• Telefon
    +994 (12) 404-83-10/11
  • İş Saatları
    Bazar ertəsi – Şənbə 08:00 - 20:00
  • Ünvan
    Olimpiya küç., 4A, Bakı, Azərbaycan

Həkimlər və mütəxəssislər

  • Əsas
  • Həkimlər və mütəxəssislər
Image
İnstitut ölkədə və onun hüdudları xaricində ən yaxşı tibb, pedaqogika və yanaşı sahələrin dar ixtisaslarının  mütəxəssisləri ilə əməkdaşlıq edir. Bizim bütün komandamız bərpa prosesinin mülayim və müvəffəqiyyətli hərəkətini təmin edir. Fənlərarası kömək və problem yönümlü yanaşma – bərpa müalicəsində bizim müvəffəqiyyətimizin əsasıdır. Kollegiallıq və bütün mütəxəssislər  dəvət olunmaqla, hər kliniki hadisə üzrə problemlərin ümumi müzakirəsinin imkanı bizim pasiyentlərimizə mükəmməl müalicə almaq, bizə isə – ölkədə reabilitologiya sahəsində lider olmaq imkanı verir.

Biz hər şeydən əvvəl yerli kadrlara yönəlirik və səhiyyənin bəzi istiqamətlərində boşluqları doldurub, yeni, müasir düşüncəli mütəxəssislər yetişdirməyə çalışırıq. Bizim həm gündəlik çalışan, həm də qeydiyyatla  qəbul edən həkimlərimiz var.

Hər kliniki hadisəyə kollegiallıq və problem yönümlü yanaşma hər bir xəstə üzrə  fərdi bərpa proqramı və hər bir pasiyentin müalicəsinin unikallığı şəkilini  yaradır.
  • Reabilitoloq

    Reabilitologiya – tibb, pedaqogika və psixologiya kimi üç sahə əsasında yaranmış sintetik elmdir. Zərər çəkmiş insana peşəkar yardım göstərmək üçün, reabilitoloq insanın psixoloji, sosial və fiziki sahəsinə təsir göstərə biləcək metodikalara malik olmalıdır. Reabilitoloq - kineziterapiya, fizioterapiya, nevrologiya biliklərinə malik olan həm həkim, həm də psixoloqdur. Reabilitoloqun köməyinə ağır fiziki və psixoloji travmalar yaşamış əlillər və insanlar ehtiyac duyurlar. Reabilitoloq, psixoterapevtik metodikalardan və tapşırıqlar sistemlərindən istifadə edərək, pasiyenti ətraf mühit reallığının qavranılmasına və insanlarla qarşılıqlı təsirə adaptasiya etdirir. Reabilitoloq pasiyentin bərpasının fərdi proqramını tərtib edir və bu prosesi idarə edir.
    Reabilitoloqun qarşısında insanı dolğun həyata qaytarmaq və ya belə həyata əlil insanın nüfuz etməsi üçün şərait yaratmaq kimi bir məsələ durur. Əlillik vəziyyəti şəxsiyyətin həyatının ekstremal vəziyyətidir, çünki zəruri ehtiyacların təmin etmək baxımından tam və ya qismən qabiliyyətsizliklə müşayiət olunur, insanın sərbəstliyini və imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Əlillərin yaşayışının ekstremallığı və reabilitoloq fəaliyyətinin spesifikası mütəxəssisə və onun peşəkar keyfiyyətlərinə qarşı xüsusi tələblər irəli sürür. Reabilitoloq peşəsi məhz bu insanlara kömək etmək ehtiyacından yarandı.

    Reabilitoloq hansı xəstəlikləri müalicə edir?
    Nə qədər qəribə səslənsə də, lakin reabilitoloq bu anlayışın adi mənasında xəstəliklərin müalicəsi ilə məşğul olmur: bunu, ondan əvvəlki həkimlər – cərrahiyyə, kardiologiya, ortopediya, travmatologiya, nevrologiya və s. sahələrdə mütəxəssislər həyata keçirir. Bir qayda olaraq, reabilitoloqun qəbuluna pasiyent artıq hər hansı bir travmanın nəticələri ilə, müəyyən xəstəlik üzrə keçirilmiş cərrahiyyə və ya konservativ müalicədən sonra gəlir. Məhz bu, reabilitoloqun hansı xəstəlikləri müalicə etməsini müəyyən edir. Lakin məhz həkim-reabilitoloq insana tamamilə sağalmağa kömək edir. Çünki istənilən bərpa kursunun əsas məqsədi – pasiyenti müəyyən imkanların məcburi məhdudiyyətindən qurtarmaq və itirilmiş funksiyaları maksimal tam şəkildə bərpa etməkdir. Keçirilmiş xəstəliyin, əməliyyatın və ya travmanın xarakterindən asılı olaraq, reabilitasiya dəqiq ifadə edilmiş istiqamətə - ortopediya, nevrologiya və neyrocərrahiyyə və ya kardiologiya istiqamətinə malik olacaq. Ortopedik reabilitasiya həm fiziki travmalardan sonra, həmçinin sümük-əzələ sisteminin və dayaq-hərəkət aparatın müxtəlif patologiyaları zamanı operativ müdaxilədən sonra həyata keçirilir. Nevroloji və neyrocərrahi reabilitasiya baş və ya onurğa beyinin travmasından sonra, baş və onurğa beyinin cərrahi müalicəsindən sonra, həmçinin periferik sinir sistemi xəstəlikləri ilə bağlı keçirilmiş müalicədən sonra aparılır. Əksər hallarda kompleks nevroloji reabilitasiyaya insult, parez və ya iflic keçirmiş insanlar ehtiyac duyur. İnfarktdan sonra fəsadların müalicəsilə kardioloji reabilitasiya məşğul olur, bu bərpa ilə həmçinin reabilitoloq da məşğul olur.

