• Telefon
    +994 (12) 525-83-07/09/10
  • İş Saatları
    Bazar ertəsi-Cümə 08:00 - 20:00
  • Ünvan
    Olimpiya küç. 4A, Bakı, Azərbaycan

Dr. İbrahimova Almaz

  • Əsas
  • Dr. İbrahimova Almaz
Image
Peşəkar sahəsi: reabilitoloq, sosial-tibbi reabilitasiya üzrə mütəxəssis, fizioterapevt, idman həkimi kimi çox geniş təcrübəyə malikdir. 
Həkim-konsultant kimi həkim-travmatoloq və həkim-nevroloqlarla həmkarlıq edir. Bioloji əks-əlaqə ilə yüksək texnologiyalı robotlaşdırılmış yeriş kompleksi - “G-EO” sistemi ilə Azərbaycanda işləyən ilk mütəxəssisdir. Skolioz xəstələrinin müalicəsində ölkəmizdə ilk dəfə MİTRİ-də K. Şrot metodikasını tətbiq etmişdir. Uşaq serebral iflic xəstələrinin müalicəsində Voyta-terapiya və Bobat-terapiya metodikası ilə müalicə seansları aparır.
1982-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirib. 40 illik peşəkar iş təcrübəsi var.

Əmək fəaliyyəti:
Sumqayıt şəhər İdman Tibb Mərkəzində idman həkimi, Respublika Əlillərin Reabilitasiya Mərkəzində Sosial-Tibbi Reabilitasiya və Fizioterapiya şöbəsinin müdiri, Bakı Uşaq Reabilitasiya Mərkəzində isə reabilitoloq-fizioterapevt vəzifəsində çalışıb.

Diplomdan sonrakı peşəkar təhsili:
·         Reabilitasiya sahəsində ixtisaslaşma - Türkiyə Respublikası, İstanbul şəhəri, Bakırköy Fizioterapiya və Reabilitasiya Mərkəzi;
·         “Artrologiya”, “Seçilmiş fizioterapevtik mövzular”, “Nevroloji xəstələrdən seçilmiş fiziki reabilitasiyanın sualları”, “Sosial reabilitasiyanın seçilmiş problemləri”;
·         Həkimləri Təkmilləşdirmə İnstitutu. Bakı, Moskva, Sankt-Peterburq;
·         Yapon mütəxəssislər ilə “Nevroloji xəstələrin müayinəsi və bərpası” kursu. Respublika Əlillərin Bərpa Mərkəzi;
·         Yüksək texnoloji robotik “G-EO” sistemi” avadanlığında dayaq-hərəkət sisteminin bərpası. İsveçrə, Moskva;
·         Hacettepe Universiteti Tibb fakültəsinin Fizioterapiya və Reabilitasiya bölümü. İş yeri - Ankara;
·         Sankt-Peterburq şəhərində üç sikli keçmək şərti ilə alman ixtisasçıları tərəfindən aparılan mərkəzi sinir sistemində koordinasiya və motorika pozğunluqlarının reabilitasiyası üzrə təkmilləşmə kursu;
·         Moskva şəhərində skoliozun K.Şrot metodikası ilə müalicəsi üzrə təkmilləşmə kursu.

Patologiya üzrə xəstələrin sayı:

Ø  Bioloji əks-əlaqə ilə yüksək texnologiyalı robotlaşdırılmış yeriş kompleksi - “G-EO” sistemi, 1200-dən çox xəstə;
Ø  Hemorragik və işemik insult keçirən 800-dən çox xəstə;
Ø  Neyrotravma və neyrocərrahiyyə müdaxilələri olan 5500-dən çox xəstə;
Ø  Uşaq nevrologiyası, uşaq serebral iflici – 13000-dən xəstə;
Ø  Posttravmatik və əməliyyatlardan sonrakı reabilitasiya (endoprotezləşmə, bud-çanaq oynaqlarında aparılan əməliyyatlardan sonrakı vəziyyət, əzələ transferi və vətərlərdə aparılan bərpa və uzadılma, çiyin rotatorlarının təmiri) – 6600-dən xəstə;
Ø  Ortopediya üzrə (skolioz, kifoz, pəncə problemləri, bud-çanaq displaziyası və s.) – 11000-dən xəstə;
Ø  Kardioreabilitasiya və fizioterapevtik təyinatlar və s.