News

"2-ci Ürək Çatışmazlığında Yeniliklər" Konqresi
  • 14.06.2023

"2-ci Ürək Çatışmazlığında Yeniliklər" Konqresi

Azərbaycan Kardiologiya Cəmiyyətinin 9-11 iyun tarixlərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi çərçivəsində "2-ci Ürək Çatışmazlığında Yeniliklər" adlı konqresi keçirilmişdir. 

Ürək çatışmazlığı xəstəliyi Azərbaycanda ölüm səbəbləri arasında birinci yerdədir. Konqresin əsas məqsədləri arasında gələcəkdə ürək çatışmazlığı səbəbindən ölüm saylarının azaldılması, xəstəxanaya təkrar yatışların sayını azaltmaq, ürək çatışmazlığı xəstəliyindən əziyyət çəkən pasiyentlərin həyat keyfiyyətini yüksəltmək nəzərdə tutulmuşdur.

Konqresdə kardioreabilitasiya və profilaktika işçi qrupunun rəhbəri Rəhimə Qabulova "Ürək çatışmazlığında Multidissiplinar komandasının vacibliyi" mövzusunda çıxış etmişdir.

https://www.instagram.com/p/Ctds3WBoLsw/