    Reabilitoloqa nə vaxt müraciət etmək lazımdır?
    Ciddi yataq rejiminə riayət etməklə uzunsürən müalicə və ya məcburi uzanıq vəziyyətdə uzun müddət qalma əzələlərin hissəvi atrofiyasına gətirib çıxarır. Bu, reabilitoloqa müraciət etmək lazım gəldiyi haldır. Çünki sağalma mərhələsində düzgün seçilən fərdi reabilitasiya kursu əzələ tonusunu bərpa etməyə və toxumalar, orqanlar və orqanizm sistemlərində mübadilə proseslərini sürətləndirməyə kömək edəcək. Həkim-reabilitoloq həmçinin sınıqlar və dartılmalar zamanı oynaqlarda hərəkətləri tam həcmdə bərpa etməyə, dayaq-hərəkət aparatın travmalarından sonra ağrı və şişləri aradan qaldırmağa, keçirdilmiş insultdan, parezdən və ya iflicdən sonra vəziyyəti yaxşılaşdırmağa və fiziki aktivlik səviyyəsini qaldırmağa kömək edəcək. Bundan başqa, fiziki hərəkətlər, masaj, fizioprosedurlar baş və kürək ağrısından tez-tez şikayət edən insanlar üçün faydalıdır. Yuxarıda göstərilən simptomlardan dərmansız azad olmağın yollarını sizə göstərəcək reabilitoloqa müraciət edin. Məsələn, o, dayaq-hərəkət aparatı möhkəmləndirməyə və fəqərəarası disklərin yırtığından azad olmağa, həmçinin bir çox nevroloji və sümük-əzələ xəstəliklərinin remissiyasını uzatmağa imkan verən kineziterapiya kursuna göndərəcək.

    Reabilitoloqun müayinəsi necə keçir?
    Müayinənin standart sxemi aşağıdakı kimidir:
    -anamnezin toplanması (yəni, xəstəlik tarixi), əvvəlki tibbi sənədlərə baxış;
    -palpasiya, pasiyentin, onun hərəkətlərinin və yerişinin vizual müayinəsi;
    -konkret maraqlandıran profil üzrə patologiyaların aşkarlanmasına yönəlmiş hərəkət və hissiyat sahələrinin müayinəsi haqqında manipulyasiyalar.
    Şikayətlərdən və müayinənin nəticələrindən asılı olaraq, reabilitoloq əlavə müayinələr təyin edə bilər: rentgenoqrafiya, kompüter tomoqrafiyası (KT), maqnit rezonans tomoqrafiyası (MRT), elektromioqram (əzələlərin elektrik aktivliyinin təyin edilməsi), densitometriya, ümumi patologiya fonunuŞ yanaşı gedən xəstəlikləri xarakterizə edən laboratoriya analizləri, həmçinin, yoluxucu və iltihabi proseslərin mövcudluğuna dair müayinələr.

