News

Gələcəyimizin qayğısına qalaq - tədqiqat işləri
  • 15.01.2023

Gələcəyimizin qayğısına qalaq - tədqiqat işləri

MİTRİ komandası 2022-ci il ərzində Bakı şəhərinin bir sıra məktəblərində tədqiqat işləri həyata keçirmişdir. Artıq çəkisi olan uşaqlara - sağlamlığı ilə əlaqədar bir sıra problemlər yaşayan uşaqlara Ümumdünya Səhiyyə Təşkilatının qidalanmaya dair tövsiyələri, qida qəbulunun əsas qaydaları, ümumiyyətlə, qidalanmada diqqət edilməli olan vacib nüanslar haqqında dolğun məlumat verilmişdir.
26.12.2022-ci il tarixində İnstitutun elmi işçisi Ülkər İsmayılova 20 saylı orta məktəbdə çalışan idman müəllimlərinə "Artıq çəki və fiziki aktivlik" mövzusunda təlim keçmişdir. Bu faydalı təlimdə verilən zəruri informasiyalarla yanaşı iştirakçıların sualları da cavablandırılıb.