SABAH qrupu tələbələrinə “İdmanda nutrisiologiya” mövzusunda seminar keçirilib
ASAPES SABAH qruplarının müəllimi, Milli İdman Tibb və Reabilitasiya İnstitutunun (MİTRİ) uzman diyetoloqu Əfruz Namazova “Bədən tərbiyəsi və idmanda reabilitasiya” ixtisasında təhsil alan SABAH qrupu tələbələrinə “İdmanda nutrisiologiya” mövzusunda seminar keçib.
Bu seminarda idmançıların sağlam qidalanması, onların qida seçiminin motivləri, rasional insan qidalanması strategiyaları, idman nutrisiologiyasına aid yeni trendlər
və idmançıların sağlamlığı ilə digər əlaqədar mövzular haqqında məlumat verilmişdir.
MİTRİ hər zamankı kimi idmançılar və onların sağlamlığı, diqqət yetirməli olduğumuz əsas sağlamlıq problemləri və s. mövzularda həyata keçirilən faydalı tədbirlərin əsas iştirakçısı olacaqdır.