  • Kardioloq

    Kardioloq ürək və iri damarların xəstəliklərinin, həmçinin hipertoniyanın diaqnostika, profilaktika və müalicə problemləri ilə məşğul olur. Bu, yalnız məhz ürək xəstəliklərini deyil, həm də orqanizmin əsas arteriyası olan aorta və onun iri şaxələri, ağciyər damarları xəstəliklərindən ibarət geniş bir sahədir. Kardiologiya, digər xroniki xəstəliklərdən, məsələn şəkərli diabet, qalxanabənzər vəzinin xəstəlikləri, ağciyərin və bronxların xroniki xəstəlikləri (bronxial astma, xroniki obstruktiv bronxit), ateroskleroz, piy mübadiləsinin pozulmalarından irəli gələn ürək-damar sistemi problemləri ilə məşğul olur. İnstitutda qeyri-invaziv kardioloji xidmətlərin tam spektri həyata keçirilir, həmçinin, xarici tənəffüsün göstəricilərinin paralel istifadəsi ilə, fiziki yüklənmə ilə kardiopulmonal test, exokardioqrafiya, stress-exokardioqrafiya, doppler-exokardioqrafiya, xolter monitorinqi və AT-ə sutka boyunca müşahidə kimi müasir texnologiyalar tətbiq edilir, bundan başqa, miokard iflici, invaziv və ya kardio-cərrahi müdaxilə keçirmiş pasiyentlər üçün fərdi kardioreabilitasiya proqramı işlənib hazırlanır. Proqramların məzmunu ilə Siz, bizim saytımızda yerləşən “Kardioreabilitasiya” bölməsində tanış ola bilərsiniz.
    istənilən mənşəlli hipertoniya;
    bütün təzahürlərində (gərginlik stenokardiyası, miokard infarktı, ürək ritminin tez və ya əksinə, yavaş nəbzlə təzahür edən pozuntuları) ürəyin işemik xəstəliyi;
    ürəyin iltihabi xəstəlikləri (və ya ürək divarının və ürək qapaqlarının ayrı-ayrı strukturlarının iltihabi xəstəlikləri: miokarditlər, endokarditlər, perikarditlər və onların birgə müşahidə olunması);
    vegetativ dammar (neyrosirkulyator) distoniyası;
    qapaqların prolapsları;
    anadangəlmə və ya qazanılmış ürək, aorta, iri arteriyaların qüsurları;
    yağ mübadilənin pozuntuları (qanda xolesterinin yüksək səviyyəsi, piylənmə);
    anadangəlmə və qazanılmış aritmiyanın müxtəlif növləri, o cümlədən səyrici aritmiya, əlavə keçirmə yolları olduğu zaman aritmiyalar, o cümlədən Volf-Parkinson-Uayt sindromu zamanı və s. aritmiyalar;
    xroniki ürək çatışmazlığı və onun bütün təzahürləri.
    Standart və xüsusi ayırmalarda EKQ;
    Exo-KQ (ürəyin ultrasəs müayinəsi);
    aorta və iri damarların ultrasəs skan edilməsi;
    EKQ və AT-in sutkalıq monitorinqi;
    laborator diaqnostika;
    gecə apnoesi və bununla bağlı aritmiyalar aşkar edilməsi məqsədi ilə yuxuda EKQ və tənəffüsün monitorinqi;
    tredmil;
    veloerqometriya;
    kardiopulmonal test.
    Ürək nahiyəsində ağrılar, arterial təzyiqin dəyişilməsi, ürək ritminin pozulması, kollapslar və ürəkgetmələr, aşağı ətraflarda şişlərin olması və təngnəfəsliyə dair istənilən növ problemlərin yaranması kardioloqa müraciət etməyi tələb edir. Kardioloqun qəbulu müayinə, mövcud olan tibbi sənədlərin öyrənilməsi, o cümlədən, pasiyentin vəziyyətinə uyğun diaqnostik prosedurların təyin olunmasından ibarətdir. Müalicə, dərman və ya fizioterapevtik terapiyanın (kompleks şəkildə mümkündür) tətbiqini nəzərdə tuta bilər.
    müqayisə məqsədi ilə əvvəlki EKQ nəticələri;
    resepşen vasitəsilə qeyd edilmiş müayinə kartı;;
    əvvəlki laborator müayinənin məlumatları;
    əvvəlki funksional müayinələrin məlumatları (exokardioqram, EKQ və AT-in daha əvvəl keçirilən monitorinqinin məlumatları).
     

