• Telefon
    +994 (12) 404-83-10/11
  • İş Saatları
    Bazar ertəsi – Şənbə 08:00 - 20:00
  • Ünvan
    Olimpiya küç., 4A, Bakı, Azərbaycan

Dr. Süleymanov Roman

  • Əsas
  • Dr. Süleymanov Roman
Image
2007-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakultəsini bitirib. 15 ildən çox radioloq kimi iş təcrübəsi var.

Əmək fəaliyəti:
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Pulmonologiya Elmi-Tədqiqat İnstitutunda radiologiya ixtisası üzrə təcrübə keçdikdən sonra Mərkəzi Neftçilər Xəstəxanasında və Respublika Diaqnostika Mərkəzində radioloq vəzifəsində çalışıb. Sonra Türk-Amerikan Tibb Mərkəzi və Bakı Medikal Plaza xəstəxanasında radiologiya şöbəsinə rəhbərlik etmişdir. Hal-hazırda MediClub Məhdud Məsuliyyətli Cəmiyyətində və Milli İdman Tibb və Reabilitasiya İnstitutunda həkim-radioloq vəzifəsində çalışır. 2015-ci ildə Bakı Avropa Oyunları Əməliyyat Komitəsində (BEGOC) radioloq vəzifəsində çalışıb.

Diplomdan sonrakı peşəkah təhsili:
-“Toraks Radyolojisi ve Multislice” BT, Ege University, Turkey;
-“Kas-iskelet radyolojisi”, Ege University, Turkey;
-MAGNETOM-Avanto MR Systems, Siemens Medical Solutions;
-İnvaziv radiologiya, Girişimsel Radyoloji Derneği, Turkey;
-Sümük-əzələ radiologiyası, European Society of Radiology.

Patologiya üzrə xəstələrin sayı:
Ümumilikdə dayaq-hərəkət və MSS-nin patologiyaları üzrə təxminən 80500 xəstəyə baxmış, Rentgen, MRT, KT diaqnostikası, US, KT və US nəzarəti altında biopsiya müayinələri etmişdir.