Tam orta məktəbi bitirdikdən sonra 1991-ci ildə Azərbaycan Tibb Universitetinə qəbul olub və 1997-ildə "müalicə işi" fakültəsinin məzunu olmuşdur. 1998-ci ildə 3 saylı Bakı Şəhər Xəstəxanasında həkim-internatura təcrübəsinə başlamışdır.
2000-ci ildə “Zoonoz İnfeksiyalar” laboratoriyasında, baş laborant vəzifəsində çalışıb və bu sahədə geniş təcrübəyə malik olaraq Sağlam Ailə laboratoriya şəbəkələrində 2010-2014-ci illərdə klinika xidmətlərinin keyfiyyətinin, xəstələr məmnuniyyətinin artımı istiqamətlərinin meneceri və daha sonra baş həkimin müavini vəzifəsində uğurla fəaliyyət göstərmişdir.
2014-2017-ci illərdə “Baku City Hospital”da xidmətlər şöbəsinin rəhbəri vəsifəsində və 2018-ci ildə “Azimplant” MMC şirkətində direktor vəzifəsində uğurla öz təcrübəsini davam etmişdir.
2021-ci ildə Azərbaycan Gimnastika Federasiyası tərəfindən “Ocaq” klubunun aparıcı həkimi vəzifəsinə təyin edilmiş və həmin ildə Gənclər və İdman Nazirliyinin qərarı ilə «Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutu» PHŞ-də İdarə Heyətinin sədri vəzifəsinə təyin edilərək müəssisənin strateji inkişafı istiqamətində məqsədləri qarşısına qoyulmuşdur.