  • Həkim-podiatr

    Həkim - podiatr – pəncə, aşağı ətraflar, çanaq və onurğa sütununun xəstəliklərinin aşkar edilməsi, müalicəsi və qarşısının alınması sahəsində, həmçinin pəncənin və bədənin qarşılıqlı əlaqələri sahəsində mütəxəssisdir. Bizim vücudumuz – bütün bəndləri qarşılıqlı əlaqədə olduğu ilə birləşdirilmiş, təkamüllə təkmilləşdirilmiş bir konstruksiyadır. Podiatriya – bizim ölkəmiz üçün yeni tibb istiqamətidir, lakin ingilis dilli ölkələrdə bu fənn artıq uzun müddətdir ki, araşdırılır və inkişaf edir. O, müxtəlif tibbi fənnlərin birləşməsində formalaşmışıb və kliniki biomexanika, ortopediya, nevrologiya, osteopatiya, idman təbabəti, tətbiqi kineziologiya, posturologiya, terapiya və insanın dayaq-hərəkət sisteminin cərrahiyyəsinin son nailiyyətlərinə söykənir. Təcrübə göstərir ki, əksər hallarda skelet-əzələ sisteminin müntəzəm ağrı sindromları xüsusi manual üsullarla, hərəkətlərlə və qabaqcıl ortopedik içliklərlə pəncələrin funksiyasının savadlı şəkildə aparılmış korreksiyasından sonra tamamilə yox olur. Podiatr istənilən yaşda insanlara kömək edir, lakin, çevikliyin və müstəqilliyin saxlanılması üçün, ona ahıl yaşlarında baş çəkmək xüsusilə əhəmiyyətlidir. Pəncə oynaqları xırdadır və çox mürəkkəb quruluşa malikdir, buna görə artrit və ya travma səbəbindən onların funksiyasında baş vermiş dəyişikliklər nəzərə çarpmır. Həkimin ixtisaslaşması və təcrübəsi də bir o qədər böyük əhəmiyyət kəsb edir. Podiatrı həmçinin ayaqların iş mexanikası maraqlandırır. Yeriş, oynaqların konfiqurasiyası və əzələlərin gücü kimi amillər, yalnız pəncələrə deyil, həm də dizlərə, çanaq və belə təsir edir. Məsələn, əgər iki pəncədən biri daha çox yastılanmışdırsa, o zaman bütovlükdə bədənin tarazlığı pozulur, bu da çanaq-bud ağrılarına gətirib çıxarır, əyilməyən böyük ayaq barmağı isə onurğaya “vura” bilər.
    köndələn-uzununa düzdabanlıq (pəncənin I və II barmaqlarının valqus deformasiyasının mövcudluğu/profilaktikası, “sümüklər”in əmələ gəlməsi, pəncənin yastılanması). Ayaqların X və O-vari əyriliyi. Əyriayaqlıq;
    plantar fassiit. Yerimə zamanı (və / və ya dinclikdə) pəncədə ağrılar. Morton nevrinoması;
    pəncənin həddindən artıq gərginliyi və pəncənin üzərinə təzyiq, döyənəklər və quru qabarlar. Çox vaxt kosmetik salonlarda, qoruyucu qat kimi qabarı çıxardaraq, bununla nəticəsiz məşğul olurlar, lakin onların əmələ gəlmə səbəbi aradan qaldırılmır;
    oynaqlarda ağrılar (artritlər, artrozlar) və aşağı ətrafların deformasiyası (pəncə, baldırla pəncəni birləşdirən, diz və çanaq-bud oynaqları);
    topuq sahəsində tez-tez dartılmalar, baldırla pəncəni birləşdirən oynağın tz-tez rast gəlinən burxulması;
    Axill vətərinin tendovaginiti;
    oynaqların, vətərlərin, bağların, əzələlərin və oynaq çantalarının əməliyyat sonrası və travma sonrası dəyişiklikləri (deformasiyalar, ağrılar, qısalmalar, hərəkətin məhdudiyyəti, kontrakturalar);
    ayaqların uzunluğunda fərq, həmçinin bununla bağlı patologiyalar - disk yırtıqları, çanağın əyriliyi/əyilməsi, yerişin və qamətin pozulması, skoliotik deformasiya;
    aşağı ətrafların damar xəstəliyinin profilaktikası;
    hamiləlik dövründə - onurğa, aşağı ətrafların oynaqları, pəncələr tərəfindən dayaq-hərəkət pozuntuların residivlərinin profilaktikası və ya yol verilməməsi;
    aşağı ətrafların periferik sinirlərinin iflicləri və parezləri (sallanan pəncənin sabitləşməsi);
    kürək və aşağı ətraflar əzələlərinin tez yorulması;
    hündür “daban” ayaqqabılardan həddindən artıq istifadə, yerimə və / və ya qaçış, uzun müddətli dayanma hallarında peşəkar yüklənmələrin profilaktikası;
    ortezlər yüksək nailiyyətlər idmanında, pəncənin təkan verici funksiyalarının yaxşılaşması sayəsində, həm sürət, həm də tullanma göstəricilərini artırmağa, həmçinin travmaların yaranması riskini azaltmağa imkan verir.
    Bu texnologiyalar əvvəlcə idman məşqləri zamanı erqonomiklik, dinamik tarazlıq və minimal gərginliyin təmin edilməsiı üçün hazırlanmışdır.

    Fərdi ortopedik içliklər 2-3 gün ərzində hazırlanır. Sonra pasiyent onların ayaqlarına geyinib qəbuldan çıxıb gedir. 2-3 həftə sonra onların ilkin, 2 ay sonra isə - təkrar korreksiyası aparılır. Qəlibə tökülmüş ortopedik içliklər pəncənin və təxmin edilən ayaqqabının quruluşunun bütün xüsusiyyətlərini nəzərə alır: köndələn və uzununa tağları, ön və arxa bölmələrin valqus/varus quraşdırılmasını, önayaqdarağı-aqdarağı və ayaqdarağı-falanqalı (metatarso-falangial) sümüklərin quruluşu, həmçinin daban sümüyü, aşıq sümüyü və qayığabənzər sümüklərin oynaqlarının quruluşunun xüsusiyyətləri. Bundan başqa, pəncənin qazanılmış və anadangəlmə deformasiyası nəzərə alınır ki, bu da statikada (sükunət halında) və dinamikada pəncənin düzgün vəziyyətini təmin edir. Ortezlər (fərdi ortopedik içliklər) demisezon, qış və yay ayaqqabılarına uyğundur. Yay ayaqqabıları üçün arxalığın olması şərtdir. Ortezlərin orta istifadəsi müddəti: idmançılar üçün - 1,5 - 2 il, aktiv həyat tərzi üçün - 3 ildir. İçliklərin materialı tamamilə zərərsizdir, kimyəvi cəhətdən neytraldır, allergik və zəhərli təsirə malik deyil. Çoxqat korreksiyaya qarşı davamlıdır, yəni müalicə prosesində pəncənin dəyişilməsi halında yeni bir şey əldə etməyə ehtiyac olmayacaq. İçliklər istənilən yuyucu vasitə ilə gigiyenik göstərişlərə görə çoxqat yuyulmalara davamlıdır.

