpası, idman növləri üzrə məşqlərə və yarışlara tibbi göstərişlər üzrə buraxılmanın əsaslandırılması;
- idman təbabəti, fizioterapiya və bərpaedici müalicə üzrə rezidentlərin hazırlanması və ixtisaslarının artırılması üzrə aparılan işin əlaqələndirilməsi;
- idmançılar haqqında kompüter məlumat bazasının yaradılması və onların reabilitasiyasına dair fərdi proqramların reallaşdırılması;
- mütəxəssislərin fəaliyyət profili üzrə konfransların, müşavirələrin, seminarların keçirilməsinin təşkili;
- kineziterapiya, fizioterapiya və müalicəvi bədən tərbiyəsinə dair müasir vasitələr və metodların tətbiqi ilə, idmançıların, habelə xəstələrin və əlillərin müayinəsi, müalicəsi və reabilitasiyasının müasir metodikalarının tətbiqinə nəzarətin təmin edilməsi;
- tibbi, o cümlədən, elmi-metodik ədəbiyyat kitabxanasının, həmçinin fəaliyyət istiqaməti üzrə qanunverici və normativ hüquqi bazanın formalaşdırılması və aktuallaşdırılması və onların maraqlı mütəxəssislər tərəfindən öyrənilməsi imkanının təmin edilməsi;
- digər tibbi, idman, təhsil, ictimai və digər əlaqədar təşkilatlarda fəaliyyət profili üzrə qarşılıqlı təsir.