News

MİTRİ mükafata layiq görüldü
  • 28.12.2023

MİTRİ mükafata layiq görüldü

Dekabrın 26-sı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 2023-cü il idman yekunlarına həsr olunmuş Qala mərasimi keçirilib. Bu tədbirdə müxtəlif idman təşkilat və federasiyalarının, idman ictimaiyyətinin nümayəndələri, idmançılar, məşqçilər, media qruplarının rəhbərləri iştirak etmişdir. 

Tədbirdə həmçinin müxtəlif nominasiyalar üzrə ilin qaliblərinin mükafatlandırılma mərasimi həyata keçirilib. Üçmərhələli sorğu əsasında müəyyənləşmiş qaliblər arasında MİTRİ də xüsusi olaraq təltif olunmuşdur. 

Belə ki, Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutu "Ən Yaxşı Tibbi Personal" kimi 3-cü yerə layiq görülmüşdür!