  • Stomatoloq

    Stomatoloji kabinetin işi, müasir texnologiyaların tətbiqi, hər bir pasiyentə fərdi yanaşma, yüksək sinif avadanlığı ilə səciyyələnir. Sterilləşdirmə tam avtomatlaşdırılmış texniki dövrə malikdir. Terapevtik stomatologiya aktiv profilaktika və ağız boşluğunun gigiyenasına treninqlə təqdim edilib. Dişlərin (evdə və kabinetdə) ağardılmasının mülayim metodları. Dişlərin diş ərpindən və diş çöküntülərindən “Air Flow” diş aparatı ilə, ultrasəs skeller ilə üçmərhələli təmizlənməsi tətbiq olunur. Dişlərin plomblanılması müasir kompozit materialları ilə icra edilir. Diş ətinin “Vector” aparatı ilə müalicəsi. Ortopedik stomatologiya təcrübəsində dişlərin protezlənməsi üçün aşağıdakılar istifadə olunur: metal-keramika, metalsız keramika, qismən və tamamilə çıxarılan protezlər, implantlar üzərində protezləmə. Cərrahi stomatologiya, süd dişlərinin müalicəsi, gingivoplastika, perikoronaritin müalicəsi daxil olmaqla, müxtəlif mürəkkəblik dərəcəli retension (çənədə batmış diş) və yarı-retension dişlərin çəkilməsinə şamil olunur.
    Profilaktik stomatologiya müasir stomatologiyanın ən əhəmiyyətli hissəsidir və müxtəlif diş xəstəliklərinin inkişafına səbəb ola biləcək və ya təbii dişlərin vaxtından əvvəl itiriıməsinə gətirib çıxara biləcək bütün səbəblərin aradan qaldırması üçün nəzərdə tutulmuşdur. Ağız boşluğuna müntəzəm, düzgün qulluq hər bir yetkin insanın təkcə mədəniyyətinin göstəricisi deyil, həmçinin də kariyes və ağız boşluğunun digər xəstəliklərinin inkişafınının qarşısını alan profilaktikanın əsas ölçüsü hesab edilir. Bizim institutumuzun profilaktik stomatologiyasında məhz ağız boşluğunun gigiyenasına xüsusi yer ayrılmışdır.

    Ağız boşluğunun peşəkar gigiyenasına daxildir:

    Ultrasəs skelerindən istifadə etməklə, dişəti üstü çöküntülərin aradan qaldırılması;
    Müasir aparatlarla (Air Flow) dişlərin cilalanması;
    Travmalar və ya ağız boşluğunun qeyri-kafi gigiyenası nəticəsində yarana bilən gingivitin müalicəsi.
    “Vector” aparatı vasitəsi ilə diş əti üstü və diş əti altı çöküntülərin aradan qaldırılması.
    “Vector” aparatı diş ərpini qansız və ağrısız aradan qaldıraraq, dişlərin ətrafındakı yumşaq toxumaları zədələmədən, dişəti altı daşlarla və bakteriyalarla keyfiyyətcə yeni səviyyədə mübarizə aparmağa imkan verir. “Vector” aparatı ilə müalicə proseduru zamanı, ultrasəs enerjisinin köməyi ilə parodontal ciblərdən diş çöküntüləri və qranulyasiyalar kənarlaşdırılır. Tərkibində mikrozərrəciklər olan xüsusi suspenziyadan istifadə sayəsində isə, diş-damaq ciblərdən endotoksinlər və çöküntülər kənarlaşdırılır, diş səthi cilalanır və bu da sürətli sağalmaya şərait yaradır.

    “Vector” aparatının köməyi ilə, ağız boşluğunun çətin sahələrində müalicə aparmaq, dəqiq və effektiv şəkildə cibləri işləmək, həmçinin diş implantlarının dərində yerləşdirilmiş bərkitmələri ilə işləmək mümkündür. Stomatologiyada “Vector” aparatı hətta həddindən artıq həssas dişlərə və diş ətinə sahib olan pasiyentlərin müalicəsi zamanı tətbiq edilir. Bu aparat, parodontitə tamamilə qalib gəlməyə kömək edir, cərrahi müdaxiləsindən qaçınmağa imkan verir.

    Peşəkar gigiyenik prosedurlar nəticəsində sizin dişləriniz mükəmməl ağ, gözəl və, ən vacibi, sağlam olacaq.

