• Telefon
    +994 (12) 525-83-07/09/10
  • İş Saatları
    Bazar ertəsi-Cümə 08:00 - 20:00
  • Ünvan
    Olimpiya küç. 4A, Bakı, Azərbaycan

Mütəxəssislər və müayinələr

  • Əsas
  • Mütəxəssislər və müayinələr
Image
Biz çox sayda tibbi və qeyri-tibbi profilli mütəxəssisləri cəlb etmişik. Bu, tibbin dar ixtisaslı həkimləri, pedaqoqlardır: psixoloqlar, loqopedlər, nitq defektoloqları, autizmin müalicəsi üzrə mütəxəssislərdir. Onlar müalicəvi bədən tərbiyəsi, hidrokineziterapiya, müalicəvi fitnes üzrə məşqçilər və təlimatçılardır. Onlar hamısı birlikdə bizim çoxistiqamətli komandamızı təşkil edir.

Bərpa terapiyasının başlanğıcına qədər pasiyentin müayinəsi, keçirilən reabilitasiya tədbirlərinə nəzarət və kliniki, morfoloji, funksional və laborator testlər kimi müqayisəli mərhələli testlər  bütün müalicə prosesinin ayrılmaz hissəsidir. Bizdə düzgün diaqnoz qoymağa və düzgün müalicə aparmağa kömək edən ən geniş çeşidli diaqnostika texnologiyaları mövcuddur.

Reabilitasiyada biz beynəlxalq kliniki protokollardan istifadə edirik, Qərb və Amerika standartlarına uyğun mütəxəssislər hazırlayırıq. Əməliyyat sonrası bərpa prosesinin davamı üçün aparıcı xarici klinikaların bizimlə əməkdaşlıq etməsi, bərpa müalicəsi sahəsində fəaliyyət göstərən məşhur xarici mərkəzlərin  bizim müayinələrimizin nəticələrinə etibar etmələrinin səbəbi də bundan ibarətdir.