    Ortopedik stomatologiya – tibb elminin, dayaq-hərəkət aparatın xəstəliklərini araşdıran və diaqnostika, müalicə və profilaktika metodlarını işləyib hazırlayan geniş sahəsidir. Ortopedik stomatologiya metodları aşağıdakı hallarda istifadə olunur: üst və alt çənədə bir, bir neçə və bütün dişlərin yoxluğu. Kosmetik qüsurlar (ölçünün, rəngin və formanın uyğunsuzluğu) halında. Gicgah-çənə oynağının artritləri, artrozları. Bu gün ortopedik stomatologiya bir və ya bir neçə dişin itirilməsindən sonra çeynəmə aparatının funksiyalarını yeniləyərək ən yeni materiallar və texnologiyalardan istifadə sayəsində sürətlə inkişaf edir. Bu gün diş protezlərinin müxtəlif növləri öz sağlamlığının qayğısına qalan insanlar arasında çox məşhurdur. Diş protezləri çıxarılan və çıxarılmayan protezlərə bölünür. Protezləmə metal keramikadan, metalsız keramikadan, həmçinin, sirkonium oksidindən istifadə etməklə yerinə yetirilə bilər.

    Metalsız keramikanın qabaqcıl texnologiyaları daha da tələb edilən olur, çünki protezləmənin bu növü, əsasən, estetikaya yönəlib. Konstruksiyalar, tərkibində metal olmayan yüksək davamlı keramikadan hazırlanır. Bu konstruksiyalar gözəl estetik görünüşə malikdir, bundan başqa, keramikanın rəngi dəyişmir, ona allergiyalar olmur. Metalsız keramikadan ortopedik stomatologiya bir çox variantda konstruksiyaları təklif edir: qapaqlar, vinirlər, taxmalar.

    Diş protezlərinin növləri üzrə qısa informasiya:

    Vinir dişlərin ön səthində bərkidilən incə keramik təbəqədir (laminat). Vinirlər dişə təbii və sağlam görünüş verir.Metal-keramik qapaq metaldan və ya metal ərintilərindən ibarətdir (titan, qızıl, platin, palladium, xrom-nikel, qızıl-platin və digər ərintilər). İstifadə edilmiş metallardan və onların ərintilərindən asılı olaraq, qızıl üzərində, kobalt-xrom ərintilər üzərində metal keramika və digər variantlar qeyd edilir. Sonradan karkas, stomatoloji tələbatlar üçün xüsusi olaraq hazırlanmış xüsusi keramik kütlə ilə örtülür. Üzlük bir neçə qat əl ilə vurulur. Ayrıca qatın çəkilməsindən sonra konstruksiya, temperaturu 950 dərəcəyə qədər olan xüsusi sobada bişirilir. Belə hazırlanma texnologiyası ilə metalın və keramikanın möhkəm kimyəvi birləşməsinə nail olunur. Keramika ilə örtülmüş metaldan karkası siz şəkildə görə bilərsiniz – bu, artıq quraşdırmaq üçün yararlı bir protezdir.

    Metal qapaq həmçinin metaldan və ya metal ərintilərindən ibarətdir (titan, qızıl, platin, palladium, xrom-nikel, qızıl-platin və digər ərintilər). Hal-hazırda nadir hallarda tətbiq edilir.

    Güdül taxması nə deməkdir və nə üçün lazımdır?

    ВQapağın altına quraşdırılan taxma, güdül taxması adlanır. Belə taxmaların köməyi ilə kökünə qədər məhv olmuş, üzərinə qapaq qoyulması planlaşdırılan diş (və ya çox incə divarları olan diş) bərpa olunur. Daha sonra, süni qapaq, xüsusi sement vasitəsi ilə belə taxmanı bərkidir. Güdül taxmasında kök və qapaq hissələri mövcuddur. Taxmanın kök hissəsini ştift təşkil edir (bu hissə kök kanalında bərkidilir). Taxmanın qapaq hissəsi, artıq, qapağa uyğun olaraq yonulmuş dişin güdülünün formasına malikdir. Buna görə qapağa uyğun olan taxma, “güdül” taxması adlandırılır.

    Hansı çıxarılan protezlər istifadə olunur?

    Çıxarılan protezlər - pasiyent özü çıxara və taxa bildiyi protezlərdir. Onlar, çoxlu sayda dişlərin olmaması halında hazırlanır, yəni, çıxarılmayan protezləri düzltmək mümkün olmadığı zaman hazırlanır. Çıxarılan protezlər (çıxarılmayanlardan fərqli olaraq) ilk növbədə diş ətinə söykənir, lakin öz dişlərinin saxlanılması halında – yüklənmənin bir hissəsi qalan dişlərin üzərinə də paylaşdırıla bilər.

    Tam çıxarılan diş protezləri – dişlərin tamamilə olmaması halında çənədə quraşdırılan protezlərdir. Onlar, yalnız çənələrin alveolyar çıxıntılarına (daha dəqiq – diş ətinə), üst çənədə isə - həmçinin damağa söykənir. Tam çıxarılan protezlərin (xüsusilə, alt çənədə) bərkidilməsi, məhz dişlərin yoxluğu səbəbindən ürəkaçan deyil, həmin dişlərə protezi bir qaydada, məsələn, klammerlər vasitəsi ilə bərkitmək mümkün olardı. Tam çıxarılan protez, ənənəvi olaraq, plastmassadan və ya neylondan istehsal edilə bilər.

    Qismən çıxarılan protezləmə оbildirir ki, pasiyentin çənəsində bir və ya bir neçə diş qalıb və həmin dişlər saxlanacaq və protezləmə üçün istifadə ediləcək. Yəni qismən çıxarılan protez, bir qayda olaraq, yalnız damağa deyil, həm də saxlanmış dişlərə söykənir. Belə protezlər, həm plastmassadan və neylondan, həm də metal karkasdan (belə protez “bügel” protezi adlanır) istifadə edilməklə yerinə yetirilə bilər.

    Bügel diş protezləri “bügel” alman sözündən qaynaqlanır, bu da tərcümədə “qövs” deməkdir. Neylon və plastik protezlərdən fərqli olaraq, protezlərin bu növü öz əsasında metal karkasa malikdir. Belə karkasın sayəsində, pasiyentin ağzında plastik bazisin ölçüsünü əhəmiyyətli dərəcədə azaltmaq mümkün oldu, yəni protez daşıma, diksiya, həmçinin qida qəbulu üçün daha rahat oldu.

    Müasir uşaq stomatologiyasının imkanları uşaqlarda profilaktika və dişlərin müalicəsi haqqında prinsipial yeni təsəvvür formalaşdırır. Artıq valideynlərdə stomatoloqun qəbulunu xoşagəlməz səfər məqamı kimi təxirə salmaq üçün səbəb yoxdur. Dişlərin çıxmasından sonra onlara müntəzəm və sistematik qulluq etmək əhəmiyyətlidir. Kariyesin profilaktikasını mümkün qədər tez başlamaq lazımdır. Kariyesin profilaktikasının ənənəvi metodları olan dişlərin təmizlənməsi, düzgün qidalanma və s. əlavə, hal-hazırda digər, daha effektiv metodikalar tətbiq edilir. Belə prosedurlardan biri - dişlərin dərinliklərinin (fissuraların) malalanmasından ibarətdir. Bu metod inkişaf etmiş ölkələrdə kifayət qədər geniş istifadə olunur və kariyesin yaranması riskini əhəmiyyətli dərəcədə azaltmağa imkan verir. Diş ərpi, kariyes, pulpit, yanlış dişləm – əgər profilaktika vaxtında həyata keçirilərsə, o zaman uşaqlarda bütün bu diş xəstəliklərinin qarşısını almaq olar. Söhbət yalnız ağız boşluğunun gündəlik gigiyenasından getmir. Uşaqlarda ağız boşluğu xəstəliklərinin yayılması heç də böyüklərdə olduğundan az deyil. Şirniyyata meyillik və dişlərin bacarıqsız təmizlənməsi, diş həkimləri qarşısında uşağın qorxusu və erkən profilaktika, müayinənin əhəmiyyəti haqqında valideynlərin məlumatsızlığı – bütün bunlar ağız boşluğunda patoloji proseslərə gətirib çlxarır. Kariyes və süd dişlərinin məhv olması, pulpit, infeksiyanın kök kanallarına yayılması, daimi dişlərin xəstəliyi, diş sırasının pozulması – vaxtlı-vaxtında müalicə tələb edən əsas uşaq diş xəstəlikləridir.

    Uşaqlarda tez-tez yaranan digər bir problem – dişləm pozuntusudur. Arzu və səbir olduğu halda, yanlış dişləmi düzəltmək asandır. Bu məqsədlə xüsusi çıxarılan və çıxarılmayan sistemlər (lövhəciklər və breketlər) tətbiq edilir.

    Uşaqlarda dişlərin yanlış dişləmi təkcə diş sırasının estetikasına və uşaq simasının cazibədarlığına deyil, həm də bütovlükdə sağlamlığa neqativ təsir göstərir. Yumulu ağızda dişlərin vəziyyətinin düzəldilməsi, çeynəmə funksiyalarının pozuntusu, əzələ-üz ağrısı sindromu, diş daşının yaranması və diş-damaq ciblərinin yaranması, dişlərin zədələnməsi – qırılma, silinmə, kariyesin yayılması, həmçinin psixoloji baryerlər və komplekslər kimi bir sıra problemlərdən yan keçməyə imkan verir.

    Cərrahi stomatologiya – stomatologiya təcrübəsinin, məqsədi diş sırasının gözəlliyini və bütövlüyünü bərpa etmək, itirilmiş funksiyanı bərpa etməkdən ibarət olan əhəmiyyətli bir sahəsidir. Bu predmetin əsas istiqaməti cərrahi xəstəliklərinin, daha dəqiq isə, dişlərin, ağız boşluğu orqanlarının, üz və boyunun zədələnməsinin öyrənilməsidir. Son illər ərzində stomatoloji cərrahiyyə yeni müasir materialları, infeksiyalardan qorunmanın yeni cərrahi üsullarını tətbiq etməyə başlamışdır, əməliyyat sonrası ağırlaşmaların yaranması riskini minimallaşdırır. İstənilən stomatoloji əməliyyat, hal-hazırda yalnız, hətta ilk ağrısızlaşdıran iynəni ağrısız edən son nəsil ağrıskəsici preparatların tətbiqi ilə yerinə yetirilir.

    Cərrahi stomatologiyaya daxildir:

    İttihabi proseslərin müalicəsi;
    Dişlərin qorunması üzrə əməliyyatlar;
    Dişlərin çəkilməsi;
    İmplantasiya;
    Plastik əməliyyatlar.
    Diş ətində kosmetik manipulyasiyalar hər il cərrahi stomatologiyada daha da tələb edilən olur. Xüsusilə gingivoplastika, frenuloplastika, dişəti resessiyalarının aradan qaldırılması, vestibuloplastika kimi prosedurlar tez-tez həyata keçirilir.

    Qar kimi ağ dişlər, insanların əksəriyyətində uğurlu və gözəl həyatla assosiasiya edilir!İnsanın, öz təbəssümündən şübhələnmə səbəbi olmadıqda, o, insanlarla asanlıqla ünsiyyətə qoşulur, onları valeh edir və öz hədəflərinə nail olur! Baxmayaraq ki, bizim hər birimiz istəyir ki, dişləri anadangəlmə gözqamaşdırıcı dərəcədə ağ olsun, buna, çox nadir hallarda rast gəlinir. Buna görə də, təbəssümlərin bəyazlığına səbəb olan dişlərin ağardılması üzrə prosedurların məşhurluğu günbəgün artır. Dişlərin üzərində sarı ərpin yaranmasına təsir edən səbəblər:

    ağız boşluğunun qeyri-kafi gigiyenası;
    maddələr mübadiləsinin pozulması;
    siqaret çəkmə;
    tərkibində rəngləyici maddələr olan məhsullarla həddindən artıq qidalanma;
    genetik irsilik;
    şəkərin həddinən artıq istifadəsi;
    antibiotiklərlə müalicə;
    yaş dəyişiklikləri.
    Раз в пол года, даже если соблюдать все правила ухода за полостью рта, необходимо производить профессиональную чистку зубов. Но это лишь поверхностные процедуры, которые практически не изменяют цвета зубов. А для изменения цвета зубов требуется отбеливание – это есть химическое воздействие на эмаль зуба. Есть профессиональное отбеливание – офисное, то есть в кресле стоматолога, и домашнее. Домашний этап отбеливания более щадящий и длится в течении 5-10 ночей. Затем достаточно раз в полгода на одну ночь проводить поддерживающую процедуру. Обычно эффект достаточно стойкий, не требует частого повтора.

    Hətta əgər ağız boşluğuna qulluğun bütün qaydalarına riayət edilirsə belə, hər yarım ildən bir dişlərin peşəkar təmizlənməsi yerinə yetirilməlidir. Lakin bu, yalnız səthi prosedurlardır və onlar, dişlərin rənglərini, praktiki olaraq, dəyişdirmir. Dişlərin rənginin dəyişilməsi üçün isə ağardılma, yəni, dişin minasına kimyəvi təsir tələb olunur. Ofisdə, yəni, stomatoloji kürsüdə peşəkar ağardılma və ev şəraitində ağardılma mövcuddur. Ev şəraitində ağardılma mərhələsi daha mülayimdir və 5-10 gecə ərzində davam edir. Sonra, hər yarım ildən bir, bir gecəlik dəstəkləyici prosedur keçirmək kifayətdir. Adətən effekt, kifayət qədər qalıcı olur və tez-tez təkrarlanma tələb etmir.

    Peşəkar təmizləmə qismində biz, “Air Flow” aparatı və ultrasəs skeller vasitəsi ilə dişlərin diş ərpindən və diş çöküntülərindən üç mərhələdən ibarət təmizlənməsini tətbiq edirik. Bizim stomatoloqlarımız, dişlərin ağardılması üzrə müxtəlif prosedurlardan istifadə edərək,Sizə, dişlərin ağlığının dəstəklənməsi üzrə işin bir hissəsini ev şəraitinə keçirtməyə kömək edəcəklər, ki bunun sayəsində, bu xidmət geniş insan dairəsi üçün əlçatan olur. Əgər ilk müayinə zamanı stomatoloq ağız boşluğunun hər hansı xəstəliklərini aşkar edərsə, dişlərin ağardılmasından əvvəl mütləq müalicə keçmək lazım olacaq. Pasiyentdə plomblar quraşdırılmış halda, stomatoloqlar onları artıq ağardılmadan sonra dəyişdirməyi məsləhət görürlər, çünki plomba materialının rəngi dəyişmir. Dişlərə tətbiq edilən hər cür taxmalar, məsələn, vinirlər haqqında da bunu demək olar.